Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-958/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh (X4 qanuni nümayəndəsi) qarşı «evə köçürülmə» tələbinə dair iddiası barədə mülki işə 07 may 2025-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh (X4 qanuni nümayəndəsi) qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 19, mənzil 32 Yeni qaydalarla : AZ 1000, ünvan 1 ünvanına köçürülmələrinə və həmin mənzildən istifadəsinə yaradılan hər hansı maneənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar ərizəni belə əsaslandırmışdırlar ki, biz miras qoyan mərhum X3 birinci növbəli vərəsələri olmaqla, Bakı şəhər Nizami rayon Məhkəməsinin № 2(007)-1171/2023 xx.xx.2023-cü il qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2020-ci ildə vəfat etmiş mərhum X2 miras qalmış ünvan 2 ünvanında yerləşən sahəsi 0,125 ha olan torpaq sahəsi və ünvan 3 ünvanında yerləşən ümumisahəsi 62,5 kv.m olan mənzil üzərində İddiaçı4, X1, İddiaçı1, İddiaçı2 və X5 hər birinin 1/5 hissədə miras paylarımüəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanunu qüvvəsini alaraq icra edilmiş və ƏMKD Daşınmaz Əmlakın Dövlət Kdasatırı və X7 şəxsinin verdiyi çıxarışdan görünür ki, yuxarıda göstərilən iddiaçıların Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 19, mənzil 32 Yeni qaydalarla : AZ 1000, ünvan 1 ünvanında 1/5 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmışdır.Lakin buna baxmayaraq, cavabdehin qanunu nümayəndəsi tərəfindən iddiaçılar həmin mənzilə buraxılmır və mənzildə yaşıya bilmirlər. Buda onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 19, mənzil 32 Yeni qaydalarla : AZ 1000, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə müvafiq olaraq 1/5 hissələrdə İddiaçı3, İddiaçı1, X10, İddiaçı4 və İddiaçı2 məxsusdur. İddiaçıların həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə **********84-05101-093032 qeydiyyat nömrəsi ilə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 19, mənzil 32 Yeni qaydalarla : AZ 1000, ünvan 1 cavabdehlə yanaşı eyni zamanda iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh hazırda özünün hərəkətləri ilə iddiaçıların mübahisəli əmlakdan istifadəsinə maneçilik törətməklə, iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də iddiaçılar öz mülkiyyət hüquqlarının müdafiəsi və təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 19, mənzil 32 Yeni qaydalarla : AZ 1000, ünvan 1 xüsusi mülkiyyət kimi paylı mülkiyyət əsasında müvafiq olaraq 1/5 hissədə iddiaçıların adına reyestrdə qeydə alındığı üçün, iddiaçılar cavabdehlə birgə mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüquqlarını həyata keçirmək istəyi qanunidir. Odur ki, onların mülkiyyətində olan əmlaka dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçılar mülkiyyətindən istifadəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mübahisəli əmlakdan istifadəsinə yaradılmış maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə cavabdehə aid edilməli, yəni iddia təmin edildiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 19, mənzil 32 Yeni qaydalarla : AZ 1000, ünvan 1 ünvanına köçürülsünlər və onların həmin mənzildən istifadəsinə maneələr yaradılması cavabdehə qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddaçılara ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-958/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-958/2025
07.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver