Məhkəmə qərarları › İş №e-2(009)-962/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-962/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-962/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, X3 və Cavabdeh4 qarşı «borcun qaytarılması» tələbi barədə mülki işə 24 may 2023-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1, X3 və Cavabdeh4 qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2425,63 manat əsas borc və 120,28 manat faiz borcu, X2 855,36 manat əsasə borc və 42,76 manat faiz borcu, Cavabdeh4 837,50 manat əsas borc və 41,87 manat faiz borcu, Cavabdeh3 2786,70 manat əsas borc və 139,33 manat faiz borcunun, eyni zamanda hüquqi xidmət üçün ödənilmiş 100 manat pulun və 94 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərə müxtəlif tibbi xidmətlər göstərmişdir. Nəticədə cavabdehlərin klinikaya müvafiq borcları yaranmışdır. Cavabdehlər onlara göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və yaranan borc məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öhdəliyini icra etmişdir. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərini icrta etməmişlər. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək, xx.xx.2019-cu il tarixli müqaviləyə münasibətdə iddiaçının iddia müddətini ötürdüyünü bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan: Cavabdeh3 ilə "X1" MMC arasında xx.xx.2020-ci il tarixdə imzalanmış “Tibbi Xidmət Müqaviləsi” nin 2.1.7-ci bəndinə əsasən Xəstəxana göstərmiş olduğu tibbi xidmətlərin qarşılığı olan məbləğin vaxtında və əksiksiz olaraq ödənilməsini tələb edir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən xəstə və ya xəstə yaxını göstərilən tibbi xidmətin qarşılığı olan 1,257 manat məbləği və ya tələb olunan müvafiq avans məbləğini xidmətin nəticəsindən asılı olmayaraq ödəyir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmət göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Cavabdeh3 ilə "X1" MMC arasında xx.xx.2019-cu il tarixdə imzalanmış “Tibbi Xidmət Müqaviləsi” nin 2.1.7-ci bəndinə əsasən Xəstəxana göstərmiş olduğu tibbi xidmətlərin qarşılığı olan məbləğin vaxtında və əksiksiz olaraq ödənilməsini tələb edir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən xəstə və ya xəstə yaxını göstərilən tibbi xidmətin qarşılığı olan 341 manat məbləği və ya tələb olunan müvafiq avans məbləğini xidmətin nəticəsindən asılı olmayaraq ödəyir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmət göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. "X1" MMC tərəfindən xx.xx.2020-ci il tarixli Müqaviləyə aid təqdim olunmuş hesabfakturanın surətindən görünür ki, Cavabdeh3 xəstəxanada 12-16 avqust 2020-ci il tarixləri aralığında müxtəlif yoxlanışlardan və müayinələrdən keçmiş və 1,257 manat ödəniş etdikdən sonra nəticədə 1638,23 manat məbləğində borcu yaranmışdır. "X1" MMC tərəfindən xx.xx.2019-cu il tarixli Müqaviləyə aid təqdim olunmuş hesabfakturanın surətindən görünür ki, Cavabdeh3 xəstəxanada 14 avqust-01 oktyabr 2019-cu il tarixləri aralığında müxtəlif yoxlanışlardan və müayinələrdən keçmiş və 341 manat ödəniş etdikdən sonra nəticədə 8,42 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 ilə "X1" MMC arasında qanunla müəyyən edilmiş qaydada Xidmət Müqavilələri bağlanılmış, həmin Müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında tibbi xidmət göstərilməsi ilə bağlı razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən iddiaçı cavabdehə aralarında imzalanmış 14 avqust 2019-cu il və 12 avqust 2020-ci il tarixli Müqavilələrə uyğun olaraq zəruri tibbi xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərin müqabilində razılaşdırılmış məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər. İddiaçı üzərinə götürmüş olduğu öhdəliyini yerinə yetirərək cavabdehə zəruri tibbi xidmətləri göstərmiş, cavabdeh isə həmin xidmətlərin müqabilində razılaşdırılmış məbləği tam ödəməmiş və bununla da həmin Sazişdən irəli gələn öhdəliklərini tam yerinə yetirməmişdir. Məhkəmə ilk öncə 14 avqust 2019-cu il tarixli müqaviləyə və bununla bağlı cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı sözügedən müqavilə üzrə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, mübahisələndirilən tibbi xidmət barədə müqavilə 14 avqust 2019-cu tarixdə bağlanılmış, iddiaçı tərəfindən həmin müqavilə ilə bağlı iddia isə xx.xx.2023-cü il tarixdə, 3 illik iddia müddəti ötürülməklə məhkəmədə qaldırmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı həmin əqd ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Ona görə də iddiaçı tərəfindən cavabdehə göstərilmiş tibbi xidmətin əvəzi kimi Cavabdeh3 tərəfindən xx.xx.2020-ci il tarixli müqaviləyə uyğun olaraq ödənilməmiş borc kimi 1638,23 manat məbləğində pul vəsaiti Cavabdeh3 ümumi qaydada tutulmalıdır. Məhkəmə Cavabdeh3 barəsində iddiaçı tərəfindən təqdim olunmuş digər hesabfakturalarda göstərilən məbləğlərə münasibətdə qeyd edir ki, həmin hesab-fakturalarda qeyd olunmuş tibbi xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehlə razılaşma əldə edildiyini təsdiq edə biləcək sübut (müqavilə, razılaşma) məhkəməyə təqdim edilə bilmədiyindən həmin hesab-fakturalarda qeyd olunan məbləğlər cavabdehdən tutulmamalıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh4 münasibətdə qeyd edir ki, tələb onlara qarşı hissədə əsassızdır. Belə ki, Cavabdeh1, X3 və Cavabdeh4 barəsində tərtib olunmuş hesab-fakturalarda onlara müxtəlif tibbi xidmətlərin göstərildiyi və bunun nəticəsində borc yarandığı qeyd olunsa da, iddiaçı ilə bu şəxslər arasında tibbi xidmətin göstərilməsi ilə bağlı razılaşma əldə edildiyini təsdiq edə biləcək hər hansı bir razılaşma yaxud müqavilə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 100 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən bu halı təsdiq edə biləcək hər hansı bir sənədə iş materiallarında rast gəlinməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azər. Resp. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 94 manat dövlət rüsumunun 47 manat hissəsi Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1638,23 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 47 manat hissəsi Cavabdeh3 tutulub İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar