Məhkəmə qərarları › İş №e-2(009)-86/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-86/2023

14.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-86/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Xalilovnaya qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası, Cavabdeh Xalilovnanın cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X13 Cavabdeh Xalilovnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı və X8 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan məlum olur ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. R. Quliyev Cavabdehnin oğludur və anadan olduğu 1973-çü ildən qeyd olunan ünvanda yaşamışdir. İddiaçı 2015-ci ilin may ayına kimi ailəsilə birgə - həyat yoldaşı Əliverdiyeva Nigar, oğlu Fərid və qızı Xalidə ilə birlikdə bu evdə yaşamışlar. Lakin aşağıda qeyd olunan səbəblərə görə məcbur olub ailəsilə birlikdə həmin evdən çıxaraq kirayə evə köçmüşlər. Anası Cavabdeh xasiyyətinə görə yalnız özünü düşünən, eqoist qadın olduğuna və gəlini Əliverdiyeva Nigar ilə yola getmədiyinə görə, eyni zamanda evdə körpə uşaq olduğundan ailədə tez-tez mübahisələr, dava-dalaşlar baş vermiş və bir müddət sonra bir yerdə yaşamaq qeyri-mümkün olmuşdur. Bundan başqa, Əliverdiyeva Nigar işlədiyinə görə körpə uşağına baxmaq üçün dayənin xidmətlərindən istifadə edirdi. Lakin Cavabdeh baxmayaraq ki, dayə onun xalası oğlunun həyat yoldaşıdır, ona maneələr yaradırdı, uşağa baxmağa qoymurdu. Eyni zamanda İddiaçı anası ilə üzbəüzə gəlmək, ana-bala arasında olan pərdənin götürülməsini istəmirdi və anasının sağlamlığının daha da pozulmasından ehtiyat edirdi. Bundan başqa, ailədəki bu gərgin və əsəbi mühit cavabdehin iki uşağının tərbiyəsinə və sağlamlığına pis təsir edirdi. Bu ailə münasibətləri zəminində İddiaçı nevroz xəstəliyinə tutulmuşdu və hətta boğulmaqla müşaiyət olunan priştupları da olurdu. Bu səbəbdən 2016-cı ildə İddiaçı xəstə olanda anası 1 aylıq onu öz evinə götürmüş, səhhəti yaxşı olanadək ona baxmışdır. İddiaçı 2-3 yaşı olanda anası atasından boşanmışdır. 1997-ci ildən onun Təhməz Abbasov adlı birisilə münasibətləri olmuşdur və tez-tez həmin şəxs onlara gedib-gəlirmiş. Bu hal da R. Quliyevi əsəbiləşdirirdi və evdə ailəsilə birgə sakit yaşaya bilmirdi. İddiaçı bacısı qızı X4 2013-cü ildə Mahaçqaladan nənəsigilə köçdü və o vaxtdan nənəsilə birlikdə yaşayır. Kamillanın 2015-ci ildə 17-18 yaşı olardı. O, Oleq adlı bir oğlanla görüşürdü, saatlarla vaxtını evdə keçirirdi. Qeyd olunanlardan görünür ki, İddiaçı yaşadığı evdən öz arzusu ilə deyil, göstərilən xoşagəlməz halların təsiri altında məcbur olub ailəsilə evdən çıxmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh həmişə oğlunun ailə işlərinə qarışırdı, onun Əliverdiyeva Nigarla münasibətlərini pozmağa çalışırdı. Bü səbəbdən 2009-cu ilin sentyabr ayında onların nikahları məhkəmə qaydasında pozulmuşdur. 2015-ci ildən 2017-ci İlədək nikahları pozulmuş halda İddiaçı və Əliverdiyeva Nigar kirayədə birgə yaşadığı müddətdə də Cavabdeh oğlunun ailə münasibətlərinə yenə də müdaxilə edir, oğlunu yoldan çıxararaq Mahaçqalaya qızının yanına aparmışdır. Bundan sonra onların faktiki ailə münasibətləri tamamilə pozulmuşdur. 2019-cu ildən sonra N.Əliverdiyeva öz adına aldığı evə köçmüş, İddiaçı isə kirayədə və tanışların evində yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda göstərilmişdir ki, X13 - cavabdehin nəvəsi - 14 mart 2003-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır: o da anadan olduğu ildən nənəsinin evində 12-13 yaşınadək yaşamışdır. Atası nənəsi ilə mübahisə etdiyinə görə o, ailəsilə birgə evdən çıxmışdır. O, atası xəstə olduğuna görə və onunla yaxşı anlaşdığı üçün atası ilə birlikdə kirayə evdə yaşayır, mənzil kirayələməyə pul olmayanda atası ilə dostların və qohumların evində qalır. Atası tikintidə usta işləyir, xəstədir, əsəbləşəndə nəfəs almaqda çətinliyi olur. Bu səbəbdən axır zamanlar onunla birlikdə yaşayır. Nəzərə alınmalıdır ki, halhazırda Əliverdiyeva Nigar, İddiaçı qızları Xalidənin saxlanılması üçün alimentin tutulması məqsədilə məhkəməyə müraciət etmişdir. Bu tələblə bağlı başlanılmış 2(009)-1886/2022 saylı iş Səbail rayon məhkəməsinin içraatındadır. İddiaçı aliment tutulanda onun maddi vəziyyəti daha da pisləşəcək yə kirayədə qalmaq imkanını heçə endirəcəkdir. Hal-hazırda Cavabdeh məhkəməyə müraciət edərək çavabdehlər İddiaçı, X8 və X1 yetkinlik yaşına çatmayan övladı X10 ilə birlikdə Baki şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılmış qətnamənin çavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas heşab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı və X8 qeydiyyatda olduğu evindən başqa yaşamağa yeri yoxdur, belə ki, onların adına heç bir yaşayış sahəsi və ya mənzil yoxdur. Bu səbəbdən ona qarşı olan iddia təmin olunduğu halda evsiz-eşiksiz çöldə qalmış olacaqdır. Hazırda İddiaçı yaşayış yerinə ehtiyacı var. Diqqətə alınmalıdır ki, mübahisə predmeti olan ev ikimərtəbəlidir: aşağıdakı otaqda kirayənəşinlər yaşayır, ayrıca giriş-çıxışı olan ikinci mərtəbədə isə Cavabdeh yaşayır. İddia təmin olunduğu halda iddiaçılar birinci mərtəbədə, yaşaya bilərlər. Əvvəllər evin sahəsi daha böyük olmuşdur, həmin ünvanda əvvəllər 2 ev yerləşirdi. Cavabdeh dəfələrlə evi müxtəlif hissələrə bölmüş və başqa şəxslərə satmışdır. İddiaçı anasına çox hörmət etdiyi və inandığı üçün evlə bağlı məsələlərə həmişə razılıq vermişdir. Artıq evdən ayırıb satmağa heç nə qalmamışdır. Hal-hazırda da Cavabdeh məqsədi oğlunun və nəvəsinin istifadə hüquqlarının məhkəmədə itirilmiş hesab etdirdikdən sonra evi satmaqdır. İddiaçı cavabdehin oğlu kimi və Quliyev Fərid cavabdehin nəvəsi kimi ünvan 1 ünvanda 2015-ci ilin may ayına kimi yaşadıqları üçün AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişlər. 2015-cı ildə göstərilən səbəblərə görə məcbur olaraq, Cavabdehnm təkidilə onlar kirayədə yaşamaq üçün evdən çıxmışlar. Halhazırda onların həmin yaşayış sahəsinə ehtiyacı var, bu yaşayış sahəsindən başqa onların yaşamağa digər mənzili və ya evii yoxdur. Bu səbəbdən İddiaçı və X8 ünvan 1 ünvandakı evə köçürülməsi zəruridir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Xalilovna cavabdehlər İddiaçı və X11 qarşı kompensassiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına 5400 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və İddiaçı və X8 ilkin iddialarının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı və X13 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 2 evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəmənin 2(009)-2046/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehnm cavabdehlər İddiaçı, X11 və X3 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-495/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdehnm kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirmədən saxlanılmışdır. Nəticədə məhkəmə tərəfindən 2(009)-86/2023-saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərək icraat təzələnmiş xx.xx.2023-cü il tarixinə, saat 11:10-a təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-495/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ailə üzvlərinin hamısı, o cümlədən hazırki iddia üzrə iddiaçılardan biri olan X8 da istifadə hüququnun olmadığı qənaətinə gəlinərək, yalnız İddiaçı istifadə hüququ saxlanılmışdır. Onun da uzun illərdən (2012-ci ildən) bəri onun mənzilində yaşamadığını və valideyn kimi onun yaşayışından xəbərdar olmadığını, həmçinin mənzildə ikisinin yaşamasına şərait olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı istifadə hüquqlarına xitam verilməlidir. Qeyd edir ki, mənzil iki otaqdan və zəif təmirdən ibarətdir. Mənzilin aylıq kirayə dəyərini müəyyən etmək üçün mənzilə rieltor dəvət edib dəyərini müəyyənləşdirmdir. Mənzilin aylıq kirayə haqqı 150 manat təşkil etməkdədir. Ümumi məhkəmə təcrübəsinə əsasən 3 illik kirayə haqqının əvəzi olan 5400 (150*36) manat məbləğində pul vəsaitini İddiaçı verərək onun ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verdirmək niyyətindədir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ünvan 1 ünvandakı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)- 1886/2022 saylı qətnaməsilə xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci ildən başlayaraq cavabdeh İddiaçı hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Hal-hazırda məhkəmə qərarının icrası Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən həyata keçirilir. Bu səbəbdən İddiaçı maddi vəziyyəti daha da pisləşmiş və kirayə haqqını ödəməyə heç bir imkanı yoxdur. Cavabdeh məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı, X8 və X1 yetkinlik yaşına çatmayan övladı X10 ilə birlikdə Baki şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 və xx.xx.2013-cü il təvəllüdlü X5 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, iddia tələbi cavabdehlər İddiaçı və X9 qarşı hissədə təmin edilməmişdir. Həmin iddia üzrə uzun müddət məhkəmə araşdırmaları aparılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-495/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5843/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamə ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilmiş, cavabdeh X8 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. İddia ərizəsində göstərilən bütün hallar qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarlarında ös təsdiqini tapmışdır: İddiaçı Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. Reyestr Xidmətinin 24 avqust 2021-ci il tarixli məktubuna əsasən, İddiaçı adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə qərarlarının nətisə hissələrində müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan anası Cavabdeh ilə birgə yaşayan ailə üzvü kimi mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallara görə, cavabdeh İddiaçı mübahisəli mənzildən digər yaşayış sahəsinə köçüb getməsini və ya onun özünə məxsus başqa yaşayış sahəsinin olmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Bundan başqa, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh keçmiş ailə üzvü - oğlu İddiaçı özünü ayrıca yaşayış sahəsi ilə təmin etməyə imkanı yoxdur, bu səbəbdən onun həmin yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə qanuni əsasları vardır. Nəzərə alınmalıdır ki, İddiaçı qeydiyyatda olduğu evindən başqa yaşamağa yeri yoxdur, yuxarıda göstərildiyi kimi onun adına heç bir yaşayış sahəsi və ya mənzil yoxdur. Hazırda İddiaçı yaşayış yerinə ehtiyacı var. Diqqətə alınmalıdır ki, mübahisə predmeti olan ev ikimərtəbəlidir: aşağıdakı otaqda kirayənəşinlər yaşayır, ayrıca giriş-çıxışı olan ikinci mərtəbədə isə Cavabdeh yaşayır. İddia təmin olunduğu halda iddiaçı birinci mərtəbədə yaşaya bilər. Əvvəllər evin sahəsi daha böyük olmuşdur: həmin ünvanda 2 ev yerləşirdi. Cavabdeh dəfələrlə evi müxtəlif hissələrə bölmüş və başqa şəxslərə satmışdır. İddiaçı anasına çox hörmət etdiyi və inandığı üçün evlə bağlı məsələlərə həmişə razılıq vermişdir. Artıq evdən ayırıb satmağa heç nə qalmamışdır. Beləliklə, İddiaçı Cavabdeh oğlu kimi ünvan 1 ünvanda 1973-cü ildən 2015-ci ilin may ayına kimi yaşadığı üçün AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişlər. 2015-ci ildə göstərilən səbəblərə görə məcbur olaraq, Cavabdeh təkidilə o, ailəsi ilə birgə kirayədə yaşamaq üçün evdən çıxmışdır. Hal-hazırda onun həmin yaşayış sahəsinə ehtiyacı var, bu yaşayış sahəsindən başqa onun yaşamağa digər mənzil və ya evi yoxdur. Bu səbəbdən İddiaçı ünvan 1 ünvandakı evə köçürülməsi zəruridir. xx.xx.2023-cü il tarixində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına 8640 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və İddiaçı və X8 ilkin iddialarının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Lex Fori MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən həmin ərazi üzrə oxşar cəhətlərə və şəraitə malik evlərin aylıq kirayə haqqı 240 manat civarındadır. Bu səbəblə də hesab edirik ki, cavabdehə təklif olunan kompensasiya məbləği hesablanılarkən bu amil nəzərə alınmalıdır. Belə ki, 240 x 3 il (12 x 3 = 36 ay) = 8640 manat təşkil edir. Ümumi məhkəmə təcrübəsinə əsasən 3 illik kirayə haqqının əvəzi olan 8640 manat məbləğində pul vəsaitini İddiaçı verərək onun ünvan 2 ünvana yerləşən mənzildən istifadə hüquqlarına xitam verdirmək niyyətindədir. xx.xx.2023-cü il tarixndə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan iki otağa köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərzisəinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər. Cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin,onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçı tərəfin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində istifadədə olan 0,01967 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 97,4 kv.m yaşayış, 105.2 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh 2 otaq,X2 2 otaq, X6 1 otaq y/s 9,1 kv.m., X7 2 otaq adlarına qeydiyyata alınmışdır. İş materiallarında olan DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 nömrəli evdə qeydiyyatdadır İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5843/2022 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilərək, X1 və xx.xx.2013-cü il təvəllüdlü X5 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia tələbinin cavabdehlər İddiaçı və X11 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5843/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilmiş, cavabdeh X8 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin qalan hissədə dəyişdirilməndən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınin xx.xx.2023-cü il tarixli, 2(102)-495/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-5843/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Təqdim olunmuş LEX FORİ Hüqüq və Qiymətləndirmə şirkəti MMC-nin xx.xx.2023cü il tarixli, LF13 №-li rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi 31 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 50 kv.m sahənin 1(bir) aylıq icarə dəyəri 12 may 2023-cü il üçün 240 (iki yüz qırx) manat təşkil edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanıbaşqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdehnin oğludur və anadan olduğu 1973-cü ildən qeyd olunan ünvanda yaşamışdir. Mübahisəli mənzilin icarədarı və sonra mülkiyyətçisi Züleyxa Oktyabrskaya olmuş, 2008-ci ildə isə mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının anası, iş üzrə cavabdeh Tmilla Quliyevanın adına rəsmiləşdirilmişdir. İddiaçı 2015-ci ilin may ayına kimi həyat yoldaşı Əliverdiyeva Nigar, oğlu Fərid və qızı Xalidə ilə birlikdə mübahisəli evdə yaşamışlar. Lakin Cavabdeh gəlini, iddiaçının həyat yoldaşı Əliverdiyeva Nigar ilə yola getmədiyinə görə iddiaçı həyat yoldaşı və uşaqları ilə birlikdə mübahisəli evdən gedərək, kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Hal-hazırda iddiaçının mübahisəli evdən başqa digər yaşayış sahəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla mübahisəli mənzildən istifadə hüququna malik olduğundan həmin evə köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzləri (əri, arvadı, valideyinləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi haqqında” 27 may 2008-ci il tarixli qərarında izah etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istıfadə hüququnun xitamı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyəçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi cavabdeh İddiaçı uzun illərdən (2012-ci ildən) onun mənzilində yaşamadığını, valideyn kimi onun yaşayışından xəbərdar olmadığını, həmçinin mənzildə ikisinin yaşamasına şərait olmadığını, ona görə də, cavabdeh İddiaçı istifadə hüquqlarına xitam verilməli olduğunu göstərmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehin mübahisəli mənzildə 2015-ci ildən sonra yaşamaması onun öz iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5843/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınin xx.xx.2023-cü il tarixli, 2(102)-495/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-5843/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırki mülki iş üzrə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 saylı evdən başqa digər yaşayış sahəsinin olmadığı əsası ilə mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 31 saylı evə köçürülməsi barədə iddia tələbi üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığı üçün onun mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə Cavabdeh qarşılıqlı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan iki otağa köçürülsün. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar