Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1353/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29.081946-cı ildə ölmüş X18 məxsus olması faktının müəyyən edilməsi, həmin evi daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh3 Bəhrəli oğlunun adına qeydə alınmasına dair 25 aprel 2019-cu il tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməsi, V-159/2019 saylı vərəsəlik işi üzrə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X23 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-306 və 2V-307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”lərin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 4 saylı Bakı “ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X23 tərəfindən təsdiq edilərək, reyestrdə 3M-170 nömrəsi ilə qeydə alınmış 29 aprel 2019-cu il tarixli “Miras payın bağışlanması Müqaviləsi”nin ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin və bu barədə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. xx.xx.2023-cü tarixli e-2(010)-1353/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” dair mülki iş üzrə iddiası “Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü də tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29 avqust 1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olması faktının müəyyən edilməsi” hissəsində ayrıca icraata ayrılmışdır. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 25 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh2 Nağı oğlu və anası Pikə Hacı qızı 1894-cü ildə isə anadan olmuş, atası X19 anası Pikə Hacı qızı ilə 29 mart 1914-cü ildə nikaha daxil olaraq ailə qurmuşlar(anasının adı bəzi mənbələrdə Pikə Məşədi qızı, bəzi mənbələrdə X39 göstərilir). Hal-hazırda onun yaşadığı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı (Pravda küçəsi, ev 13) yaşayış evi atası Cavabdeh2 məxsus olub. Atası Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı ildə, anası Pikə Məşədi qızı isə 29 may 1954-cü ildə Bakı şəhərində yaşadıqları Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evində ölmüşlər. Onlar 10 uşaq olmuş, anası X25 ana statusu almışdır. Onun bütün bacı və qardaşları Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evində yaşayıb boya-başa çatmış, bacıları sonradan ailə quraraq köçüb getmiş, qardaşı Cavabdeh3 Bəhrəli oğlu 1942-ci ildə Balakən rayonu Mazımçay kəndində Meşə Sənayesində mühəndis işləmiş, sonradan isə İsmayıllı rayonunda yaşamış, bir sözlə 1942-ci ildən 1964-cü ilədək hazırki evdə yaşamamışdır. Belə ki, qardaşı Cavabdeh3 Bəhrəli oğlu 25 sentyabr 1940-cı ildə ailə qurmuş, iki il birlikdə yaşadıqdan sonra ailəsi ilə Balakən rayonuna, sonra isə İsmayıllı rayonuna köçüb getmişdir. Qardaşı Cavabdeh3 Bəhrəli oğlunun 1942-ci ildən Balakən rayonunda yaşaması faktı onun oğlanları - X15 01 fevral 1945-ci ildə və Cavabdeh2 xx xxxxx 1951-ci ildə Balakən rayonunda doğulması ilə sübuta yetir. Bütün bu dövrlərdə onların yaşadığı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı (Pravda küçəsi 13) yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmamışdır. 1963cü ildə Bakı ətrafı qəsəbələrdə bütün evlərin qeydiyyatı aparılan zaman atasına məxsus həmin evə dair texniki pasport tərtib edilmişdir. Lakin, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” tərtib edilən zaman, onun atasının adı səhv göstərilmiş, texniki pasportda atasının adı səhvən “X43 oqlu” kimi yazılmışdır. El arasında onun atası Hacı çağırıldığına görə texniki pasportda onun adı “Qadji” kimi göstərilmiş, atası atasının adı isə Nağı olmuş, texniki pasportda səhvən “Aqa oqlu” yəni “Ağa oğlu” kimi göstərilmişdir. Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” onun atası Cavabdeh2 Nağı oğluna məxsus olmuşdur. Onlar həmin sənəddə olan səhvə heç bir zaman diqqət yetirməmiş, lakin, qardaşı Hacıağanın oğlu Cavabdeh2 onun xəbəri olmadan ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. O, bu barədə xəbər tutan kimi həmin qətnamədən apellyasiya şikayəti vermiş, evin qardaşına deyil, atasına məxsus olmasını göstərmiş, Cavabdeh2 qətnamənin ləğv ediləcəyini görüb, onu aldadaraq evin ona məxsus hissəsini ayırıb ona verəcəyinə vəd vermiş, (bu barədə yazılı ərizə vermiş) onlar öz aralarında razılığa gəldikdən sonra, işin daha asan yol ilə həll edilməsi məqsədi ilə o şikayətini geri götürmüş, qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi əsasında Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evini xüsusi mülkiyyət hüququ ilə atası Cavabdeh3 Bəhrəli oğlunun adına 25 aprel 2019-cu il tarixdə ********** nömrəsi ilə Dövlət reyestrində qeydə aldırmış və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Daha sonra Cavabdeh3 Bəhrəli oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ərizə ilə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət edərək, həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. V-159/2019 saylı vərəsəlik işi üzrə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-306 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evindən ¼ hissədə Cavabdeh3 və ¼ hissədə Cavabdeh1 miras payı müəyyən edilmişdir. Eyni zamanda həmin vərəsəlik işi üzrə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evindən ½ hissədə Cavabdeh2 miras payı müəyyən edilmişdir. Daha sonra Cavabdeh1 və Cavabdeh3 29 aprel 2019-cu il tarixli “Miras payın bağışlanması Müqaviləsinə əsasən özlərinə məxsus miras payı Cavabdeh2 bağışlamış və onlar arasında bağlanmış bu müqavilə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilərək, reyestrdə 3M170 nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh2 ev onun mülkiyyətinə alındıqdan sonra evin miras qismində ona çatası hissəsinin onun adına keçirəcəyinə dair verdiyi vədə əməl etməmiş, bütün evin ona məxsus olmasını iddia edib, ona öz payını verməyəcəyini bildirmişdir. X3 atasının evinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən qardaşımızın adına keçməsi barədə məlumat aldıqdan sonra o, həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsi ləğv edilərək, Cavabdeh2 Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X13 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə 21 dekabr 1970-ci ildə ölmüş X8 adına dövlət reyestrində qeydə alınmasına əsas olmuş qətnamə artıq ləğv edilmiş, bu hal ona həmin evin onun atasına məxsus olması faktının müəyyən edilməsini, Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsini tələb etmək hüququ vermişdir. Belə ki, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evi onun atası, 1894-cü ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 Nağı oğlu tərəfindən inşa edilmiş, onlar hamısı, yəni o, qardaşları və bacıları həmin evdə anadan olmuşdur. Qardaşı Cavabdeh3 Bəhrəli oğlu özü də həmin yaşayış evində anadan olmuş, o həmin evi inşa etdirməmiş, həmin texniki pasportda onun adı göstərilməmiş, ümumiyyətlə 1942-ci ildən 1964-cü ilədək, (yəni həmin texniki pasport tərtib edilən zaman) qardaşı Cavabdeh3 Bəhrəli oğlu həmin evdə yaşamamışdır. Qeyd edilən yaşayış evinin Cavabdeh3 Bəhrəli oğlu tərəfindən deyil, onun atası Cavabdeh2 Nağı oğlu tərəfindən inşa edilməsi danılmaz faktdır ki, bu fakt həmin evə dair ev kitabçası və arxiv arayışları ilə də sübuta yetir. Həmin evin Cavabdeh3 Bəhrəli oğlu tərəfindən 1957ci ildə tikilməməsinin bir təsdiqi isə ondan ibarət olmuşdur ki, həmin dövrdə qardaşı Bağırov X14 və İsmayıllı rayonlarında yaşamışdır. Bildirmək istəyir ki, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq artıq uzun illərdir ki, aramızda bölünmüş, həmin evdə o və cavabdehlər yaşamış, bizim hər birimizin özümüzə məxsus yaşayış otaqlarımız olmuş, həyətyanı sahəmiz isə bir-birindən təcrid edilmişdir. Tərəflərin izahatları: İşin məhkəmə baxışı zamanı İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ərizəsini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar nümayəndəsi və cavbdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 bildirdi ki, ərizəçinin iş yoldaşı və dostudur. Qubatın qardaşı oğlu ilə ev mübahisəsi olduğunu bildirdi. Lakin, o, 1946-1947-ci illərdən həmin evi gördüyünu və evin Qubatın atasına məxsus olduğunu qeyd etdi. Ev köhnə bina olmasını, 5-10 il əvvvəl üstünün tikilməsini bildirmişdir. Əlavə olaraq Qubatın atasını da tanığını onu həmişə Hacı olaraq çağırırdıqlarını bildirdi. X1 bildirdi ki ərizəçinin dostu və qonşüsudur. Qubatla bir yerdə böyüdüyünü, atasının Qubatın 3 qardaşı ilə əsgərliyə getdiyini və 2 qardaşının ölüm xəbərini onun atası ilə Hacıya verdiyini bildirdi. Evin Qubatın atası Hacıya məxsus olduğunu bidirdi. Əlavə olaraq Qubatın atasını Hacı olaraq çağırırdıqlarını bildirdi. Evin sökülüb-tikilməyini görməmişdir. X4 ərizəçinin qonşu olduğunu, onların evinə tez-tez getdiyini, atasının 1946-ci ildə rəhmətə getdiyini bildirdi. Qubatın atasının adı Bəhrəli idi, lakin hamı onu Hacı olaraq çağırdığını bildirdi. X5 ərizəçinin onun dayısı olduğunu bildirdi. Hacıağa dayısının İsmayıllıda yaşadığını bildirib. Mübahisəli evin onun babasinin olduğunu, əvvəllər 1 mərtəbəli ev, sonra (hardasa 1964-cü ildə) sadəcə üstündə tikinti olduğunu qeyd etdi. Təmirdə dayısı Hacıağanın iştirakı olmuşdur. İş materialları: Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1946-cı il tarixdə 193 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnamənin surətindən görünür ki, Pikə Mişədi qızı 29 may 1954-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1965-cı il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Baki şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8559 saylı iş üzrə ərizəçi X7 ərizəsi təmin edilərək, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarızasıyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X13 məxsus olması faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 6936/2022 saylı iş üzrə X12 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8559/2017saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Kommunal Təsərrüfatı Nazırlıyi tərəfindən tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, Ordjonikidze rayonu, Bül-Bülə yaşayış məntəqəsində Pravda küçəsi ev № 19da yerləşən ev sahibinin adı “Багиров Гаджи Ага оглы” (“X43 oqlı”) kimi qeyd edilmişdir. Həmin sənədin “kartoçka” hissəsində tərtibetmə tarixi kimi 1963-cü ilin sentyabr ayı göstərilmişdir. Sənəddə 1-ci və 2-ci mərtəbələrin planları öz əksini tapır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 04 sentyabr 2020-ci il tarixli, DA- 00150-2020 saylı arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 25 avqust 1941-ci ildə doğulan İddiaçı təvəllüdlü qeyd olunur. Atası: Cavabdeh2 Nağı oğlu, anası: X39, valideynlərinin daimi yaşayış ünvanı: Bülbülə kəndi, Pravda küçəsi, ev 13 olmuşdur. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, Bülbülə qəsəbəsi, keçmiş Pravda küçəsi ev 13, indiki dislokasiyaya əsasən Mövsüm Bəydəmirov ev 19 kimi qeydiyyatdan keçir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum Bağırov X9 Mövsüm Bəydəmirov küçəsi 19 nömrəli evdə xx.xx.1964cü ildən xx.xx.1970-ci ilə qədər (vəfat edəngünə qədər) qeydiyyatda olmuşdur. Bülbülə qəsəbəsi, M. Bəydəmirəv küçəsi ev 19 üzrə ev kitabının surətində həmin ünvanda qeydiyyatda olan şəxslərin adları, qeydiyyata düçmə və qeydiyyatdan çıxma tarixləri sadalanır. X39, doğum tarixi 1984-cü il, ölüm tarixinə kimi (xx.xx.1958) qeydiyyatda olmuşdur. İddiaçı, doğum tarixi 1941-ci il, bir neçə dəfə uçotdan çıxarılmış və yenidən qeydiyyata alınmışdır. X46 Bəhrətoviç, doğum tarixi xx.xx.1915, İsmayıllı rayonundan gəlib, xx.xx.1964-cü il tarixində qeydiyyata düşmüş, ölüm tarixinə kimi (xx.xx.1970) qeydiyyatda olmuşdur. Sənəd üzrə birinci məlumatın qeydiyyatı 1936-cı ildən başlayır. Sənəddə Cavabdeh2 Nağı oğlu barədə məlumat yoxdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Bəhrəli oğlu 22 dekabr 1970-cı il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1971-cı il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Xalq Daxili X10 vəziyyəti Aktları Şöbəsi tərəfindən verilən evlənmə haqqında xx.xx.1940-cı il tarixli şəhadətnamədən görünür ki, X44 Baxramov və Nənəbadji Məşədi-Mesta qızı ilə 25 sentyabr 1940-cı ildə nikaha daxil olublar. Nikahın qeydiyyatı Bakı şəhəri, Ordjonikidze rayonunda aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna 5/20-2-2-31 saylı xx.xx.2023-cü il tarixli cavab məktubdan görünür ki, mərhum 1915-ci il təvəllüdlü Cavabdeh3 Bəhrəli oğlu xx.xx.1964-cü ildən vəfat etdiyi xx.xx.1970-ci il qədər Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 19 saylı evdə pasport qeydiyyatında olmuşdur.(əsas: təqdim olunan ev kitabı) Faktiki olaraq 1915-ci ildən 1964-cü ilə qədər harada yaşaması barədə məlumat yoxdur. Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il **********00 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi M.Bəydəmirov küçəsi, 19 saylı fərdi yaşayış evinə dair 1963-cü il tarixində tərtib edilmiş ilkin texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin predmeti olan evə yerində müayinə keçirməklə işin əsl halını müəyyən edilməsi üçün Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə yerində müayinə keçirilməsini məhkəmədən yazılı şəkildə xahiş etmiş, lakin sonra iclas zamanı yerli müayinə əvəzinə ekspertizanın keçirilməsi xahiş edilmişdir. Eksperizaya dair vəsatət təmin edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4405 nömrəli məlumatına əsasən, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M. Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin birinci və ikinci (əgər varsa) mərtəbələrin tikintisinin hansı illərə təsadüf etdiyini, habelə evin son təmir işlərinin hansı illərdə apardığını müəyyən etməsi sulalına cavab verməsi üçün metodika olmadığından, ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 9 iyun 2023-cü il №3-48-TA/2-B-00393/2023 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı qradonaçalnikin dəftərxanası” fondunun sənədlərində Bülbülə kənd icmasının ev sahiblərinin 5 fevral 1914cü ilə dair qərarından məlum olur ki, Bəhrəli Nağı oğlunun Bülbülə kəndində evi olmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (qüvvədən düşmüş): Maddə 10. Vətəndaşların hüquq qabiliyyətinin məzmunu Qanuna uyğun olaraq vətəndaşlar şəxsi mülkiyyətdə əmlaka, yaşayış binasından və sair əmlakdan istifadə etmək hüququna, əmlakı miras almaq və əmlakı vəsiyyət etmək, sənət və yaşayış yeri seçmək hüququna, elm, ədəbiyyat və incəsənət əsərlərinin, kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin sənaye nümunələrinin müəllifi olmaq hüququna, habelə sair əmlak və şəxsi qeyri-əmlak hüquqlarına malik ola bilərlər. Maddə 88. Sosialist mülkiyyəti və şəxsi mülkiyyət — 1994-cü il 1 noyabr tarixli qanunla çıxarılmışdır Sosialist mülkiyyətin dövlət (ümumixalq) mülkiyyətindən, kolxoz-kooperativ mülkiyyətindən, həmkarlar ittifaqı və sair ictimai təşkilatların mülkiyyətindən ibarətdir. Dövlət sosialist mülkiyyətinin qoruyur və onun artırılması üçün şarait yaradır. Sosialist mülkiyyətindən şəxsi qazanc və tamah məqsədilə istifadə etməyə heç kəsin ixtiyarı yoxdur. Vətandaşların şəxsi mülkiyyətin əsasını zəhmətli gəlirlər təşkil edir. Şəxsi mülkiyyət vətandaşların təlabatının ödəmək vasitələrindən biridir. Vətandaşların şəxsi mülkiyyət və ona məxsus vərəsəlik hüququ dövlət tərəfindən qorunur. Maddə 101. Yaşayış evinə şəxsi mülkiyyət hüququ — 1994-cü il 1 noyabr tarixli qanunla çıxarılmışdır. Vətandaşın şəxsi mülkiyyətində bir yaşayış evi (və ya evin bir hissəsi) ola bilər. Bir yerdə yaşayan ər-arvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının şəxsi mülkiyyətində şəxsi mülkiyyət hüququ və onların birinə məxsus və ya onların ümumi mülkiyyətində olan bir yaşayış evi (və ya onun bir hissəsi) ola bilər. Bu maddənin ikinci hissəsində göstərilən vətandaşlardan birinin və ya bir necəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ bu vətandaşların qalanlarının həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan mərhum etmir. Lakin fərdi ev tikən şəxslərin mənzil-inşaat kollektivinin çoxmənzillli evində bir yerdə yaşayan ar-arvad və onların yetkinlik yaşına çatmayan ancaq bir mənzilə malik ola bilərlər. Maddə 102. Şəxsi mülkiyyət hüququnda olan yaşayış evi sahəsinin son həddi — 1994-cü il 1 noyabr tarixli qanunla çıxarılmışdır. Şəxsi mülkiyyət hüququ əsasında vətandaşa məxsus olan yaşayış evinin və ya onun bir hissəsinin (hissələrinin) ümümi sahəsinin son həddi doxsan kvadrat metrdən artıq olmamalıdır. Lakin böyük ailəsi, və ya əlavə mənzil sahəsinə hüququ olan vətandaşa rayon, şəhər, şəhərdə rayon, xalq deputatları sovetinin icraiyyə komitəsi daha artıq sahəsi olan ev (evin bir hissəsini) tikdirməyə, əldə etməyə yaxud onu öz mülkiyyətində saxlamağa icazə verə bilər. Bu halda evin (evin bir hissəsinin) mənzil sahəsi əlavə mənzil sahəsinə hüququ nəzərə alınmaqla, dövlət və ictimai mənzil fondunun evlərində yaşayış sahələrinin kirayəçiləri üçün qoyulmuş norma üzrə həmin ailə üçün müəyyən olunan sahədən çox olmamalıdır. (Azərbaycan SSR Mənzil məcəlləsinin 40-cı madəsi) Şəxsi mülkiyyət hüququ əsasında vətandaşa məxsus olan yaşayış evində və ya evin bir hissəsində qeyri-yaşayış binaları (zirzəmi və həyat içindəki tikililər istisna edilməklə mətbəx, anbar, koridor, dəhliz, vanna otağı və s) sahəsinin son həddi otuz beş kvadrat metrdən atıq olmamalıdır. Eyvanın sahəsinin son həddi yaşayış evinin ümumi sahəsinin iyirmi faizindən artıq olmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasinin Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçi (bu iş üzrə cavabdeh) Cavabdeh2 ərizəsi təmin edilərək, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarızasıyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X13 məxsus olması faktı müəyyən edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə, həmin qətnamə, hüquq haqqında mübahisə yarandığından, ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Hazırki iş üzrə İddiaçı hesab edir ki, mübahisəli ev onun atası Cavabdeh2 Nağı oğluna məxsus idi. Cavabdeh2 isə mübahisəli evin onun atasına, yəni Cavabdeh3 Bəhrəli oğluna məxsus olmasını təsdiq etmək üçün müəyyən hərəkətləri etmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı qradonaçalnikin dəftərxanası” fondunun sənədlərində Bülbülə kənd icmasının ev sahiblərinin 5 fevral 1914-cü ilə dair qərarından məlum olur ki, Bəhrəli Nağı oğlunun Bülbülə kəndində evi olmuşdur. Eyni zamanda, Azərbaycan Kommunal Təsərrüfatı Nazirlıyi tərəfindən 1963-cü il tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, Ordjonikidze rayonu, Bül-Bülə yaşayış məntəqəsində Pravda küçəsi ev № 19-da yerləşən ev sahibinin adı “Багиров Гаджи Ага оглы” (“X43 oqlı”) kimi qeyd edilmişdir. Həmin sənədin “kartoçka” hissəsində tərtibetmə tarixi kimi 1963-cü ilin sentyabr ayı göstərilmişdir. Sənəddə 1-ci və 2-ci mərtəbələrin planları öz əksini tapır. Həmçinin, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, mübahisəli evə dair 1963-cü il tarixində tərtib edilmiş ilkin texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh2 Nağı oğlunun sağlığında Bülbülə qəsəbəsində evin olması istisna olunmur, lakin 1963-cü ildə müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Kommunal Təsərrüfatı Nazirlıyi – tərəfindən qeydiyyat aparıldığı zaman, Cavabdeh2 Nağı oğlunun adına aparılmamışdır. 1963-cü il üçün Cavabdeh2 Nağı oğlu artıq 17 ildir ki, rəhmətə getmişdir, 1963-cü ildə onun mülki hüquq qabiliyyəti olmadığından, onun adına qeydiyyat aparmaq mümkün deyildir. Əlavə olaraq, yuxarıda sadalanan səbəblərə görə, məhkəmə elə nəticəyə gəlir ki, “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un etibarsızlığına əsas olmadığından, orada göstərilmiş məlumatlar doğru hesab olunur. Amma Cavabdeh2 Nağı oğlunun adı bu pasportda qeyd olunmur. Təqdim olunan ev kitabında da Cavabdeh2 Nağı oğlunun adı yazılmamışdır. X2, X11 və X16 öz ifadələrində Cavabdeh2 Nağı oğluna “Hacı” deməyinə baxmayaraq, rəsmi sənədlərdə onun adı Bəhrəli Nağı oğlu kimi qeyd edilir və heç yerdə “Hacı” sözü yoxdur. Əksinə, ev kitabında “Гаджи Мамед” (“Hacı Mamed”) səxsin adı mövcuddur, lakin onun Bəhrəli Nağı oğluna aidiyyatı yoxdur. Pasportun üz səhifəsində ev sahibinin adı “X43 oqlı” yazılsa da, ev kitabında “Багиров Гаджи Ага Бахратович” (“X46 Bəhrətoviç”) adlı şəxs qeyd olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29 avqust 1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olunması sübut olunmadığından, müəyyən edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29 avqust 1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olması faktının müəyyən edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1353/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1353/2023
18.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver