Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-857/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rütəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı ümumi istifadədə olan sanitar və köməkçi istifadə sahələrinə istifadə hüququnun tanınması və bu sahələrdən istifadə qaydalarının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci, 3-cü, 4-cü qapılı ardıcıl yerləşən 1 kvadrat metr ayaqyolu, 1 kvadrat metr hamam otağı və təxminən 1.7 kvadrat metr sahəli mətbəxt otağından onun mülkiyyət hüququnun tanınması; ünvan 2 ünvana həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci, 3-cü, 4-cü qapılı ardıcıl yerləşən sanitar qovşağı 1 kv.m., hamam otağı və təxminən 2 kv.m. sahəli mətbəxt otağından onun və Cavabdeh birgə istifadə etmə qaydalarının müəyyən olunmaqla ümumi istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, 9A saylı mənzili 25.08. 2016-cı ildə alqı-satqı yolu ilə almış və bu barədə ona çıxarış verilmişdir. ünvan 2-ə həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci, 3-cü, 4-cü qapılı ardıcıl yerləşən 1 kv.m. sahəli iki sanitar qovşağı və təxminən 2 kv.m. sahəli mətbəx otağı mövcuddur. Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş 3 saylı əlavə üzrə, 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 (reyesrt № И011002634-05101- 093001), 12 (reyestr № **********2-05101-093003) və 14a (reyestr № **********22-05101-093002) saylı mənzilləri mülkiyyət hüquqlan ilə cavabdehə məxsusdur. Bina iki mərtəbəli, ümumi yaşayış qaydalı olmaqla, həyətdən və istifadə sahələrindən ibarətdir. ünvan 2, mənzil 9A, 14a saylı mənzil 1-ci mərtəbədə, 12 və 9 saylı, eləcə də, ona məxsus 9a saylı mənzil 2-ci mərtəbədə yerləşir. 2-ci mərtəbədə yerləşən 12, 9 və 9a saylı mənzillər ümumi istifadə eyvanı ilə əhatələnməklə, 1-ci mərtəbədə yerləşən 14a saylı mənzilin tam üzərində yerləşir. Cavabdehə məxsus mənzillərdə daxildə sanitar xidmətlər rəsmiləşdirilib, 9A mənzilində isə yox. Ona məxsus 9a sayli mənzil, cavabdehə məxsus ünvan 2-də yerləşən 9 saylı mənzilin bölünməsi yolu ilə yaranmışdır. Ona məxsus ünvan 2, mənzil 9A 1 yaşayış otağından və giriş hissədən ibarət, (ayaqyolu) sanitar istifadə sahəsi həyətdə olmaqla hələ özəlləşdirmə alınanadək mövcud olmuş və son hadisələrə qədər bu cür istifadə edilmişdir. Sanitar qovşağı mənzilin natural hissəsindən ayrı olmaqla həyətdə yerləşməsi mövcud olan texniki sənədlərdə də qeyd edilmişdir. Hazırda Cavabdeh ona qarşı iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ona məxsus ünvan 5in 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı (hamam otağı) sökülməli və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri mətbəxt xətləri) ləğv edilmişdir. Hazırda o, ünvan 2, 9A saylı mənzildə yaşasa da, sanitar sahələrə malik deyil, belə ki, məhkəmə qətnaməsi ilə bu sahələr sökülməlidir. Bu barədə cavabdeh məhkəməyə verdiyi iddia ərizəsində də göstərir ki, ünvan 5in 9 a saylı mənzilində özbaşna tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə 9A saylı mənzilin həyətində ümumi istifadədə olmuş sanitar istifadə sahəsindən istifadə etməlidir. Hansı ki, cavabdeh özü də bu sanitar hissədən zərurət olmadan istifadə edir, ondan icazəsiz qapısını dəyişir, o isə istifadə etmir. O bu mənzili alarkən həmin sahələrin ümumi istifadədə olması ondan gizlədilib. Bu günə kimi ona bu barədə bilrilməmişdir. Son zamanlar ona məlım olub ki, bu sahələr ümumi istifadədə olmuşdur. 14 oktyabr qətnaməsində irəli gələn zərurətdən bu sahələr onun mənzilinə aid edilməli və onun istifadəsinə verilməlidir. Eyni zamanda onun mənzilinin ümumi sahəsinə daxil edilməlidir. O hazırda mənzilini sanitar qovşağından (hamam otağı və mətbəx istifadədən) məhrum olunmuşdur. Hazrda ünvan 2-ün həyətində əvvəllər ümumi istifadələrində olmuş sanitar qovşağı (1 kv.m. hamam otağı və 1,7 kv.m. mətbəx) onun mülkiyyətinə və istifadəsinə verilməsi zəruridir. Çünki yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən onun 9A saylı mənzildə tikdiyi mətbəx və hamam sökülməlidir. Ona məxsus ünvan 2-ün həyətində ümumi istifadədə olan sanitar qovşağı (1 kv.m. hamam otağı və 1,7 kv.m. mətbəx) 9A saylı mənzilin və cavabdehə məxsus digər mənzillərin mətbəx və hamam otağı kimi ilk vaxtlardan ümumi istifadədə olmuşdur. İndi də həmin ərazi ümumi istifadə hissəsi kimi onun istifadəsinə və mülkiyyətinə qaytarılmalıdır ki, o, oradan istifadə edə bilsin. Cavabdehin də həmin ərazidən istifadə etməsinə etiraz etmir. Beləliklə, ünvan 2-ün həyətində əvvəllər ümumi istifadələrində olmuş sanitar qovşağı (1 kv.m. hamam otağı) və 1,7 kv.m. mətbəx otağı onun mülkiyyətinə və istifadəsinə verilməsi, cavabdehlə onun həmin sahədən istifadə etməyi ilə bağlı bu sahədən istifadə qaydaları müəyyən edilməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, o, iddia tələbinin azaldılmasını istəyir. Səbəb isə odur ki, 1 kv.m. sahəli ayaqyolu artıq 9A mənzilinin sahəsinə daxil olunub. Mənzil konstruksiyasında çatmayan hamam və mətbəx otağının onun tərəfindən mülkiyyətçi kimi istifadəsinə cavabdeh tərəfindən hər cəhdlə maneçilik törədilir. Ona görə də, ünvan 2-ə həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci və 3-cü qapılı ardıcıl yerləşən təxminən 1.7 kv.m. sahəli mətbəx otağı və 1 kv.m. hamam otağından onun mülkiyyət və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, ünvan 2-ə həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci, 3-cü, 4-cü qapılı ardıcıl yerləşən 1 kv.m. sahəli iki sanitar qovşağı və təxminən 2 kv.m. sahəli mətbəx otağı mövcuddur. Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş 3 saylı əlavə üzrə, 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 (reyesrt № **********34- 05101- 093001), 12 (reyestr № **********2-05101-093003) və 14a (reyestr № **********22- 05101-093002) saylı mənzilləri mülkiyyət hüquqları ilə cavabdehə məxsusdur. Bina iki mərtəbəli, ümumi yaşayış qaydalı olmaqla, həyətdən və istifadə sahələrindən ibarətdir. ünvan 2, m.9A, 14a saylı mənzil 1-ci mərtəbədə, 12 və 9 saylı, eləcə də, ona məxsus 9a saylı mənzil isə 2-ci mərbədə yerləşir. 2-ci mərtəbədə yerləşən 12, 9 və 9a saylı mənzillər ümumi İstifadə eyvanı ilə əhatələnməklə, 1-ci mərtəbədə yerləşən 14a saylı mənzilin tam üzərində yerləşir. Ona məxsus 9a saylı mənzil, cavabdehə məxsus ünvan 2-də yerləşən 9 saylı mənzilin bölünməsi yolu ilə yaranmışdır. Ona məxsus ünvan 2, m.9A 1 yaşayış otağından və giriş hissədən ibarət, sanitar istifadə sahəsi həyətdə olmaqla hələ özəlləşdirmə anınadək mövcud olmuş və son hadisələrə qədər bu cür istifadə edilmişdir. Sanitar qovşağı mənzilin natural hissəsindən ayrı olmaqla həyətdə yerləşməsi mövcud olan texniki sənədlərdə də qeyd edilmişdir. Hazırda Cavabdeh ona qarşı iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ona məxsus ünvan 5in 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilmişdir. Hazırda o, ünvan 2, 9A saylı mənzildə yaşasa da, sanitar sahələrə malik deyil, belə ki, məhkəmə qətnaməsi ilə bu sahələr sökülməlidir. Bu barədə cavabdeh məhkəməyə verdiyi iddia ərizəsində də göstərir ki, ünvan 5in 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə 9A saylı mənzilin həyətində ümumi istifadədə olmuş sanitar istifadə sahəsindən istifadə etməlidir. Hansı ki, cavabdeh özü də bu sanitar hissədən istifadə edir, o isə istifadə etmir. O bu mənzili alarkən həmin sahənin ümumi istifadədə olması ondan gizlədilib. Bu günə kimi ona bu barədə bildirilməmişdir. Son zamanlar ona məlum olub ki, bu sahələr ümumi istifadədə olmuşdur. Bu sahələr onun mənzilinə aid edilməli və onun istifadəsinə verilməlidir. Eyni zamanda mənzilin ümumi sahəsinə daxil edilməlidir. O hazırda mənzilini sanitar qovşağından məhrum olunmuşdur. Hazırda ünvan 2-ün həyətində əvvəllər ümumi istifadələrində olmuş sanitar qovşağının (1 kv.m. hamam otağı və 1,7 kv.m. mətbəx) onun istifadəsinə verilməsi zəruridir. Çünki yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən onun 9A saylı mənzildə tikdiyi mətbəx və hamam sökülməlidir. Ona məxsus ünvan 2-ün həyətində ümumi istifadədə olan sanitar qovşağı (1 kv.m. hamam otağı və 1,7 kv.m. mətbəx) 9A saylı mənzilin və cavabdehə məxsus digər mənzillərin mətbəx və hamam otağı kimi ilk vaxtlardan ümumi istifadədə olmuşdur. İndi də həmin ərazi ümumi istifadə hissəsi kimi onun istifadəsinə qaytarılmalıdır ki, o oradan istifadə edə bilsin. Cavabdehin də həmin ərazidən istifadə etməsinə etiraz etmir. Beləliklə, ünvan 2-ün həyətində əvvəllər ümumi istifadələrində olmuş sanitar qovşağı (1 kv.m. hamam otağı) və 1,7 kv.m. mətbəx otağı onun istifadəsinə verilməli, cavabdehlə onun həmin sahədən istifadə etməsi ilə bağlı bu sahədən istifadə qaydaları müəyyən edilməlidir. ünvan 2-ə həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci qapılı, 2 kv.m. sahəli mətbəx otağına onun istifadə hüququnun tanınması; Bakı şəhəri Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-ə həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 3-cü qapılı, 1 kv.m. hamam otağına onun istifadə hüququnun tanınması; Bakı şəhəri Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-ə həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 4-cü son qapılı təxminən 1 kv.m. sahəli ayaqyolundan onun istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, sonuncu iclas zamanı razılaşma əsasında və İcra probasiya nümayəndəsinin 14 oktyabr 2021-ci il tarixli qətnamə üzrə icra işi zamanı 9A mənzilində 2-ci mərtəbədə mətbəx xətlərinin istifadə olunması qəbul edildi. Müqabilində mən də 1-ci mərtəbədə girişdən sağda yerləşən 4 kv.m. sahəli mətbəx otağından (şərti işlək hamam otağından) cavabdehin xeyrinə imtina etdi. Bu günki iş üzrə mübahisələndirilən 3 sahədən 2-si 9A mənzili sakinlərinin istifadəsi üçün sonradan tikilmiş sahələrdir. Bu iki sahə qoruğun arxiv surətinə sonradan qeyri dəqiq qələmlə cızılandır. 14 oktyabr 2021-ci il qətnaməsi 9A mənzilindən sanitar qovşağının (hamam otağının) həyətə köçürülməli olması zərurətindən qəbul edilmişdir. O bu günki iş üzrə icraatın dayandırılması barəsində vəsatət verərkən, mülki aidiyyatı olduğu üçün iddiaların heç birinin təmin olunmamasını nəzərdə tutmuşdur. Ev 94-ün həyətində hamının evində sanitar qovşağı var deyə, əvvəllər olduğu kimi 2 sahənin 9A mənzili sakinlərinin istifadəsinə verilməsi yetər. Şərik mülk olmaz, buna görə bölgü olmalıdır. Cavabdeh eyforiyadan ayrılıb iddiaçını tam razı salacaq bir işi fikirləşməlidir ki, Plenumun qərarı və digər tədbirlər vəziyyəti tərsinə dəyişməsin. Cavabdeh DƏRX-nin qarşısında 9A mənzilinin köhnə rekonstruksiya vəziyyətinə qaytarılması tələbini qoyur. İddiaçı da arxiv surəti əsasında 14A mənzilinin köhnə vəziyyətə qaytarılması tələbini qoya bilər. Hansı ki, 133 kv.m. sahəli 14A mənzili 4 mənzilin birləşdirilməsindən və sərhəd-istinad divarlarının sökülməsindən əmələ gəlmişdir. Mübahisələndirilən 2 sahə, yəni 1 kv.m. ayaqyolu və 1.2 kv.m. hamam otağı ümumi sahə deyil, 9A mənzili sakinlərinin istifadəsi üçün sonradan 94 binası qədim konstruksiyasından müstəqil tikilmiş sahələrdir (işlək vəziyətdə olan 1.2 kv.m. sahəni cavabdeh onunls məsləhətləşməmiş tualet kimi istifadə edir). 94 binasının köhnə strukturuna daxil 3.5 kv.m. sahəli, ümumi istifadəli qədim hamam + tualet otağından o, cavabdehin özünün irəli sürdüyü binada böyük 3/6 sahə mülkiyyətçisi olması səbəbindən xeyrinə imtina edir. Çünki həmin hamam 12 saylı mənzilin köməkçi sahəsinin çıxışında perpendikulyar yerləşir. Bu hamam otağının sahəsi cavabdehə məxsus 3 mənzilin hər birinin sanitar qovşağının sahəsindən böyükdür. Orada istəsələr 14A mənzilində olduğu kimi tualet də quraşdırmaq olar. Qabaqlar tualet xidməti 3.5 kv.m. hamam otağının içində olub. Onu köhnə yerinə bərpa etmək olar. Lakin cavabdeh həmin tualeti 9A mənzili üçün tikilmiş 1.2 kv.m. hamam otağına bilərəkdən köçürüb ki, oraya da ümumi mətbəx kimi sahiblənsin və onun özəlləşdirmə işinə maneçilik törətsin. Nə vaxtdan 1890-cı il binasında 2002-ci ildə tikilmiş 1.2 kv.m. sahə ümumi tualet kimi istifadə olunub? Dünənə qədər o, bu iki sahələrə heç bir iddia sürməmişdir. Ancaq bu gün o, hamam otaqsız qalmışdır deyə, buna məcburdur. Ədalət bərqərar olunmalı bundan sonra onun mülki istifadə hüququ rəsmiləşdirilməlidir. Cavabdeh məshəbindən dönüb onun qanuniləşdirmə işlərinə maneçilik törətməsə yaxşıdır. Məlumatlı edir ki, bu iş üzrə ilkin iddiani vəkillər tərtib edib, hazırki iddianın isə müəllifi odur. İcra nümayəndəsi Tohid Nurlu yanında dəfələrlə cavabdeh bundan sonra da ona hər vəclə mane olacağını bildirsə də, o belə hesab edir ki, bu işdə 12 saylı mənzilin köməkçi sahəsində kommersiya məqsədli yaşayanların günahı yoxdur. Xatırladır ki, cavabdehin iddiası əsasında onun 9A mənzilində 2-ci mərtəbədə sanitar qovşağı sökülərək 1-ci mərtəbədə həyətdə 10 m uzaq məsafədə yerləşən sanitar qovşaqlarına köçürülməsi qət olunmuşdur. Bu gün də 12 saylı mənzilin etmiş və cavabında hər 3 sahəni ümumi sahə kimi ortaya qoymuşdur. (Qoruq idarəsinin bu yanlışları nəticəsində 10m-lik çöl divarı sökülmüş və bu kimi çətinliklərlə rastlaşmışdır, bu gedişatla qoruq idarəsi cavabdeh, Cavabdeh 3-cü şəxs qismində cəlb olunmaqla ayrılıqda maddi və mənəvi ziyanın ödənilməsi üzrə iddianın qaldırılmasına hazırlıqlar son mərhələsində idi. Qoruq əməkdaşı Asəfin işə adekvat münasibəti fikrindən daşındırdı. Nəticədə Plenumdan sonra bu məsələyə bir tərəfli qaydada ikinci icraatda baxılacağı qərara alındı.) Əslində isə qoruq idarəsinin xəbərsiz olduğu bu 3 sahədən yalnız 4 kv.m. sahəli hamam-sanitar otağı ümumidir. Qalan 2 kiçik sahəni (cəmi 2.5 kv.m) 14 oktyabr 2021-ci il qətnaməsindən irəli gələn səbəblər və əsasla istifadə etməyi labüddür. Bu 2 sahədən artıq mülkiyyətində olan 1-cisi (1 kv.m.) işlək deyil, işlək vəziyyətə gətirməyə də imkanı yoxdur. Bu sahə yalnız ayaqyoluya yetərlidir. Mülkiyyət hüquqlarından müvəqqəti kənarda qalmış (inzibati məhkəmədə iddia icraatdadır) 2-ci sahədə (1.5 kv.m.) sanitar qovşağı işləkdir. Lakin cavabdehin subyekriv maraqları ilə tərəfindən təyinatı dəyişdirilərək istifadə olunur. Bu gün bu sahə də istifadəsinə verilməlidir ki, icraat tamamlansın, 9A mənzili funksionallığını bərpa etsin. Onun üçün həyati əhəmiyyətli olduğu üçün və cavabdehin ona qarşı hər vəclə qanunsuz hərəkətlərə meyilli olması səbəbindən bu 9A mənzilinə məxsus 2 sahənin ümumi istifadə sahəsi elan edilməsinə qəti etiraz edir. Ədliyyə eksperti Xəyyam İskəndərovun rəyi ilə təsdiqin tapan 9A mənzilinin sanitar istifadə sahələri 1-ci mərtəbədə həyətdə yerləşir. Ev 94-ün həyətində digər 5 mənzilin hər birinin daxilində işlək sanitar qovşağı və mətbəx var. O cümlədən, cavabdehin ev 94-ün binasında şəxsi mənzillərində 3 sanitar qovşağı + 4 mətbəx otağı var. Bunlara həyətdə yerləşən 4 kv.m. sahəli hamam-sanitar otağını da daxil edək. Yəni onun mənzilində cavabdehin iddiası əsasında sanitar qovşağın sökülməsi bir yana, yenidən həyətdəki ona məxsus 2 sanitar qovşağının ümumi istifadə üçün (cavabdehin istifadəsinə) qət olunması nə dərəcədə doğru, qərəzsiz, obyektiv olar!? Məhkəmə iddiaçının son ədalətli mövqeyini tutsa, qanuni qətnamədən şikayət əsassız olacaq və bu gələcək qərarların işinə faydalı olacaq. Cavabdehin də öz növbəsində bu reallığı qəbul etməsi mübahisəyə son qoya bilər. xx.xx.2023-cü il tarixində icra işləri zamanı nalayiq ifadələrlə 1-ci mərtəbədə girişdən sağda 3-cü qapılı işlək vəziyyətdə olan sanitar qovşağına sökülmüş hamam ləvazimatlarını yerləşdirməyə icazə vermədi, 3.5 kv.m. sahəli ümumi hamam otağının isə qrafiklə istifadə olunmasına icazə verəcəyini bildirdi. Bu bir daha onu sübut edir ki, cavabdehin ümumi istifadə anlayışı yoxdur. Adətən qanunsuz hərəkətlərlə hüquqları pozulanda polisə müraciət eləməlidir ki, cavabdeh kommunal xərcləri özü ödəyir deyə, 9A mənzili sakinlərini qoymur ümumi hamama girişə?! Yoxsa bir hamamda iki pitiminutka qoşulmalıdır?! Buna da, cavabdeh ümumi sahədə dəyişiklik etməmək bəhanəsi ilə etiraz edir. Bu şərtlərə görə qonşulardan heç birini bu sahəyə yaxın qoymur. Odur ki, bu vəziyyətdə məhkəmə mövcud sahələri ayırmaqla istifadə bölgüsünü aparmalıdır. Müştərək işlərin nəticəsi 9A mənzilində 2-ci mərtəbədə hamam otağının sanitar xəttləri, tülpanı sökülmüşdür. Maddi sübut olan fotoşəkildə göründüyü kimi 9A mənzili hamam otaqsız qalmışdır. Halbuki 9A mənzili üçün 2002-ci il tarixdə rəsmi, qoruq məktubu ilə təsdiqini tapan 1-ci mərtəbədə girişdən sağda 3-cü qapılı 1.2 kv.m. hamam otağı tikilmişdir. O bu sahəni 37 kv.m. sahəli mənzilinin istifadəsinə və mülkiyyətinə hamam otağı kimi istəməklə çox istəmir. 3.5 kv.m. sahəni isə cavabdehin 12 saylı mənzilinin 12 kv.m. köməkçi sahəsinin (keçmiş ümumi mətbəxin) istifadəsinə güzəştə gedir. İcra zamanı gözüylə gördü ki, cavabdehin anbarında qəlyançəkən oğlan gəlib ümumi hamama girdi. Bu yolverilməzdir. O bu səbəblərdən 3.5 kv.m. ümumi istifadə hamamından imtina edir. Ona məxsus iki sahənin dəmir-beton tavanı eyni vaxtda tökülüb. Onun davası girişdən üçüncülü qapılı işlək vəziyyətdə olan, mülkiyyətindən kənarda qalmış sahəyə istifadə hüquqlarının təmin olunmasıdır. Hansı ki, onun 9A mənzilinin strukturunda çatmayan hamam otağı funksiyasını yerinə yetirəcəkdir. Göstərilənlərə əsasən ünvan 2 ünvanda 1ci mərtəbədə, girişdən sağda işlək vəziyyətdə olan 3.5 kv.m sahəli sanitar qovşağın (hamam) 12 saylı mənzilin mülkiyyətçisi Cavabdeh bütün növ sanitar xidmətləri üçün tam istifadəsinə verilməsi, ünvan 2 ünvanda 1-ci mərtəbədə, girişdən sağda 3-cü qapılı işlək vəziyyətdə olan 1.2 kv.m. sahəli sanitar qovşağın 9A mənzilin mülkiyyətçisi İddiaçı hamam otağı kimi tam istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə iddia tələbinə qarşı etirazını təqdim edərək bildirmişdir ki, iddia ərizəsinə aşağıdakı əsaslarla tam etiraz edir. Bildirir ki, 94 saylı, ümumi yaşayış qaydalı bina, 6 (altı) payçı, yəni mülkiyyətçi olmaqla, giriş dəhliz, həyət, su kranı, pilləkən qövsü, ikinci mərtəbə üzrə ümumi keçid eyvanı və üç ədəd sanitar qovşaqdan ibarət ümumi istifadə sahələri ilə məhdudlaşır. 14a saylı mənzil 133.2 kv.metr olmaqla - Cavabdeh, 12 saylı mənzil 36.4 kv.metr olmaqla - Cavabdeh (ailə tərkibi 4 nəfər), 9 saylı mənzil 31.4 kv.metr olmaqla - Cavabdeh, 9a saylı mənzil 38.3 kv.metr olmaqla - İddiaçı (iddiaçı), 12a saylı mənzil 31 kv.metr olmaqla- Emin həkimə, 11 saylı mənzil isə 98 kv.metr olmaqla - Abdinbekovlara (ailə tərkibi 6 nəfər) məxsusdur. Onun bina üzrə ümumi mülkiyyət payı 201 kv.metrdir. İddiaçının mülkiyyət payı 38.3, diğər mülkiyyətçilərin ümumi mülkiyyət payı isə təxminən 129 kv.metr olmaqla, bina üzrə ümumi mülkiyyət payı 368 kv.metr, faiz nisbəti üzrə isə onun payı (201x100:368) 54.6195652, yuvarlaq olaraq 55%, iddiaçının payı 10.4076086, yuvarlaq olaraq 10%, digər mülkiyyətçilərin ümumi payının faiz nisbəti isə 35%-dir. Sanitar qovşaqlardan biri iddiaçının, digər ikisi isə onun, eləcə də, digər paylar üzrə istifadə hüquqları olan mülkiyyətçilərin qanun üzrə istifadəsindədir. Deməli, iddia olunan sanitar qovşaqlar üzrə iddiaçının istifadə payı (mülkiyyət yox, istifadə payı), qanuni yanaşmada 10% edir, hətta iddiaçının payını bir sanitar qovşaq üzrə mübahisələndirilərsə belə, bu, 30% edir ki, bu da sonuncunun, sözügedən sahəni tamahkarcasına zəbt etdiyi və qanundan kənar olaraq öz texniki pasportuna saldırılması anlamına gəlir. Əvvəlki mülkiyyətçi, iddia ərizəsində qeyd edilən və iddiaçının mənzilinə ən yaxın olan sanitar qovşaqdan istifadə hüquqları ilə istifadə etmiş, mənzili satarkən isə düzgün olaraq, istifadə sahəsini, istifadə hüquqlarına uyğun olaraq, yeni mülkiyyətçiyə təhvil vermişdir. İddiaçı isə heç bir əsas olmadan və payçılarla razılaşdırma belə aparmadan sözügedən sanitar qovşağı, 2016-cı ildə öz tex.pasportuna qeyd etdirmiş və bununla da öz aləmində guya ki, sahə üzərində mülkiyyət hüquqları əldə etmişdir. Əslində isə sözügedən sanitar qovşaq (şərti olaraq 1-ci), eləcə də, digər iki sanitar qovşaqlar, hələ uzun illər əvvəl payçıların (o zaman üzrə qonşuların) aralarında apardıqları bölgü üzrə, eləcə də, özəlləşdirmə dövründən sonrakı müddət üzrə belə idarə edilmiş, mülkiyyətçilər dəyişdikdə isə, yeni mülkiyyətçiyə istifadə hüquqları ilə təhvil verilməklə, həmçinin ümumi əmlakın saxlanılması qaydaları izah edilmişdir. Bəzi mənzillər üzrə, Qoruq İdarəsi və bəzi mənzillər üzrə isə həm Qoruq idarəsi, eləcə də, qonşularla razılaşdırma aparılmaqla, yaşayış sahələrinin yenidən qurulması aparılmış və sanitar qovşaqlar qanunvericiliyə uyğun olaraq mənzil daxilində təşkil edildiyindən, ümumi istifadədə olan sanitar qovşaqlar, bilavasitə daha çox ehtiyacı olan payçıların istifadəsinə verilmişdir. Misal olaraq, iddiaçının, kiçik payla (ümumi payın 10%-i) bir sanitar qovşaqdan tək istifadə etməsini göstərə bilər. Baxmayaraq ki, iddiaçının sözügedən sanitar qovşağı qanunsuz olaraq öz tex.pasportuna saldırması fakti mövcuddur, lakin bu hal payçıların, məlum vəziyyətdə isə onun, bu və ya başqa şəkildə qanunla qorunan hüquqlarına və mənafeyinə, hazırki zaman kəsiyində, zidd olmadığına görə məsələyə dözümlü yanaşmışdır, lakin ümumi payçıların qərarından sonra məsələyə qanuni yanaşma tələb edilməkdədir. Həmçinin digər sanitar qovşaq üzrə bildirir ki, ona məxsus iki otaqdan ibarət 12 saylı mənzilin bir otağı və hissəsi 2-ci mərtəbədə, digər otaq və hissəsi isə 1-ci mərtəbədə yerləşməklə, mülkiyyət hüquqları, həm əvvəlki mülkiyyətçilər, eləcə də hazırki dövr üzrə tanınmışdır. 12 saylı mənzilin 1-ci mərtəbədəki hissəsinə ən yaxın olan sanitar qovşaq (şərti olaraq 3-cü) isə bütün bu dövrlər ərzində sözügedən mənzilin istifadəsində olmuş və komunal təhcizatını da oradan götürmüş və götürməkdədir. Digər sanitar qovşaq (şərti olaraq 2-ci) isə ən böyük mənzil olan 14a-nın istifadəsindədir, çünki sözügedən mənzildən naturaca ayrı yerləşən 7 kv.m. istifadə sahəsi mövcuddur ki, bu sahə də ayrıca idarə olunur və kommunikasiya ödəyicisidir. Həmçinin sözügedən sanitar sahə, eləcə də 9 saylı mənzil üçün keçərlidir. Onu da bildirir ki, ortada yerləşən və şərti olaraq 2-ci kimi adlandırdığı sanitar qovşaq, iddiaçı istisna olmaqla, digər qonşular üçün və həyətə gələn (ustalar, komunal xidmət işçiləri, xlor satan, yuxa satan, azyaşlı uşaqlar, turistlər və s.) şəxslər üçün də xidmət edir.Onun istifadəsində olan 2-ci və 3cü sanitar sahələrin təmiri və saxlanması, eləcə də ümumi həyətin saxlanma xərcləri, bütün dövrlər üzrə onun tərəfindən aparılmışdır. İddiaçının isə özünün, 1-ci kimi adlandırdığı sanitar qovşağı olduğundan və bu sahə hələlik yalnız 9a-ya xidmət etdiyindən, digər istifadə sahələri üzrə iddia irəli sürülməsi qərəzlidir və yolverilməzdir. Eləcə də, iddia ərizəsində qeyd edilən bir neçə yalan məlumata münasibət bildirərək, aşağıdakıları qeyd etmək itəyir. İddiaçı yazır ki, guya o, iddiaçıya aid olan sanitar qovşaqdan (1-ci) zərurət olmadan istifadə edir, hansı ki, həmin sanitar qovşaq təmirsiz olduğundan, oradan normal istifadə etmək belə mümkün deyil, nə suyu var, nə də ki, işığı. Həm də ki, düz onun yanında təmirli və istifadə qaydaları ilə özünə aid sanitar sahə olduğu halda... Daha sonra iddiaçı bildirir ki, o, iddiaçıya aid olan məlum sanitar qovşağın qapısını dəyişdirmişdir və o, həmin sahədən istifadə edə bilmir. Bununla əlaqədar bildirir ki, həqiqətən o həmin sahənin tam yararsız olan qapısını dəyişdirərək, yeni plastik qapı ilə əvəzləmiş, açarları isə hələ birinci məhkəmə prosesində, yerli baxış dövrü, hakimin şahidliyi ilə tərəfə təqdim etmişdir. Onu da bildirir ki, iddiaçı həmin sanitar qovşaqdan istifadə etmədiyindən, ümumi əmlakın lazımı qaydada saxlanılmaması və baxımsızlıqdan, məlum sahə pis vəziyyətdə olmuş (köhnə qapının bağlanmaması və müxtəlif ünvansız istifadələr) və antisanitar vəziyyətin qəbuledilməzliyi səbəbindən, o düzgün olaraq, ümumi yaşayış sahəsinin tələblərini nəzərə almaqla, tərəfin hərəkətsizliyi nəticəsində, aidiyyəti qurumu məlumatlı etməklə və iki yüz manat xərcləməklə, qapını yeniləmişdir. Bununla əlaqədar iddiaçı, Qoruq idarəsinə “tarixi əhəmiyyətli qapı” barədə yazmış və hərəkətlər rəsmiləşdirilmişdir. Daha sonra iddiaçı yazır ki, mənzili alarkən həmin sahələrin ümumi istifadədə olması ondan gizlədilmişdir. Baxmayaraq ki, bu sual bir başa cavabdehə ünvanlanmamışdır, lakin cavab olaraq bildirir ki, iddiaçı çox saylı ərizə və şikayətlərində özü bildirir ki, sözügedən sahə, ümumi həyət sahəsində ümumi istifadədə olan və təməli 9a mənzilinin köhnə sahibi Göranboylu Mehman tərəfindən qoyulmuş sahədir (2(009)-720/2021 saylı iş üzrə iddiaçının verdiyi izahatın surəti əlavə edilir). Həmçinin həmin sahəni, qanunsuz olaraq tex.pasporta saldırır, lakin nədənsə əvvəlki mülkiyyətçinin dediyi məlum sahənin mənşəyi barədəki sözlər, iddiaçının yadından çıxır... Həmçinin iddia ərizəsində bildirilir ki, guya cavabdeh sahələrin birini mətbəx kimi istifadə edir. Baxmayaraq ki, bunun iddiaçıya heç bir dəxli yoxdur, lakin bildirir ki, məlum sahələrdə heç bir mətbəx yoxdur və o, sözügedən sahələrdən yalnız təinatı üzrə istifadə edir. Daha sonra iddiaçı, öz ərizəsində məlum istifadə sahələrinin, sonuncunun istifadəsinə və xx.xx.2023-cü il tarixli ərizəsilə mülkiyyətinə verilməsi kimi absurd iddiaları yenidən irəli sürür, lakin bu absurd iddiaların qanunvericilik üzrə əsaslandırılmasını izah edə bilmir, iddiaçının bəzi düzəlişlərdən sonrakı tələbi üzrə “istifadə hüquqlarının tanınmasına gəlincə isə, bildirir ki, istifadə hüquqları paylı mülkiyyətçilər arasında, qanunla, zatən tanınmışdır. İstifadə hüquqları üzrə tanınmış və mənzillərin tərkib hissəsi olmayan, eləcə də birdən artıq sahələrə xidmət edən, məlum vəziyyətdə sanitar qovşaq, həmçinin bir payçının tək istifadəsinə verilə bilməz, çünki bunu sahəvi qanun üzrə qanunvericilik istisna edir. Sözügedən sahələrin yalnız mülkiyyətçilərdən birinə təhkim edilməsi kimi istisnalar var ki, bu da qanunda ümumi mülkiyyətçilərin razılığı ilə tənzimlənir və ümumi əmlakın saxlanılma qaydaları nəzərə alınmaqla. Eləcə də məsələyə praktik tərəfdən baxdıqda, istifadə sahəsinin naturadan bölünməsi mümkün olmadığından və sayları birdən artıq olduqda, həmçinin zəruri xidmət göstərilən mənzillərin sayına uyğun olduqda, istifadə sahələrinin (s\q) razılaşdırma yolu ilə, (binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə) bölüşdürülməsi və ya mənzillərə təkim edilməsi qanunla qadağan edilmir və bu cür yanaşma, öz kommunikasiyalarını ümumi olmayan, konkret mənzillərdən götürən sahələr üzrə ən optimal yanaşmadır. Əks halda isə binanın ümumi mülkiyyətçilərinin, ümumi istifadə hüquqlu paya münasibətdə, məhkəməyə təqdim ediləcək mövqeyi və qanunla qorunan hüquqları əsas götürüləcək ki, bu da iddia tələbilə ziddiyyət təşkil edəcək. Bir daha bidirir ki, 3 sanitar qovşaqdan biri 9a saylı mənzilə, digəri 12 saylı mənzilə, üçüncüsü isə hamının-hamıya olmaqla, saxlanma və kommunal xərci onun tərəfindən çəkilməklə istifadə hüquqları ilə idarə edilib və edilməkdədir. Oxşar ölçülü (1.2; 1,2; 1.4) və oxşar vəziyyətlı sahələrdən ikisi işlək, 9a-ya aid olan sanitar qovşaq isə təmirsiz olmaqla, iddiaçı tərəfindən bağlı saxlanılır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, ünvan 5in 9, 12, 14a saylı mənzillərinin mülkiyyətçisi Cavabdeh, 9a saylı mənzilinin mülkiyyətçisi İddiaçı, həmin ünvan üzrə 12 a və 11 saylı mənzillərin mülkiyyətçiləri isə digər şəxslərdir. İş materiallarında olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, sorğu əsasında idarənin mütəxəssisləri tərəfindən ünvan 5in həyətinə baxış keçirilmiş və baxış zamanı həyətin texniki göstəricilərini əks edən sənəddə özbaşına tikililərin olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzilkommunal və Təmir Xidmətinin ünvan 4 ünvanında yaşayan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ümumi istifadə sahələrinin binanın arxiv sənədləri ilə müqayisə edilməsinə dair müraciətlə əlaqədar mühəndislər tərəfindən ünvanda araşdırma işləri aparılmışdır və bildirilir ki, binanın ümumi istifadə sahələrinə aid edilən girişdən sağda işlək vəziyyətdə olan sanitar-qovşaq (hamam), işlək vəziyyətdə olan 1 ədəd sanitar-qovşaq (tualet), işlək vəziyyətdə olan 1 ədəd sanitar-qovşağının sahə ölçülərinin binanın arxiv sənədlərindən çıxarışın surətindəki sahə ölçüləri ilə uyğunluğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən mübahisəli ünvana keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, ünvan 5 ünvanına giriş bir qapı vasitəsilədir. Həyət bağlı həyət tipli olmaqla bina iki mərtəbədən ibarətdir. Bu ünvanda yerləşən fərdi yaşayış evlərindən 3-ünün mülkiyyətçisi Cavabdeh, bir mənzilin mülkiyyətçisi İddiaçı, qalan iki mənzilin mülkiyyətçiləri başqa şəxslərdir. Həyətə girişdə 3 otaq vardır. Girişdəki birinci otaq sanitar qobşaq hamam olmaqla köhnə təmirli, ayrıca su və qaz kommunal xəttləri vardır. İkinci otaq sanitar qovşaq tualetdir və təzə təmirlidir. 3-cü otaq təzə təmirli olsa da, içərisində köhnə ləvazimatlar saxlanılır. İddiaçı və cavabdehin verdiyi izahata əsasən həmin sanitar qovşaqlar binada yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Eləcə də, tərəflər bildirdilər ki, həyətdə yerləşən evlərdən yalnız ikisinin, yəni iddiaçıya məxsus ikinci mərtəbədə yerləşən 9a saylı mənzilin və cavabdehə məxsus 12 saylı mənzilin sanitar qovşaqları yoxdur, digər mənzillərdə isə sanitar qovşaqları vardır. Məhkəmə iddia tələi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Mənzil Məcəlləsinin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Mənzil Məcəlləsinin 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Mənzil Məcəlləsinin 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Bakı şəhəri, Mirzə Mənsur küçəsi, ev 94 ünvanında binanın həyətinə girişdə yerləşən üç sanitar qovşaq binanın ümumi istifadə sahələrinə aid edilən sahələrdir və ümumi paylı mülkiyyət hüququ ilə həmin ünvanda yaşayan mülkiyyətçilərə məxsusdur. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, iddiaçı ümumi istifadə sahələrindən istifadə qaydasının müəyyən edilməsi barədə tələb irəli sürsə də, qanunun yuxarıda göstərilən normalarının tələblərinə zidd olaraq, belə bir bölgüyə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bununla bağlı hər hansı qərarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan normasının tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPMnin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı ünvan 6 ünvan üzrə ümumi istifadədə olan sanitar qovşaq sahələrindən istifadə qaydalarının müəyyən olunması barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-857/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-857/2023
13.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver