Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-120/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “evə köçürülmə” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə vərəsəlik şəhadətnaməsinə əsasən, onun mülkiyyətinə verilmişdir. Bununla bağlı onun hüquqları dövlət reyestrində qeydə alınmışdır. Lakin cavabdehlər iddiaçıya sözügedən ünvana köçərək yaşamasına imkan vermirlər. Ona görə də mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququ iddia tələbləri üzrə cavabdehlər tərəfindən pozulmuşdur və mübahisəli fərdi yaşayış evinin iddiaçıya məxsus 1/3 hissəsi hal-hazırda cavabdehlərin qanunsuz sahibliyindədir. Buna görə də mülkiyyətçi olaraq fərdi yaşayış evinə köçürülmə ilə bağlı iddia tələbi üzrə cavabdehlərə qarşı müraciət etməkdə haqlıdır.
Qarşılıqlı iddia tələbi.
3. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “payın ayrılması” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilk iddia tələbinin rədd edilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən Cavabdeh1 aid 1/6 hissədə payın və onun yetkinlik yaşına çatmamış övladı X3 aid 1/6 hissədə payın naturada ayrılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi.
4. Cavabdeh1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə tanış olmuşlar. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə həmin tarixdə əlavə olunmaqla, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tanış olmuşlar. İddia ərizəsinə etiraz edirlər. Mülki iş materiallarında olan DƏDRX tərəfindən verilmiş çıxarışdan aydın görünür ki, iddiaçı kişi, digər mülkiyyətçilər isə qadındır. Qohum kimi onlar arasında olan münasibətlər soyuqdur. Onların bir evdə yaşamaları etik cəhətdən də düzgün deyil, cavabdehin özü də bunu istəmir. Bu səbəbdən də evin naturada bölünməsi üçün zərurət yaranmışdır. Aparılmış ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, daşınmaz əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Belə olan halda onlar öz paylarını qarşılıqlı iddia tələbi üzrə cavabdehə təklif etmişlər. Qarşı tərəfdən müsbət cavab daxil olmadığına görə daşınmaz əmlak hərracda satılmalıdır.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildir ki,
7. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, qarşılıqlı iddiaçı ev üzərində payların ayrılmasına etiraz etmir. Lakin ilk iddiaçının mübahisəli evə köçürülməsi düzgün deyil. Belə ki, evdə qız uşağı yaşayır. İlk iddiaçının həmin evə köçürülməsi onun mənafeyinə uyğun deyil.
8. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək, ilk iddiaçıya əmlakdakı payı müqabilində kompensasiya verməyə etiraz etmədiklərini bildirmişdir.
10. Məhkəmənin baxış iclasının vaxtı və barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Cavabdeh2 və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi məkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/64xx-xx/6287 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, fərdi yaşayış evinin və köməkçi tikililərin yerləşmə vəziyyəti nəzərə alınaraq, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X5 1/3 hissə, Cavabdeh1 1/6 hissə, X3 1/6 hissə, İddiaçı isə 1/3 hissədə mülkiyyətçilərin paylarına uyğun olaraq təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9-cü bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, qeyd oluna xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində internet sayı məlumatlarına əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən zəif təmirli analoji evlərin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiymətinin təqribən 936.42 manat məbləğində olması, tədqiq olunan mənzilin ümumi sahəsinin 88.70 kv.metr təşkil etdiyi nəzərə alınaraq, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 3 ünvanında yerləşən zəif təmirli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 83060.45 manat məbləğində olması müəyyən edilmişdir.
12. Cavabdeh2 (Hədiyyə verən) və Cavabdeh1 (Hədiyyə alan) arasında xx.xx.2024cü il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin surətindən görünür ki, “Hədiyyə verən” ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.4 kv.metr, yaşayış sahəsi 45.4 kv.metr, yardımçı sahəsi 31 kv.metr olan, 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/3 hissəsini “Hədiyyə alan”ın mülkiyyətinə verir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, **********26-10301 reyestr nömrəli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Məmmədəli Əsgərov küçəsi ünvanında yerləşən, ümumi sahəsi 88.7 m2 olan 22 nömrəli fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir və həmin daşınmaz əmlak üzərində Cavabdeh1 3/6 hissədə, X2 1/6 hissədə və İddiaçı 1/3 hissədə payları müəyyən edilməklə dövlət qeydiyyatına alınmışdır (X2 payı müəyyən edilsə də, dövlət qeydiyyatına alınmamışdır).
İşin faktiki halları.
14. ünvan 1 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə X4, 1/6 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 1/6 hissədə isə X2 payı müəyyən edilmişdir.
15. xx.xx.2007-ci il təvəllüdlü Nəzrin Əlizadə Cavabdeh1 yetkinlik yaşına çatmayan qızıdır.
16. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh2 mübahisəli ev üzərində özünə məxsus 1/3 hissədə payı Cavabdeh1 bağışlamışdır. Bundan sonra Cavabdeh1 daşınmaz əmlak üzərində 3/6 hissədə payı qeydiyyata alınmışdır.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Mənzil hüququ. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti. 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Maddə 33. Qəyyumluq və himayəçilik. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 51. Uşağın müdafiə hüququ. 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir. Maddə 55. Uşağın əmlak hüquqları. 55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. 55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Maddə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri. 141.5. Qəyyumun (himayəçinin) mülki hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli qərardadı.
17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasındakı mübahisəli fərdi yaşayış evinin 1/3 hissəsi ilk İddiaçı, 3/6 (1/2) hissəsi qarşılıqlı iddiaçı Cavabdeh1, 1/6 hissəsi isə Cavabdeh1 xx.xx.2007-ci il təvəllüdlü qızı Nəzrin Əlizadənin mülkiyyətindədir. Beləliklə, mübahisəli ev tərəflərin paylı mülkiyyətindədir. Lakin bu paylar ayrılmamışdır.
23. İlk İddiaçı tələb edir ki, 1/3 hissədə paylı mülkiyyətçisi olduğu evə köçürülməsi təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh1 isə tələb edir ki, ev paylı mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünsün.
24. Məhkəmə, ilk növbədə, ilk iddiaya münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, tərəflərin mübahisəli ev üzərində payları müəyyən edilsə də, bu paylar hələ ayrılmamışdır. Belə olan halda ilk iddiaçının ümumi paylı mülkiyyətlərində olan həmin ev üzərində sahiblik və istifadə hüququ ümumi qaydada – cavabdehlə bərabər həcmdə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bu baxımdan evin digər paylı mülkiyyətçilərinin evdən istifadə və evə sahiblik etməsi ilk iddiaçının bu hüquqlarını məhdudlaşdırmamalıdır. Odur ki, ilk iddiaçı paylı mülkiyyətçisi olduğu evə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.
25. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda da istinad edilmiş kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadında da qeyd edildiyi kimi, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir.
26. Hazırkı işdən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli ev üzərində payların açıq hərracdan satılmaqla paylara mütənasib bölünməsini tələb etmişdir. Qarşılıqlı iddia ərizəsinin əsaslandırılmasından başa düşülür ki, o, özü ilə birlikdə, himayəçisi olduğu yetkinlik yaşına çatmayan qızının da payının bölünməsini istəyir. Həmçinin o, digər payçı İddiaçı özünə və qızına məxsus paya görə kompensasiya ödəməklə payların bölünməsi üçün təklif göndərmişdir. Buradan görünür ki, qarşılıqlı iddiaçı həm özünün, həm də yetkinlik yaşına çatmayan qızının payının bölünməsini tələb etmişdir.
27. Bu hissədə məhkəmə qeyd edir ki, mübahisəli evin paylı mülkiyyətçilərindən olan xx.xx.2007-ci il təvəllüdlü Nəzrin Əlizadə yetkinlik yaşına çatmayan, lakin yaşı etibarilə məhdud fəaliyyət qabiliyyəti olan şəxsdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 isə onun anası qanuni nümayəndəsi – himayəçisidir. Qarşılıqlı iddiaçı Cavabdeh1 tələbi yetkinlik yaşına çatmayan Nəzrin Əlizadənin əmlakdakı payı üzərində sərəncam verilməsi ilə bağlı deyil, eləcə də onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan pay ayrılmasına, bir sözlə, əmlakın azalmasına yönəlməmişdir. Bu baxımdan məhkəmə müvafiq icra hakimiyyəti orqanını iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə qarşılıqlı iddiaçı Cavabdeh1 iddiası əsasında həm onun, həm də qanuni nümayəndəsi olduğu qızının payının bölünməsi ilə bağlı məsələyə baxılmasını mümkün hesab etmişdir.
28. Bu isə o deməkdir ki, qarşılıqlı iddia paylı mülkiyyətdə olan əşyadan payın ayrılmasına yox, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsinə yönəlmişdir. Belə ki, Ali Məhkəmənin yuxarıda istinad edilmiş qərardadında da müəyyən edildiyi kimi, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsi... və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
29. Hazırkı işdən görünür ki, üç payçıdan ikisi öz payını ayırmaq istəyir ki, bu da payın ayrılmasını tələb etməyən tək mülkiyyətçi (ilk iddiaçı) qaldığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli məsələyə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi qaydaları tətbiq edilməlidir. Üstəlik, bu zaman nəzərə alınmalıdır ki, məhkəmə bu qaydanı tətbiq etməkdə iddia tələbinə bağlı deyil. Belə ki, yuxarıda istinad edilmiş qərardadda da qeyd edildiyi kimi, məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir.
30. Odur ki, hazırkı işdə mübahisənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsində müəyyən edilmiş qaydada həll edilməli olduğu nəticəsinə gələn məhkəmə yenə yuxarıda göstərilmiş qərardada istinadla qeyd edir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
31. Hazırkı işdən görünür ki, ümumi paylı mülkiyyətdə olan mübahisəli evin tərəflərin paylarına uyğun naturada (fiziki) bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, keçirilmiş ekspertiza nəticəsində verilmiş rəydə naturada bölgünün mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə verilmiş ekspert rəyinin İnşaat Norma və Qaydaları, eləcə də məhkəmə tikintitexniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq, bu sahədə xüsusi biliyə malik ekspert tərəfindən tərtib edildiyini və rəylə razılaşmamaq üçün heç bir əsasın müəyyən edilmədiyini nəzərə alaraq, keçirilmiş ekspertiza nəticəsində gəlinmiş nəticə ilə razılaşır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi üçün ikinci mərhələ - əşyanın məhkəmə qərarı ilə hərracdan satılması – tətbiq edilməlidir.
32. Bununla bağlı məhkəmə yenə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadına istinadla qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
33. Hazırkı iş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında onların əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, hərrac ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə keçirilməli, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır.
34. Hərraca çıxarılacaq fərdi yaşayış evinin ilkin satış qiymətinə gəldikdə isə məhkəmə ilk növbədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadında ortaya qoyulmiş mövqeyə uyğun olaraq qeyd edir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli...
35. Hazırkı iş üzrə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəydən görünür ki, ekspert tərəfindən fərdi yaşayış evinin bazar qiyməti 83060.45 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə, bu rəylə tanış olan tərəflərin əmlakın ekspert rəyi ilə müəyyən edilmiş qiymətindən daha fərqli (əhəmiyyətli dərəcədə aşağı və ya yuxarı) məbləğdə qiymətləndirilməsini təsdiq edən heç bir sübut təqdim edilməməsini nəzərə alaraq, verilmiş rəylə razılaşır və hesab edir ki, mübahisəli evin hərracda ilkin satış qiyməti ekspert rəyinə müvafiq olaraq 83060.45 manat məbləğində müəyyən edilməlidir.
36. Bu zaman məhkəmə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərardadına uyğun olaraq izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPMin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
37. Beləliklə, məhkəmə qarşılıqlı iddiaya münasibətdə belə nəticəyə gəlir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evi 83060.45 manat ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə - hərraca çıxarılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun bölünməlidir. Bu isə qarşılıqlı iddianın qismən təmin edilməsi deməkdir. Ona görə ki, qarşılıqlı iddia tələbi əmlakın birbaşa açıq hərracda satılmasına yönəlmişdir.
38. Məhkəmə, son olaraq, onu da izah edir ki, mübahisəli fərdi yaşayış evi üzərində hazırkı vəziyyətdə bölünməmiş paylar bu məhkəmə qətnaməsi qanuni qüvvəyə minərsə, qətnamənin icrası nəticəsində bölünəcəkdir. Nəzərə alınmalıdır ki, məhkəmə ilk İddiaçı mübahisəli evə köçürülməsini qət edərkən ümumi mülkiyyətdə olan ev üzərində payların bölünməmiş olmasına və bu səbəbdən ilk iddiaçının da digər payçılar kimi evdən ümumi qaydada sahiblik və istifadə hüququnun olmasına istinad etmişdir. Lakin hazırkı qətnamə qarşılıqlı iddia ilə bağlı hissədə icra ediləcəyi təqdirdə sözügedən paylar bölünmüş olacaqdır. Bu baxımdan hazırkı qətnamə ilə ilk iddiaçının mübahisəli ev üzərində ümumi paylı mülkiyyətə xitam verilməsinə qədər evə köçürüldüyü nəzərə alınmalıdır.
Məhkəmə xərcləri.
39. İş materiallarından görünür ki, həm ilk, həm də qarşılıqlı iddiaçı müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsi ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizələri ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
40. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmək üçün müvafiq olaraq ilk və qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları bu rüsumu ödəmiş tərəfə aid edilməli, ekspertiza xərcinin yarısı ilk, yarısı isə qarşılıqlı iddiaçıdan tutularaq, ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
42. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, ilk İddiaçı ünvan 1 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, qarşılıqlı iddia qismən təmin edilməli, ünvan 1 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 83060.45 manat ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə - hərraca çıxarılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (Cavabdeh1 3/6 hissə, X6 1/6 hissə, İddiaçı 1/3 hissə) bölünməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, ekspertiza xərcinin 50 manatı ilk, 50 manatı isə qarşılıqlı iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
43. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İlk iddia təmin edilsin. ünvan 1 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 1 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 83060.45 manat (səksən üç min altmış manat qırx beş qəpik) ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə (Cavabdeh1, X6 və İddiaçı) - hərraca çıxarılsın. Ev qapalı hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (Cavabdeh1 3/6 hissə, X6 1/6 hissə, İddiaçı 1/3 hissə) bölünsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk İddiaçı 50 (əlli) manat, qarşılıqlı iddiaçı Cavabdeh1 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva