Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1132/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X16 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X5, X17, Cavabdeh5, Cavabdeh4, X1, X2 və X6 (maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2, X5, X17, Cavabdeh5 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2, X7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və X10 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi. Daha sonra, iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, məhkəmədən ünvan 2 ünvanında yaşayan Cavabdeh7, Cavabdeh6, X11, azyaşlı uşaqları X22, X12 da qeyd edilən ünvandan çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş 03.12.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Özü hal-hazırda ailəsi ilə bir yerdə qeydiyyatda olduğu Abşeron rayonu, Masazır kəndində kiçik bir evdə yaşayır. Oğlu ailə həyatı qurmaq istəyir və buna görə də onun ailə qurduqdan sonra onlarla eyni evdə qala bilməsi mümkünsüzdür. Cavabdehlər qanunsuz olaraq onun mülkiyyətində olan mənzilə daxil olduğundan konstitusiya ilə təmin edilmiş hüququları pozulmuşdur. Buna görə də hazırda mülki hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlərin heç bir qanuni əsasları olmadan mübahisəli evdə yaşamaları qanunsuzdur və buna görə də onun hüquqları bərpa edilərək, cavabdehlər həmin evdən çıxarılmalıdırlar. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlərin hazırda yaşadığı mənzil onun mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin mənzildən çıxmır. Bu səbəbdən onun övladları ailə qurub ayrı evə çıxa bilmir. Cavabdehlərin ona məxsus mənzildə qanunsuz olaraq yaşamağa davam etməsi onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, cavabdehlərin qanunsuz olaraq yaşamaqda olduğu mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin mənzildən çıxmamaqla iddiaçının mənzil üzərində mülkiyyət hüququnu pozur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, o və ailə üzvləri Ağdam rayonundan məcburi köçkündür və iddiaçıya məxsus mənzildə məskunlaşmağa məcbur olmuşlar. Bununla belə o və digər cavabdehlər iddiaçıya məxsus mənzildən çıxmağa etiraz etmir. Digər cavabdehlər işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməsələr də o, qeyd edir ki, əgər dövlət tərəfindən onlara yaşamaq üçün başqa mənzil verilərsə, dərhal hazırda yaşadıqları mənzili tərk edərlər. Lakin hazırda yaşamaq üçün başqa mənzilləri yoxdur. Odur ki, məhkəmədən onlar mənzillə təmin olunduqdan sonra mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X18 iddianı qəbul etməyərək bildirmişdir ki, onlar 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi çıxaraq Bakı şəhərinə gəlmiş, həmin vaxtdan da həmin mənzildə məskunlaşmışlar. Hazırda həmin mənzildə on nəfər yaşayır. Bu vəziyyətdə mənzildən çıxmaları mümkün deyil. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X5 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, 1993-cü ildən bəri ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bu mənzil beş otaqdan ibarətdir və hazırda orada üç ailə olmaqla, cəmi on nəfər yaşayır. Daha əvvəl mənzillə təmin olunmaq üçün Qaçqınlar və X14 üzrə Dövlət Komitəsinə müraciət etsələr də Komitədən onlara bildirilmişdir ki, başqasının mənzilini zəbt etmiş məcburi köçkünlərə sonda mənzil veriləcək. Əgər onlara dövlət tərəfindən mənzil verilərsə, iddiaçıya məxsus mənzildən çıxmağa hazırdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X19 iddianı qismən qəbul edərək bildirmişdir ki, 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün kimi buraya gəlmişlər. Həmin vaxtdan da mübahisəli mənzildə yaşayırlar. Həyat yoldaşı X3isi olmuş, bədənində beş qəlpə yarası olmuşdur. O, 2020-ci ilin dekabr ayında vəfat etmişdir. Hazırda həmin mənzildə on nəfər yaşayır. Əgər mənzillə təmin olunsalar, həmin mənzildən çıxmağa etiraz etmir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Komitə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və mənzil üzərində mülkiyyət hüququ 03.12.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Suraxanı rayon sektoru tərəfindən verilmiş 24.02.2022-ci il tarixli, 618 nömrəli arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Ağdam rayonundan məcburi köçkündür, ünvan 2 ünvanında 1993cü ildən müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi: X5, Cavabdeh4, X17, X22, X23, X19, X2, X1 və X4. 105 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25.02.2022-ci il tarixli, 380 nömrəli arayışdan görünür ki, Qocayev X9 rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ev 12, mənzil 7 ünvanında yaşayır. O, 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi həmin ünvanda müvəqqəti məskunlaşmışdır. X5, Cavabdeh4, X17, X22, X23, X19, X2, X1 və X4. İşin faktiki halları. ünvan 6 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh2, X8, X17, Cavabdeh4, X1, X2, X19, azyaşlı uşaqları (X22, X23) ilə birlikdə Ağdam rayonundan məcburi köçkündürlər və həmin mənzildə yaşayırlar. Hazırda mənzilin mülkiyyətçisi olan İddiaçı cavabdehlərin bu mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası:
4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli, 5 nömrəli Qərarı:
2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 51. İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi.
Məhkəmə, ilk növbədə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27.09.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə 11.02.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə 22.04.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh5 başqa digər cavabdehlərə münasibətdə əsaslıdır və təmin edilməlidir. Cavabdeh5 gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, həmin cavabdehin də digər cavabdehlər kimi iddiaçıya məxsus mənzildən çıxarılmasının qət edilə bilməsi üçün ilk növbədə həmin şəxsin bu mənzildə yaşadığı sübut edilməlidir. Lakin iş materiallarında olan həm Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi, həm də Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlarda bu şəxsin iddiaçıya məxsus mənzildə yaşaması ilə bağlı heç bir qeyd edilməmişdir. Digər tərəfdən, iş materiallarında həmin cavabdehin bu mənzildə yaşadığını təsdiq edən başqa heç bir mötəbər sübut mövcud deyil. Bu baxımdan iddia Cavabdeh5 münasibətdə təmin edilə bilməz. Azyaşlı uşaqlara münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh4 uşaqları 31.12.2013-cü il təvəllüdlü X22 və 31.05.2019-cu il təvəllüdlü X23 da iddiaçıya məxsus mənzildə valideynləri ilə birlikdə yaşayır. Bu uşaqların yaşları etibarilə cavabdeh kimi prosessual statusa malik olması istisna edilsə də nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda istinad olunmuş normasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır. Belə olan halda həmin uşaqların valideynlərinin mənzildən çıxarılmasının qət edilməsi ilə faktiki olaraq uşaqların da yaşayış yerlərinin dəyişdiyi nəzərə alınmalıdır.
Məhkəmə xərcləri.
İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin nəzərə alınmalıdır ki, məcburi köçkünlər məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azaddırlar. Belə olan halda hazırkı iş üzrə iddia qismən təmin edilmiş olsa belə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması istisna edilir. Bu baxımdan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, X8, X17, Cavabdeh4, X1, X2, X19, azyaşlı uşaqlar (X22, X23) ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, X8, X17, Cavabdeh4, X1, X2, X19, azyaşlı uşaqlar (X22, X23) ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva