Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1324/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə etməyə maneçilik törətməyin cavabdehə qadağan olunması tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron ray, Xırdalan şəhəri H. Əliyev pr. 30-cu məhəllə “Kristal Abşeron yaşayış kompleksi 1” 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv.m. olan 4 otaqlı 55 nömrəli mənzilə onun, anası X4 və arvadı X1 və mənzildən istifadə etmələrinə maneçilik törətməyin cavabdehə qadağan olunması, həmin mənzilin iki otağını onun və ailə üzvlərinin (anası, arvadı) istifadəsinə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının cavabdeh Laçınova (Şirinova) Fəridə Cavad qızı ilə birgə istifadənin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş arvadı Laçınova (Şirinova) Fəridə Cavad qızı ilə xx.xx.2011-ci ildə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikah dövründə xx.xx.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri H. Əliyev pr. 30-cu məhəllə 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv.m. olan 4 otaqlı 55 nömrəli mənzil əldə etmişlər. Mənzilin mülkiyyətçisi odur və mülkiyyət hüququ Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışla qeydiyyata alınmışdır. Boşandıqdan sonra Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3322\2021 saylı xx.xx.2021 -ci il tarixli qətnamə ilə mənzil üzərində ümumi birgə mülkiyyət hüququ tanınmaqla həmin əmlak üzərində payları 1\2 hissədə müəyyən edilmişdir. Halhazırda həmin evdə Cavabdeh birgə nikahdan doğulmuş iki övladları X11 və X12 ilə yaşayırlar. Faktiki nikahları pozulduğu vaxtdan keçmiş arvadı Cavabdeh onu həmin evə buraxmamışdır və onun mülkiyyətindən istifadə hüquqlarını məhdudlaşdırmışdır. O və onun anası neçə ildir qohumlarının evinə sığınmışdırlar. 21 sentyabr 2020-ci il tarixdə o, X7 ilə yenidən nikaha daxil olmuş, artıq anası, yoldaşı və özünün qohumlarının evində yaşamaqları imkansızdır. Anası onun öhdəliyindədir. Əmək haqqının bir hissəsi alimentə getdiyinə görə o, həm kirayə pulu vermək, həm də gündəlik yaşayışını təmin etməkdə çətinlik çəkir. Ona görə də evinin ona aid hissəsində yaşamaq üçün ona şərait yaradılması, həmin mənzilə anası və həyat yoldaşıyla köçməyinə maneçilik törətməməsi üçün Mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron ray, Xırdalan şəhəri H.Əliyev pr. 30-cu məhəllə “Kristal Abşeron yaşayış kompleksi 1” 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv.m. olan 4 otaqlı 55 nömrəli mənzilə İddiaçı, anası X4 və arvadı X1 və mənzildən istifadə etmələrinə maneçilik törətməyin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələblə eyni məzmunda çıxış edib iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında AZ-İ № 383082 saylı “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X8 arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan AZ-İİ № 461530 saylı “nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə X7 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra arvada Şirinova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1571 №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov döngə 2, 14 saylı ev üzrə daimi passport qeydiyyatındadır və anası – X9 ilə birlikdə həmin ünvanda yaşayır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3322/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İlk və qarşılıqlı iddialar qismən təmin edilmiş, İddiaçı və X5 Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, bina 15, 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 97.1 kv.m olan 4 otaqlı, 55 nömrəli mənzil üzərində ümumi birgə mülkiyyət hüququ tanınması və həmin əmlak üzərində payları % hissədə müəyyən edilməsi, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X8 ilə X13 arasında bağlanmış “Chevrolet Cruze” markalı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq cavabdehlə aralarında % paya bölünməsi və ya cavabdehlə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq, bazar dəyərinin müəyyən edilməklə, dəyərinin aralarında % hissəyə bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi, LG markalı televizor, televizor altı, 1 ədəd xalça, “Bosch” soyuducu, mətbəx mebeli, mətbəx stol və stulları, yataq mebeli və matras, hamam mebeli, 2 ədəd dəhliz mebeli, stol və stul dəsti, “Samsung” kondisioner, “Bosch” elektrik bişirmə sobası, aspirator, “Philips” hava nəmləndirici, “Bosch” şirəçəkən, “Samsung” tozsoran, “Bosch” ütü, “Bosch” qabyuyan maşın, “Bosch” paltaryuyan, blender, divan, qəhvəbişirən, Wifi router, kombi aparatı, çilçıraq, samovar və manqal dəsti üzərində İddiaçı və X5 ümumi birgə mülkiyyə hüququnun tanınması və həmin əmlaklar üzərində payları ½ hissədə hissədə müəyyən edilməsi, İlkin iddia üzrə İddiaçı onun anasının ata yurdundan onun üçün ayırdığı 30.000 manat məbləğində vəsaitin bərabər paylara bölünməklə, yarısının ilkin iddia üzrə cavabdeh X3 alınaraq ona verilməsi tələbinin təmin edilməməsi, İlkin iddia üzrə İddiaçı cavabdeh F.Şirinovanın ona məxsus bank kartlarından götürdüyü 40.000 manat məbləğində vəsaitin bərabər paylara bölünməklə, yarısının ilkin iddia üzrə cavabdeh X3 alınaraq ona verilməsi tələbinin təmin edilməməsi, Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış olan 09 iyun 2016-cı il tarixli 4-xx-xx-2016-RO-X3 kredit müqaviləsi üzrə qarşılıqlı iddia üzrə iddiaçı F.Şirinova tərəfindən 6 aylıq (2021-ci ilin fevral, mart, aprel, may, iyun və iyul ayları) dövrdə ödənilmiş 3540 manat məbləğdə pul vəsaitinin yarısı, yəni 1770 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X6 ödənilməsi, "Xalq Bank” ASC ilə qarşılıqlı iddia üzrə iddiaçı X8 arasında bağlanmış kredit müqaviləsi üzrə 3352.11 manat məbləğində borcun yarısı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi və ondan 1676,06 manat məbləğində vəsait tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X6 ödənilməsi, "X20 10 Lite 6/128GB” və "Huawei Y5” markalı mobil telefonların, “delAsus AU X509F i3/nv2/4/ltb/free NBON02-M04380” markalı noutbuk birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, onların dəyərinin yarısı, yəni 1.035 manat məbləğində vəsait İddiaçı tutularaq X6 ödənilməsi, Qarşılıqlı iddia üzrə iddiaçı X5 Bakı Sağlamlıq Mərkəzində övladı - xx.xx.2012-ci il təvəllüdlü X10 əməliyyat xərcləri üçün ödədiyi 447 manat məbləğdə pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona ödənilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 09 iyun 2016-cı il tarixli, № ********* saylı, payçı müqaviləsindən görünür ki, Kristal Abşeron “MTK” pay qismində çıxış edən Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, bina 15, 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 97.1 kv.m olan 4 otaqlı, 55 nömrəli mənzili tikib payçı İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə ilkin ödəniş 40.000 manat olmaqla müqavilənin ümumi dəyəri olan 107.600 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, bina 15, 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 97.1 kv.m olan 4 otaqlı, 55 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, № 10/2550 saylı məlumatından görünür ki, hazırki iş üzrə təyin olunmuş məhkəmə tikintitexniki ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər rəsmi nikahda olmuş və nikahda olduqları dövrdə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, bina 15, 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 97.1 kv.m olan 4 otaqlı, 55 nömrəli mənzili əldə etmişlər. Hazırda tərəflər arasında olan nikah pozulmuşdur. Qeyd olunan mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olsa da, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3322/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin mənzil tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməklə ½ hissədə pay hüquqları müəyyən edilmişdir. Hazırda iddiaçı anası və həyat yoldaşı ilə birlikdə qeyd olunan mənzilə köçürülmələrini və həmin mənzildən istifadəyə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, İddiaçı Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, bina 15, 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 97.1 kv.m olan 4 otaqlı, 55 nömrəli mənzilə köçürülməsi və həmin mənzildən istifadəyə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçmək və orada yaşamaq hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi iddiaçının anası X4 və arvadı X2 Abşeron ray, Xırdalan şəhəri H. Əliyev pr. 30-cu məhəllə “Kristal Abşeron yaşayış kompleksi 1” 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv.m. olan 4 otaqlı 55 nömrəli mənzilə köçürülməsi və mənzildən istifadə etmələrinə maneçilik törətməyin cavabdehə qadağan olunması hissəsində əsassızdır. Məhkəmə qeyd edir ki, İddiaçı anası X4 və arvadı X2 mənafeyi naminə məhkəməyə müraciət etsə də, lakin hər iki şəxs fəaliyyət qabiliyyətini müstəqil şəkildə həyata keçirə bildiyindən və İddiaçı onların adından iddia qaldırmaq səlahiyyəti müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. AR MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AR MM-nin 28.1-ci maddəsinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Şı̇ rı̇ nov Ramı̇ l Ramazan oğlu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə "Kristal Abşeron yaşayış kompleksi" 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv. m olan 4 otaqlı 55 nömrəli mənzilə köçürülsun. İddiaçı Şı̇ rı̇ nov Ramı̇ l Ramazan oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə "Kristal Abşeron yaşayış kompleksi" 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv. m olan 4 otaqlı 55 nömrəli mənzildən istifadəsinə maneçilik yaradılması cavabdeh Laçınova Fərı̇ də Cavad qızına qadağan edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1324/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1324/2022
03.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver