Məhkəmə qərarları › İş №e-2(009)-901/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-901/2021

23.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-901/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçın İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi İ.M.Nəsirovun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh M.Maqomayev adına Azərbaycan X1rşı əmrin ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh M.Maqomayev adına Azərbaycan X1rşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2008-ci il tarixdən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan X16 10-cu dərəcəli rəqqasə peşəsinə işə qəbul edilmişdir. Qeyd edilən müddət ərzində heç bir intizam tənbehi almamış, Azərbaycan rəqs sənətini müxtəlif yerli və beynəlxalq tədbirlərdə uğurla təmsil etmişdir. Pandemiya səbəbi ilə elan edilmiş xüsusi karantin qaydalarına əsasən Azərbaycanda müxtəlif sahələrin fəaliyyətinə, o cümlədən Azərbaycan X3, eləcə də Azərbaycan X17 fəaliyyətinə qadağa qoyulmuşdur. Rəsmi olaraq işə gəlmələrinə icazə verilməməsinə baxmayaraq, Azərbaycan X17 direktoru Elçin Qədimov İddiaçı Azərbaycan X3 inzibati binasına çağırıb, qeyri-qanuni olaraq, İddiaçı məxsus olan pasportu təqdim etməsini tələb etmişdir. İddiaçı Əmək Məcəlləsində nəzərdə tutulmayan sənədləri təqdim etmək öhdəliyinin olmadığını bildirmişdir (Əmək Məcəlləsinin 48-ci maddəsi). Belə olan halda Elçin Qasımov izahat yazılmasını İddiaçı tələb etmişdir. İddiaçı haqlı olaraq qanunsuz tələblə bağlı izahat yazmaqdan imtina etmişdir.İddiaçı izahat yazmaqdan imtina etməsini öz təkəbbürünə sığışdırmayan E.Qədimov mütəmadi İddiaçı heç bir əsas olmadan Filarmoniyaya çağırıb, guya Filarmoniyanın direktor müavini Afət Mikayılovun onunla görüşmək istədiyini bildirmişdir. İddiaçı bir neçə dəfə Filarmoniya binasına gəlib saatlarla Filarmoniya rəhbərliyinin onu qəbul etməsini gözləmiş, lakin sonra görüşə bilmədən geri qayıtmışdır. Sonuncu dəfə E.Qədimova xəbər vermədən birbaşa Afət Mikayılovun yanına yaxınlaşmış və məlum olmuşdur ki, A.Mikayılov İddiaçı çağırmamışdır. İddiaçı ona qarşı olan bu qəbuledilməz hərəkətlərdən bezdiyini E.Qədimova bildirmişdir. E.Qədimov İddiaçı haqlı narazılığını ifadə etməsindən daha da hiddətlənmiş və xx.xx.2021-ci il tarixdə İddiaçı Filarmoniyaya çağıraraq ona töhmət elan edildiyini bildirmişdir. İddiaçı töhmət əmrinin surətini ona verilməsini tələb etsə də, töhmət əmrinin surəti ona verilməmişdir. İntizam tənbehinin verilməsi tələbi ilə cavabdehə rəsmi olaraq vəkil sorğusu ilə müraciət edilsə də, vəkil sorğusunda qeyd edilən sənəd təqdim edilməmişdir. Mübahisələndirilən intizam tənbehinin surəti nə iddiaçıya, nə də onun vəkilinin rəsmi sorğusu əsasında vəkilinə təqdim edilməmişdir. Bu səbəbdən həmin əmrin verilməsinin əsasları onlara məlum deyil. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən İddiaçı haqqında verilmiş intizam tənbehinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, xx.xx.2008-ci il tarixdən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Azərbaycan X16 10-cu dərəcəli rəqqasə peşəsinə işə qəbul edilmişdir. Qeyd edilən müddət ərzində heç bir intizam tənbehi almamışdır, son zamanlar təhsillə bağlı icazələr alıb getmişdir deyə onunla rəhbərlik arasında prinsiplər yaranmışdır. Onunla bağlanan əmək müqaviləsində yazılmayıb ki, o, harasa gedəndə müdriyyətə deməlidir. O, məzuniyyətə getmiş, bu onun işinə mənfi təsir etməmişdir. O, haqlı tələb etmiş, heç kimi təhqir etməmişdir. O, izahat yazmaq istəyərkən surətinin sonra ona təqdim edilməsini demiş, lakin onlar vərməyəcəyini bildirdikdə o, da izahat yazmamışdır. O, əmək məzuniyyətə xx.xx.2020-ci il tarixdə çıxmış, Türkiyəyə getmiş və oradan noyabr ayında qayıtmışdır. İş rejimində onlarda şərt yoxdur. Onlar işə saat 10-da gəlib saat 5-ə qədər işləməlidirlər. Dövlət tədbiri X19 tədbiri olurdu, onlara rəhbərlik tərəfindən şifahi xəbər verilirdi. Onun barəsində işdə töhmət rəhbərlikdən əvvəl bir dəfə olmuşdur. O, sentyabr ayının birincə işdə olmalı idi, karantin olduğu üçün işə gəlməmişdir. Məzuniyyət 42 gün olmuş, 31 avqust tarixdə bitmiş, sentyabr ayının birinci işə çıxmalı olmuşdur. Karantin oldu deyə işə çıxmamışdır. Fevral ayında onu işə çağırmışlar, o, işə getmiş, oktyabr, noyabr ayında Elçin müəllim onu işə çağırmamışdır. Harasa getməməsi barədə rəsmi ona heç kim məlumat verməmişdir. 2020-ci ilin mart ayından iş olmaması ilə bağlı işə gəlməmişdir. Yanvar ayında onu əmrlə tanış olmağa çağırmışlar. O, özünü kobud aparmamışdır. O, izahat yazmaqdan imtina etmişdir. Ona birinci dəfə əmr verilmişdir. Onlar əvvəllər hər gün işə gedirdilər, pandemiya zamanı qərar verilmişdir ki, işə çıxmayın. İddiaçı həmçinin göstərmişdir ki, Türkiyəyə məzuniyyətə çıxdığı vaxtda getmiş və sentyabr ayında məzuniyyəti bitmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında həmçinin göstərmişdir ki, cavabdeh intizam tənbehini verməyi bununla əsaslandırmışdır ki, iddiaçı heç kimə məlumat vermədən ölkəni icazəsiz tərk etmiş və xx.xx.2021-ci il tarixdə bununla əlaqədar olaraq keçirilmiş iclasda mədəniyyət işçisinə yaraşmayan tərzdə davranmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində göstərilən əmək funksiyaları arasında iddiaçının xarici dövlətə getməsini qadağan edən şəxs hər hansı norma mövcud deyildir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xarici dövlətə getməklə əmək müqaviləsində nəzərdə tutulmuş hər hansı vəzifəsini pozmamışdır. Bundan başqa, cavabdeh tərəfindən normativ hüquqi aktlara uyğun tərtib edilmiş müəssisədaxili intizam qaydaları mövcud deyildir. Cavabdehdə “Daxili nizam intizam qaydaları” adlı və göstərilən qanunun tələblərinə uyğun struktura malik heç bir normativ sənəd mövcud deyil. Cavabdehin təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 188-k və xx.xx.2019-cu il tarixli 26-k nömrəli əmrləri Əmək Məcəlləsinin 182-ci maddəsində tələb edilən formada tərtib edilmiş intizam qaydaları hesab edilə bilməz. Hətta tutaq ki, cavabdehdə “İntizam qaydaları” adlı normativ sənəd mövcuddur və cavabdeh xx.xx.2014-cü il tarixli 188-k və xx.xx.2019-cu il tarixli 26-k nömrəli əmrləri ilə həmin “İntizam qaydaları”na əlavə olaraq “işçilərin Bakı şəhərini və eyni zamanda ölkə ərazisini tərk edərək getməsini” qadağan etmişdir. İşçilərin Bakı şəhərini və ölkə ərazisini tərk etməyi qadağan edən norma qəbul edildiyi andan etibarsızdır. İddiaçı dövlət əhəmiyyətli məxfi məlumatlara malik deyil və ya xüsusi dövlət orqanlarında işləmir ki, onun Bakı şəhərini və ölkə ərazisini tərk etməsi qadağan edilsin. Belə bir qadağanın heç bir legitim məqsədi yoxdur və demokratik cəmiyyətdə belə bir qadağanı zəruri edən heç bir hal mövcud deyil. Bütün qeyd edilən qanunsuzluqlardan əlavə intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi üçün digər əsas ondan ibarətdir ki, cavabdeh tərəfindən verilmiş əmr əsaslandırılmamışdır. Belə ki, intizam tənbehinin verilməsi barədə əmrdə qeyd edilmişdir ki, intizam tənbehi iddiaçının ölkə ərazisini icazəsiz tərk etdiyi üçün verilmişdir. Demək ki, iddiaçının ölkə ərazisini nə zaman tərk etməsi və nə zaman geri qayıtması cavabdehə məlumdur. Belə olan halda cavabdeh əmrdə iddiaçının ölkə ərazisini tərk etməsi və geri qayıtmasını sübut edən dəlilləri əmrə əlavə etməli və əmri əsaslandırmalı idi. Cavabdeh intizam tənbehinin verilməsi barədə əmrdə iddiaçının ölkə ərazisini tərk etməsi faktını sübut edən hər hansı dəlili əmrə əlavə etməmişdir. Bundan əlavə, guya iddiaçı tərəfindən mədəniyyət işçisinə yaraşmayan tərzdə davranmasının nədə ifadə olunduğu əmrdə göstərilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 48-ci maddəsinin tələblərinə zidd olaraq iddiaçıdan Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin hansı əsaslarla tələb edilməsi cavabdeh tərəfindən bildirilməmişdir. Qeyd edilən arqumentlər cavabdeh tərəfindən verilmiş intizam tənbehinin verilməsi barədə əmrin qanunsuz olmasını tam şəkildə sübut edir. İddiaçı 2020-ci ilin avqust ayında məzuniyyətdə olduğu Türkiyə Cümhuriyyətinə bacısıgilə getmişdir. İşəgötürən əgər bu hala görə intizam tənbehi vermişdirsə, o zaman Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, qeyd edilən maddənin tələblərinə əsasən “İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu gündən bir ay keçənədək verilə bilər. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçı işdə əmək haqqını ona görə alır ki, o, əmək münasibətindədirlər. İşçi nə vaxtı istəsə işdən gedə bilər və gələ bilər, əgər bu onun əmək funksiyasına təsir etmir. O, iddiaçının xaricə getməsinə haqq qazandırmır. Bütün digər işçilər də işdə olmasa da əmək haqqı almışlar. Hətta portala da vurulmuş, SMS da olmuşdur. Nazirlər Kabinetinin qərarı olub, işə çıxsa idi həmin an polis tuturdu. İddiaçı iyun ayının 42 gün məzuniyyətdə idi, 42 gündən sonra da pandemiya olmuşdur. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, X13 Xidmətinin iddiaçıya ünvanlandığı onun müraciətinə dair məlumatda cavabdeh təşkilatın 188 K saylı xx.xx.2014-cü il tarixli və 26K saylı xx.xx.2019-cu il tarixli əmrlərinin müəssisənin intizam qaydaları əvəz edə biləcək sənəd hesab edə bilməməsi qeyd edilmiş və bu qaydaların Əmək Məcəlləsinin 182 və 183-cü maddələrin tələblərinə uyğun olmalı olması göstərilmişdir. Yəni həmin əmrlərə istinad edərək iddiaçıya müəssisə daxili intizam qaydalarının pozma halı kimi tənbeh verilməsi tam qanunsuz olmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X14 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçını iş yerinə dəvət etmiş, izahat yazılmasını təklif edərkən iddiaçı izahat yazmaqdan imtina etmiş, kobud səsini qaldırmışdır. Direktor orada olanları qeyd eləməsini deyərkən, Aidə barmağı ilə onu hədələyərək onun dediklərini yazmamasını bildirmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, cavabdeh təşkilat dövlət səviyyəsində tədbirlərin keçirildiyi təşkilatdır. Ciddi tədbirlərin iştirakını nəzərdə tutulur. Əmək müqaviləsində iddiaçının dediyi ona görə qeyd olunmur ki, tədbirlərin qabaqcadan nə zaman baş tutacağı məlum olmur. Əmək müqaviləsində var ki, işçi ilə müqavilə bağlananda işçi daxili təlimata uyğun işləyəcək. Hazırda əgər mübahisə olunan əmrin etibarsızlığı barədə sübut varsa təqdim olunsun. Hazırda əmr qüvvədədir və bütün işçilər ona əməl edir. Onlar iddiaçıya demirlər ki, ölkəni tərk edə bilməz, amma gedəndə rəhbərliyə deyilməlidir, ondan sonra gedə bilər. İddiaçıya bu barədə icazə verilib. Filarmoniyada 600 nəfər işçi var, onun hər birinə əmr təqdim olunmalı deyil, şifahi qaydada məlumat verilib ki, kim hara getsə rəhbərliyə məlumat verilsin. 2020-ci ildə sentyabr ayında məlum olmuşdur ki, iddiaçı xaricdə olmuşdur. Rəhbərlik də izahat almadan öyrənmək üçün iddiaçını yanvar ayında iclasa dəvət etmişdir. İddiaçı mədəniyyət işçisinə layiq olmayan hərəkət etmiş, hədə qorxu gəlmiş və “başınıza oyun açaram, bu sizə baha başa gələcək” deyərək iclası tərk etmişdir. Avqust ayında da müdiriyyət deyib ki, belə işçiyə güzəşt etmək olmaz. Onlar iddiaçıya qərəzli olmamışlar ki, müqaviləyə xitam versinlər. Ona görə də töhmət vermişlər. Töhmət 1 ay ərzində olmalıdır və orada müddət pozulmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 yazılı etiraz verərək göstərmişdir ki, İddiaçı ilə Müslüm Maqomyev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası arasında xx.xx.2008-ci il tarixdə əmək müqaviləsi imzalanmış və həmin tarixdən İddiaçı Azərbaycan X16 10-cu dərəcəli rəqqasə peşəsinə işə qəbul edilmiş, hal-hazırda isə 13-cü dərəcəli rəqqasə kimi çalışır. İddiaçının 2020-ci ilin sentyabr ayından etibarən rəsmi olaraq işdə olmalı olmasına baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan işə gəlməmiş, bu barədə rəhbərliyə əvvəlcədən heç bir məlumat verməmiş, ondan dəfələrlə işə gəlməsi tələb olunduqda isə, nümayənşkaranə şəkildə Türkiyə Respublikasında olduğunu, işə gələ bilməyəcəyini bildirmişdir. Eyni zamanda iddiaçının Türkiyə Respublikasına nə vaxt və hansı səbəblərlə əlaqədar getməsi, eyni zamanda, nə vaxt qayıtması barədə cavabdehdə heç bir məlumat olmamışdır. İddiaçı bir neçə ay üzrsüz səbəblərdən işdə olmadığından 2021-ci il yanvar ayında, Filarmoniya rəhbərliyinin tapşırığı ilə, işə gəlməməsinin səbəblərinin araşdırılması məqsədilə Filarmoniyanın direktoru Elçin Qədimovun vasitəsilə işə dəvət edilmiş, lakin İddiaçı bu dəfə də həm rəhbərliyə, həm də Filarmoniya işçilərinə qarşı kobud davranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə əvvəlcə Filarmoniyaya gəlməyəcəyini bildirsə də, sonradan həmin gün Filarmoniyaya gəlmiş, ona rəhbərliyə heç bir rəsmi məlumat vermədən işə gəlməməsi səbəbləri barədə izahat yazması təklif olunmuşdur. Lakin İddiaçı kobud şəkildə heç bir izahat yazmayacağını bildirərək Filarmoniya binasını tərk etmişdir. Bundan sonra Filarmoniya rəhbərliyinin tapşırığı ilə İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən Filarmoniyaya dəvət edilmiş, o heç bir icazə almadan Filarmoniyanın direktor müavini A.Mikayılovun otağına daxil olmuş, ondan gözləməsi xahiş edilmiş, yarım saat sonra direktor müavini A.Mikayılov, ansamblın direktoru E.Qədimov, kadrlar üzrə mütəxəssis İ.Nəsirovun və iddiaçının iştirakı ilə iclas keçirilmiş, iclasda iddiaçıya işə gəlməməsinin səbəbləri barədə məlumat verməsi təklif olunsa da, o, heç bir üzrlü səbəb olmadan və rəhbərliyə əvvəlcədən məlumat vermədən işə gəlməməsini düzgün və qanuni hesab etdiyini, bununla bağlı heç bir izahat və məlumat verməyəcəyini, heç kimin ondan izahat yazmasını tələb etmək hüququnun olmamasını bildirmiş, üzrxahlıq etmək əvəzinə müəssisədaxili nizam intizam qaydalarını kobud şəkildə pozaraq iclasda iştirak edən şəxslərə hədə qorxu gəlməklə onları təhdid etmiş, qanunsuz tələblər irəli sürməklə özünü mədəniyyət sahəsində çalışan işçiyə layiq olmayan tərzdə aparmış, iclası yarımçıq tərk etmişdir. Filarmoniya rəhbərliyinin iddiaçıya güzəşt edərək, bir daha üzrsüz səbəblər olmadan işə gəlməməsi hallarının təkrar edilməməsi üçün profilaktik söhbətlər etmək məqsədi olsa da, məhz xx.xx.2021-ci il tarixli iclasda özünü qeyri-etik və kobud şəkildə apardığına və müəssisədaxili nizam intizam qaydalarını kobud şəkildə pozduğuna görə iddiaçıya Filarmoniya rəhbərliyinin müvafiq əmri ilə tam düzgün və qanuni olaraq töhmət verilmişdir. Bundan sonra iddiaçıya töhmət barədə əmrlə tanış olması və əmrin surətinin təqdim edilməsi barədə məlumat verilmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə Filarmoniyaya gəlmiş, əmrlə tanış olmuş, lakin tanış olma barədə imza etməyəcəyini nümayişkaranə şəkildə bildirərək, əmrin surətini almaqdan imtina etmişdir. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, pandemiya dövrünə təsadüf etdiyinə görə guya Filarmoniyanın, o cümlədən X17 fəaliyyətinə qadağa qoyulmuşdur. Lakin, həmin qadağanın kim tərəfindən və nə vaxt qoyulması barədə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının ən çoxu 30-50%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2020-ci il tarixli, 108-İ saylı əmrinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının ən çoxu 30%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin digər xx.xx.2020-ci il tarixli 292-k saylı əmrinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum işçi sayının 50%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. Həmin əmrin 3.4-cü bəndində qeyd edilmişdir ki, ev şəraitində işləyən işçilərin iş vaxtı evdən çıxmaları qadağan edilsin və bu tələbin pozulmasının intizam məsuliyyətinə səbəb olacağı onların diqqətinə çatdırılsın. Qeyd olunan əmrlərdə aylıq əmək haqqı və ya dövlət məvacibi tam saxlanılan əməkdaşların həftəlik əsasla növbəlilik qaydasında işləməsinin təmin edilməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının üzürsüz səbəblərdən işdə olmadığı, Türkiyə Cümhuriyyətində olduğu müddətdə Müslüm Maqomayev adına Azərbaycan X3 fəaliyyəti nəinki qadağan edilməmiş, əksinə işçilərin 50 faizinin işə cəlb olunması nəzərdə tutulmuşdur. Bundan başqa, İddiaçı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası arasında xx.xx.2008-ci il tarixdə bağlanmış əmək müqaviləsinin iş rejimi tənzimləyən 4.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, işçinin iş saatı daxili nizam-intizam qaydasına əsasən tənzimlənir. Həmin Müqavilənin 4.8-ci maddəsinə əsasən iş vaxtı, nahar vaxtı, istirahət günləri, Azərbaycan Dövlət Filarmoniyasının daxili nizam-intizam qaydadaları əsasında direktor əmri ilə tənzimlənir. Azərbaycan Dövlət Filarmoniyasının direktoru M.Adıgözəlzadənin xx.xx.2014-cü il tarixli, 188-k saylı əmrindən görünür ki, əməkdaşların Bakı şəhərini və eyni zamanda, ölkə ərazisini iş günləri tərk edərək getməsi qəti olaraq qadağandır. Yalnız rəsmi icazə (ərizə və əmr) aldıqdan sonra onların getməsinə rəhbərlik tərəfindən icazı verilir. Azərbaycan Dövlət Filarmoniyasının direktoru M.Adıgözəlzadənin daha bir xx.xx.2019-cu il tarixli 26-k saylı əmrindən görünür ki, əməkdaşların Bakı şəhərini və eyni zamanda ölkə ərazisini iş günləri təkr edərək getməsi qəti olaraq qadağandır. Yalnız rəsmi icazə (ərizə və əmr) aldıqdan sonra onların getməsinə rəhbərlik tərəfindən icazə verilir. İddiaçının işəgötürənlərlə bağladığı əmək müqaviləsində iş vaxtı, nahar vaxtı, istirahət günlərinin Azərbaycan Dövlət Filarmoniyasının daxili nizam-intizam qaydaları əsasında direktorun əmri ilə tənzimlənməsinə dair şərtin mövcudluğuna və iddiaçının da həmin şərtin mövcud olduğu müqaviləni imzalamasına baxmayaraq, iddiaçı rəsmi icazə üçün ərizə yazmadan və bu barədə direktorun müvafiq əmri olmadan iş günlərində ölkə ərazisini tərk edərək, üzrsüz səbəblərdən işə gəlməmişdir. İddiaçı ölkə sərhədlərini nə vaxt tərk etməsi və ölkəyə nə vaxt qayıtması barədə rəhbərliyinə heç bir məlumat verməmiş, 2021-ci ilin yanvar ayında işə çıxdıqda ona izahat verilməsi təklif edilmiş, o, isə izahat verməkdən imtina etmişdir. Odur ki, iddiaçı öz əmək funksiyalarını 2021ci ilin yanvar ayınadək yerinə yetirməmişdir. Yəni, intizam tənbehinin verilməsinə əsas olmuş hal 2021-ci ilin yanvar ayında baş vermişdir. Həmin vaxtadək Filarmoniya rəhbərliyi iddiaçının hansısa üzrlü səbəb barədə müvafiq sənəd təqdim edəcəyini düşünürdü. İddiaçıya intizam tənbehinin verilməsinə əsas olmuş daha bir hal isə, onun xx.xx.2021-ci il tarixdə müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozması, özünü mədəniyyət sahəsində çalışan işçiyə layiq olmayan tərzdə aparması, qeyri-etik və kobud şəkildə rəhbərliklə davranması, kadrlar üzrə mütəxəssis İ.Nəsirova hədə-qorxu gələrək onu təhdid etməsi və nəhayət, iclas bitməyən iclası yarımçıq tərk etməsi olmuşdur. İddiaçının xx.xx.2021-ci il tarixdə müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozması, özünü mədəniyyət sahəsində çalışan layiq olmayan tərzdə aparması, qeyri-etik və kobud şəkildə rəhbərliklə davranması, kadrlar üzrə mütəxəssis İ.Nəsirova hədə-qorxu gələrək onu təhdid etməsi və nəhayət, iclas bitmədən iclası yarımçıq tərk etməsi barədə müvafiq akt mövcuddur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. İş üzrə Azərbaycan Dövlət Filarmoniyasının müdiriyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin kserosurətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Rəqs ansamblına müvəqqəti, analıq məzuniyyətində olan S.Əhmədovanın yerinə, 10-cu dərəcəli rəqqasə vəzifəsinə təyin edilmiş və əmək müqaviləsi müddətsiz bağlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Dövlət Filarmoniyasının 188-k saylı, xx.xx.2014-cü il tarixli Filarmoniyada nizam-intizam haqqında əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndini əldə rəhbər tutaraq Filarmoniyada çalışan bütün kollektivlərin direktorlarına (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin direktoru Ş.Səmədov; F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının direktoru E.Abbasov; Azərbaycan Dövlət Xor Kapellasının direktoru X.Abdullayeva; Azərbaycan X17 direktoru Z.Qasımov; Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin direktoru N.Yaqubova; Fortepiano triosunun rəhbəri T.Babayeva) müəssisənin daxili nizam-intizam qaydalarına kollektivin əməkdaşları tərəfindən ciddi nəzarət olunmasını (Əməkdaşların davamiyyəti və işə vaxtında 09:45-də gəlmələri) tapşırmışdır. Əks halda isə heç bir üzürlü səbəb olmadan səbəbsiz yerə gəlməyənlər (gecikənlər) və ümumiyyətlə davamiyyəti pozanlar haqqında ciddi inzibati ölçü götürülməlidir. Eyni zamanda Filarmoniyanın daxili nizamintizam qaydalarına əsasən kollektivlərin direktorlarına əməkdaşların Bakı şəhərini və eyni zamanda ölkə ərazisini iş günləri (zamanı) tərk edərək getməsi qəti olaraq qadağan olunmasını tapşırmışdır. Yalnız rəsmi icazə (ərizə və əmr) aldıqdan sonra onların getməsinə rəhbərlik tərəfindən icazə verilməsi, əmrin icrasına nəzarət direktor müavini A.Mikayılova həvalə olunması əmr edilmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan X3 2-c saylı, xx.xx.2018-ci il tarixli cəza tənbehi verilməsi haqqında əmrin surətindən görünür ki, Filarmoniyanın və kollektivin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq 2018-ci il fevral ayında (müxtəlif günlərdə) heç bir üzürlü səbəb olmadan işə gəlmədiklərinə görə Azərbaycan X17 rəqqasları X7 (xx.xx.2018), X5 (xx.xx.2018, xx.xx.2018), X2 (xx.xx.2018), Babaşı Ülvi Nizami oğluna (xx.xx.2018), İddiaçı (xx.xx.2018), X8 (xx.xx.2018), X4 (xx.xx.2018), X6 (xx.xx.2018) töhmət verilmiş, xx.xx.2018-ci il tarixdə ansamblın məşqi zamanı heç kimi xəbərdar etmədən özbaşına məşq zalını tərk edərək işdən getdiyinə görə Azərbaycan X17 rəqqası X9 töhmət verilmiş, daxili nizam-intizam qaydalarının tələblərinə ansamblın əməkdaşları tərəfindən riayət edilməsinə nəzarətin gücləndirilməsi işi və gələcəkdə belə hallara yol verilməməsinə nəzarət orkestrin direktoru X12 ciddi tapşırılmışdır. Əsas: şəxsi izahatlar. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan X3 26-k saylı, xx.xx.2019-cu il tarixli Filarmoniyada nizam-intizamın gücləndirilməsi haqqında əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndini əldə rəhbər tutaraq Filarmoniyada çalışan bütün kollektivlərin direktorlarına (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin direktoru Ş.Səmədov; F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının direktoru E.Abbasov; Azərbaycan Dövlət Xor Kapellasının direktoru X.Abdullayeva; Azərbaycan X17 direktoru E.Qədimov; Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin direktoru Vəkil1a; Fortepiano triosunun rəhbəri T.Babayeva) müəssisənin daxili nizam-intizam qaydalarına kollektivin əməkdaşları tərəfindən ciddi nəzarət olunmasını (Əməkdaşların davamiyyəti və işə vaxtında 09:45-də gəlmələri) bir daha tapşırmışdır. Əks halda isə heç bir üzürlü səbəb olmadan səbəbsiz yerə gəlməyənlər (gecikənlər) və ümumiyyətlə davamiyyəti pozanlar haqqında ciddi inzibati ölçü götürülməlidir. Eyni zamanda Filarmoniyanın daxili nizam-intizam qaydalarına əsasən kollektivlərin direktorlarına əməkdaşların Bakı şəhərini və eyni zamanda ölkə ərazisini iş günləri (zamanı) tərk edərək getməsi qəti olaraq qadağan olunmasını tapşırmışdır. Yalnız rəsmi icazə (ərizə və əmr) aldıqdan sonra onların getməsinə rəhbərlik tərəfindən icazə verilməsi, əmrin icrasına nəzarət direktor müavini A.Mikayılova həvalə olunması əmr edilmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan X3 29-c saylı, xx.xx.2019-cu il tarixli cəza tənbehi haqqında əmrin surətindən görünür ki, Filarmoniyanın və kollektivin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq öz işinə məsuliyyətsiz yanaşaraq 07 və xx xxxxxx 2019-cu il tarixlərdə heç bir üzürlü səbəb olmadan işə gəlməməsinə görə Azərbaycan X17 rəqqasəsi İddiaçı töhmət verilmiş, daxili nizam-intizam qaydalarının tələblərinə kollektivin əməkdaşları tərəfindən riayət edilməsinə nəzarətin gücləndirilməsi işi və gələcəkdə belə hallara yol verilməməsinə nəzarət ansamblın direktoru X12 ciddi tapşırılmışdır. Əsas: ansamblın direktoru E.Qədimovun xx.xx.2019-cu il tarixli məlumatı və xx.xx.2019-cu il tarixli şəxsi izahat. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 108-k saylı, xx.xx.2020-ci il tarixli əmrin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının ən çoxu 30%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı müvafiq qərar və tapşırıqlarının icrasının təmin edilməsi barədə 292-k saylı, xx.xx.2020-ci il tarixli əmrin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum işçi sayının 50%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. Həmin əmrin 3.4-cü bəndində ev şəraitində işləyən işçilərin iş vaxtı evdən çıxmaları qadağan edilməsi və bu tələbin pozulmasının intizam məsuliyyətinə səbəb olacağı onların diqqətinə çatdırılması qeyd olunmuşdur. Qeyd olunan əmrlərdə aylıq əmək haqqı və ya dövlət məvacibi tam saxlanılan əməkdaşların həftəlik əsasla növbəlilik qaydasında işləməsinin təmin edilməsi qeyd olunmuşdur. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı müvafiq qərar və tapşırıqlarının icrasının təmin edilməsi barədə 388-k saylı, xx.xx.2020-ci il tarixli əmrin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum işçi sayının 30%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan X3 1-c saylı, xx.xx.2021ci il tarixli cəza tənbehi haqqında əmrin surətindən görünür ki, Filarmoniyanın və kollektivin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq, kollektiv daxili keçirilmiş iclaslarda dəfələrlə rəhbərlik tərəfindən nəzərə çatdırılmasına baxmayaraq heç kimə məlumat vermədən ölkəni icazəsiz tərk etdiyinə və xx.xx.2021-ci il tarixdə bununla əlaqədar olaraq keçirilmiş iclasda mədəniyyət işçisinə yaraşmayan tərzdə davrandığına görə Azərbaycan X17 rəqqasəsi İddiaçı, bu hadisənin pandemiya dövründə təsadüf etməsinə görə mövcud dürüm ilə əlaqədar güzəşt edilərək töhmət verilməsi, daxili intizam qaydalarının tələblərinə kollektivin əməkdaşları tərəfindən riayət edilməsinə nəzarəti gücləndirilməsi işi və gələcəkdə belə hallara yol verilməməsinə nəzarət ansamblın direktoru X15 ciddi tapşırılması əmr edilmişdir. Əsas: ansamblın direktoru E.Qədimovun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məlumatları. İş üzrə Kadrlar şöbəsinin mütəxəssisi İ.Nəsirov, Rəqs ansamblının direktoru E.Qədimov tərəfindən tərtib edilmiş və Azərbaycan X3 direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın kserosurətindən görünür ki, Filarmoniya rəhbərliyinin göstərişi ilə Rəqs ansamblının direktoru və kadrlar şöbəsinin mütəxəssisi tərəfindən Azərbaycan X17 rəqqasəsi İddiaçı zəng edilərək xx.xx.2021-ci il tarixdə kadrlar şöbəsinə gəlməsi və rəhbərliyə məlumat vermədən icazəsiz olaraq ölkə ərazisini tərk etdiyinə görə izahat yazması üçün çağırılmışdır, lakin İddiaçı izahat yazmaqdan imtina etmişdir. İş üzrə Kadrlar şöbəsinin mütəxəssisi İ.Nəsirov, Rəqs ansamblının direktoru E.Qədimov, mühafizə hissəsinin gözətçisi C.Cabarov tərəfindən tərtib edilmiş və Azərbaycan X3 direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın kserosurətindən görünür ki, Filarmoniya rəhbərliyinin göstərişi ilə Azərbaycan X17 rəqqasəsi İddiaçı xx.xx.2021-ci il tarixdə intizam tənbehi (töhmət) əmri ilə tanış olmaq üçün Filarmoniyaya şəxsən dəvət olunmuşdur. Amma buna baxmayaraq o, öz anası ilə və daha sonra isə özünü vəkil adlandıran şəxslə icazəsiz olaraq kadrlar şöbəsinə qeyri-etik formada, icazə almadan və heç bir sənəd təqdim etmədən daxil olmuş və kobud formada özünə aid olmayan tələblərlə İddiaçı aid olan intizam tənbehi əmrinin surətini tələb etmiş və əks təqdirdə verməyəcəkləri halda “məhkəmədə bunalara görə cavab verəcəksiniz və şahid qismində iştirak edəcəksiniz” kimi ifadələr işlədərək kadrlar şöbəsinin əməkdaşını təhdid etmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin M.Maqomayev adına Azərbaycan X3 direktoru Murad Adıgözəl-zadə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 12 saylı məktubundan görünür ki, Azərbaycan X17 rəqqasəsi İddiaçı və 13 saylı Vəkil Bürosunun vəkili Vəkil1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı ərizədə yazılanların çox hissəsi həqiqəti əks etdirmir və bəzi məsələlər özlərinə sərf olunan formada qeyd olunmuşdur. Rəqqasə İddiaçı Azərbaycan Dövlət Rəqs ansamblına 2008-ci ildə 10-cu dərəcə ilə rəqqasə olaraq işə qəbul olunsa da, o ərizədə qeyd olunduğu kimi hal-hazırda 10-cu dərəcəli deyil, 13-cü dərəcəli rəqqasə kimi çalışır. Dərəcəsi artırıldıqdan sonra İddiaçı hər dəfə yeni əmək müqaviləsi bildirişi təqdim olunsa da, o bu sənədlərə laqeyd yanaşaraq məsuliyyətsiz işçi olduğu aydın olur. İddiaçı həmçinin çalışdığı müddət ərzində heç bir intizam tənbehi almadığını ərizədə qeyd etmişdir, halbuki ona xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində intizam tənbehi (töhmət) verilmiş və öz imzası ilə əmrlərlə tanış olmuşdur. Ərizədə qeyd edilmişdir ki, pandemiya səbəbi ilə xüsusi karantin qaydalarına əsasən Filarmoniyanın fəaliyyətinə qadağa qoyulmuşdur, lakin Nazirlər Kabinetinin müvafiq qərarına və Mədəniyyət Nazirliyinin əmrinə əsasən karantin rejimi dövründə hər bir qurum işçi sayının 30%-ə qədərini işə cəlb edə bilər. Kollektivin direktoru Elçin Qədimovun rəqqasə İddiaçı çağıraraq ondan pasport “tələb etməsinə” gəldikdə isə bu məsələ tam olaraq ərizədə öz təsdiqini tapmadığından qeyd etmək istəyirlər ki, qərrasə İddiaçı özbaşına heç kimdən rəsmi olaraq icazə almadan ölkə ərazisini tərk edərək Türkiyə Respublikasına (dediyinə görə bacısının yanına) səfər etmiş və geri qayıtdıqdan sonra da kollektiv rəhbərliyinə məlumat verməmişdir. Rəhbərliyə qarşı bütün bu saymazyana davranışlarına görə ondan izahat yazmaq tələb olunsa da, o, pandemiya dövründə işin olmadığını və bunun üçün ona müvafiq qanunun göstərilməsini bildirmiş, əks təqdirdə isə izahat yazmaqdan imtina edəcəyini demişdir. Ona dəfələrlə pandemiya dönəmində rəsmi olaraq işdə hesab olunmaqları (aylıq əmək haqqı cədvəlləri və hər ay məvacib alması) və hətta karantin rejimində bütün ölkə üzrə “Evdə qal” aksiyası izah olunsa da, o, bütün mallara məhəl verməmişdir. Ona həmçinin Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinə əsasən işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili nizam-intizam qaydalarına əmək etmək olduğu izah edilmişdir, lakin o, həm Əmək Məcəlləsinin müvafiq maddəsinin, həm də Filarmoniyanın daxili intizam qaydalarına (əmr 188-k, xx.xx.2014 və əmk 26-k, xx.xx.2019) əməl etmədən icazəsiz ölkə ərazisini tərk etmişdir. Pandemiya dövründə vətəndaşların özlərini qorumasının vacibliyini bildirən İddiaçı nədənsə Türkiyəyə gedərək karantin qaydalarını kobud surətdə pozmasını vacib saymamış və bununla əlaqədar ondan xarici pasportu həmişəlik təqdim etməsi deyil, sadəcə rəhbərliyə göstərməsi bildirilsə də, o, ərizədə Əmək Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulmayan sənədlərin təqdim etmək öhdəliyinin olmadığını bildirmişdir, lakin həmin maddədə əmək müqaviləsi bağlanarkən işçinin təqdim etməli olduğu sənədlər qeyd olunmuşdur (İddiaçı 2008-ci ildə işə qəbul olub). Ansamblın direktoru E.Qədimovun təkəbbürü olması barəsində səhv fikirlər və guya İddiaçı bir neçə dəfə əsassız olaraq Filarmoniyaya çağırması da onun təxəyyülünün məhsuludur. Belə ki, E.Qədimovun xidməti məlumat yazaraq rəqqasə İddiaçı dərəcəsinin qaldırılması üçün təşəbbüs göstərməsini xüsusilə nəzərə almaq lazımdır. Rəqqasə İddiaçı Filarmoniyanın direktor müavininin soyadını səhv bilməsi də işə laqeyd yanaşması faktını bir daha təsdiqləyir. Direktor müavini A.Mikayılovun yanına əvvəlcədən görüş təyin etmədən İddiaçı otağa birbaşa getməsi isə qeyri-etik addım olmasına baxmayaraq, A.Mikayılov həmin gün (30 dəqiqə sonra) dərhal ansamblın direktoru və kadrlar şöbəsinin əməkdaşının iştirakını ilə iclas keçirmiş və İddiaçı qeyri-etik formada öz ambisiyalarını üstün tutmasına əsaslanan sözləri və özünü mədəniyyət işçisinə yaraşmayan tərzdə aparmasına görə akt da tərtib olunmuşdur. Rəhbərlik İddiaçı saymamazlıqlarını, özbaşna olaraq ölkə ərazisini tərk etməsinin güzəşt etmək istəyində olsa da, bu hadisədən sonra, yəni xx xxxxxx 2021-ci il tarixdə İddiaçı intizam tənbehi (töhmət) verilmişdir. Ansamblın direktoru E.Qədimov isə sadəcə 01 fevral tarixində töhmət əmri ilə tanış edilməsi üçün rəqqasə İddiaçı Filarmoniyaya çağırmış, o, isə əmrlə tanış olmaqdan imtina etmiş və qeyri-qanuni olaraq vəkili olmayan Vəkil1 Filarmoniyaya çağırmışdır. Özünü qanunsuz olaraq heç bir rəsmi smənəd olmadan rəqqasə İddiaçı vəkili kimi təqdim etməsinə görə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Vəkil1 barəsində ölçü götürülməsi üçün məktub və aktın surəti çalışdığı 13 saylı Vəkil Bürosuna göndərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Rəqs Ansamblında 10-cu dərəcəli rəqqasə peşəsinə işə qəbul olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.7-ci bəndinə əsasən işçinin iş saatı daxili nizam-intizam qaydasına əsasən tənzimlənir. İş vaxtı, nahar vaxtı, istirahət günləri Azərbaycan Dövlət Filarmoniyasının Daxili nizamintizam qaydaları əsasında direktorun əmri ilə tənzimlənir. Azərbaycan Dövlət Akademik Filamoniyasının direktoru Murad Adıgözəlovun xx.xx.2019-cu il tarixli 26-K saylı əmri ilə Filarmoniyanın daxili intizam qaydalarına əsasən kollektivlərin direktorlarına tapşırılmışdır ki, əməkdaşların Bakı şəhərinin və eyni zamanda ölkə ərazisini tərk edərək getməsi qəti olaraq qadağandır və yalnız rəsmi icazə (ərizə və əmr) aldıqdan sonra onların getməsinə rəhbərlik tərəfindən icazə verilmişdir. AR Əmək Məcəlləsinin 96-cı maddəsinin 2-ci bəndinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Tərəflər arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, işçinin iş vaxtı işəgötürənin sərəncamı ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin iş vaxtı müəyyən edilməsə də, əmək müqaviləsində həmin vaxtın işəgötürənin daxili əmri ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. İşəgötürənin xx.xx.2019-cu il tarixli əmri ilə iş vaxtının qaydaları müəyyən olunduğu üçün, həmin qaydalar əmək müqaviləsinə uyğundur. Qanun iş vaxtının bu qaydada müəyyən edilməsinə icazə verdiyindən və iddiaçı iş vaxtının qaydaları ilə tanış olduğundan, o, işəgötürənin müəyyən etdiyi bu qaydalarına əməl etməli və tabe olmalıdır. Bu qaydanı pozmaq və ona əməl etməmək işçinin əmək funksiyasının pozulması kimi qiymətləndirilir. Digər tərəfdən müəssisənin daxili nizam-intizam qaydalarının Əmək Məcəlləsinin 182 və 183cü maddələrin tələblərinə uyğun olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Əmr formasında belə bir qaydanın müəyyən edilməsi qanunla qadağan edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 2020-ci ildə əmək məzuniyyətinə çıxmış və əmək məzuniyyəti senytabr ayında bitmişdir. İddiaçı əmək məzuniyyətinə çıxdığı vaxtdan Türkiyə Respublikasına getmiş və oradan 2020-ci ilin noyabr ayında qayıtmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə zəng edilərək xx.xx.2021-ci il tarixdə kadrlar şöbəsinə gəlməsi və rəhbərliyə məlumat vermədən icazəsiz olaraq ölkə ərazisini tərk etdiyinə görə izahat yazması üçün çağırılsa da, o, izahat yazmaqdan imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının respublikadan çıxmasının onun konstitusion hüququ olduğunu və əmək müqaviləsində onun xarici dövlətə getməsini qadağan edən hər hansı nomanın mövcud olmadığını, eyni zamanda töhmət verilərkən AR ƏMək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulmasını göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya töhmət əmri iki əsasa görə verilmişdir. Birinci əsas onun məlumat vermədən ölkəni icazəsiz tərk etdiyinə görə, ikinci əsas isə onun xarici ölkəyə getməsi ilə əlaqədar keçirilmiş iclasda mədəniyyət işçisinə yaraşmayan tərzdə davrandığına görə. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı heç kimə məlumat vermədən ölkəni icazəsiz tərk etməsinə görə xx.xx.2021-ci il tarixdə kadrlar şöbəsinə izahat verməsi üçün dəvət edilmiş və eyni zamanda gələrkən xarici pasportunu gətirməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı Filarmoniyaya gələrək kobud şəkildə izahat yazmayacağını və pasportunu verməyəcəyini, rəhbərliyin ondan xarici pasportunu tələb etməsinin qeyri-qanuni olduğunu və ehtiyac olarsa yalnız hüquq-mühafizə orqanlarına təqdim edəcəyini kəskin formada bildirmişdir. Halbuki İddiaçı xarici pasportu tələb olunarkən o, əvvəlcə yaşayış yerini dəyişdiyinə görə əşyalarının dağınıq olduğunu və yaxın zaman ərzində pasportu taparaq gətirəcəyini və rəhbərliyə təqdim edəcəyini bildirmişdir. İddiaçıya ölkədən getməklə bağlı icazənin alınmasını daxili qaydalarla tənzimlənməsini, onun həmin qaydalarla tanış olması və bu barədə dəfələrlə iclasda qeyd olunması bildirilsə də, iddiaçı kobud formada izahat yazmaqdan imtina etmişdir. Eyni zamanda iddiaçıya növbəti gün işə gəlməsi və bu məsələnin araşdırılması barəsində deyilsə də, o həkimə gedəcəyini əsas gətirərək gələ bilməyəcəyini bildirmişdir. İddiaçının bu davranışını nəzərə alaraq Azərbaycan Dövlət Rəqs Ansamblın direktoru Elçin Qədimov iddiaçı barəsində müvafiq tədbir görülməsi ilə bağlı Azərbaycan Dövlət Akademik Filarmoniyasına müraciət etmişdir. Göründüyü kimi işəgötürəndə iddiaçının xarici ölkəyə getməsi ilə bağlı şifahi məlumat olsa da, həmin məlumatın təsdiq edilməsi üçün iddiaçıdan xarici pasportunu təqdim edilməsi xahiş olunmuşdur. Lakin iddiaçı xarici pasportunu təqdim etməkdən imtina edərək bu barədə yazılı izahat verməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya töhmət əmri xx.xx.2021-ci il tarixdə verilsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, onun xarici ölkəyə getməsi barədə məlumat şifahi olmuşdur. Lakin həmin halı dəqiqləşdirmək üçün iddiaçıdan xarici pasportunun təqdim edilməsi tələb edilsə də, o bundan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı yazılı izahat verməkdən imtina etdiyi vaxt onun həmin pozuntunun işəgötürən tərəfindən aşkar etdiyi vaxt kimi qəbul edilməlidir. Digər tərəfdən məhkəmə iclasında iddiaçının məzuniyyət müddəti bitdikdən sonra da xarici ölkədə qalması müəyyən edilmişdir. Bu hal isə onu göstərir ki, töhmət əmri 6 aylıq müddət ötürülmədən verilmişdir. AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmr AR Əmək Məcəlləsinin 187ci maddəsinin tələblərinə riayət edilməklə verildiyindən, əmrin bu əsaslara görə ləğv edilməsi ilə bağlı iddiaçının dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı kadrlar şöbəsində kollektivin direktoru və kadrlar şöbəsinin digər əməkdaşlarına mədəniyyət işçisinə layiq olmayan tərzdə çox kobud formada davranmışdır. Bu davranışına görə xx.xx.2021-ci il tarixdə keçirilən ondan heç kimə məlumat vermədən ölkəni tərk etməsi ilə bağlı yenidən izahat yazılması tələb edilmiş, lakin heç bir izahat yazmamasını, ölkəni tərk etmək üçün rəhbərliyə məlumat verilməsinin vacib olmamasını bildirmişdir. Qanunun tələbinə əsasən işəgötürənin əmək funksiyalarının pozulması ilə bağlı işçidən izahat tələb etməsi tam qanunidir və iddiaçının belə izahat yazmaqlan imtina etməsi, ona tənbehin verilməsini istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının töhmət əmrinin ləğvi ilə bağlı iddia ərizəsində və məhkəməyə təqdim edilmiş mülahizədə göstərilən dəlillər əsassızdır və qəbul edilə bilməz. Məhkəmə töhmət əmrinin verilməsinin qanunun tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verərək qeyd edir ki, həmin əmr qanuni olmuşdur. AR Əmək Məcəllzsinin 186-ci maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verilə bilər. Göründüyü kimi işə götürən işçiyə o halda intizam tənbehi verə bilər ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirməsin, yaxud keyfiyyətsiz yerinə yetirsin, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozsun. Eyni zamanda Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndindən göründüyü kimi intizam tənbehinin verilməsi səlahiyyəti diskresion xarakter daşıyır. “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 1.0.25-ci və 1.0.26-cı maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətdir; dispozitiv imkan – orqanın (şəxsin) öz seçimi ilə davranış imkanıdır. Göründüyü kimi işəgötürən işçinin əmək funksiyalarını pozmasını müəyyən etdikdə onun barəsində intizam tənbehi verməkdə öz mülahizəsinə görə sərbəstdir. Məhkəmə iddiaçının pandemiya ilə əlaqədar işin olmama səbəbindən uzun müddət ölkə hüdudlarından kənarda qalması və onun işə çıxması ilə bağlı zərurətin olmamasına dair dəlilləri üzrə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli əmrlərində pandemiya dövründə işçilərin 30-50% həddində işə cəlb edilməsi əmr edilmişdir. Hansı işçinin işə çıxması işəgötürənin öz mülahizəsinə görə həll edilməli olan məsələ olduğundan, işçinin öz mülahizəsinə görə pandemiya dövründə işə çıxmalı olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, intizam tənbehi verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olduğundan, işəgötürənin işçi barəsində töhmət əmri verilməsi qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən tərfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmr tam qanuni və əsaslı olmuşdur və həmin əmrin ləğvi ilə bağlı iddiaçının irəli sürdüyü tələb əsassız hesab edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Müslüm Maqomayev adına Azərbaycan X1rşı cavabdeh tərəfindən onun haqqında 1-c saylı xx xxxxxx 2021-ci il tarixli əmrlə verilmiş intizam tənbehinin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar