Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1184/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı ödənilmiş hərac xərclərinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X5 Azərbaycan” QSC Cavabdeh1 MMC-yə qarşı ödənilmiş hərac xərclərinin geri qaytarılması tələbinə dair iddiası ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “SHM" MMC-dən “X5 Azərbaycan" QSC-nin xeyrinə 702.34 manat xidmət haqqı,126.42 manat (ƏDV 18%) cəmi 828,76 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X5 Azərbaycan” QSC iddia ərizəsinə əlavə olaraq ərizə ilə müraciət edərək, cavabdehlər SHM” MMC və Cavabdeh2 müştərək qaydada 6353.38 manat məbləğində maddi zərər və 83.54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx"MMC və "xxxx" QSC arasında 15.11.2013-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə həmçinin Cavabdeh2 ilə bank arasında 15.11.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanm öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Əlavə olaraq borcalanın 15.11.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə 15.11.2013-cü il tarixdə bank ilə ipoteka qoyan "xxxx"MMC arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ”SHM ”MMC məxsus "BMW 730,,markaiı **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobil "YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabehlər öz öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçı “X5 Azərbaycan” QSC iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər SHM” MMC və Cavabdeh2 müştərək qaydada 20288.20 ABŞ dolları əsas, 3130.52 ABŞ dolları faiz, 2010.85 ABŞ dolları cərimənin, 10.25 manat poçt xərcinin, həmçinin 30 manat ödənilmiş dövlər rüsumunun, cəmi 25429.57 ABŞ dolları məbləğində borcun və 40.25 manat pulun "X5" QSC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan“BMW 730” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait yetərli olmadığı halda, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-749/17 saylı, 16 mart 2017-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. İddiaçı "xxxx" QSC “HEBA Consulting" MMC arasında bağlanmış 18.04.2016-cı il tarixli Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən, məhkəmə qərarı üzrə borcun tələbini, ipoteka predmetinin axtarışını, bir sözlə qətnamənin icrasının təmin edilməsini “HEBA Consulting" MMC -yə sifariş etmişdir. HEBA Consulting MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək, ipoteka predmeti olan mülkiyyət hüququ ilə "SHM” MMC-yə məxsus "BMW 730"marka!ı **-AA-*** dövlət nömrə nişanlı avtomobilin yerini aşkar etmiş və həmin avtomobili qanunda nəzərdə tutulmuş halda Sabunçu rayon icra və probasiya şöbəsinə təhvil verərək duracağa yerləşdirmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-749/17 saylı, 16 mart 2017-cı il tarixli icra vərəqəsinin və Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 3/76-149364/2018 saylı 14.03.2019-cu il tarixli məktubunun icrasına əsasən 'İpoteka haqqında" Azərbaycan Respublikasının qanununun 41.42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Hərracın təşkilini “Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC həyata keçirmişdir. "X5 Azərbaycan" QSC tərəfindən 24.06.2019-cu il tarixdə 702,34 manat xidmət haqqının, 126,42 manat (ƏDV 18%) cəmi 828,76 manatın "xxxx" MMC -yə ödənilməsinə dair 548 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən borclu istehlak krediti müştərisi “SHM "MMC-nin mülkiyyətində olan "BMW 730" markah **-AA-*** dövlət nömrə nişanlı avtomobil cərimə meydançasına yerləşdirilməsi ilə əlaqədar qətnamə üzrə 42375,90 AZN borcun xidmət haqqını 15% olaraq 6353,38(altı min üç yüz əlli üç manat 38 qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. «X5 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış 15.11.2013-cü il tarixli müqavilənin 5.5-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericiliklə nəzərdə tutlmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verib güzəşt edilə bilər. Bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməməsi və ya lazmınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və\və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi “Borcverən”tərəfindən ücüncu şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan “zaminlərdən və ya yaxud da girova (ipoteykaya verilmiş və\və ya kreditin təminatı kimi çıxıs edən digər əmlak (əşyalar) hesabına tutulacaq. Məhkəmə iclasında iddiaçı “X5 Azərbaycan” QSC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 18.04.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləmək məqsədi ilə Hüquqi Xidmət haqqında Müqaviləsi bağlanmışdır. İş materiallarında olan 21.04.2017-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" MMC-yə ödənilməli olan məbləğ 6610.63 manat təşkil edir. İş materiallarında olan 24.06.2019-cu il tarixli, 41/03 nömrəli protokoldan görünür ki, İpoteka predmeti olan “BMW 730” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobil hərraca çıxarılmışdır. İş materiallarında olan 24.06.2019-cu il tarixli “ödəniş tapşırığı”ndan görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən hərracın təşkili ilə əlaqədar 702,34 manat xidmət haqqı və 126,42 manat (ƏDV 18%) olmaqla cəmi 828,76 manat ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı bankla cavabdehlər arasında məhkəmə mübahisəsi olmuş və məhkəmə aktı əsasında cavabdehlərdən iddiaçının xeyrinə pul məbləğinin tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi qət edilmişdir. İddiaçı tələbinin hərrac xərcləri hissəsini ipoteka haqqında qanunvericiliyin müddəaları ilə əsaslandırır və hesab edir ki, hərrac xərcləri tələbkar kimi ondan yox, borcludan tutulmalıdır. Nə qədər ki, hərrac prosesi çərçivəsində bu xərcləri o ödəmişdir, həmin xərclərin geri tələb edilməsində haqlıdır. Tələbin üçüncü şəxsə ödənilmiş xidmət haqqının cavabdehlərdən tutulması hissəsini iddiaçı belə əsaslandırır ki, üçüncü şəxs, bankla imzaladığı xidmət hüqaviləsi çərçivəsində məcburi icra işlərini həyata keçirmiş və Bank da həmin işlərə görə ümumi məbləğin 15% miqdrarında xidmət haqqı verməli olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən hərracın təşkili ilə əlaqədar ödənilmiş 702.34 manat xidmət haqqı və 126.42 manat (ƏDV 18%) olmaqla cəmi 828,76 manat məbləğində pul vəsaitinin cavabdeh “SHM" MMC-dən tutulması hissəsində əsaslıdır. Belə ki, “İpoteka haqqında qanun”un 4.1-ci maddəsinə görə, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc, 4.1.2. faizlər, 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Qanunun müddəasından görünür ki, məhkəmə qətnaməsinin icrası çərçivəsində əmələ gələn hərrac xərcləri borcluya aid edilmişdir. Hazırkı işdə müəyyən edilir ki, bu xərclər tələbkar olan iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödədiyi hərrac xərclərini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər SHM” MMC və Cavabdeh2 müştərək qaydada 6353.38 manat məbləğində maddi zərər və 83.54 manat dövlət rüsumunun tutulması hissəsində əsassızdır. İddiaçı tərəf tələbin bu hissəsinin hüquqi əsaslandırması kimi mülki qanunvericiliyin zərər anlayışını tənzimləyən normalarına istinad edir. Məhkəmə hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 21-ci maddəsinin tələbləri baxımından əsassızdır. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı tələbini belə əsaslandırır ki, qətnamənin icrasını hüquqi xidmət haqqında müqaviləyə əsasən, "xxxx" MMC-yə həvalə etmiş, MMC-də öz növbəsində cavabdehlər barəsində aidiyyatı orqanlara müraciət etmiş, məcburi icra işlərini təşkil etmişdir. Məhkəmə hesab edir ki, əsaslandırma maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı deyildir. Çünki, “İcra Haqqında Qanun” un 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan aktdır və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra edilməlidir və bu icra qurumu tərəfindən məcburi həyata keçirilən prosesdir. İcra orqanından kənar hər hansı bir hüquqi şəxsin məcburi icra işlərini təşkil etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Deməli, tələbin bu hissəsi Mülki Məcəllənin 21-ci maddəsinin məzmunu baxımından əsaslı deyildir. Çünki, həmin maddəyə görə hüququ pozulmuş şəxs çəkdiyi və ya çəkməli olduğu xərcləri zərər vurandan tələb edə bilər. Hazırkı işdə isə iddiaçının məcburi icra tədbirlərinə görə hüquqi xidmət göstərən təşkilata ödədiyi 6353,38 manat pul onun məcburi çəkdiyi və ya çəkməli olduğu xərc deyildir. Belə ki, məhkəmə qətnaməsi bu xərc çəkilmədən də icra ediləcəkdir və bu xüsusda iddiaçı hüququnu bərpa etmək üçün məcburi xərc çəkməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə 702.34 manat xidmət haqqı və 126.42 manat (ƏDV 18%) olmaqla cəmi 828.76 manat pul tutulsun. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1184/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1184/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver