Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-987/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Aftandil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 13 saylı ünvanda yerləşən 16 saylı mənzilin İddiaçı məxsus 3/4 hissəsinin naturada ayrılması, payın naturada ayrılması mümkün olmadığı halda Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 13 saylı ünvanda yerləşən 16 saylı mənzilin İddiaçı məxsus 3/4 hissəsinin dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, cavabdehin buna razı olmadığı halda Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 13 saylı ünvanda yerləşən 16 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, yəni satışdan əldə olunan pulun 3/4 hissəsinin iddiaçıya, 1/4 hissəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 13 saylı ünvanda yerləşən 16 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə 3/4 hissədə iddiaçıya, 1/4 hissədə cavabdehə məxsusdur. İddiaçı öz payının ayrılmasını istəyir, lakin cavabdehlə heç bir razılığa gələ bilmir. Hal-hazırda cavabdehi tapmaq belə mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Aftandil oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və eləcə də bildirmişdir ki, AR MM-nin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığının təmin edilməsi üçün iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək, mənzilin İddiaçı məxsus 3/4 hissəsinin dəyərinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının təklifinə cavab verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 13 saylı evin 16 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 1/4 hissəsi Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 13, mənzil 16 ünvanına dair arxiv qovluğunda saxlanılan sənədlərdə vətəndaşın təvəllüdünün 1967-ci il, yaşayış ünvanının ünvan 3 İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli, 30/23711 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 13 saylı evin yaşayış sahəsi 20,5 kv.m. olan 2 otaqlı 16 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 3/4 payda X1 adına, 1/4 payda Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri 23 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 12 yanvar 2011-ci il tarixli vəsiyyətnamədən görünür ki, X3 Bakı şəhəri, Qurban Abbasov küçəsi, ev 13, 16 saylı mənzildə ona məxsus olan 3/4 hissəni arvadının oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin ƏEM/A 108-667/23 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 13, 16 saylı mənzilin (sahəsi 31,4 kv.m.olan) 21 avqust 2023-cü il üçün bazar dəyəri 35.000,0 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/3826 nömrəli xx.xx.2023-cü il tarixli, 10/3826 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən 13 saylı evin 16 saylı mənzilinin tikililərinin planlı yerləşməsini, yardımçı otaqlarının sayını, yəni mənzil üzrə bir dəhlizin, bir sanitariya qovşağının və bir mətbəxin olmasını, eləcə də mənzilin ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşməsini nəzərə alaraq, tədqiq olunan mənzilin tərəflərin 1/4 və 3/4 paylarına uyğun naturada bölünməsi inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.7. bəndlərinin, eləcə də və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 13 saylı evin 16 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 3/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh məxsusdur. İddiaçı öz payının ayrılmasını istəyir. Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 13 saylı evin 16 saylı mənzilinin paylara mütənasib şəkildə naturada bölünməsi mümkün deyildir. Bu səbəbdən də, şərh edilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 13 ünvanında yerləşən 16 saylı mənzilin İddiaçı məxsus 3/4 hissəsinin dəyərinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi təklif edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qanunverici fərdi mülkiyyət halından fərqli olaraq paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətdə olan əmlaka və öz pay hüququna sərəncam səlahiyyətinin reallaşdırılması, habelə payın ayrılmasının tələb edilməsi və həyata keçirilməsi qaydalarını müəyyən etmişdir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Mülki Məcəllənin 220.2, 220.3 və 220.4-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, qanuni mexanizm payın ayrılmasının mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Məhkəmə bu qənaətə gələrkən Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı mövqeyini əsas götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. Məhkəmə, Mülki Məcəllənin 220-ci maddəsinin göstərişlərini və KM-nin mövqeyini rəhbər tutaraq, ilk növbədə mübahisəli mənzilin naturada bölünməsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/3826 nömrəli xx.xx.2023-cü il tarixli, 10/3826 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən 13 saylı evin 16 saylı mənzilinin tərəflərin 1/4 və 3/4 paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında göstərilmişdir ki, “...əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil”. Məhkəmə bu qənaətə gəlmişdir ki, hazırkı mülki mübahisənin hüquqi həllinin yeganə vasitəsi mənzilin açıq hərracda satılaraq müvafiq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsidir. Bu nəticə paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması və paylı mülkiyyət halının başa çatmasının Mülki Məcəllənin 220-ci maddəsində təsbit olunmuş mərhələli mexanizminə uyğundur və mülkiyyətçilərdən hər hansı birinin mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması sayıla bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən, 04 aprel 2014-cü il tarixli qərarının 1-ci bəndində görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 13 saylı evin 16 saylı mənzili açıq hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti tərəflərin paylarına uyğun olaraq bölünməklə, 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 13 saylı evin 16 saylı mənzili açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti tərəflərin paylarına uyğun olaraq bölünməklə, 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 ( üç yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin aşağıdakı hesabına köçürülsün: (VÖEN:**********, hesab: N AZN: AZ681BAZ********************, Bank: ABB ASC, VÖEN:**********, Mxxbir hesab: AZ03NABZ013501**********2944;KOD:805711; SWİFT:İBAZAZ2X). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-987/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-987/2023
04.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver