Məhkəmə qərarları › İş №e-2(010)-1103/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1103/2025

28.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1103/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2 və X12 qarşı “fərdi yaşayış evinin bərpa edilməsi, yaşayış evindən maneəsiz istifadə hüququnun təmin olunması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinin bərpa edilməsi və yaşayış evindən maneəsiz istifadə hüququnun təmin edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinin bərpa edilməsi və yaşayış evindən maneəsiz istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2 və X21 tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinin bərpa edilməsi, yaşamaq hüququnun, yaşayış evindən maneəsiz istifadə hüququnun təmin edilməsi, eləcə də yaşayış evi bərpa edilənə kimi başqa ünvanda yaşamağı üçün aylıq 500 manat kompensasiya məbləği müəyyən edilməklə, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə şikayətlə müraciət etdiyi tarixdən çıxarılacaq yekun məhkəmə aktının icra olunacağı tarixə kimi ona həmin kompensasiya məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2 və X21 tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinin bərpa edilməsi, ailəsi ilə birgə həmin ünvanda yaşamaq hüquqlarının, yaşayış evindən maneəsiz istifadə hüquqlarının təmin edilməsi, eləcə də başqa ünvanda müvəqqəti yaşamaqları üçün iş üzrə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə şikayətlə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən bu günə kimi aylıq 500 manat kompensasiya məbləği olmaqla ümumilikdə 4000 manat birdəfəlik və xx.xx.2025-ci il tarixindən çıxarılacaq yekun məhkəmə aktının icra olunacağı tarixə kimi hər ay üzrə aylıq 500 manat kompensasiya məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

5. İddiaçı iddianı ərizəsini onunla əsaslandırmışdır ki, o, babası Rüstəm Müslim oğlunun paylı mülkiyyətində olan ünvan 6ında yerləşən 49 nömrəli fərdi yaşayış evində doğulduğu gündən bəri anası və babası ilə birlikdə yaşamış, birgə təsərrüf aparmış və orada qeydiyyatda olmuşdur. Bir müddət sonra bu evdə yaşamaq üçün darısqallıq olduğundan o, onun həyətində babasının razılığı ilə əlavə ev tikmişdir. Bu evin tikilməsi üçün bütün lazım olan mal-materialları özü almış və usta xərclərini şəxsən ödəmişdir. Tikinti işləri bitdikdən, ev yaşayış üçün hazır vəziyyətə gətirildikdən sonra ailəsi ilə, yəni anası, yoldaşı və övladları ila birgə ora köçüb yaşamağa başlamışdır. 1 qız övladı da həmin ünvanda qeydiyyatdadır. Babası rəhmətə gedənə qədər yəni, 2015-ci ilin iyul ayına kimi orda maneəsiz, rahat şəkildə yaşasalar da, babasının vəfatından sonra xalası Cavabdeh1 yaşayışları üçün maneələr törətmiş, həmin ünvanda yaşayışları gün keçdikcə çətinləşmişdir. Bu çətinliklərə baxmayaraq tikdiyi evdə yaşamağa davam etmişlər. Anası vəfat edəndən sonra, yəni keçən il avqust ayının 1- dən xalasının ona və ailəsinə qarşı təzyiqləri daha da şiddətli olmuşdur. Bu ilin iyul ayında o ailəsi ilə birlikdə rayonda 2 həftəlik istirahətdən qayıtdıqda xalası Cavabdeh1 tərəfindən onun tikdiyi ev sökülmüş, əşyaları darmadağın edilib istifadəyə yararsız hala salınmışdır. Xalası Cavabdeh1 evə qayıtdıqda ona qısa müddət ərzində qalıq əşyalarını götürməyi və evi tərk etməli olduğunu bildirmişdir. Bunun əvəzində evinin yerləşdiyi torpağı sataraq onun pulundan ona çatası məbləği verəcəyini söz vermişdir. Xalası onun orada yaşayışını mümkünsüz etdiyindən iyulun 14-ü ona məxsus evi tərk etmək məcburiyyətində qalmışdır. Xalasının istəyinə uyğun olaraq qeydiyyatda olduğu evi tərk etsə də, baba evinə nəzarət məqsədilə arada qeyd olunan ünvana gedib-gəlirdi. Eyni məqsədlə növbəti dəfə getdikdə onun xəbəri, dolayısı ilə razılığı olmadan vəsaiti hesabına tikdiyi, ona məxsus evin qanunsuz olaraq söküldüyünün əvəzində orda yeni evin tikilməsi məqsədilə tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Belə ki, xalası və onun evi satdığını iddia etdiyi şəxs tərəfindən verilmiş göstəriş əsasında hazırda həmin ünvanda ustalar tərəfindən tikinti işləri davam etdirilməkdədir. Halbuki, şikayət etməməsi üçün onu sakitləşdirərək ona torpağı satanda evin tikintisinə çəkdiyi xərci və payını verəcəyini söz vermişdir. Hazırda həmin torpaqda böyük bir obyekt inşa olunur və artıq birinci mərtəbəsi yekunlaşır. Polisə şikayət etmiş və ona cavab olaraq bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Həmin ünvanda tikinti işləri aparıldığından iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər aparılan tikinti işlərinin dayandırılması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(010)-276/2024 nömrəli qərardadı ilə ünvan 4 ünvanında təmir və tikinti işlərinin aparılması Cavabdeh1 və digər şəxslərə 1 ay müddətinə qadağan edilməsi qət olunmuşdur. Hazırda yaranmış zərurətlə əlaqədar iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən fərdi yaşayış evində doğulduğu vaxtdan, yəni xx.xx.1986-cı il tarixindən yaşamağa başlamış və babasının razılığı ilə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Hərbi xidmətə gedibqayıtdıqdan sonra, 2006-cı ildə yenidən evə qeydiyyata düşmək üçün Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və X19 ərizə ilə müraciət etdikdə ərizəsi təmin olunmayaraq bildirilmişdir ki, yaşayış sahəsi üzrə qeydiyyat məhkəmə tərəfindən yaşayış sahəsindən istifadə hüququ tanındıqdan sonra mümkündür. Buna görə yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış yeri üzrə qeydiyyata alınmaqla bağlı məhkəməyə müraciət etmişdir. Nəticədə iddiası təmin edilərək Bakı şəhəri, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 49-da yaşayış sahəsindən istifadə hüququ tanınmış və cavabdeh Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və X19 onu pasport qeydiyyatına almaq vəzifəsi həvalə edilmişdir. Qətnamənin icrası nəticəsində 10 sentyabr 2007-ci il tarixində fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İstifadə hüququ əsasında istifadəsində olan daimi yaşadığı 49 nömrəli fərdi yaşayış evinə bitişik hissədə sağlığında babasından aldığı razılıq əsasında tikdiyi evi bu il ailəsi ilə iyul ayında iki həftəlik rayona getdiyi müddətdə xalası tərəfindən sökdürülmüş və evdəki istifadəyə yararlı əşyaları yararsız vəziyyətə salınmışdır. Qayıtdıqda xalası qalan əşyalarını götürüb vaxtı ilə babasının paylı mülkiyyətində olmuş evi tərk etməsini bildirmiş, bunun qarşılığında oranı sataraq ona yaşamaq və istifadə hüququnu məhdudlaşdırdığı üçün kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. O məhz bu əsasla evdən çıxmağa razılaşmışdır. Lakin o bu öhdəliyini yerinə yetirmədiyi, eləcədə fərdi yaşayış evini xəbəri olmadan satması nəticəsində tikdiyi, sahibliyində və istifadəsində olan ev sökülərək yeni tikinti işləri aparıldığı üçün və hazırda qeyd olunan ünvanda istifadə hüququnun olmasına baxmayaraq yaşaya və mənzildən istifadə edə bilmədiyi üçün məsələnin məhkəmə tərəfindən həll edilərək pozulmuş yaşamaq hüququnun, eləcə də fərdi yaşayış evindən sahiblik və istifadə hüququnun, ev satılana qədərki vəziyyətin bərpa edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

6. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ünvan 6ında yerləşən 49 nömrəli fərdi yaşayış evində doğulduğu gündən anası və babası ilə birlikdə yaşamış, birgə təsərrüf aparmış və orada qeydiyyatda olmuşdur. Bir müddət sonra bu evdə yaşamaq üçün darısqallıq olduğundan o, həmin evin həyətində babasının razılığı ilə əlavə ev tikmişdir. Bu evin tikilməsi üçün bütün lazım olan mal-materialları özü almış və usta xərclərini şəxsən ödəmişdir. Həmin ünvanda tikinti işləri bitdikdən və ev yaşayış üçün hazır vəziyyətə gətirildikdən sonra o, ailəsi ilə birlikdə ora köçüb yaşamağa başlamışdır. Yəni iddiaçının orada ev tikməsinə və yaşamasına mülkiyyətçinin öz razılığı olmuşdur. İddiaçıya məxsus ev 2011-ci ildə həmin torpaq sahəsində tikilib və qanunsuz olaraq cavabdehlər tərəfindən sökülmüşdür. Bundan əlavə İddiaçı adına, onun babası tərəfindən vəsiyyətnamə verilmişdir. Vəsiyyətnamədən də görünür ki, iddiaçının babası evi ona vəsiyyət etmişdir. Cavabdeh1 adına da bağışlama müqaviləsi də mövcuddur. Bütün bu hallar onu təsdiq edir ki, İddiaçı yaşayış hüququ qanuni olaraq əldə olunmuş, belə ki, doğulandan orada yaşamış və evi mülkiyyətçinin razılığı ilə inşa etmişdir. Bu müddət ərzində qanunsuz olaraq öz əmlakından və yaşayış hüququndan məhrum olduğundan kompensasiya tələb edir.

8. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2004-cü ildə həmin ev atası tərəfindən ona vəsiyyət edilmiş və daha sonra 2008-ci ildə ünvan 6ında yerləşən 49 nömrəli fərdi yaşayış evini ona bağışlanmışdır. İddiaçı isə həmin ünvanda yaşamamış, belə ki, iddiaçı vərəsəlik qaydasında öz anası X22 məxsus olmuş evi vərəsəlik yolu ilə qəbul etmiş və ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşamışdır. ünvan 6ında yerləşən 49 nömrəli fərdi yaşayış evi onun mülkiyyətində olduğundan həmin evi satmış və yeni alan mülkiyyətçi evi sökərək yerində başqa ev inşa etmək niyyətində olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbindən aydın olur ki, iddiaçı yaşayış evinin bərpa olunmasını tələb edir və həmin evə köçmək niyyətindədir. İddiaçı ünvan 6ında yerləşən 49 nömrəli fərdi yaşayış evinin 2008-ci ildə Cavabdeh1 bağışlanması müqaviləsini mübahsələndirmir. Cavabdeh1 tərəfindən özünə məxsus olan ev başqa şəxsə satılmış və hazırda başqa şəxsin mülkiyyətindədir. Evi alan şəxs isə orada söküntü işləri apararaq yeni ev tikməkdədir. İddiaçı orada tikdirdiyi ehtimal olunan və özünə məxsus olmayan evin bərpa edilməsini xahiş edir. Şahid ifadələrindən də müəyyən edilir ki, iddiaçı anasına məxsus olmuş evi vərəsəlik qaydasında əldə etmiş, orada yaşamış və azyaşlı övladları da həmin yaşayış evinin yaxınlığında yerləşən məktəbdə təhsil almışlar. İddiaçının başqa bir ünvanda faktiki olaraq yaşamağa bir evi vardır və ailəsi ilə birlikdə orada yaşayır. Bu halda iddiaçının şəraiti olmayan bir evə iddia qaldırması və onun kompensasiya tələb etməsi də əsassızdır.

10. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, alğı-satqı müqaviləsi bağlayaraq ev almış və müqavilə notarial orqanda təsdiq olunmuşdur. Həmin aldığı yerdə Elnurun iddia etdiyi evdə uzun müddət yaşayış olmamış, yaxşı vəziyyətdə deyildi, döşəməsi çürümüşdü və hamam yox idi. Hər iki otaq birlikdə 15 kv.m olardı. Elnuru isə cəmi bir dəfə görmüşdür. Həmin ev sənəddə boş ərazi kimi görünürdü. Həmin torpaq sahəsi iki sot yarımdan ibarətdir və orada köhnə tikili mövcud olmuşdur. Uzun müddət isə yaşayış olmamışdır.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

Şahid İfadələri.

12. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Elnur onun bacısının həyat yoldaşıdır. O, həmin evin tikilməsi üçün taxta və digərlərini maşınla aparırdı. Ödənişi, böyük məbləğləri Elnur həyata keçirirdi. Elnur onun bacısı ilə 2008-ci ildə ailə qurmuşdur. Həmin evdə Elnur, Sevil və onun atası yaşayırdı. Sevil 2022-ci ilə kimi burada yaşamışdır. Onlar faktiki olaraq həm şəhərdə yerləşən evdə, həm də bu evdə yaşayırdılar. Yay aylarında isə sözügedən evdə yaşayırdılar. Evin suyu, işığı, qazı var idi. Ev söküləndən sonra onların məlumatı olmuşdur. Polisə özü müraciət edib.

13. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Elnur onun bacısının oğludur. Onlar, ailədə üç bacı və bir qardaş olmuşlar. Sevil hamilə olarkən qayıtmış və Elnur da həmin mübahisəli evdə doğulmuşdur. xx.xx.2023-cü il tarixdə bacısı Sevil vəfat etdi. Həmin evi Sevil Elnurla birlikdə tikmişdir. Şəhla isə evin tikilməsi üçün vəsait verməmişdir. Atası da vəsiyyətnamə vermişdir. Qardaşı öləndən sonra evi Şəhlaya bağışlamışdır. Elnur hal-hzırda Elmlər Akademiyası tərəfdə yerləşən 1 otaqlı evdə yaşayır, anası həmin evi işdən almşdır. Elnur tərəfindən tikilən həmin ev iki otaqdan ibarət olmuş, lakin neçə kv.m təşkil etdiyini bilmir. O, sonuncu dəfə 2023-cü ildə orada olmuş, bacısının vəfatından 40 gün keçməmiş, Şəhla o evi sökmüşdür.

14. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Elnurla 2010-cu ildən birlikdə işləmişlər. O, Elnur tərəfindən tikilən fərdi yaşayış evində elektrik, döşəmə və tavan işlərini görmüşdür. Evin tikilməsi üçün lazım olan tikinti materiallarını Elnurun qaynı gətirirdi. Həmin evdə baba və Elnurun anası Sevil yaşayırdı.

15. Şahid4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Elnur qardaşı Pərviz Əzizovla dost və tələbə yoldaşı olmuşdur. Bülbülə qəsəbəsində yerləşən evdə təxminən 1 ay yarım qonaq qismində qalmışdır. Həmin vaxt orada ustalar işləyirdi və sifariş Elnur tərəfindən verilirdi. Fərdi yaşayış evi mətbəxlə birgə iki otaqdan ibarət idi. Elnur ailəli idi və birgə nikahda üç uşağı vardır.

İş materialları.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Modleks” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evi xx.xx.1967-ci il tarixli Rüstəm Müslüm oğlunun adına qeydiyyatdan keçmişdir. Suraxanı rayon Məhkəməsinin 2-1214/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin ½ hissəsi Rüstəm Müslüm oğlunun, ½ hissəsi X15 adına xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri 34 saylı DNK-nın 4Ə-01-103 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən Rüstəm Müslüm oğluna məxsus ½ hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 37 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə/148 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 məxsus hissə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-543 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X23 məxsus ½ hissəsi X16 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 8İ-4438 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bölgü sxeminə əsasən 1 otaq (y/s-33.0 kv.m) və 0.0294 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X3 və 2 otaq (y/s 38.1 kv.m və 0.0247 ha torpaq sahəsi) xx.xx.2020-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 4Ə- 1067 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.0294 ha torpaq sahəsindən 0.02254 ha torpaq sahəsini X10 adına özgəninkiləşdirmişdir. Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1065 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 məxsus 1 otaq (y/s 33.0 kv.m) və 0.00686 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2024-cu il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evinin 2 otq(y/s-38.1 m2, k/s-10.8 m2) və 0.0247 ha torpaq sahəsi X16 və 1 otaq (y/s-33.0 m2) və 0.00686 ha torpaq sahəsi Cavabdeh2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.

17. Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0541 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdən ½ hissə(1 otaq 33.0 m2 ) X4 və xx.xx.2020-ci il tarixdən ½ hissə(2 otaq y/s 38,1 m2 k/s 10.8 m2) X16 adına hüquqi qeydiyyatdan keçmişdir.

18. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X9 və X5r. Satıcı- X9, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0.0541 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus sahəsi 0.0294 ha olan hissəsindən 0.02254 ha olan hissəsini “Alıcı”- X10 mülkiyyətinə verir. Satıcı(lar) daşınmaz əmlakı 50000 manat qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar). Alıcı X6 X1 (0.02254 ha) ondan 50000 manat qiymətinə aldı.

19. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X9 və Alıcı Cavabdeh2dur. Satıcı- X9, ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 81,9 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus yaşayış sahəsi 33. Kv/m olan 1 otaqdan ibarət hissəsini və həmin fərdi yaşayış evinin yerləşdiyi, sahəsi 0.0541 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.0294 ha olan hissəsinindən 0.00686 ha olan hissəsini “Alıcı”- Cavabdeh2 mülkiyyətinə verir. Satıcı(lar) daşınmaz əmlakı 24500 manat qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar).

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov, 1-ci döngə, giriş 4 ünvanda yerləşən 0.022540 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdən X10 adına hüquqi qeydiyyatdan keçmişdir.

21. xx.xx.2011-ci il tarixli Vəsiyyətnamənin surətindən müəyyən olunur ki, Rüstəm Müslüm oğlu, ölən günədək ona məxsus olan ünvan 10ünvanın ½ hissəsini, ünvan 11si İddiaçı oğuna vəsiyyət etmişdir.

22. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının X25 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* Çıxarışın surətindən müəyyən olunur ki, Rüstəm Müslim oğlu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəs. S.Bəhlulzadə küçəsində istifadədə olan 0.0171 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.1 kv.m yaşayış, 10.8 kv.m köməkçi sahədən ibarət 49 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 ½ hissədən 2 otaq y/s-38.1 kv.m, k/s-10.8 kv.m, Rüstəm Müslim oğlunun ½ hissədən 1 otaq y/s-33.0 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 6160 nömrəli vərəqində qeydiyyata alınmışdır.

23. Azərbaycan Dövlət Su Ehtiyatları Afentliyi “İri şəhərlərin Birləşmiş su Təchizatı Xidməti” X35 tərəfindən xx.xx.2025-ci il tarixdə Nümayəndə ünvanlanmış məktubun suərtindən müəyyən olunur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” pubiik hüquqi şəxsin “X11” proqramında vətəndaş İddiaçı Əbüifəz oğlunun adına ünvan 12 ünvanında **********000 saylı (xx.xx.2020 - ci il tarixli müqavilə № 43572204, sayğac № ********) abonent kodu müəyyən edilmişdir.

24. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə Nümayəndə ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, ünvan 13 ünvanında yerləşən **********90001 nömrəli abunə kodu xx.xx.2006-cı il tarixdə Rüstəm Müslüm oğlunun adına açılmışdır. X17 “AsanKommunal” mərkəzinə xx.xx.2020-ci il tarixli, EADX**********2670 nömrəli müraciətinə əsasən həmin abunə kodu X17 adına keçirilmiş, həmçinin, həmin tarixdə İddiaçı “Asan Kommunal” mərkəzinə EADX**********6009 nömrəli müraciətinə əsasən **********90001 nömrəli abunə kodu İddiaçı adına keçirilmişdir.

25. xx.xx.2008-ci il tarixli Bağışlama Müqaviləsinin surətindən müəyyən edilir ki, Rüstəm Müslüm oğlu Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2008-ci ildə verilmiş 11/690 saylı arayışa və Bakı şəhər Ərazi idarəsindən verilmiş xx.xx.2007-ci il tarixli, rey. kit. 68, səhifə 6160, qeydiyyat nömrəsi ********** olan «Çıxarış»a əsasən Bakı şəhər Suraxanı rayonu Bül-bülə qəs. S.Bəhlulzadə küçəsində yerləşən, ümumi sah. 81,9 kv.m. yaşayış sahəsi 71,1 kv.m. köm. Sah. 10,8 kv.m. olan 3 ( üç ) otaqlı 49 saylı fərdi yaşayış evindən ona düşən 1 (bir) otaqlı, yaşayış sah. 33,0 kv.m olan ½ (ikidə bir) hissəni qızı Cavabdeh1 bağışlamışdır.

26. Suraxanı rayon VVADQ tərəfindən verilmiş ИЕ seriyalı № 252396 Evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Rüstəm Müslim oğlu ilə Səfurə Səftər qızı xx.xx.1955-ci il tarixdə 256 nömrəli qeydi ilə nikahlarını bağlamışlar.

27. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 106606 Nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Səfurə Səftər qızı xx.xx.1994-cü ildə ölmüşdür.

28. Bakı şəhəri 34 saylı dövlət notariat kontoruna Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə ev 49 yaşayan X26 tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ərizənin surətindən müəyyən olunur ki, atası Rüstəm Müslim oğluna məxsus olan və S.Bəhlulzadə küçəsi 49 fərdi yaşayış evinin ½ hissəsinin 33 kv.m 1 otağın bağışlanmasına etiraz etmir.

29. Bakı şəhəri 34 saylı dövlət notariat kontoruna Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə ev 49 yaşayan X27 tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ərizənin surətindən müəyyən olunur ki, Rüstəm Müslim oğluna məxsus olan və S.Bəhlulzadə küçəsi 49 fərdi y/evinin ½ hissəsində yerləşən 33 kv.m 1 otağın bağışlanmasına etiraz etmir.

30. xx.xx.2004-cü il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 49-da yaşayan Rüstəm Müslim oğlu ölən günədək ona məxsus olan Bakı şəhəri, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 49-da yerləşən şəxsi yaşayış evini qızı Cavabdeh1 vəsiyyət etmişdir.

31. Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi və 0.01094 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdən ½ hissə(1 otaq 33.0 kv.m) X4 və xx.xx.2020-ci il tarixdən ½ hissə(2 otaq y/s 38,1 kv.m k/s 10.8kv.m) X16 adına hüquqi qeydiyyatdan keçmişdir.

32. Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ölmüş X15 vərəsəsi arvadı X24r. Bakı, Bül-bülə qəs, S.Bəhlulzadə küç, ev 49 və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 14 ünvanda yerləşən üç otaqlı fərdi yaşayış evinin miras qoyana məxsus (1/2 hissə, 2 otaq, y/s-38.1kv.m, k/s-10.8 kv.m) hissəsindən ibarətdir.

33. Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, ünvan 8 Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov, 1-ci döngə, giriş 6 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0316 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında (2 otaq y/s 38,1 m2 k/s 10.8 m2) və 0.0247 ha torpaq sahəsi X16 adına və xx.xx.2024-cü il tarixdən 1 otaq (y/s-33 m2) və 0.00686 hs torpaq sahəsi Cavabdeh2 adına hüquqi qeydiyyatdan keçmişdir.

34. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 145463 saylı Qeydiyyat Vərəqəsinin surətindən müəyyən olunur ki, X28 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 23 saylı evin 38,5 kv.m yaşayış sahəsindən ibarət üç otaqlı 17 saylı mənzili X17 adına 11 m2 payda, digər paylar üzrə bir otaq X29 iki otaq 27,5 m2 adlarına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 45 a/c saylı reyestr kitabında 8954 səhifə, 30/4548 qeydə alma nömrəsi ilə, xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır.

İşin faktiki halları.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evi xx.xx.1967-ci il tarixli Rüstəm Müslüm oğlunun adına qeydiyyatdan keçmişdir. Suraxanı rayon Məhkəməsinin 2-1214/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin ½ hissəsi Rüstəm Müslüm oğlunun, ½ hissəsi X15 adına xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir.

36. Bakı şəhəri 34 saylı DNK-nın 4Ə-01-103 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən Rüstəm Müslüm oğluna məxsus ½ hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.

37. Bakı şəhəri 37 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə/148 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 məxsus hissə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-543 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X23 məxsus ½ hissəsi X16 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir.

38. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 8İ-4438 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bölgü sxeminə əsasən 1 otaq (y/s-33.0 kv.m) və 0.0294 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X3 və 2 otaq (y/s 38.1 kv.m və 0.0247 ha torpaq sahəsi) xx.xx.2020-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. 39.Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 4Ə- 1067 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.0294 ha torpaq sahəsindən 0.02254 ha torpaq sahəsini X10 adına özgəninkiləşdirmişdir.

40. Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1065 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 məxsus 1 otaq (y/s 33.0 kv.m) və 0.00686 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2024-cu il tarixdə qeydiyyatdan keçmişdir.

41. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evinin 2 otq(y/s-38.1 m2, k/s-10.8 m2) və 0.0247 ha torpaq sahəsi X16 və 1 otaq (y/s-33.0 m2) və 0.00686 ha torpaq sahəsi Cavabdeh2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.

42. xx.xx.2004-cü il tarixli vəsiyyətnaməyə əsasən Bakı şəhəri, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 49-da yaşayan Rüstəm Müslim oğlu ölən günədək ona məxsus olan Bakı şəhəri, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 49-da yerləşən şəxsi yaşayış evini qızı Cavabdeh1 vəsiyyət etmişdir.

43. Daha sonra xx.xx.2008-ci il tarixli Bağışlama Müqaviləsinə əsasən, Rüstəm Müslüm oğlu Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2008-ci ildə verilmiş 11/690 saylı arayışa və Bakı şəhər Ərazi idarəsindən verilmiş xx.xx.2007-ci il tarixli, rey. kit. 68, səhifə 6160, qeydiyyat nömrəsi ********** olan «Çıxarış»a əsasən Bakı şəhər Suraxanı rayonu Bül-bülə qəs. S.Bəhlulzadə küçəsində yerləşən, ümumi sah. 81,9 kv.m. yaşayış sahəsi 71,1 kv.m. köm. Sah. 10,8 kv.m. olan 3 ( üç ) otaqlı 49 saylı fərdi yaşayış evindən ona düşən 1 (bir) otaqlı, yaşayış sah. 33,0 kv.m olan ½ (ikidə bir) hissəni qızı Cavabdeh1 bağışlamışdır.

44. xx.xx.2011-ci il tarixli Vəsiyyətnaməyə əsasən Rüstəm Müslüm oğlu, ölən günədək ona məxsus olan ünvan 10ünvanın ½ hissəsini, ünvan 16si İddiaçı vəsiyyət etmişdir.

Tətbiq edilən hüquq.

45. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

46. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

48. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

50. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evi xx.xx.1967-ci il tarixli Rüstəm Müslüm oğlunun adına qeydiyyatdan keçmişdir.

51. Suraxanı rayon Məhkəməsinin 2-1214/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin ½ hissəsi Rüstəm Müslüm oğlunun, ½ hissəsi X15 adına xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir.

52. Bakı şəhəri 34 saylı DNK-nın 4Ə-01-103 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən Rüstəm Müslüm oğluna məxsus ½ hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.

53. Bakı şəhəri 37 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə/148 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 məxsus hissə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-543 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X23 məxsus ½ hissəsi X16 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir.

54. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 8İ-4438 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bölgü sxeminə əsasən 1 otaq (y/s-33.0 kv.m) və 0.0294 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X3 və 2 otaq (y/s 38.1 kv.m və 0.0247 ha torpaq sahəsi) xx.xx.2020-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. 55.Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 4Ə- 1067 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.0294 ha torpaq sahəsindən 0.02254 ha torpaq sahəsini X10 adına özgəninkiləşdirmişdir. 56.Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1065 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 məxsus 1 otaq (y/s 33.0 kv.m) və 0.00686 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2024-cu il tarixdə qeydiyyatdan keçmişdir.

57. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evinin 2 otq(y/s-38.1 m2, k/s-10.8 m2) və 0.0247 ha torpaq sahəsi X16 və 1 otaq (y/s-33.0 m2) və 0.00686 ha torpaq sahəsi Cavabdeh2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.

58. xx.xx.2011-ci il tarixli Vəsiyyətnaməyə əsasən Rüstəm Müslüm oğlu, ölən günədək ona məxsus olan ünvan 10ünvanın ½ hissəsini, ünvan 16si İddiaçı vəsiyyət etmişdir. 59.Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 145463 saylı Qeydiyyat Vərəqəsinin surətindən müəyyən olunur ki, X28 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 23 saylı evin 38,5 kv.m yaşayış sahəsindən ibarət üç otaqlı 17 saylı mənzili X17 adına 11 m2 payda, digər paylar üzrə bir otaq X29 iki otaq 27,5 m2 adlarına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 45 a/c saylı reyestr kitabında 8954 səhifə, 30/4548 qeydə alma nömrəsi ilə, xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır.

60. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evinin ½ hissəsi Rüstəm Müslüm oğlunun adına qeydiyyatdan keçmiş, daha sonra onun tərəfindən evin ½ hissəsi bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh1 bağışlanmışdır. İddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində 2 otaqdan ibarət yaşayış evi tikdiyini və həmin evə dair kommunal xidmətlərin onun adına rəsmiləşdirildiyini və ailə ilə birlikdə orada yaşadığını qeyd etmişdir. Daha sonra həmin fərdi yaşayış evi Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçı ona məxsus olan evin cavabdehlər tərəfindən söküldüyünü, onun yaşamağa başqa yeri olmadığından həmin evin yenidən bərpa olunmasını, yaşamağa yeri olmadığından ona kompensasiya ödənilməsini tələb etmişdir.

61. Məhkəmə hesab edir ki, iddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdiyini və orada uzun müddət ərzində yaşadığını, bütün kommunal xərcləri ödədiyini qeyd etmiş, lakin faktiki olaraq həmin ev özgəninkiləşdirildikdən sonra sökülmüşdür. Məhkəmə hesab edir ki, həmin ev maddi dəyər kimi mövcud olmuş, lakin cavabdehlər tərəfindən sökülmüşdür. Hazırkı halda iddiaçı özgəninkiləşdirilən torpaq sahəsində yenidən evin inşa edilməsini və yaşamağa başqa yaşayış yeri olmadığından kompensasiya tələb edir.

62. Məhkəmə qeyd edir ki, iddiaçı sökülmüş daşınmaz əmlaka və torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarına malik olmamışdır. Bundan əlavə məhkəmə araşdırması müəyyən olunmuşdur ki, iddiaçı anası X14 miras qalmış Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 23 saylı evin 17 saylı mənzilin bir hissəsini miras əmlak kimi qəbul etmiş və faktiki olaraq həmin ünvanda yaşayır və övladları həmin ərazidə yerləşən məktəbdə təhsil alırlar.

63. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evinin ½ hissəsində əvvəllər mövcud olmuş fərdi yaşayış evinin yenidən cavabdeh tərəfindən tikilərək iddiaçıya təhvil verilməsi qeyri-mümkündür. Belə ki, bir neçə nəfər şəxs arasında bağlanmış bağışlama və alqı-satqı müqavilələrinə əsasən fərdi yaşayış evi və torpaq sahəsi başqa şəxslərin adına rəsmiləşdirililmişdir.

64. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inşa edilmiş əmlakın sökülməsi nəticəsində o maddi zərərə uğrasa da, maddi zərəri deyil, hazırda başqasının mülkiyyətinə verilmiş torpaq sahəsində özünə məxsus olmuş daşınmaz əmlakın yenidən bərpa olunmasını tələb edir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 49 saylı fərdi yaşayış evinin ½ hissəsində cavabdehlər tərəfindən tikilərək ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və yaşamağa başqa yeri olmadığına görə kompensasiya tələbi təmin oluna bilməz və iddiaçı maddi dəyər kimi mövcud olmuş əmlaka münasibətdə cavabdehdən daşınmaz əmlaka çəkilmiş xərci və ona vurulmuş zərəri tələb edə bilər.

Məhkəmə xərcləri.

65. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

66. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2 və X12 qarşı “fərdi yaşayış evinin bərpa edilməsi, yaşayış evindən maneəsiz istifadə hüququnun təmin olunması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır.

67. İddia tələbi təmin olunmadığından ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. 68.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2 və X12 qarşı “fərdi yaşayış evinin bərpa edilməsi, yaşayış evindən maneəsiz istifadə hüququnun təmin olunması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar