Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-839/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2a və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2a və Cavabdeh1 qarşı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96 saylı evin, 49 saylı mənzilindən (Yeni qayda ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 164, M14, m1) çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-839/2023 saylı qərardadı ilə həmin iddia ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh S.Hüseynvanın nümayəndəsi və vəkili Vəkil2 mülki işin icraatının dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, nümayəndəsi olduğu Cavabdeh2 cavabdehlər X2 və İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalının ½ hissəsinə, daşınmaz əmlakların ½ hissəsinə pay hüququnun tanınması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 180,58 kv.m olan 3 otaqlı yaşayış sahəsinə dair Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilərək 4Ə-728 reyestr nömrə ilə qeydə alınmış X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə ½ hissədə, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 196,1 kv.m olan 5 otaqlı və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 233,64 kv.m olan 5 otaqlı yaşayış sahələrinə dair Bakı şəhəri 1 saylı notariat ofisində satıcı “Everton” firması ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 4Ə-02-92 reyestr nömrəli və eyni tərəflər arasında bağlanmış xx.xx.2012-cü il 4Ə-02-93 reyestr nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqavilələri”nin etibarsız hesab edilərək həmin yaşayış sahələrinin ½ hissəsinə pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi Samux Rayon Məhkəməsinə müraciət etmiş və iş hazırda həmin məhkəmənin icraatındadır (hakim Gündüz Şirinov, iş 2(058)-493/2023). Göründüyü kimi, İddiaçı müvəkkilimə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsində göstərilən yaşayış sahəsinin alğı-satqısına dair müqavilə mübahisələndirilmiş və həmin mənzilə ½ hissədə pay hüququnun tanınması Samux Rayon Məhkəməsindən xahiş edilmişdir. Göstərilənləri nəzərə alaraq, Vəkil2 Samux Rayon Məhkəməsinin icraatında olan Cavabdeh2 Çərkəz qızının cavabdehlər X2 və İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara pay hüququnun tanınması, habelə mübahisəli yaşayış sahələrinin alğısatqısına dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək məhkəmənin icraaatında olan İddiaçı Cavabdeh2 Çərkəz qızı və Cavabdeh1 qarşı Səbail ray.ünvan 4 ünvanlı (yeni qayda ilə AZ1010,Bakışəh.Səbail ray.Nizami küç.164,M14,m1) mənzildən çıxarılmaları tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ərizəni müdafiə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etmiş Samux rayon məhkəməsinin icraatında olan işlə nümayəndəsi olduğu şəxs tərəfindən verilən ididaların bir-biri ilə əlaqəsi yoxdur, həmin iddia üzrə tərəflər müxtəlifdir, orada olan tələb birgə nikah dövründə əldə olunan əmlakın bölgüsünə dairdir və hesab edir ki, hazırki mülki işə Səbail rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatın dayandırılması barədə vəsatətə təmin edilməməli, lakin hazırki mülki iş Samux rayon Məhkəməsinin icraatında olan 2(058)-498/2023 saylı mülki işlə birlikdə bir icraatda birləşdirilərək baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 cavabdeh X1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlaka payın tanınması barədə iddia ərizəsi ilə Samux rayon Məhkəməsinə müraciət etmiş və Samux rayon Məhkəməsinin hakimi Gündüz Şirinovun xx.xx.2023-cü il tarixli 2(058)-493/2023 saylı iddia ərizəsinin icraata qəbul edilməsi və məhkəmədə baxılmağa hazırlanması haqqında qərardada əsasən həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 həmin mülki iş üzrə iddia tələbinin həçminin artırılması barədə ərizə ilə Samux Rayon Məhkəməsinə müraciət etmiş və həcmi artırılmış tələblərdən biri hazırda məhkəmə baxışının predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 180,58 kv.m olan 3 otaqlı yaşayış sahəsinə dair Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilərək 4Ə-728 reyestr nömrə ilə qeydə alınmış X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə ½ hissədə pay hüququnun tanınmasına dairdir. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hazırki mülki iş üzrə iddia tələbinin əsasını iddiaçının Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96 saylı evin, 49 saylı mənzili üzərində mülkiyyət hüquqlarının mövcud olması təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, Samux rayon Məhkəməsinin icraatında olan iddia ərizəsində tələblərdən biri hazırki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədardır. Yəni, hazırki iddia tələbinin əsasını təşkil edən hal başqa məhkəmə icraatında olan baxılan işdə mübahisələndirilmişdir. Həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. AR MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülkü, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin «Konstiutsiya məhkəməsi icraatı qaydasında, mülki, cinayət və inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin bu qərarında AR MPM-nin 254-cü maddəsinə verilmiş şərh, hər hansı bir mülki işin icraatının dayandırılması, məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən hazırki mülki iş üzrə icraat yalnız o halda dayandarıla bilər ki, Samux rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş olsun və qanuni qüvvəyə minməsin. Bu halda icraat həmin yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Lakin Samux rayon Məhkəməsinin icraatında olan mülki iş hazırda baxış mərhələsində olduğu üçün, hazırki mülki işin icraatı Samux rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 iddiasına baxılıb yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması yolverilməzdir. Bununla belə məhkəmə qeyd edir ki, hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə əlaqədar olduğundan onların bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir. Belə ki, AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Həm Səbail rayon Məhkəməsinin icraatında, həm Samux rayon məhkəməsinin icraatında olan mülki işlər üzrə tərəflər eyni olmaqla mübahisə predmeti də eynidir. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, hər iki mülki işə mahiyyəti üzrə baxılmağa başlanılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki iş ilkin olaraq icraata götürülmüş və Samux rayon məhkəməsinin hakimi Gündüz Şirinovun icraatında olan 2(058)493/2023 saylı mülki işlə birləşdirilməlidir. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan, həmçinin AR MPM-nin 258-ci madəsinə əsasən isə iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normalara əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, icraatın dayandırılması barədə ərizənin təmin edilməməsi və bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən hazırki mülki işin icraatının Samux rayon Məhkəməsinin icraatında olan mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə verilən ərizə təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2a və Cavabdeh1 qarşı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96 saylı evin, 49 saylı mənzilindən (Yeni qayda ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 164, M14, m1) çıxarılması barədə 2(009)-839/2023 saylı mülki iş Samux rayon Məhkəməsinin hakimi Gündüz Şirinovun icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər X2 və İddiaçı qarşı qaldırdığı 2(058)-493/2023 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin və baxılması üçün Samux rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-839/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-839/2023
28.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver