Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-977/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdeh1 iştiraklarıı ilə, İddiaçı Babayev Nı̇ had Həsən oğlunun (üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə) cavabdehlər Səlı̇ mov Nurlan Qədı̇ rəddı̇ n oğlu, Səlı̇ mova Könül Məzahı̇ r qızı, Səlı̇ mova Maral Hüseyn qızı və Səlı̇ mova Xavər Rəfaı̇ l qızına qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Babayev Nı̇ had Həsən oğlu (üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə) cavabdehlər Səlı̇ mov Nurlan Qədı̇ rəddı̇ n oğlu, Səlı̇ mova Könül Məzahı̇ r qızı, Səlı̇ mova Maral Hüseyn qızı və Səlı̇ mova Xavər Rəfaı̇ l qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Səlı̇ mov Nurlan Qədı̇ rəddı̇ n oğlu, Səlı̇ mova Maral Hüseyn qızı, Səlı̇ mova Xavər Rəfaı̇ l qızı, Səlı̇ mova Könül Məzahı̇ r qızı və azyaşlı övladı ilə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı "xxxx" QSC ilə aralarında 09 mart 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Alqı-satqı müqaviləsinə əsasən o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmuşdur. Həmin AN-İ ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və çıxarışın əslini iddia ərizəsinə əlavə edir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 azyaşlı övladı X4 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qanunsuz olaraq məskunlaşmış və hal-hazırda yaşayırlar. Dəfələrlə cavabdehlərə ona məxsus fərdi yaşayış evini boşaltmalarını bildirsə də, cavabdehlər onun evindən çıxmaqdan imtina edirlər. Cavabdehlər onun mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar və o özünə məxsus fərdi yaşayış evində yaşaya bilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izah etmişdir ki, o, ailə üzvləri ilə birlikdə 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür və həmin vaxtdan ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışlar. Bundan sonra isə özləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşlər və hal-hazıradək orada yaşayırlar. Cavabdeh3 onun anası, Cavabdeh4 atasının əmisi qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Könüllə o, 2017-ci ildə ailə qurmuşlar. Onun rəhmətlik atası evlə təmin olunmaları üçün dəfələrlə Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etsə də, onlara müsbət bir cavab verməmişlər. Dövlət tərəfindən onlara ev verilərsə mübahisəli mənzili boşaltmağa etiraz etmirlər. Digər cavabdehlər və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcbari Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarına olan daşınmaz əmlakın Dövlət Kadastrı və reyestri hüququi şəxsin xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışından görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 21 saylı Notariat Ofisində təsdiq edilmiş 09 mart 2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1 qeydiyyat ünvanı Ağdam rayonu, Eldar Bağırov küçəsi, Cavabdeh4 qeydiyyat ünvanı Ağdam rayonu, Lenin küçəsi ev 34, X3 qeydiyyat ünvanı Göyçay rayonu, Çaxırlı kəndi, Cavabdeh3 qeydiyyat ünvanı Ağdam rayonu, E.Bağırov küçəsi, ev 21, Cavabdeh2 qeydiyyat ünvanı ünvan 7spublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-36/2-1926/2023 nömrəli məktubdan görünür ki, Ağdam şəhərindən məcburi köçkünlər - Səlı̇ mova Maral Hüseyn qızı, Səlı̇ mov Nurlan Qədı̇ rəddı̇ n oğlu və Səlı̇ mova Könül Məzahı̇ r qızı ünvan 8 ünvanında və Cavabdeh4 isə ünvan 9 ünvanında müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanman və qorunan hüququdur.Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 20 mart 1952-ci ildə Parisdə imzalanmış 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq muqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi çıxardığı qərarlarında «hər bir şəxsin özünün mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu tanımaqla, 1-ci maddənin özünün məzmununa görə mülkiyyət hüququnun təminatçısı olmasını» qeyd etmişdir (Marckx v.Belgium-31, 13 iyun 1979-cu il tarixli qərarı; İnze v.Austria - 126, 28 oktyabr 1987-ci il tarixli qəran). Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci cümləsinin məqsədləri üçün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsində belə nəticə öz əksini tapmışdır ki, məhkəmə cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsinin zəruri şərtləri arasındakı ədalətli tarazlılığa riayət olunub olunmamasını müəyyən etməlidir (Sporrong and Lönnroth v.Sweden - 52, 23.09.82; Erkner and Hofauer v. Austria - 117, 23.04.87; Poiss v.Austria - 124-E, 29.09.87; Mellacher and Others v.Austria - 169, 19.12.89; Fredin v. Sweden - 192, 18.02.91; Katte Klitsche de la Grange v. İtaly - 293-B, 23/04/87 ). Tuleşovun və qeyrilərinin Rusiyaya qarşı işi üzrə isə «ictimai maraqların» təmin edilməsi, yəni qanuni mülkiyyətçinin hüquqlarının müdafiəsi məqsədi ilə ərizəçilərin mənzilinə hörmət hüququnun pozulmasında Avropa İnsan Hüquqları Məhkəməsi müdaxilənin qanuni məqsədə mütənasib olmasının araşdırılmasının zəruriliyini vurğulamışdır (Tuleshov and Others v. Russia, № 32718/02, 24.05.07). Azərbaycan Respublikasının məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsində deyilir: "Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Həmçinin həmin maddədə bildirilir: "məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər." Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydasının (Məcburi köçkünlərin köçürülməsi Qaydası") 4-cü maddəsinə əsasən müvəqqəti məskunlaşmış məcburi koçkunıər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məcburi köçkünlər tərəfindən order əsasında verilmiş mənzilin zəbt edilməsi nəticəsində 1 saylı Protokolun 1-ci maddəsinin pozulması barədə Avropa İnsan Hüquqları Məhkəməsi (Məhkəmə) tərəfindən Azərbaycana qarşı qərar qəbul edilmişdir (Akimova Azərbaycana qarşı, 27 sentyabr 2007-ci il). Yerli məhkəmələr Akimovanın mübahisəli mənzildən məcburi köçkünlərin çıxarılması barədə iddia ərizəsini təmin etsələr də, qərarın icrasını Zəngilan rayonun işğaldan azad edilənə qədər təxirə salmasını qət etmişdilər. Həmin işlə bağlı Hökumətin (Azərbaycanın) yaşayış sahəsinə müdaxilənin müvəqqəti xarakter daşıması, bəzi normativ aktlarla nəzərdə tutulması, Azərbaycanda Ermənistanın işğalı altında olan ərazilərindən olan 700000-dən artıq məcburi köçkünün olması, məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunmasına ciddi ictimai ehtiyacın olması, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması nəticə etibarı ilə onları "evsiz qoya", "sosial gərginliyə və partlayışa gətirib çıxara" və "ictimai asayişə təhlükə yarada" bilməsi kimi arqumentlərinə dair Məhkəmə bildirmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanı tərəfindən hər hansı müdaxilə qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Məhkəmə həmçinin "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun 5-ci, habelə "Məcburi köçkünlərin məskunlaşdırılması Qaydasf'nm 4-cü maddəsinin müddəalarını nəzərə alaraq bildirdi ki: "həmin maddələr tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər. Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" 19 yanvar 2006-cı il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə və Naxçıvan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. İnsan hüquqlarının və X1 haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentiərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası "İnsan hüquqlarının və X1 haqqında" Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Dövlətinin qoşulduğu “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 11-ci maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin özünün və ailəsinin yaşayış yerinin və həyat şəraitinin daimi yaxşılaşmasını əhatə edən münasib həyat səviyyəsi hüququnu tanıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cı il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Beləliklə, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə hesab edir ki, iş üzrə məcburi köçkünlərin mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi olan İddiaçı hüquqlarını pozduğuna görə iddia təmin edilməli, onlar mənzildən çıxarılmalı, iddiaçı öz xüsusi mülkünə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Səlı̇ mov Nurlan Qədı̇ rəddı̇ n oğlu, Səlı̇ mova Maral Hüseyn qızı, Səlı̇ mova Xavər Rəfaı̇ l qızı, Səlı̇ mova Könül Məzahı̇ r qızı və azyaşlı övladı X4 ünvan 1 ünvandan çıxarılsınlar. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-977/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-977/2025
23.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver