Məhkəmə qərarları › İş №e-2(009)-826/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-826/2022

21.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-826/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əlikram qızı və yetkinlik yaşına çatmayan övladları X4 (qeydiyyat ünvanı: Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 27, mənzil 15) və X3 ( qeydiyyat ünvanı: ünvan 2 Səbail rayonu, Arif İsmayılov küçəsi 25, mənzil 12 ünvanlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlər bir neçə ildir ki, İddiaçı məxsus mənzili zəbt edib oradan çıxmırlar. Belə ki, ünvan 3 ünvanlı 3 otaqlı mənzil 2016-cı ildən ona məxsusdur. Bu barədə DƏDRX-dan ******* saylı reystrdən çıxarış da vardır. Lakin yaşı və səhhəti ilə bağlı oğlunun yanında yaşayır. Bundan sui istifadə edən cavabdehlər isə mənzilini zəbt etmiş və onların qanunsuz hərəkətlərinə o və oğlu tərəfindən etiraz edilsə də, mənzilini azad etməkdən imtina edirlər. Bununla da onlar İddiaçı qanunun bir neçə norması ilə təsbit olunmuş hüquqlarını pozur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 25, mənzil 12, ümumi sahəsi 59.7 m2 olan mənzilə X1 adına verilən xx.xx.2016-cı il tarixli **********01-05101-093001 reyestr qeydiyyatı ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Tələb belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu Arif İsmayılov küçəsi, ev 25, mənzil 12-ni Cavabdeh2 mənzilin mərhum sahibi Amildən almışdır. Nərimanovdakı evini hazırkı iş üzrə iddiaçının mərhum qızı Sevinc ilə dəyişən Amil içki aludəçisi idi. Adı gedən mənzilin əsaslı təmirə ehtiyacı vardır. Qonşuların da iştirakı ilə Cavabdeh2 bu mənzili əsaslı təmir edərək, əlavə olaraq qonşunun da mənzilinə aid olan 5 kv.m hissəni 5.000 (beş min) manata alaraq mənzilin ümumi sahəsini 65 kv.m etmişdir. Mənzili təmir edəndən sonra Amili axtarmışdır ki, mənzili öz adına rəsmiləşdirsin. Heç bir xəbər tuta bilməmişdir. Beləliklə də Cavabdeh2 Amildən qalan mənzilə faktiki olaraq sahiblik etmişdir. Bu iddianın qaldırıldığı vaxta qədər kimsə ona heç bir iddia ilə müraciət etməmiş, dövlət oqranlarına və qurumlarına şikayət və ərizə ilə müraciət olunmamışdır. Artıq məhrum Amildən miras qalmış mənzili faktiki olaraq qəbul etdikdən sonra ağır maddi və əlverişsiz duruma salınmışdır. Mənzilin əsaslı təmirinə 17.000 (on yeddi min manat) manat vəsait xərcləmişdir. Ancaq qonşunun şahid olduğu bir fakt vardır ki, hazırkı işdə iddaçı, qızı mənzilini Amillə dəyişən Sevinc dünyasını dəyişəndən sonra gizlincə gələrək borc adı ilə Amilin adına verilən sənədləri götürüb özü ilə aparmışdır. Azərbaycan Respublikası DƏDRX-i haqqında Əsasnamənin 3.0.24 bəndinə əsasən tikilinin, bağ evinin, mənzilin inventarlaşdırılması həyata keçirilməli, hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi vacibdir. Mənzilə baxış keçirilmədən çıxarılışın verilməsi şübhə doğurur "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə çıxarışın verilməsinə imtina verilməsi idi. Faktiki olaraq İddiaçı təkrar olaraq məhrum qızının adına olan əmlakı saxtakarlıqla ələ keçirərək hazırkı iddianı irəli sürmüşdür. Mübahisəli mənizlin sənədləşdirilməsi ilə bağlı DƏDRX-in Bakı şəhər Ərazi İdarəsindən məlumatları almaq mümkün olmadığından məhkəmədən mübahisəli mənzili iddiaçının qızının adına və ondan sonra Amilin və anasının adına rəsmiləşdirilməsini təsdiq edən arxiv sənədlərini götürüb, ona qiymət verilməsi zərurəti yaranmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, 2015-ci ildə Amil adlı şəxsə 7000 manat pul verərək, həmin evi almışdır. O zaman makler evdə heç nə olmadığına görə 12000-13000 manat qiymət qoymuşdur. Əlavə olaraq qonşunun da mənzilinə aid olan 5 kv.m hissəni 5.000 (beş min) manata alaraq mənzilin ümumi sahəsini 65 kv.m etmişdir. O evin təmirinə 17000 manat pul xərcləmişdir. Həmin evdən nə Sədaqət xanımın, nə də Elşadın xəbəri olmamışdır. Sədaqət xanım evə edilən təmiri gördükdə bina plana düşən zaman gəlib ona halallıq verəcəyini demişdir. Həmin bina qəzalı vəziyyətdə olduğuna görə heç kəsin çıxarışı yoxdur. Ev bərbad vəziyyətdə olan zaman heç kəs yaxınlaşmamış, təmir olunduqdan sonra belə bir evin var olduğu yadlarına düşmüşdür. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 3 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 235 saylı məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh1 Əlikram qızı, X4 və X3 ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdeh mübahisəli mənzili Amil adlı şəxsdən almış, aldıqdan sonra mənzilin əsaslı təmirinə 17000 manat xərcləmiş, ailəsi ilə həmin mənzildə yaşayır və həmin mənzildən köçməkdən imtina edir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Mübahisəli mənzilin mülkiyyətçisi ilə və ya etibar etdiyi şəxs ilə cavabdeh arasında mənzilin alğısatqısına dair müqavilə iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh mübahisəli mənzilin alınması üçün ödədiyi 7000 manatı və əsaslı təmiri üçün ödədiyi 17000 manatın (sübutlar təqdim etməklə) qaytarılmasına dair tələb irəli sürə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X2 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamasına etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mənzili boşaltmadıqlarından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi iqymətləndirilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə hər hansı hüquqları yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladları X4, X3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 25-də yerləşən 12 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladları X4, X3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 25-də yerləşən 12 saylı mənzildən çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh2, 50 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar