Məhkəmə qərarları › İş №e-2(010)-1330/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1330/2022

11.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1330/2022 11.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbində əsas olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu Yaşayış massivi, döngə 1 ünvanında 0,002 ha torpaq sahəsi üzərində inşa olunmuş bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evinə iddiaçının köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının iddiasının mahiyyəti, cavabdehlə birgə nikah dövründə əldə etdiyi qazanc hesabına tikilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu Yaşayış massivi, döngə 1 ünvanında 0,002 ha torpaq sahəsi üzərində inşa olunmuş bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evinə özünün köçürülmədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, hazırki iddia mübahisəli yaşayış evinin olduğu yerə görə, yəni Binəqədi rayon Məhkəməsinə verilməlidir. AR MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi AR MPM-in yuxarıda göstərilən tələblərini pozmaqla məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152.1.3, 152.2-152.4cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar