Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-816/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi X1 tərcüməçiliyi, iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə Rüfət oğlu və cavabdehlər Cavabdeh1 Abduləli qızı və Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1 Abduləli qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 oktyabr 2024-cü il tarixdə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdehlər Cavabdeh1 Abduləli qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən ümumi sahəsi 56.3 kv.m-dən ibarət olan, 2 otaqlı, 7 saylı evin, 7 saylı mənzilini və “QAZ 24” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilini tərəflərin paylarına uyğun olaraq naturada ayrılması (real bölgüsü), əgər mənzilin və avtomobilin tərəflərin paylarına uyğun olaraq texniki cəhətdən naturada ayrılması mümkün olmadığı halda əmlakın bazar dəyəri müəyyən edilməklə açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Xidməti tərəfindən **********69-05101-093015 reyestr nömrəli, 31 oktyabr 2019-cu il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ına əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən ümumi sahəsi 56.3 kv.m-dən ibarət olan 7 saylı evin, 7 saylı mənzili və “QAZ 24” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil paylı mülkiyyət hüququ əsasında 1/5 hissədə İddiaçı2, 1/5 hissədə İddiaçı1 və 5/3 hissədə isə X3 adlarına qeydə alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-185/2013 saylı, 25 fevral 2013-cü il tarixli qətnaməsi (hakim E.Y.Şamayevin sədrliyi ilə) ilə Cavabdeh1 Abdüləli qızının cavabdehlər İddiaçı1, İddiaçı2 və Bakı 28 Saylı Dövlət Notariat Kontoruna qarşı” miras əmlakın bölünməsi” tələbinə dair və İddiaçı2, İddiaçı1 oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı eyni tələbə dair iddia ərizələri qismən təmin olunaraq, X3 23 oktyabr 2011-ci il tarixdə ölümündən sonra açılmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 7, 7 saylı mənzilindən və “Qaz 24” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlaklara İddiaçı2 1/5 pay, İddiaçı1 1/5 pay, Cavabdeh1 Abdüləli qızının 1/5 pay, Cavabdeh2 1/5 pay və X2 1/5 pay hissəsində vərəsəlik hüquqları tanınması qət edilmişdir. Mübahisəli mənzil və avtomobil faktiki olaraq tərəflər arasında miras əmlak kütləsi olaraq qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tərəflərin miras əmlak kütləsindəki payları müəyyən olunmuşdur. Mübahisə edilən mənzilin ideal bölgüsünün həyata keçirilməsinə baxmayaraq həmin mənzildən və avtomobildən real şəkildə iddiaçılar istifadə edə bilmədiyi üçün onların mülkiyyət hüquqları pozulmaqdadır. Bu səbəbdən həmin mənzilə dair tərəflərin müəyyən edilmiş paylarına əsasən real bölgüsü aparılmalıdır. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdehlər ilə mənzilin naturada ayrılmasına dair razılıq əldə olunmamışdır. Əgər, mənzilin texniki cəhətdən naturada ayrılması mümkün olmadıqda halda isə mənzilin bazar qiyməti müəyyən edilməklə mənzilinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölüşdürülməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, əmlakların hərraca çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, əmlakların hərraca çıxarılmasına etiraz etmir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 23 oktyabr 2011-ci il tarixdə vəfat etmiş X3 vərəsələri X5 və İddiaçı2dur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X3 xüsusi mülkiyyətində olmuş Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 7 saylı evin 7 saylı mənzilinin 1/5 hissəsi İddiaçı1, 1/5 hissəsi İddiaçı2 adına qeydiyyatdan keçmiş, 3/5 hissəsi isə açıq qalmışdır. Səbail rayon Məhkəməsinin 25 fevral 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X3 23 oktyabr 2011-ci il tarixdə ölümündən sonra açılmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 7, 7 saylı mənzilindən və “Qaz 24” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlaklara İddiaçı2 1/5 pay, İddiaçı1 1/5 pay, Cavabdeh1 Abdüləli qızının 1/5 pay, Cavabdeh2 1/5 pay və Cavabdeh3 1/5 pay hissəsində vərəsəlik hüquqları tanınması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 7 saylı evin 7 saylı mənzili və “Qaz 24” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil 1/5 hissəsi İddiaçı2, 1/5 hissəsi Cavabdeh1 Abdüləli qızının, 1/5 hissəsi Cavabdeh2, 1\5 hissəsi Cavabdeh3 və 1/5 hissəsi İddiaçı1 mülkiyyətində olmaqla qeyd olunan şəxslərin ümumi paylı mülkiyyətindədir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçılar həmin əmlaklardan real şəkildə istifadə edə bilmir. Bu səbəbdən iddiaçı əmlakların naturada bölünməsini, bu mümkün olmadığı halda əmlakların açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun olaraq bölünməsini xahiş edir. AR Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni ümumi əmlakdan payın naturada ayrılmasının mümkün olmaması müəyyən edildikdən sonra paylı mülkiyyətçi yalnız bundan sonra payına uyğun olaraq digər mülkiyyətçidən ona kompensasiya ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Bundan başqa əgər payın naturada ayrılmasına yol verilmirsə bu halda paylı mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli ekspert rəyində Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 7 saylı evin 7 saylı mənzilinin tərəflər arasında 1/5 hissədə bərabər paylara uyğun olaraq təcrid mənzillər şəklində beş hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi iddiaçıların mübahisəli mənzildəki payının naturada ayrılmasının mümkünsüzlüyü ekpert rəyi ilə təsdiq olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıların öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisindən almasının həyata keçirilməsi mümkünsüzdür. Beləliklə, cavabdehin iddiaçılara paylarına müvafiq olaraq kompensasiya ödəmək imkanının olmaması müəyyən olunduğundan, iddiaçıların mənzil barəsində iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin “QAZ 24” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilini tərəflərin paylarına uyğun olaraq naturada ayrılması (real bölgüsü), əgər mənzilin və avtomobilin tərəflərin paylarına uyğun olaraq texniki cəhətdən naturada ayrılması mümkün olmadığı halda əmlakın bazar dəyəri müəyyən edilməklə açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölüşdürülməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin: 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Məhkəmə qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan “QAZ 24” markalı **-GF- *** dövlət qeydiyyat nişanlı avtomobil bölünməz əşyaların kateqoriyasına daxil olduğundan və onun naturada bölgüsü mümkün olmadığından həmin əşya da həraca çıxarılaraq satılmalı və satış pulu paylı mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölüşdürülməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı2 1/5, İddiaçı1 1/5, Cavabdeh1 Abdüləli qızının 1/5, Cavabdeh2 1/5 və Cavabdeh3 1/5 pay hissədə paylı mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 7 saylı evin 7 saylı mənzili və “QAZ 24” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil hərraca çıxarılaraq satılsın, əmlakların satışından əldə olunmuş pul vəsaiti əmlakdakı paylara mütənasib surətdə iddiaçılar və cavabdehlər arasında bölünsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmətikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsait cavabdehlərdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************, Dövlət XəzinədarlığıAgentliyi,KOD210005;VÖEN**********;MüxbirhesAz41NABZ**********0******** ** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlkin Rüstəmli