Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-865/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən əşyaların çıxarılması, mənzilə köçürülmə və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “mənzildən əşyaların çıxarılması, mənzilə köçürülmə və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanda olan mənzildə Cavabdeh əşyaların öz vəsaiti hesabına çıxarılması və həmin mənzilə köçürülməyi və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 20, Giriş B, mənzil 102 onun xüsusi mülkiyyətindədir. Həmin mənzili 27 may 2023-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində bağlanmış 4Ə-728 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehdən almışdır. Mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adına xx.xx.2023-cü il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12-05301-093213 olan çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin 11-ci bəndində qeyd olunmuşdur ki, “Satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə aşağıda göstərilən tarixdən alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Satıcı Cavabdeh xx.xx.2023 tarixinədək alıcı İddiaçı verməyi öydəlik götürür. Baxmayaraq ki, cavabdeh müqavilənin müvafiq bəndinə əsasən mənzili onun sahibliyinə verməyi öhdəsinə götürmüşdür, lakin, hələ də özünə məxsus mənzil əşyaları onun xüsusi mülkiyyətində olan mənzildədir və o, öz mülkiyyətində olan mənzilə daxil ola bilmir. Dəfələrlə cavabdehə mənzildə olan əşyalarının çıxmasını tələb etmiş, eləcə də mənzilin ona təhvil verilməsini bildirsə də heç bir nəticəsi olmamışdır. Hazırda məcbur olub məhkəməyə müraciət edir. Hazırda o, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 20-də yerləşən Giriş B, 102 saylı mənzildən istifadə edə bilmir, mülkiyyət hüquqları pozulur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -AN – İ ******* nömrəli, 27 may 2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87 kv.m olan mənzili alıcı İddiaçı satmışdır. Alıcı satıcıdan satdığı mənzili 81500 manat qiymətinə aldı. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanına mülkiyyət hüququ 31 may 2023-cü il tarixində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olmuş və o, xx.xx.2023-cü il tarixli, AN – İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi üzrə mülkiyyəti İddiaçı 81.500 manata satmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2023-cü il tarixdə bağlanmış AN – İ ******* nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən satıcı Cavabdeh mənzili xx.xx.2023-cü il tarixinədək faktiki sahibliyinə verməyi öz öhdəsinə götürsə də, hazırki vaxta kimi bu öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddiaçı mülkiyyətində olan mənzildən əşyaların çıxarılması, mənzilə köçürülmə və mənzilin təhvil verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. - 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin qənaətinə görə Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının mənzildən çıxarılma və mənzilin boşaldılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olmuş və o, xx.xx.2023-cü il tarixli, AN – İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi üzrə mülkiyyəti İddiaçı 81.500 manata satmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh mənzili xx.xx.2023-cü il tarixinədək faktiki sahibliyinə verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən mənzildən əşyalarını çıxarılmaması və mənzilin iddiaçıya təhvil verilməməsi hazırki mülkiyyətçi olan İddiaçı hüquqlarını pozur. Belə ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməyərək, onun bu hüquqdan istifadə imkanı cavabdeh tərəfindən məhdudlaşdırılır. Qeyd edilən işin faktiki hallarına və yuxarıda sadlanan ölkədaxili və beynəlxalq hüquq normalarının mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı özünə məxsus mənzilin cavabdehin vəsaiti hesabına boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən mənzildən Cavabdeh əşyaları cavabdehin vəsaiti hesabına çıxarılmalı, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı təhvil verilməklə iddiaçı həmin mənzilə köçürülməli, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən mənzildən Cavabdeh əşyaları cavabdehin vəsaiti hesabına çıxarılsın. Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı təhvil verilməklə iddiaçı həmin mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-865/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-865/2025
01.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver