Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-941/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “fərdi yaşayış evinə istifadə hüququna yaradılmış qanunsuz maneəçiliyin aradan qaldırılması, pulun tutulması və evdən çıxarılma” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı 05 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi, 8 saylı evə istifadə və sahiblik hüquqlarına yaradılmış maneəçiliyin aradan qaldırılması öhdəliyi cavabdehlər Cavabdeh1 və X2 üzərinə qoyulması və X1 25.000 manat pul tutulmaqla həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilənə qədər, 06.04.2022-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddia ərizəsi icraata qəbul edilənə qədər iddiaçının onu geri götürməsi barədə iradə ifadəsini məhkəməyə ünvanladığından hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “fərdi yaşayış evinə istifadə hüququna yaradılmış qanunsuz maneəçiliyin aradan qaldırılması, pulun tutulması və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-941/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-941/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver