Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1371/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat ofisinə və "xxxx" ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi və həmin icra qeydinə əsasən ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat ofisinə və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və həmin icra qeydinə əsasən ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında tərəflər iştirak etməmiş, mülki işin məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2024-cü il tarixə saat 11:40-a təyin edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirak etmiş və mülki işin məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2024-cü il tarixə saat 11:20-yə təyin edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli cavabdehin nümayəndəsi N.Bağırzadənin iştirakı ilə keçirilmiş və mülki iş məhkəmə iclasında baxılması üçün xx.xx.2024-cü il təyin edilmişdir. İş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdə, saat 11:40-da keçirilən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat ofisinə və "xxxx" ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi və həmin icra qeydinə əsasən ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 65 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat ofisinə və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və həmin icra qeyddinə əsasən ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat (qəbzin nömrəsi **********, xx.xx.2024-cü il tarixli) pul vəsaiti İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1371/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1371/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver