Məhkəmə qərarları › İş №e-2(009)-868/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-868/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-868/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı artıq ödənilən pulun geri qaytarılması və mənzilin girovdan azad edilməsi barədə iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı artıq ödənilən pulun geri qaytarılması və mənzilin girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Səbail rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia ərizəsi icraata qəbul edildikdən sonra müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Belə ki, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə “Elelktron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin mövcud olmasını, hazırki iddia tələbində qeyd olunan məsələlərə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq hüquqi qiymət verilməsini nəzərə alaraq mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında mövcud olan və məhkəməyə təqdim edilən sənədləri araşdıraraq hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılması yolverilməz hesab edildiyindən iş üzrə icraata xitam verilməlidir. İş üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1096/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı mənzilin girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6359/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 1096/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi dəyidirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mikrorayonda yerləşən 11 saylı evin 87 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh ASCdir. (Qeydiyyat tarixi: 22.02.2022-ci il) Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Lənkəran rayon Məhkəməsinin 21.08.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin hazırki iddiaçıya qarşı pulun tutulması və tutulan pulun ipoteka predmetinə yönəldilməsi barədə tələbi qismən təmin edimiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı 2021-ci ildə kredit borcunu tam bağladığı üçün əmlakın girovdan azad edilməsi barədə tələb irəli sürmüş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiası təmin olunmamışdır. AR MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavbdehlə bağlanılmış kredit müqaviləsi üzrə yaranmış borcun onun tərəfindən tam şəkildə, hətta artıq ödənildiyini əsas gətirərək artıq ödənilən pulun geri qaytarılması və mənzilin girovdan azad edilməsini xahiş edir. Yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında həm kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, həm də ödənişin tam həyata keçirilməsi səbəbi ilə əmlakın girovdan azad edilməsi tələbi üzrə məhkəmə mübahisələri olmuş və həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Hazırda ipoteka predmeti üzərində bankın mülkiyyət hüquqları yaranmışdır. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Beləliklə, bankın borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair, həmçinin iddiaçının əvvəllər mənzilin girovdan azad edilməsi tələbi üzrə mülki işlərə baxılarkən iddiaçının hazırki tələbi araşdırılmış və qiymətləndirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və AR MPM-nin 170, 261, 263, 264 -cü madələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı artıq ödənilən pulun geri qaytarılması və mənzilin girovdan azad edilməsi tələbinə dair mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olması əsası ilə xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar