Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-128/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı2 MMC-nin ("xxxx" firmasının hüquqi varisi) qanuni təmsilçisi İddiaçı1, Cavabdehlər Cavabdeh9, Cavabdeh5, Cavabdeh1 iştirakı ilə, İddiaçı2 MMC ("xxxx" firmasının hüquqi varisi) cavabdehlər Cavabdeh9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh11, Cavabdeh8, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X16 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi X17, Cavabdeh3, Cavabdeh5, Cavabdeh11 (uşaqları ilə birlikdə), Cavabdeh8, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2 (uşaqları X18, X19, X31), Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 (uşaqları X27, X14), X32 (uşaqları X20 və X33) və onların ailə üzvlərinin "xxxx" firmasının (İddiaçı2 MMC) mülkiyyətində olan ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsindən çıxarılmaları. İddia tələbinin dəlilləri ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Texniki Pasport və 25 iyul 2012-ci il tarixli, Seriya RX №0011398 nömrəli Çıxarışa əsasən "xxxx" firmasına məxsusdur. "xxxx" firmasının hüquqi varisi İddiaçı2 MMC-dir. Qeyd olunan qeyri-yaşayış sahəsi - ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak “Bakı Geofizika Cihazları Təcrübə- Eksperimental” zavodu ilə bağlanmış xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənildikdən sonra "xxxx" firmasının mülkiyyətinə keçmişdir. "xxxx" firmasının mülkiyyətini təsdiq etmək üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən "xxxx" firmasına zavoddan alınan mülkiyyətə 1992-ci ilin oktyabr ayında 15826 nömrəli, 30/651 saylı texniki pasport verilmişdir. Lakin "xxxx" firmasının qeyd edilən qeyri-yaşayış sahəsinə dair istifadə və sahiblik hüquqları mövcud olsa da uzun müddət firmanın mülkiyyət hüququ reyestrdə qeydə alınmadığından firma tam mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. Bu müddət ərzində bir neçə şəxs şirkətin öz hüquqlarını tam həyata keçirə bilməməsindən istifadə edərək, şirkətə məxsus qeyri-yaşayış sahəsini zəbt etmiş, orada yaşamağa başlamışlar. İddiaçılar həmin şəxslərdən dəfələrlə qeyri-yaşayış sahəsini boşaltmalarını tələb etsək də onlar, bundan imtina etmiş və qeyd edilən ünvanda pasport qeydiyyatında olduqlarını bildirmişlər. "xxxx" firması öz hüquqlarının müdafiəsi üçün "xxxx" firmasının mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra, ərazini həmin vaxt ilkin zəbt etmiş şəxslərin pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2149/2015 saylı, 28 dekabr 2015-ci il tarixli qərarı ilə 1926-cı il təvəllüdlü X34 ünvan 5 ünvanı üzrə, xx.xx.1973-cü il təvəllüdlü X4 ünvan 6 ünvanı üzrə, X2 və X5 ünvan 7 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-447/2017 saylı, 28 fevral 2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarının xx.xx.1973cü il təvəllüdlü X4 ünvan 6 ünvanı üzrə, X2 və X5 ünvan 7 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra, iddiaçı "xxxx" Firması cavabdehlər X42, X7, X21, X28, X10 və X3 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin "xxxx" Firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-423/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdehlər X34, X4, X15, X22, X9 və X1 "xxxx" firmasına məxsus ünvan 9 ünvanında yerləşən qeyriyaşayış binasından çıxarılmasını, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" firmasının apellyasiya şikayətinin qismən təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin 2(010)-423/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin cavabdeh X42 münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsini, X34 "xxxx" firmasına məxsus ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasını və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4732/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli Qərarı ilə iddiaçı "xxxx" Firması, cavabdeh X35 tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər X34 hüquqi varisi Cavabdeh5, X11, X43 və X23 tərəfindən birgə verilmiş kasasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-106/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda həmin ərazidə adları sadalanan şəxslərdən başqa onların ailə üzvləri və onların yaxınları olan Cavabdeh9, Cavabdeh5, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, X29, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X14, Cavabdeh3 da yaşayırlar. Göründüyü kimi, yuxarıda sadalanan məhkəmə qərarları ilə hazırkı iş üzrə cavabdehlərin "xxxx" firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə pasport qeydiyyatına alınmalarının qanunsuz olması müəyyən edilmiş və həmin şəxslərin qeyd edilən qeyriyaşayış sahəsində yaşamalarının qanunsuz olduğu təsdiq olunduğundan həmin şəxslərin qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Hesab edirik ki, cavabdehlərin qeyriyaşayış sahəsinə heç bir hüquqlarının olmaması qanuni qüvvəyə minmiş və hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik məhkəmə qərarı ilə təsdiq edildiyindən də və bu barədə qanuni qüvvəsini almış məhkəmə aktları olduğundan bu şəxsləri ailə üzvləri və orada yaşayan digər tanış və yaxınları olan cavabdehlər qeyri- yaşayış sahəsindən çıxarılmalıdırlar. Çünki həmin şəxslərin firmaya məxsus qeyri-yaşayış sahəsində heç bir qanuni əsas olmadan yaşamaları, firmanın mülkiyyət hüquqlarını kobud surətdə pozur ki, bu da qanunvericiliklə qadağandır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin bilavasitə yaxınlığında regional yüksək gərginlikli elektrik paylayıcı məntəqəsi mövcuddur. Həmin elektrik paylayıcı stansiyada yüksək gərginlikli transformatorlar və elektrik ötürücü xətləri mövcud olduğu üçün qeyri-yaşayış sahəsinin də bilavasitə stansiyaya yaxın olması nəzərə alınaraq, oradan yaşayış sahəsi kimi istifadə olunması və insanların yaşaması həyati təhlükəlidir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı2 MMC-nin ("xxxx" firmasının hüquqi varisi) qanuni təmsilçisi İddiaçı1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh9 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır. Məhkəmə tərəfindən mübahisəli qeyriyaşayış sahəsinə baxış keçirilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Əvvəldə iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində sonuncu dəfə iddia tələbləri rədd edilmişdir. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, onlar 2004-cü ildən həmin evdə yaşayırlar. Özünün qeydiyyatı 10 B-yədir. Əvəz Əvəzov adlı şəxsə aid idi iddia tələbi. Sonradan həmin şəxs vəfat edəndən Ali Məhkəmədə onun varis kimi sonra İddiaçı1ı tanıyıblar. 2004-cü ildə 5000 dollar pul verib həmin yeri almışdır. Onlar evi Şahvələd adlı şəxsdən alıb. Həmin binada bütün evləri hamı pul verib alıb. İddiaçı da vaxtilə dələduzluqla bağlı tutulub. Heç kim ora pulsuz parasız girib yaşamayıb. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Əvvəldə iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində sonuncu dəfə iddia tələbləri rədd edilmişdir. Əlavə vəsait xərcləyib həmin ünvanda əlavə tikililər tikmişlər. O, 20 ildən çoxdur ki, həmin evdə yaşayır və evin kommunal xərclərini ödəyirlər. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 6 yaşından, yəni 2003-cü ildən orada yaşayır. Həmin ev onun böyüyüb boya-başa çatdığı yerdir. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçrilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Əvvəldə iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində sonuncu dəfə iddia tələbləri rədd edilmişdir. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında məhkəmə iclasında dindirilən Cavabdeh7 Sarvan oğlunun nümayəndəsi Cavabdeh6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Bəhruzun anasıdır. Oğlu 2004-cü ildən həmin evdə yaşayır, həmin evi pul verib almışlar. Həmin evə müvəqqəti qeydiyyatları da var. Oğlu da orada yaşayır. Əvvəlki məhkəmə iclasında məhkəmə iclasında dindirilən Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2004-cü ildən yoldaşı və 3 uşağı ilə orada yaşayır. həmin vaxt ora 2 otaq olmuşdur. Ev alanda ev pis gündə idi, minbir əziyyətlə oranı düzəldmişər. Sonradan əlavə tikililər tikmişlər. O, həmin evə görə Babayev Yusif adlı şəxsə 4300 ABŞ dolları pul vermişdir. Nəriman Yusifə 15000 pul borcu var idi, həmin vaxt Nəriman onun evin alqı-satqısına etiraz etmədiyi barədə yazılı kağız vermişdir. Onlar iddiaçıya qarşı dəymiş zərərin ödənilməsi barədə məhkəməyə vermişlər. Əvvəlki məhkəmə iclasında məhkəmə iclasında dindirilən Cavabdeh4 Dülüfər qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, həmin evə 2017-ci ildə gəlin gəlmiş, halhazırda da orada yaşayır və qeydiyyatdadır. Ona məlumdur ki, qaynanasıgil həmin evə pul verib almışlar. Heç kim orada kefindən gəlib yaşamır. Evi alan qaynatası olub. İddiaçı onların pulunu qaytarsın, onlar da həmin evdən çıxıb getsinlər. İş materialları RX seriyalı ******* saylı xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 10A qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına hüquqi qeydiyyatdan keçmişdir. xx.xx.2011-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 10A qeyri-yaşayış binasının texniki pasportu "xxxx" firmasının adına tərtib olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-7/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar X43, X23, X11, X35, X54 (hüquq varisi Cavabdeh5) və X1 cavabdeh "xxxx" firmasına (İddiaçı2 MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 cavabdeh "xxxx" firmasına qarşı “pul” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı "xxxx" firmasının (İddiaçı2 MMC) cavabdehlər X43, X23, X11, X35, X54 (hüquq varisi Cavabdeh5) və X3 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” qarşılıqlı iddia təmin edilməməsi, ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəflərə aid edilməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərci qarşılıqlı iddiaçı "xxxx" firmasından (İddiaçı2 MMC) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli 2(102)- 4732/2021 saylı qərarı ilə iddiaçı "xxxx" firması, cavabdeh X35 tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər X34 hüquqi varisi Cavabdeh5, X11, X44 və X23 tərəfindən birgə verilmiş kasassiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-106/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin KK-nın xx.xx.2022-ci il tarixli 2-2(103)-1122/2022 saylı qərardadı ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci iltarixli 1939/5-378/2-2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, işdə iştirak etməyən X36, X44, X23, Cavabdeh5, X11 və Cavabdeh3 tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 1939/5-378/2-2011 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən "xxxx" firmasına indiki İddiaçı2 MMC-yə məxsus olan əmlakda qeydiyyatsız yaşayan şəxslərin adları müəyyən edilərək təqdim edilir: X45 xx.xx.1990-cı il təvəllüdlü; X29 06.1960-cı il təvəllüdlü; Cavabdeh1 xx.xx.1996-cı il təvəllüdlü; Cavabdeh10 xx.xx.2002-ci il təvəllüdlü; X36 20.06.16,1958-ci il təvəllüdlü; Cavabdeh6xx.xx.1969-cu il təvəllüdlü; Cavabdeh7 xx.xx.1989-cü il təvəllüdlü; X14 25.04,2019-cu il təvəllüdlü; X11 xx.xx.1973-cü il təvəllüdlü; Cavabdeh2 xx.xx.0979-cu il təvəllüdlü; X24 xx.xx.2005-ci il təvəllüdlü; X25 07.03 2007-ci il təvəllüdlü; X37 09 06.2009-cu ıl təvəllüdlü; Cavabdeh9, xx.xx.1960-cı il təvəllüdlü; Cavabdeh3, xx.xx.1969-cu ıl təvəllüdlü; Cavabdeh5 xx.xx.1976-cı il təvəllüdlü; Cavabdeh11 (2 övladı ilə birlikdə); X23 1978-ci il təvəllüdlü; Məmmədova Vüsalə; X20; X33. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2149/2015 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, 1926-cı il təvəllüdlü X38 ünvan 12 ünvanı üzrə xx.xx.1973-cü il təvəllüdlü X4 ünvan 6 ünvanı üzrə, X12knun və X13 ünvan 1 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı rayon polis idarəsinə həvalə edilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-423/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Firmasının cavabdehlər X42, X7, X21, X28, X10 və X3 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər X11, X35, X44 və X23 "xxxx" firmasına məxsus ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli2(102)- 4619/2023 saylı qərarından görünür ki, ilk və üçüncü şəxsin iddiası üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli 2(103)- 4134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6563 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qeyd olunan ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış binasının tərkibində (həyətyanı tikililər və qurğular) daxil olan 636.1 m2 ərazinin koordinatları müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) sorğu verilməklə müəyyən oluna bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qarşılıqlı iddiaçı "xxxx" firmasınıın mülkiyyətində olan, ümumi sahəsi 518.3 m3 olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2011-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunan ərazinin (0.1654 ha) hüdudları daxilində yerləşən (X15, Cavabdeh3, X22, Cavabdeh5, X9 və X1 faktiki istifadəsində olan) bütün tikililərin sxemi tərtib olunmuşdur. Məhkəmə tərəflərin iştirakı ilə ünvan 10 ünvanda mübahisəli qeyri-yaşayış sahəsinə (tikililərə) baxış keçirmişdir. Keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, ekspert tərəfindən tərtib edilmiş sxemdə göstərilən tikililərdə həqiqətən cavabdehlər yaşayırlar. İşin faktiki halları ünvan 15 ünvanında dövlət mülkiyyətində olan 0.06331 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 518.3 m2 olan birmərtəbəli qeyri-yaşayış sahəsi (çörək sexi) "xxxx" firmasının mülkiyyətindədir və bu hüquq xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" firmasının adına olan xx.xx.2011-ci il tarixdə tərtib olunmuş texniki pasport ilə qeyri-yaşayış binasının mövcud vəziyyəti fərqlidir. Belə ki, qeyri-yaşayış sahəsinin qarşısında və ona bitişik vəziyyətdə müxtəlif təyinatlı əlavə tikililər inşa olunmuş, eləcə də qeyri-yaşayış sahəsində konstruktiv dəyişikliklər edilmişdir. Həm texniki pasportda nəzərdə tutulan, lakin konstruktiv dəyişiklik edilmiş tikililərdə, həm də texniki pasportda nəzərdə tutulmayan əlavə tikililərdə hazırkı iş üzrə cavabdehlər və onların ailə üzvləri yaşayırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə X11, X35, X44, X23 və X34 "xxxx" firmasına məxsus ünvan 16 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaları qət edilmişdir. "xxxx" firmasının direktoru İddiaçı1 hazırda "xxxx" firmasının mülkiyyətində olan qeyri-yaşayış binası üzərində firmanın mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi dövrdə binada cüzi təmir işləri etdikdən sonra binada olan iki otağı almaq istəyən X8 etibarından sui-istifadə edərək, həmin otaqları yaşayış sahəsinə çevirib alqı-satqının rəsmiləşdirilməsini yalandan vəd etməklə 2000-ci ilin dekabr ayının axırlarında Samir Abbasovun 1550 ABŞ dolları məbləğində pulunu mənimsəyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra İddiaçı1 təkrarən "xxxx" firmasının mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi binalarda cüzi təmir işləri etdikdən sonra binada olan üç otağı almaq istəyən X6 etibarından sui-istifadə edərək, həmin otaqları yaşayış sahəsinə çevirib alqı-satqının rəsmiləşdirilməsini yalandan vəd etməklə 2001-ci ilin mart ayında Şahvələd Məmmədovun 3300 ABŞ dolları məbləğində pulunu mənimsəyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə İddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və üç il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmış, amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. "xxxx" firmasının direktoru İddiaçı1 ünvan 17 ünvanında yerləşən, "xxxx" şirkətinə məxsus olan,sahəsi 14.6 (19) və 15.6 (21) m2 olan iki otağa dair X10 üç il müddətinə etibarnamə vermiş, etibarnamənin xx.xx.2007-ci ilədək qüvvədə olmasıgöstərilmişdir. Daha sonra hazırkı iş üzrə iddiaçı "xxxx" firmasının (İddiaçı2 MMC) cavabdehlər X43, X23, X11, X35, X54 (hüquq varisi Cavabdeh5) və X3 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, lakin iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Hazırki iş üzrə cavabdehlər də, qeyd edilən iddia tələbi üzrə cavabdeh olmuş şəxslərin yaxın qohumları, ailə üzvləridir. Tətbiq edilən hüquq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya. Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün vəya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuşvə demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.2 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi hazırda "xxxx" firmasının mülkiyyətində olan ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 518.3 m2 olan birmərtəbəli qeyri-yaşayış sahəsində (çörək sexi) konstruktiv dəyişikliklər edilmiş, eləcə də qeyri-yaşayış sahəsinin qarşısında və ona bitişik vəziyyətdə müxtəlif təyinatlı əlavə tikililər inşa edilmişdir. Hazırda həmin tikililərdən cavabdehlər yaşayış yeri kimi istifadə edir, lakin onların həmin ərazidən (yalnız firmanın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən) çıxarılmalarına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Cavabdehlər iddia edir ki, hazırda istifadələrində olan və konstruktiv dəyişikliklər edilmiş qeyri-yaşayış sahəsini, eləcə də ona bitişik inşa edilmiş tikililəri cavabdeh "xxxx" firmasının direktoru İddiaçı1 onların ailə üzvlərinə birbaşa və ya dolaylı yolla (üçüncü şəxslər vasitəsilə) satmış, yaxud pul qarşılığında həmin tikililərin tikilməsinə icazə vermişdir. Onlar da bu səbəbdən 2000-2005-ci illər aralığından buraya köçmüşlər və həmin vaxtdan da orada yaşayırlar. İddiaçı "xxxx" firmasının direktoru İddiaçı1 iddia edir ki, cavabdehlər "xxxx" firmasının mülkiyyətində olan qeyriyaşayış sahəsində tamamilə qanunsuz şəkildə, firmanın direktoru kimi onun heç bir razılığı olmadan yerləşmişlər və uzun illərdir ki, ərazidən çıxmırlar. İddiaçı1 iddia edir ki, ilk iddiaçılardan heç vaxt pul almamış, onların həmin ərazidə hansısa tikili tikməsinə, həmin tikililərə köçməsinə heç vaxt heç bir razılıq verməmiş, buna baxmayaraq cavabdehlər və onların ailə üzvləri qanunsuz şəkildə firmaya məxsus qeyri-yaşayış sahəsini zəbt edərək oradan yaşayış sahəsi kimi istifadə etməyə başlamışlar. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçı "xxxx" firmasının qeyriyaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə edilmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, "xxxx" firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə konstruktiv dəyişikliklər edilmişdir və hazırda cavabdehlər və onların ailə üzvləri tərəfindən ərazidən yaşayış sahəsi kimi istifadə edilir. Lakin mülkiyyət hüququna müdaxilənin müəyyən edilməsi hələ iddianın əsaslı olduğu mənasına gəlmir. Belə ki, müdaxilə müəyyən edildikdən sonra müdaxilənin əsasının olub-olmaması, başqa sözlə, müdaxiləyə haqq qazandırmağın mümkünlüyü məsələsi həll edilməlidir. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, iddiaçı "xxxx" firmasının qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə heç də "xxxx" firmasının direktoru İddiaçı1 təsvir etdiyi kimi onun heç bir məlumatı, icazəsi olmadan, tamamilə iradəsindən kənar şəkildə “əmlakı zəbetmə” şəklində baş tutmamışdır. Əksinə, qeyri-yaşayış sahəsindəki bu günkü vəziyyətin yaranmasına gətirib çıxaran əsas amil elə firmanın direktoru İddiaçı1 cinayət əməlləri olmuşdur. Belə ki, o, hələ firmanın qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmadığı dövrdə qeyri- yaşayış sahəsinin otaqlarını yaşayış sahəsinə çevirib satmaq vədi ilə Samir Abbasov və Şahvələd Məmmədov adlı şəxslərə qarşı dələduzluq cinayəti törətmiş, bu əməllərin törədilməsində təqsirli bilinməsinə dair məhkəmə hökmü çıxmışdır. Hazırkı iş üzrə cavabdehlərin bəziləri ailə üzvləri də yaşadıqları “ev”ləri həmin şəxslərdən “al”mışlar. Hətta iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 iddia ərizəsini əsaslandırarkən Şahvələd Məmmədovun ona “yaşamaq üçün müvəqqəti verdiyi” otaqları (hansı ki, hökmlə bu otaqların heç də müvəqqəti verilmədiyi, əksinə dələduzluq yolu ilə “satıldığı” müəyyən olunur) Əvəz Şirinova “satdığı”nı, 200 ABŞ dolları qarşılığında müvəqqəti otaqlarda yaşamasına icazə verdiyi Şəmsi Ağayev adlı şəxsin faktiki nikahda olduğu Telli Abdullayevanın isə otaqları Ramiz Vahidov adlı şəxsə satdığını bildirmişdir. Hazırkı iş üzrə ilk iddiaçılardan Vüqar Məmmədov da öz yaşadığı “ev”i elə həmin Ramiz Vahidovdan almışdır. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə cavabdehlərə qeyri-yaşayış sahəsini "xxxx" firmasının direktoru İddiaçı1 məlumatı olmadan, özbaşına şəkildə zəbt etməsi barədə iddiaçının mövqeyi ilə razılaşmır və hesab edir ki, "xxxx" firmasının qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxiləyə əsasən firmanın direktorunun qeyriqanuni hərəkətləri səbəb olmuşdur. Məhkəmə hesab edir ki, mülkiyyət hüququna müdaxilənin mütənasibliyi qiymətləndirilərkən bu hal mütləq nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi sözsüz ki, cavabdehlərin və ailə üzvlərininin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış mənzilinə hörmət hüququna müdaxilə təşkil edəcəkdir. Həmin maddəyə əsasən: 1. Hər kəs ... mənzilinə ... hörmət hüququna malikdir; 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 8-ci maddənin mənası baxımından “mənzil” anlayışı təkcə hüquqa uyğun əldə edilmiş, yaxud tikilmiş əmlakla məhdudlaşmır. Bu milli qanunvericilikdəki təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı əmlakların 8-ci maddə ilə təminat altına alınan “ev” anlayışını təşkil edib-etməməsi faktiki şəraitdən, yəni xüsusi bir yerlə yetərli və davamlı bağın mövcudluğundan asılı olacaqdır. (Yevgeniy Zakharov v. Russia, no. 66610/10, § 30, 14 Mart 2017). Məhkəmə qeyd edir ki, cavabdehlər və onların ailə üzvləri 2000-2005-ci illərdən etibarən ailələri ilə birlikdə həmin ünvanda yaşamışdır. Odur ki, məhkəmə mübahisəli ərazidəki tikililəri Konvensiyanın 8-ci maddəsinin mənası baxımından ev kimi qəbul edir və cavabdehlərin iddiaçı firmanın direktorunun razılığı əsasında uzun müddət yaşadıqların mənzillərindən çıxarılmasının qət edilməsi ilə cavabdehlər və ailə üzvlərinin evinə hörmət hüququna müdaxilə edilməsinin labüd olduğu nəticəsinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin bu mübahisələrlə bağlı formalaşmış presedent hüququna əsasən şəxsin evini itirməsi evə hörmət hüququna ən kəskin müdaxilə olduğuna görə bu risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa daxil olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsi ilə müəyyən edilmiş prinsiplər fonunda müstəqil məhkəmə tərəfindən görülən tədbirlərin mütənasibliyinin araşdırılmasına nail olmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhz Azərbaycanla bağlı son dövrlərdə baxılmış xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” iş üzrə qərarında bu kateqoriya işlər üzrə mütənasiblik məsələsi araşdırılmadan, bir-birinə zidd maraqlar ölçülmədən qərar qəbul edilməsini yerli məhkəmələrin yol verdiyi kobud nöqsan kimi qiymətləndirmiş, yekunda bu cür araşdırma aparılmadan evdən çıxarma qərarının məcburi icra edilməsinin Konvensiyanın 8-ci maddəsinin pozuntusu olması nəticəsinə gəlmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. Hazırkı iş üzrə pozulması labüd maraqları qarşılıqlı şəkildə müqayisə edən məhkəmə hesab edir ki, iddiaçının kommersiya maraqları bu tikililərə ailələri ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan cavabdehlərin ailə üzvləri ilə birlikdə evlərindən çıxarılmaları ilə üzləşəcəyi məhrumiyyətə qətiyyən mütənasib deyil.
Məhkəmənin gəldiyi nəticə İddiaçı2 MMC-nin ("xxxx" firmasının hüquqi varisi) cavabdehlər Cavabdeh9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh8, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X16 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı2 MMC-nin ("xxxx" firmasının hüquqi varisi) cavabdehlər Cavabdeh9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh11, Cavabdeh8, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X16 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova