Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-822/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı artıq ödənilmişin pulun qaytarılması və mənzilin girovdan azad edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı artıq ödənilmişin pulun qaytarılması və mənzilin girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində iddianın təmini tədbiri kimi mübahisə predmeti olan mənzil üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsinə də xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsi iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən olunmuşdur. Belə ki, hazırki tələb 5400 manat məbləğində pulun tutulması ilə bağlı olduğundan, həmin tələb üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 74 manat təşkil eməlidir. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.4-cü maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) məbləğində müəyyənləşdirilmişdir. Hazırki tələb üzrə verilən müvəqqəti təminat tədbiri barədə ərizəyə 10 manat məbləğində dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olanan iddianı təmini tədbiri barədə ərizə də AR MPM-nin tələblərinə uyğun deyil. Belə ki, 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş AR MPM-nin 157-ci maddəsinin yeni redaksiyasına görə iddianı təmini tədbiri müvəqqəti təminat tədbiri kimi ayrıca icraat şəklində baxılır. AR MPM-nin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmələ iddia ərizəsi verilənədək, idida ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri haqqında əsaslandırılmış ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan ayrıca icraatda baxılır. Göründüyü kimi qanunun tələblərinə əsasən müvəqqəti təminat tədbirinə dair verilən ərizə, iddia ərizəsi ilə birlikdə bir icraatda baxıla bilməz. Həmin ərizə ayrıca icraatda baxılmalı və həll edilməlidir. İddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə əvəzinə iddianı təmini tədbiri barədə ərizə verilmişdir. AR MPM-nin 159.4.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və iddianı təmini tədbiri kimi verilmiş ərizə AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı artıq ödənilmişin pulun qaytarılması və mənzilin girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-822/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-822/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver