Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-842/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçıların, onların nümayəndəsi-vəkili Vəkil1 və cavabdeh X3, onun nümayəndəsivəkili Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 - cavabehlər Cavabdeh4, X4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və 28 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbinə dair mülki işə 24 may 2023-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabehlər Cavabdeh4, X4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və 28 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanında yerləşən evə dair Cavabdeh4 adına verilmiş 23 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh4 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın, daşınmaz əmlakın bağışlanmasına dair 07 noyabr 2017-ci il tarixli müqavilənin və onun əsasında cavabdeh X3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanına dair 1/2 hissədə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi və çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi 1998-ci ildən atası X2 mülkiyyətində olmiuşdur. Atası 30 may 2012-ci il tarixdə vəvat etmişdir. O, dünyasını dəyişdikdən sonra iddiaçının keçmiş həyat yoldaşı ilə nikah münasibətləri pozulduğuna görə və münaqişəli münasibətləri olduğundan anaı və qardaşı Cavabdeh4 ilə aralarında olan razılığa əsasən iddiaçı öz vərəsəlik payından imtina edərək ünvan 4 ünvanında yerləşən yaşayış evini formal olaraq Cavabdeh4 adına rəsmiləşdirilməsinə razılıq vermi mvə onun adına evə dair tam çıxarış alınmışdır. Amma yaxın ailə üzvləri olduqlarına görə də qardaşı ilə şifahi aralarında olan razılaşmaya əsasən gələcəkdə mənzilin 1/2 hissəsinin iddiaçının olduğunu hamı qəbul etmişdir. Ailə nikah münasibətlərindən və onun əsasında keçmiş həyat yoldaşı ilə aralarında yaranmış münaqişlərdən bir qədər sonra səhhətində psixi pozuntular yaranmışdır və bir qədər sonra isə bu pozuntular ailə üzvlərində də narahatlıq yaratdığına görə onların müraciəti əsasında X10 Stansiyasının göndərişi ilə Azərbaycan Respublikası Səhiyyə nazrliyinin 2 nömrəli X1 stasionar müalicə olunmuşdur. Müalicədən bir neçə müddət sonra da qəbul etdiyi psixiatrop dərmanların təsiri altında özündə olmamı və ətrafında baş vermiş hadisələrin mahiyyətini dərk etməmişdir və yaşadığm hadisələrə düzgün qiymət vermək iqtidarında olmamışdır. Qardaşı Cavabdeh4 bu yaxınlarda bildiyinə görə öz mülkiyyətində olan mübahisəli yaşayış evini yarandığı maddi vəziyyətə görə yaxın qohumlarından borc alındığı üçün və razılaşmalarına görə pulun təminatı kimi bu mənzili xx.xx.2017-ci ildə öz keçmiş həyat yoldaşı X3 adına keçirmişdir. Bütün bu hadisələri nə olduğu və necə olmasını qardaşı Cavabdeh4 öz keçmiş həyat yoldaşını 2023-cü ilin oktyabr ayının sonlarında bıçaqladıqdan sonra yaranmış hadisədən sonra bilib dərk etmişdir. Bu hadisəyə qədər neçənci ildə necə onu notariat ofislərinə aparsalar da işin mahiyyəti ona aydın olmayıb. Normalda o, heç bir vaxt mənzilin X3 adına keməsinə razı olmazdı. İşin dərinliyini vəkilinin sorğular vasitəsi ilə əldə etdiyi rəsmi cavabların ona izah edilməsindən sonra aydın olmuşdur. Mənzilin cavabdeh X3 adına pulun təminatı kimi keçirilməsi halı onun öz vermiş olduğu ifadələrində də cinayət işi üzrə çıxarılmış məhkəmə aktlarında öz təstiqini tapmışdır. Belə ki, təxminən 2017-2018-ci illərdə Cavabdeh4 bir nəfərə 70.000 manat borcu yarnmışdır. Həmin borcun bir hissəsi cavabdeh tərəfindən və bir hissəsi qohumları Ceyhun adlı şəxs tərəfindən tapıldığına görə pulun təminatı kimi onların qarşılıqlı razılaşmasına əsasən mübahisəli mənzil X3 adına rəsmiləşdirilmişdir. Sonradan Cavabdeh4 ilə cavabdeh X8 arasında ailə mübahisələri nikahın pozulmasına gətirib çıxartmış, bir müddət sonra bu mübahisələr ailə münaqişəsi zəminində daha da geniş miqyas və dərəcədə artaraq Cavabdeh4 tərəfindən X4 bıçaqla ağır bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Məlumatı olduğu qədər bir müddət mənzilin satılaraq borclar çıxılandan sonra mənzilin dəyərinin Cavabdeh4 qaytarılmasını İlahə Əliyeva ona vəd etməsinə baxmayaraq, sonradan başqa bir şəxslə ailə qurmaq niyyətini daşıdığından evi sataraq pulları Cavabdeh4 qaytarılmasından imtina etdiyi sonuncuya məlum olmuşdur. Yuxarıda qeyd etdiyi kimi həmin yaşayış evi atalarından onalra miras qalmışdır. Onlar atalarının vərəsələridir. Ailə üzvlərinin də bildiyi kimi bu evin ½ hissəsinin iddiaçının olması danılmazdır. Hazırda isə cavabdeh X8 bizi bu evdən pasport qeydiyyatından çıxarmaqla onları çölə tökmək istəyir. Ona görə də məhkəmədən pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçılar iddia həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanında yerləşən evə dair Cavabdeh4 adına verilmiş 23 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh4 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın, daşınmaz əmlakın bağışlanmasına dair 07 noyabr 2017-ci il tarixli müqavilənin və onun əsasında cavabdeh X3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanına dair 1/2 hissədə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi və çıxarışın verilməsi və iddiaçıların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İ.Əliyeva tərəfindən daxil olmuş ərizədə göstərilmişdir ki, iddia tələbinin predmetini təşkil edən xx.xx.2013-cü il tarixli müvafiq vərəsəlik haqqında şəhadətnamənin, habelə evin bağışlanmasına dair xx.xx.2017-ci il tarixli müqavilənin qanunauyğunluğunun və səhihliyinin mübahısələndirilməsinə dair əsassız dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bununla əlaqədar bildirir ki, sözügedən əqdlər, o cümlədən iddiaçının vaxtilə məcburi paydan imtinası müvafiq notariat kontorunda notariat qaydada aparılmış, cavabdehlər İddiaçı2 ilə Cavabdeh4 arasında evin bağışlanmasına dair xx.xx.2017-ci il tarixli müqavilə də notarial qaydada bağlanmışdır. “Notariat haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir və s. İstinad olunan əqdlər aparılarkən Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu iddiaçıya münasibətdə “Notariat haqqında” AR Qanununun 9-cu maddəsində göstərilən vəzifələrini tam və dəqiqliklə yerinə yetirmiş, onun müvafiq əqdlər üzrə kontragent kimi hüquq və vəzifələrini izah etmiş, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərmişdir. İddiaçı hazırki mülki iş üzrə materiallarda və iddia ərizəsinin dəlillərində bu xüsusatları təkzib edən hər hansı bir sübut təqdim edə bilməmiş, iddia ərizəsində də bu xüsusatları ümumiyyətlə təkzib etməmişdir. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpstyasi, habelə mülki dövriyyənin sabitliyi baxımından da İddiaçı2 ilə Cavabdeh4 arasında evin bağışlanmasına dair xx.xx.2017-ci il tarixli müqavilənin qanuniliyinin sonuncu tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındıqdan 10 il, bağışlamanın aparılmasından isə 6 il sonra mübahisələndirilməsi qanunsuz və əsassızdır. İddiaçıların özünün məcburi pay hüququndan vaxtilə imtina etməsinə dair razılıq ərizəsini, Cavabdeh4 verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin mübahisələndirmə əsasları da qanunsuzdur. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı 14 iyun 2022-ci il tarixli Qərardadının 17, 21-ci bəndlərində şərh olunmuşdur ki, Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 - 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında tərəfin iradə ifadəsinin hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində zədələnmiş olduğu hallarda əqdlərin mübahisələndirilməklə etibarsız hala gəldiyi qeyd edilmiş və bununla da mübahisə edilən əqdlərin dairəsi göstərilmişdir. Bu növ etibarsız əqdləri digər etibarsızlıq hallarından fərqləndirən mühüm xüsusiyyət odur ki, iradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə, maddə 354.2) əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. İddiaçıların vaxtilə - 2012-ci ildə qardaşı Cavabdeh4 xeyrinə öz qanun üzrə vərəsəlik və məcburi pay hüququndan imtina etməsi və bununla bağlı könüllü əsaslarla, heç bir kənar müdaxilə olmadan, mental xüsusiyyətlərə və ərazidə təşəkkül tapmış adət ənənələrə müvafiq olaraq ailə həyatı qurması ilə bağlı ata evindən kənarda yaşayan və ərinə məxsus evə köçmüş bacının ata evində qalan, valideyninin gündəlik qayğıları və heriontoloji xidmətləri ilə məşğul olan qardaşının xeyrinə imtina ərizəsi yazması kifayət qədər geniş yayılmış praktikadır. Belə imtina ərizəsi mülki hüquqi baxımdan sərbəst birtərəfli iradə ifadəsidir. Hazırki vəziyyətdə isə iddiaçılar mülki qanunvericiliyin istinad olunan tələbinə zidd olaraq faktiki 10 ildən artıq vaxt keçdikdən sonra vaxtilə özünün imtina etdiyi miras payının qəbul edilməsinin məhkəmə tərəfindən rəsmiləşdirilməsini tələb edir. Göründüyü kimi mirasın qəbulundan imtina edilməsi barəsində mübahisə açılması üçün qanunla 2 aylıq kəsici müddət, ümumilikdə isə Mülki Məcəllənin 354-cü maddəsində isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia tələbinin irəli sürülməsi üçün 1 illik kəsici müddət müəyyən edilmişdir. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). İş üzrə materiallardan və iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçılar tərəfindən mirasdakı paydan imtina nümayəndə və ya qeyri-üsulla aparılmamış, bilavasitə iddiaçının özü tərəfindən, özünün ərizəsi və müraciəti əsasında həyata keçirilmişdir. Odur ki, 10 il bundan əvvəl iddiaçının bilavasitə özü tərəfindən həyata keçirilmiş mirasın qəbulundan imtina əqdi həmin gündən etibarən onun özünə məlum olmuşdur. İddiaçı isə mirasın qəbulundan imtina edilməsi barəsində mübahisəni 2 ay deyil, 10 il sonra açmışdır. iddiaçıların iş üzrə materiallarda olan ünvan 3 ünvanladıqları xx.xx.2019-cu il tarixli müvafiq ərizələrdən göründüyü kimi onlar X4 məxsus fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, əvəzləşməsinə, sökülməsinə, ipoteka qoyulmasına, heç bir etirazlarının olmadığını bildirmiş, habelə müqavilə rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Beləliklə, iddiaçılar hələ 2019-cu ildə sözügedən fərdi yaşayış evi üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxmaq öhdəliyini götürmüş və həmin evlə bağlı yaşayış və istifadə hüququndan imtina etmişlər. Həmçinin əmlakın bağışlanması barədə əqd artıq yeni münasibətlər yaratmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh İ.Əliyevanın nümayəndəsi-vəkili iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh İ.Əliyeva iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir.
1. İddia tələbinin Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanında yerləşən evə dair Cavabdeh4 adına verilmiş 23 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh4 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsi, iddiaçıların Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanına dair 1/2 hissədə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir: İş materiallarında olan: Səbail rayon Qeydiyyat Şöbsəinin 23 may 2023-cü il tarixli məktubundan və AZ-İ № 073158 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X9 arasında bağlanmış nikah 02 oktyabr 1990-cı il tarixdə pozulmuşdur. AZ-İ № 543323 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 may 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı2 tərəfindən 28 saylı Notariat Ofisinə təqdim olunmuş 24 avqust 2012-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı2 xx.xx.2012-ci il tarixdə atası X2 vəfatından sonra miras qalmış daşınar və daşınmaz əmlakdan qardaşı Cavabdeh4 xeyrinə imtina edir. 23 yanvar 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh4dur. RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi 49 nömrəli evin 19,8 kv.metrdən ibarət 1 otağı xx.xx.2016-cı il tarixdə Cavabdeh4 xüsusi müılkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 və Cavabdeh4 atası X5 30 may 2012-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılmışdır. Bundan sonra İddiaçı2 müstəqil olaraq öz iradəsi ilə atasından qalmış miras əmlakdan qardaşı Bəhruzun xeyrinə imtina etmişdir. Bəhruz isə öz növbəsində sözügedən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsiə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Notariat haqqında” Qanunun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməli, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Məhkəmə qeyd edir ki, K.Əliyevin vəfatından sonra onun 1-ci dərəcəli 2 vərəsəsi kimi qızı İddiaçı2 və oğlu Cavabdeh4 qalmışdır. İddiaçı2 Cavabdeh4 tərəfindən ona qarşı hər hansı təzyiqə məruz qalmadan, aldadılmadan, hər hansı bir pisix təzyiq altında olmadan öz şəxsi istəyi ilə miras əmlakdan qardaşının xeyrinə imtina etmişdir. Bundan sonra isə notarius qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının bu imtinasını qəbul edərək, onu vərəsələr növbəsindən çıxarmış və Cavabdeh4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh4 isə öz növbəsində DƏDRX-ə müraciət edərək, miras əmlak barəsində çıxarış əldə etmişdir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən iddia tələbi bu hissədə İddiaçı2 münasibətdə əsassız hesab edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin bu hissəsində digər İddiaçı1 münasibətdə də hesab edir, tələb əsassızdır. Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Belə ki, hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İş materiallarından da görünür ki, İddiaçı1 ilə X9 arasında bağlanmış nikah 02 oktyabr 1990-cı il tarixdə pozulmuşdur. Başqa sözlə, K.Əliyev vəfat etdiyi zaman onunla İddiaçı1 arasında nikah münasibətləri mövcud olmamışdır. Bu səbəbdən İddiaçı1 K.Əliyevin vərəsəsi sayılmır. Bundan başqa göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, İddiaçı1 hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı göstərdiklərinə münasibətdə qeyd edir ki, tələb məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, iddiaçı tələbin sözügedən hissəsini qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişdir.
2. İddia tələbinin daşınmaz əmlakın bağışlanmasına dair 07 noyabr 2017-ci il tarixli müqavilənin və onun əsasında cavabdeh X3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. İş materiallarında olan: Cavabdeh4 ilə X6 arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ümumi sahəsi 19,8 kv.metr olan 1 otağı İ.Əliyevaya bağışlamışdır. İddiaçı2 və İddiaçı1 tərəfindən 2 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizələrdə qeyd edilmişdir ki, onlar ünvan 4 ünvanının Cavabdeh4 məxsus paylı mülkiyyət hüququ üzrə 1 otaq 19,8 kv.m-nin arvadı X4 bağışlanmasına etiraz etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. 668.1- ci maddəsinə əsasən bağışlama bu hallarda etibarlıdır: 668.1.1.daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli əmlaka dair Bakı şəhəri 2 saylı notariat kontorunda xx.xx.20127-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı notarius mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Bundan başqa həmin müqavilə təsdiq edilərkən tərəflərə, habelə iddiaçıya AR Mülki Məcəlləsinin 667-674-cü maddələrinin məzmunu izah edilmiş və tərəflər müqaviləni könüllü surətdə imzalamışdırlar. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və iddiaçı tərəfindən gətirilən dəlillər müqavilənin etibarsızlığı üçün əsas olmadığından, iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, 01 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh4 iddia tələbini qəbul edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməməlidir. Belə ki, işin hallarından görünür ki, Cavabdeh4 ilə digər cavabdeh İ.Əliyeva əvvəllər nikahda olmalarına baxmayaraq, sonradan nikahları pozulmuşdur. Cavabdeh4 iddiaçıların ailə üzvü olduğunu və eyni zamanda cavabdeh İ.Əliyeva ilə artıq heç bir qohumluq əlaqələrinin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh4 iddianı etiraf etməsi başqa şəxslərin hüquqlarını poza biləcəyindən səmimi qəbul edilməməlidir. MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı göstərdiklərinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Belə ki, iddiaçı əqdin etibarsızlığını əqdin icrasına başlanıldığı gündən 5 ildən çox müddət keçdikdən sonra mübahisələndirmişdir.
3. İddia tələbinin iddiaçıların mənzilə köçürülmələri hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. İş materiallarında olan İddiaçı2 və İddiaçı1 tərəfindən 2 saylı Notariat Ofisinə ünvanlanmış 18 sentyabr 2019-cu il tarixli ərizələrdə qeyd edilmişdir ki, onlar X4 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər. İşdən göründüyü kimi, iddiaçılar 2019-cu il tarixdə könüllü olaraq sözügedən fərdi yaşayış evində qeydiyyatdan çıxmaq barədə öhdəlik götürmüş və bununla da həmin evə aid istifadə hüquqlarından imtina etmişdirlər. Mübahisəli evdə iddiaçıların uzun müddətdir yaşamadığını, həmin evin hazırda İ.Əliyevanın xüsusi mülkiyyətində olduğunu, iddiaçıların onunla artıq heç bir qohumluq münasibətlərinin qalmadığını və iddiaçıların evə olan yaşayış və istifadə hüquqlarından könüllü olaraq imtina etdiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların sözügedən evə köçürülmələrinə heç bir hüquqi əsas yoxdur. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki halda iddia təmin olunmamadığı üçün məhkəmə xərclərinə aid edilən dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ:
İddiaçılar İddiaçı2 və İddiaçı1 - cavabehlər Cavabdeh4, X4, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və 28 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HAKİM: İLKİN RÜSTƏMLİ