Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-784/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında Tədbir Müqaviləsi imzalanmışdır. Müqavilə üzrə iddiaçı öhdəliklərini tam şəkildə icra etsə də, (iddiaçının müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etdiyini təsdiq edən Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il təhvil-təslim aktı mövcuddur), cavabdeh müvafiq ödənişləri icra etməyərək müqavilə üzrə öhdəliklərini pozub və iddiaçıya ümumilikdə 21.000 manat məbləğində borcu yaranmışdır. Müqavilənin icrası müqabilində iddiaçıya ümumilikdə 38.000 manat ödənilməli idi. Müqavilənin 15-ci maddəsində ödəniş şərtləri müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən məbləğin 20%-i, xx.xx.2024-cü il tarixədək məbləğin 30%-i, qalan məbləğ isə (50%) xx.xx.2024-cü il tarixədək ödənilməli idi. Lakin, indiyədək cavabdeh tərəfindən yalnız 17.000 manat ödənilmişdir. Bundan əlavə cavabdeh müqavilə üzrə borcunu xx.xx.2024-cü il tarixdə imzaladığı qarşılıqlı borcların üzləşdirilməsi barədə akt da qəbul etsə də, ödənişin edilməsi üçün zəruri hərəkətləri etməyib. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Daha sonra cavabdehə borcun ödənilməsi üçün daha əlverişli şərait yaradılmış və tərəflər arasında müqavilədən irəli gələn 21.000 manat məbləğində borcun mərhələli şəkildə ödənilməsinə dair xx.xx.2024-cü il tarixdə “X3 və Ödənilməsi haqqında” müqavilə imzalanmışdır. Sözügedən müqavilənin şərtlərinə əsasən borcun ödənilməsi aşağıdakı qaydada razılaşdırılmışdır: birinci ödəniş – 7.000 manat – xx.xx.2024-cü il tarixədək (həmin gün daxil olmaqla) ödənilməlidir; ikinci ödəniş – 7.000 manat – xx.xx.2025-ci il tarixədək (həmin gün daxil olmaqla) ödənilməlidir; üçüncü ödəniş – 7.000 manat – xx.xx.2025-ci il tarixədək (həmin gün daxil olmaqla) ödənilməlidir. Buna baxmayaraq cavabdeh yenə də müqavilə şərtlərini pozmuş və bu günədək yuxarıda göstərilən cədvələ uyğun olaraq heç bir ödənişi həyata keçirməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə cavabdehin qeydiyyat ünvanı olan ünvan 1öndərilmiş, lakin müvafiq poçt şirkəti həmin ünvanda, yəni 42 nömrəli binada 12 saylı mənzilin mövcud olmadığı müəyyən etmişdir. Beləliklə indiki halda cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AZE ********, FİN: 2Z113Y) 21.000 manat məbləğində borcun və 153 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının qanuni təmsilçisi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsi və vəkilin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, cavabdeh tərəfindən iddiaçının hesabına 2800 manat ödənişin edildiyini və bu ödənişin nəzərə alınmasını xahiş etmişdir. Ərizəyə ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli tədbir müqaviləsinin surətindən görünür ki, Cavabdeh tərəfindən 28-xx.xx.2024-cü il tarixlərinə sifariş edilmiş tədbirin keçirilməsi üçün xidmətlərin (tədbir zalının icarəsi, yemək və s.) ümumi dəyəri cəmi 38.000 manat (18% ƏDV və 5% servis xidməti daxil olmaqla) təşkil etmişdir. Müqavilənin 15-ci bəndinə əsasən imzalanmış müqavilə alındıqdan dərhal sonra ətraflı ilkin hesab faktura təqdim edilməlidir (“a” yarımbəndi). Tədbir xərcləri şirkət tərəfindən nağd pul və ya kredit kartı vasitəsilə ödənilməlidir (“b” yarımbəndi). Müqavilə məbləğinin tam ödənişi aşağıdakı qaydada ödənilməlidir: xx.xx.2024-cü il tarixədək ödəniləcək ümumi məbləğin 20%-i, xx.xx.2024-cü il tarixədək ödəniləcək ümumi məbləğin 30%-i, qalan 50%-i xx.xx.2024-cü il tarixədək ödəniləcək. İş üzrə İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturanın surətindən görünür ki, Cavabdeh tərəfindən sifariş edilmiş (28-xx.xx.2024-cü il tarixli) tədbirin keçirilməsi üçün xidmətlərin ümumi dəyəri cəmi 32.203,39 manat, həmin məbləğin 18% ƏDV-si 5.796,61 manat, yekun məbləği 38.000 manat təşkil etmişdir. İş üzrə İddiaçı MMC və Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 28-xx.xx.2024-cü il tarixlərində keçirilən tədbirdə tələb olunan xidmətlər tamamilə yerinə yetirilmişdir. Bu xidmətlər tədbir zalının icarəsi, yemək və digər xidmətlərdən ibarətdir. Saziş üzrə xidmətlərin ümumi dəyəri 38.000 manat (18% ƏDV və 5% servis xidməti daxil olmaqla) təşkil etmişdir. İş üzrə İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh İddiaçı MMC-yə borcun məbləği 21.000 manat təşkil etmişdir. İş üzrə “Borclu” qismində Cavabdeh ilə “Hotel” qismində İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli X3 və Ödənilməsi haqqında müqavilədən görünür ki, Hotel və Borclu 2024cü ilin sentyabr ayında GYDMB 7247 seriya nömrəli Tədbir Müqaviləsi imzalamışlar (bənd “a”). X1 üzrə bütün öhdəliklərini yerinə yetirmiş, lakin Borclu Müqavilə üzrə etməli olduğu toplam 38.000 manat ödənişin yalnız 17.000 manatını ödəmiş və hazırda Hoteldə 21.000 manat borcu olduğunu etiraf edir (bənd “b”). Tərəflər razılaşır ki, borc məbləği hazırkı müqavilədə müəyyən edilmiş hesablaşma qaydasına uyğun olaraq Hotelə ödənilsin (bənd “c”). Borc məbləği 21.000 manat təşkil edir (bənd 1.1). Borclu borc məbləğini aşağıdakı qaydada Hotelə ödəməyi öz öhdəsinə götürür: 1ci ödəniş: 7.000 manat xx.xx.2024-cü il tarixədək (həmin gün daxil olmaqla) ödənilməlidir; 2-ci ödəniş: 7.000 manat xx.xx.2025-ci il tarixədək (həmin gün daxil olmaqla) ödənilməlidir; 3-cü ödəniş: 7.000 manat xx.xx.2025-cü il tarixədək (həmin gün daxil olmaqla) ödənilməlidir (bənd 1.2). İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, məlum olduğu kimi xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə İddiaçı MMC arasında Tədbir Müqaviləsi imzalanmışdır. MMC müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müvafiq ödənişləri tam şəkildə icra etməmişdir. xx.xx.2024-cü il tarixdə tərəflər arasında qarşılıqlı hesablaşmaların üzləşdirilməsi aparılmış və borcların üzləşdirilməsi aktı imzalanmışdır. Həmin sənədə əsasən müqavilədən irəli gələrək Cavabdeh MMC qarşısında 21.000 manat məbləğində borcu olduğunu müəyyən edilmişdir. Müqavilənin ümumi dəyəri 38.000 manat təşkil edir. Müqavilənin 15-ci maddəsinə əsasən ödənişin 20%-i (7.600 manat) xx.xx.2024-cü il tarixədək, 30%-i (11.400 manat) xx.xx.2024-cü il tarixədək, qalan 50%-i (19.000 manat) isə xx.xx.2024-cü il tarixədək ödənilməli idi. Lakin indiyədək Cavabdeh tərəfindən yalnız 17.000 manat ödənilmişdir. Borc məbləğinin qaytarılması ilə bağlı S.İsmayıdova ilə MMC arasında dəfələrlə yazışmalar və telefon danışıqları aparılmış, lakin məsələnin müsbət həlli istiqamətində əhəmiyyətli irəlilləyiş əldə olunmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh müqavilədən irəli gələn bütün öhdəliklərini 3 gün ərzində tam şəkildə yerinə yetirməsini və 21.000 manat məbləğində borcunu tam şəkildə ödəməsini xahiş etmişlər. Əks təqdirdə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət olunacaq, qeyd edilən borc ilə bərabər əlavə olaraq real zərərin, əldən çıxmış faydanın, məhkəmə xərclərinin, o cümlədən dövlət rüsumunun və hüquqşünas xərclərinin və digər xərclərin ödənilməsi Cavabdeh tələb olunacaqdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ödəniş qəbzlərin surətlərindən görünür ki, İddiaçı MMC-nin hesabına xx.xx.2025-ci il tarixdə 2800 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli tədbir müqaviləsinə əsasən cavabdeh tərəfindən 28-xx.xx.2024-cü il tarixlərinə sifariş edilmiş tədbirin keçirilməsi üçün xidmətlərin (tədbir zalının icarəsi, yemək və s.) ümumi dəyəri 18% ƏDV və 5% servis xidməti daxil olmaqla cəmi 38.000 manat təşkil etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tədbir müqaviləsinin 15-ci bəndinə əsasən cavabdeh ödənişin 20%-i (7.600 manat) xx.xx.2024-cü il tarixədək, 30%-i (11.400 manat) xx.xx.2024-cü il tarixədək, qalan 50%-i (19.000 manat) isə xx.xx.2024-cü il tarixədək ödənilməli idi. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə ödənilməli olduğu halda, bunu etməmiş, həmin məbləğdən 17.000 manat ödəmiş, qalan 21.000 manat qaytarmamış və bununla da tədbir müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2024cü il tarixli X3 və ödənilməsi haqqında müqaviləyə əsasən cavabdeh tədbir müqaviləsi üzrə iddiaçıya ödənilməmiş qalmış 21.000 manat borcu olduğunu etiraf etmiş və həmin borc məbləğindən 7.000 manatı xx.xx.2024-cü il tarixədək (həmin gün daxil olmaqla), 7.000 manatı xx.xx.2025-ci il tarixədək (həmin gün daxil olmaqla), 7.000 manatı xx.xx.2025-cü il tarixədək (həmin gün daxil olmaqla) cavabdehə ödənilməsi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış tədbir müqaviləsi üzrə iddiaçı öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh müvafiq ödənişləri icra etməyərək müqavilə üzrə öhdəliklərini pozmuş və iddiaçıya ümumilikdə 21.000 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən iddiaçı Cavabdeh 21.000 manat məbləğində borcun və 153 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh tədbir müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, mülki iş məhkəmə icraatında olduğu müddətdə cavabdeh tərəfindən 2800 manat ödənişin edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, tapşırıq müqaviləsi mülki-hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsi ilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Həmin müqaviləyə əsasən tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı işləri və ya xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Yəni bu müqavilə iki tərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən tədbirin keçirilməsi ilə bağlı ona verilən tapşırıqları vicdanla yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh sifariş etdiyi tədbirə görə ödənilməmiş qalmış 18.200 (21.000 manat borcdan ödənilmiş 2800 manat çıxılmaqla) manatı iddiaçıya ödənilməməklə üzərinə götürdüyi öhdəliyi yerinə yetirməmişdir. Beləliklə məhkəmə həmin pul vəsainin iddiaçıya ödənilməməsi səbəbi ilə cavabdeh tərəfindən ona zərər yetirilməsini müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən tədbir müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 18.200 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (144,60 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə sifariş etdiyi tədbirə görə ödənilməmiş 18.200 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144,60 manat, cəmi 18.344,60 (on səkkiz min üç yüz qırx dörd manat, altmış qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-784/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-784/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver