Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1002/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası Hacı-X21, X22 oğlu olması faktının və Şəki şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun №2/561, 5070/2539 saylı, xx.xx.1987-ci il tarixli Qeydəalma Vəsiqəsinin 17 iyul 1985-ci il tarixli şəhadətnamədə qeyd edilmiş X25 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Mərhum Hacı-X21, X23 oğlu olması faktının, Şəki şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun № 2/561, 5070/2539 saylı, xx.xx.1987-ci il tarixli X34 Məmmədə aid hissədə № İİİ-ЖГ-323050 xx.xx.1985-ci il tarixli Ölüm Şəhadətnaməsində qeyd edilmiş X25 məxsus olması faktının müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Mərhum Hacı-X21, X23 oğlu olması faktının, Şəki şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun № 2/561, 5070/2539 saylı, xx.xx.1987-ci il tarixli X34 Məmmədə aid hissədə № İİİ-ЖГ-323050 xx.xx.1985-ci il tarixli Ölüm Şəhadətnaməsində qeyd edilmiş X25 məxsus olması faktının müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Şəki şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun qeydiyyat №2/561, qeydə alma 5070/2539, Qeydəalma vəsiqəsinə əsasən, Şəki şəhəri, 30-cu rayon N.Nərimanov küçəsi, 98 saylı yaşayış evi 1/3 hissə X26 (atasının əmisi oğlu) və 2/3 hissə Əzimov Məmməd (babası) və Omar (atasının əmisi) Hacı Abduləziz oğlunun adlarına xx.xx.1987-ci il tarixli Qeydəalma Vəsiqəsi verilmişdir. O, bununla bağlı Şəki regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət edərək mərhum babası X4 qalmış miras əmlakdan atası X9 düşən hissədən ona çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin qeydiyyat vəsiqəsində və ölüm haqqında şəhadətnaməsində soyadları fərqli yazıldığından ona notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Daha sonra faktın müəyyən edilməsinə dair ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin qərardadı ilə ərizə geri qaytarılmışdır. Məhkəmə qərardadında yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, atası X21 doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyi üçün Azərbaycan Respublikası Dövlət Tarix arxivinə sorğu verilmiş, lakin verilən sorğunun cavabında X7 doğum akt qeydində ad, soyad və ata adı uyğunsuzluğu aşkar edilmişdir. Miras qoyanın digər vərəsələri X5 və X14 doğum haqqında şəhadətnamələrini də təqdim edə bilmədiyinə görə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırkı ərizəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, qeydiyyat vəsiqəsində babasının adı Əzimov Məmməd kimi qeyd edilmişdir. Milli Arxiv İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, atası Vəli Məmməd oğlunun atası- Məhəmməd Hacı-Abduləzim oğludur. Şəki şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun qeydiyyat №2/561, qeydə alma 5070/2539, Qeydəalma vəsiqəsinə əsasən Şəki şəhəri, 30-cu rayon N.Nərimanov küçəsi, 98 saylı yaşayış evi 2/3 hissəsi babası Əzimov Məmməd oğluna məxsusdur. Bu qeydiyyat vəsiqəsində babası Əzimov Məmməd kimi qeyd olunmuşdur. xx.xx.1985-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə isə babası X13 qeyd edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Şəki şəhəri 30-cu rayon N.Nərimanov küçəsi, 98 saylı yaşayış evinin bir hissəsi ona babasından miras qalmışdır. Həmin əmlakın miras əmlak kimi qəbul edilməsi ilə bağlı olaraq notariat orqana müraciət etmiş, lakin sənədlərdə uyğunsuzluq olduğundan hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Şəki şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun qeydiyyat № 2/561, qeydə alma 5070/2539, Qeydəalma vəsiqəsinə əsasən Şəki şəhəri, 30-cu rayon N.Nərimanov küçəsi, 98 saylı yaşayış evi 2/3 hissəsi babası Əzimov Məmmədə məxsus olmuşdur. Bu qeydiyyat vəsiqəsində babası Əzimov Məmməd kimi qeyd olunmuş, lakin xx.xx.1985-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə isə onun babası X16 kimi qeyd edilmişdir. Bundan əlavə atası X8 doğum şəhadətnaməsini almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun atasının doğumu haqqında məlumat aşkar olunmamışdır. Bundan sonra o Arxiv İdarəsinə müraciət etmiş və məlum olmuşdur ki, Şəki şəhəri Vətəndaşlıq vəziyyəti aktlarının 1927-ci ilə dair qeydiyyat kitabında Vəli Məhəmməd oğlunun xx.xx.1927-ci ildə doğum tarixinə dair məlumat aşkar olunmuşdur. X12 və anası Tükəzban Rəsul qızı kimi qeyd edilmişdir. Onun atası Hacı X43 oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir. Lakin göründüyü sənədlərdə uyğunsuzluq olduğundan o vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Qeyd olunanlara əsasən onun atası ilə babasının qohum olması faktının tanınmasını və qeydiyyat vəsiqəsinin onun babasına məxsus olması faktının tanınmasını xahiş etmişdir. Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Şəki şəhəri 30-cu rayon N.Nərimanov küçəsi, 98 saylı yaşayış evinin bir hissəsi ərizəçiyə babasından miras qalmışdır. Həmin əmlakın miras əmlak kimi qəbul edilməsi ilə bağlı olaraq notariat orqana müraciət etmiş, lakin sənədlərdə uyğunsuzluq olduğundan hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Şəki şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun qeydiyyat № 2/561, qeydə alma 5070/2539, Qeydəalma vəsiqəsinə əsasən Şəki şəhəri, 30-cu rayon N.Nərimanov küçəsi, 98 saylı yaşayış evi 2/3 hissəsi babası Əzimov Məmmədə və X44 məxsus olmuşdur. Həmin qeydiyyat vəsiqəsi xx.xx.1987-ci ildə qeydiyyata alınmış, lakin ərizəçinin babası qeydiyyat vəsiqəsində Əzimov Məmməd kimi qeyd olunmuş, lakin xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Lakin onun ölüm haqqında şəhadətnaməsində isə onun babası X16 kimi qeyd edilmişdir. Bundan əlavə atası X8 doğum şəhadətnaməsini almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun atasının doğumu haqqında məlumat aşkar olunmamışdır. Bundan sonra o Arxiv İdarəsinə müraciət etmiş və məlum olmuşdur ki, Şəki şəhəri Vətəndaşlıq vəziyyəti aktlarının 1927-ci ilə dair qeydiyyat kitabında Vəli Məhəmməd oğlunun xx.xx.1927-ci ildə doğum tarixinə dair məlumat aşkar olunmuşdur. X12 və anası Tükəzban Rəsul qızı kimi qeyd edilmişdir. Onun atası Hacı X43 oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir. Ərizəçi qeydiyyat vəsiqəsində düzəlişin edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinə müraciət etsə də, həmin sənədin 1987-ci ildə tərtib olunması ilə bağlı olaraq bundan imtina etmişlər. Hazırda göründüyü sənədlərdə uyğunsuzluq vardır, ərizəşinin atası və babası vəfat etmiş və o vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Qeyd olunanlara əsasən onun atası ilə babasının qohum olması faktının tanınmasını və qeydiyyat vəsiqəsinin onun babasına məxsus olması faktının tanınmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X41 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun əmisi oğludur. Əzizov Məmməd onun babası, Tükəzban Rəsul qızı isə onun nənəsidir. Onun babası 1894-cü il tarixdə doğulmuş və 1985-ci ildə vəfat etmişdir. Babasının beş övladı olmuş və onların hamısı vəfat etmişdir. Ərizəçinin atası Hacı X43 oğlu da vəfat etmişdir. Ərizəçi İddiaçı atası vəfat etdiyi üçün qeyd edilən hüquqlarının qeydiyyata alınması üçün müraciət etmişdir. Lakin həm mərhum babasına, həm də ərizəçinin atasına məxsus sənədlərdə uyğunsuzluq yarandığından problemlər yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X45 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı babası Əzizov Məmməd onun bibisinin həyat yoldaşı Omarın qardaşı idi. Omarın övladları olmamışdır. X52 miras qalmış əmlaka onun nəvəsi İddiaçı nəzarət edir və miras əmlakla bağlı vərəsələr arasında heç bir mübahisə olmamışdır. O təsdiq edir ki, X47 Məmmədin oğludur. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1985-ci il tarixdə verilmş, № İİİ-ЖГ-323050 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X36 xx.xx.1985-ci ildə ölmüşdür. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Şəki şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının 1927-ci ilə dair qeydiyyat kitabında Vəli Məhəmməd oğlunun doğum tarixinə dair məlumat aşkar edilmişdir. Doğum tarixi xx.xx.1927-ci il, atası-X37, anası-Tükəzban Rəsul qızıdır. İş materiallarında olan Şəki rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, atası X19, anası X6r. İş materiallarında olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 qızı xx.xx.2009-cu ildə ölmüşdür. İş materiallarında olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Hacı-Abdul-əzimov Vəli Məmməd oğlu xx.xx.2002-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Notariat hərəkətinin aparılmasından imtina haqqında qərarın surətindən müəyyən olunur ki, sənədlərdə uyğunsuzluq olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İş materiallarında olan adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Hacıabduləzimovdan Əzimliyə dəyişdirilmişdir. İş materiallarında olan Nuxa şəhəri VVAQ bürosundan verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, atası X19, anası X6r. İş materiallarında olan xx.xx.1987-ci il tarixli Qeydəalma Vəsiqəsindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 hissədə X26 və 2/3 hissədə Əzimov Məmməd və Omar Hacı-Abduləziz oğlanlarının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Şəki şəhər Dağdibi məhəllə nümayəndəliyi tərəfindən vərəsəliyə dair verilmiş arayışdan müəyyən olunur ki, Şəki şəhər Qəbələ küçəsi, 98 saylı evdə yaşamış X15 xx.xx.1985-ci il tarixdə vəfat etmiş və onun vərəsələri X19 xx.xx.2002ci ildə vəfat etmiş, X11 xx.xx.2009-cu ildə vəfat etmişdir və 1958-ci il təvəllüdlü X3r. İş materiallarında olan Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı soyadının “Hacıabduləzimov"dan “Əzimli”-yə dəyişdirilməsi xx.xx.2017-ci ildə Şəki rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Habelə Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən V.Hacıabduləzimovun doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1948-ci ildən saxlanıldığından və V.Hacıabduləzimovun doğumu haqqında akt qeydi qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1978-ci ildə ölmüş X29 əmlakı vərəsəsi X17 şəhəri, N.Nərimanov küçəsi 98 ünvanında yerləşən miras əmlakdan 1/3 hissədə miras əmlak almışdır. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 2-147 2004-cü il tatixli qətnaməsinin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanda (keçmiş N.ünvan 3i X32 mülkiyyət hüququ müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”n surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda ev sahibinin adı, soyadı və atasının adı soyadı “X10 Məmməd və Omar Hacı-Abduləzimov kimi qeyd edilmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6.-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarın 1.7.-ci bəndində qeyd olunur ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Həmin qərarın 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri 30-cu rayon N.Nərimanov küçəsi, 98 saylı yaşayış evinin bir hissəsi ərizəçiyə babasından miras qalmışdır. Həmin əmlakın miras əmlak kimi qəbul edilməsi ilə bağlı olaraq notariat orqana müraciət etmiş, lakin sənədlərdə uyğunsuzluq olduğundan hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Qeydəalma vəsiqəsinə əsasən Şəki şəhəri, 30-cu rayon N.Nərimanov küçəsi, 98 saylı yaşayış evi 2/3 hissəsi babası Əzimov Məmmədə və X44 məxsus olmuşdur. Həmin qeydiyyat vəsiqəsi xx.xx.1987-ci ildə qeydiyyata alınmış, lakin ərizəçinin babası qeydiyyat vəsiqəsində Əzimov Məmməd kimi qeyd olunmuş, lakin xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Lakin onun ölüm haqqında şəhadətnaməsində isə onun babası X16 kimi qeyd edilmişdir. Bundan əlavə atası X8 doğum şəhadətnaməsini almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun atasının doğumu haqqında məlumat aşkar olunmamışdır. Bundan sonra o Arxiv İdarəsinə müraciət etmiş və məlum olmuşdur ki, Şəki şəhəri Vətəndaşlıq vəziyyəti aktlarının 1927-ci ilə dair qeydiyyat kitabında Vəli Məhəmməd oğlunun xx.xx.1927-ci ildə doğum tarixinə dair məlumat aşkar olunmuşdur. X12 və anası Tükəzban Rəsul qızı kimi qeyd edilmişdir. Onun atası Hacı X43 oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə vətəndaşın adı, soyadı və ata adı düzgün qeyd olunmadığından qohumluq faktı və sənədin həmin şəxsə məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin atası xx.xx.2002-ci ildə ölmüş Hacı Abdul-X38 xx.xx.1985-ci ildə ölmüş X67 – Abduləziz oğlunun oğlu olması faktı müəyyən olunmalı və Şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli qeydəalma vəsiqəsinin “Əzimov Məmməd” kimi göstərilmiş hissəsində xx.xx.1985-ci ildə ölmüş X67 – Abduləziz oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı atası xx.xx.2002-ci ildə ölmüş Hacı X43 (Məmməd) oğlunun xx.xx.1985-ci ildə ölmüş X67 – Abduləziz oğlunun oğlu olması faktı müəyyən olunsun. Şəhər X55 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Qeydəalma vəsiqəsində “Əzimov Məmməd” kimi göstərilmiş hissədə xx.xx.1985-ci ildə Şəki şəhərində ölmüş X67 – Abduləziz oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1002/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1002/2024
06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver