Məhkəmə qərarları › İş №e-2(009)-894/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-894/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-894/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin – Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC-nin – Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 1782.73 AZN (min yeddi yüz səksən iki manat yetmiş üç qəpik) məbləğində pulun o cümlədən ödənilmiş 38 AZN dövlət rüsumunun, ümumilikdə 1820.73 AZN (min səkkiz yüz iyirmi manat yetmiş üç qəpik) cavabdehdən tutularaq “X2” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xəstə Cavabdeh, 27 dekabr 2022-ci il tarixində İddiaçı MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün “X2” MMC ilə xəstə Cavabdeh 27 dekabr 2022-ci il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmışdır. İmzalanmış “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC-nin xəzinədarlığına ödəməli idi. Bundan başqa “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözü gedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həmdə tibbi praktikda çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. Beləliklə xx.xx.2022 - xx.xx.2023 tarixlər aralığında xəstə Cavabdeh İddiaçı MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 1782.73 AZN (min yeddi yüz səksən iki manat yetmiş üç qəpik) təşkil etmişdir ki, lakin göstərilən bu məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Tərəflər arasında bağlanmış “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 6-cı maddəsinə əsasən “Bu müqavilədən irəli gələn bütün mübahisələr AR qanunvericiliyinə müvafiq olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həll edilir. Xəstə ilə aralarında bağlanan 27 dekabr 2022-ci il tarixli “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin’ 3.2.6-cı maddəsinə əsasən “X3” çərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə 1-də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə 3) əsasən vaxtında və əksiksiz olaraq “xəstəxana”ya ödəməyi öhdəsinə götürür və ödəniş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. Həmçinin qeyd olunduğu kimi “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Yuxarıda göstərilənlərə əsasən “X2” MMC ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini İddiaçı MMC-yə ödəməyi öhdələrinə götürmüşdürlər. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, “X2” MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, “X2” MMC tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC qarşısında öhdəlik daşıyaraq, 1782.73 AZN (min yeddi yüz səksən iki manat yetmiş üç qəpik) məbləğində pulu ödəməyə borcludur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-894/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin – Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək Cavabdeh xəstəxanada bir gün qaldığını, uşağın isə 4 gün qaldığını, uşağın müalicə xərcləri ilə bağlı onlara məlumat verilmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan hamiləliyə və doğuşa görə tibbi xidmət xx.xx.2022-ci il tarixli müqaviləsindən görünür ki, “X2” MMC ilə xəstə Cavabdeh arasında müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin epikrizindən görünür ki, Əliyeva-Cavabdeh yenidoğulmuşun digər tənəffüs pozğunluqları və dəqiqləşdirilməmiş anadangəlmə pnevmoniya diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli doğulacaq uşağın yaxınının razılığından görünür ki, doğulacaq uşağın anası bəyan edir ki, Caspian İnternational həkimləri tərəfindən həyata keçiriləcək əməliyyatın yüksək dərəcəli ciddi həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, paket qiymətinə aid olmayan digər tibbi xidmətlərin (cərrahi müdaxilə, reanimasiya xidməti və normal doğuş paketinə daxil olmayan sair xidmətlərin) həyata keçirilməsi zeruriyyətinin ola biləcəyi barədə ona bildirildi. Məhz bu kimi hallar baş verərsə yəni planlaşdırılan xidmət, ana və ya yeni doğulmuş uşaqların diaqnozlarına müvafiq olaraq dəyişdirilərsə faktiki həyata keçirilən xidmətlərin, eləcə də uşaq patologiya ilə doğularsa diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürüləcəyi təqdirdə həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği daxil olarkən nəzərdə tutulan xidmət paketi üçün ödənilən məbləğdən əlavə olaraq ödəməli olacağı barədə ona müalicə həkimi və xəstə xidmətləri şöbəsi əməkdaşları tərəfindən ətraflı izahat verildi. Bundan başqa əməliyyat zamanı və əməliyyatdan sonra ciddi ağırlaşmaların, o cümlədən anada və doğulacaq uşaqda ölüm halının baş verə biləcəyi barəsində ona məlumat verdilər, izah olunanlara əsasən o azad iradəsi ilə tibbi xidmətlərin və əməliyyatın həyata keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq göstərilən tibbi xidmətlərə görə xəstəxanaya ödədiyi məbləğin ona geri qaytarılmayacağını qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (yuxarıda sadalanan hallar, eləcə də fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış, əlavə tibbi sərfiyyat və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq, “Qiymət Cədvəli" əsasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan “X2” MMC-nin xx.xx.2023-cü il tarixli hesab fakturalarından görünür ki, Əliyeva-Cavabdeh ümumi borcu 1782.73 manat təşkil edir. Əsalandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xəstə Cavabdeh, 27 dekabr 2022-ci il tarixində İddiaçı MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün “X2” MMC ilə xəstə Cavabdeh 27 dekabr 2022-ci il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmış, müqaviləyə əsasən doğuşa görə 1000 AZN ödəniş edilmişdir. İddiaçı MMC-nin epikrizindən görünür ki, Əliyeva-Cavabdeh yenidoğulmuşun digər tənəffüs pozğunluqları və dəqiqləşdirilməmiş anadangəlmə pnevmoniya diaqnozu qoyulmuşdur. Uşağa əlavə tibbi yardım göstərilmişdir. İmzalanmış “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC-yə ödəməli idi. Lakin, cavabdeh tərəfindən xəstəxanaya əlavə tibbi yardıma görə heç bir ödəniş olunmamışdır. Beləliklə xx.xx.2022 - xx.xx.2023 tarixlər aralığında uşağa İddiaçı MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 1782.73 AZN (min yeddi yüz səksən iki manat yetmiş üç qəpik) təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan hamiləliyə və doğuşa görə tibbi xidmət xx.xx.2022-ci il tarixli müqaviləsindən görünür ki, “X2” MMC ilə xəstə Cavabdeh arasında müqavilə bağlanmışdır. “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.6-cı maddəsinə əsasən “X3” çərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə 1-də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə 3) əsasən vaxtında və əksiksiz olaraq “xəstəxana”ya ödəməyi öhdəsinə götürür və ödəniş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün “X2” MMC ilə Cavabdeh 27 dekabr 2022-ci il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmışdır, xx.xx.2022 - xx.xx.2023 tarixlər aralığında xəstə doğulmuş uşağa İddiaçı MMC-də əlavə tibbi xidmət göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli doğulacaq uşağın yaxınının razılığından görünür ki, doğulacaq uşağın anası bəyan edir ki, ... Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (yuxarıda sadalanan hallar, eləcə də fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış, əlavə tibbi sərfiyyat və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq, “Qiymət Cədvəli" əsasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilə şərtlərini və çəkilmiş əlavə tibbi xərcləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 1782.73 AZN (min yeddi yüz səksən iki manat yetmiş üç qəpik) manat borcu yaranmışdır. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən tibbi xidmətin qarşılığı olan borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 1782.73 AZN (bir min yeddi yüz səksən iki manat yetmiş üç qəpik) məbləğində pul və ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1782.73 AZN (bir min yeddi yüz səksən iki manat yetmiş üç qəpik) məbləğində pul və ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar