Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1373/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, 3 saylı evin 19 saylı mənzilindən istifadə hüququnun itirlmiş hesab edilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 19 İddiaçı mülkiyyətindədir. Qeyd olunan əmlaka dair Azərbaycan Respublikası Bakı şəhər icra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi təqdim edilmiş və mülkiyyət hüquqlarım təsdiq olunmuşdur. Qeyd olunan əmlakda hazırda oğlu Cavabdeh qeydiyyatdadır. Oğlu 2007-ci ildən ölkə ərazisini tərk etmiş, onun harada yaşaması barədə heç bir məlumat mövcud deyildir. Əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə dair problemlər yaranmışdır, belə ki oğlu X4 ölkə ərazisindən kənardadır. Qeyd olunan əmlakı satmaq istəməsinə baxmayaraq, qeydiyyatda olan şəxslərin razılıq ərizələri vacibdir. Lakin, oğlunun yaşayış yeri məlum olmadığına görə ondan razılıq ərizəsi almaq mümkünsüzdür. Oğlunun formal olaraq həmin evdə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, o cümlədən sərəncam vermək hüququnu əsassız olaraq məhdudlaşdırır. Belə ki, iddiaçı oğluna görə bəzi kommunal ödənişlər ödəyir, mülkiyyət hüququndan tam istifadə edə bilmir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Şahid ifadəsi Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, cavabdeh onun bacısı oğludur. Cavabdeh 2007-ci ildən xaricdədir. Onun bildiyinə görə Cavabdeh orada ailə qurub yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.1994-cü il taixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 19- İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 26.Xİ.1980-cı il tarixli 160542 saylı orderin surətindən görünür ki, Hövsan qəsəbəsi, Jeleznodorojnaya küç.ev 3 mənzil 19 İddiaçı (özü və 4 nəfər ailə üzvü qeyd edilməklə) verilmişdir. Asan 7 xidmətinin «yaşayış yeri üzrə qeydiyyat haqqında» ******* №-li arayışından görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 19-da İddiaçı, Cavabdeh, X2, X6, X5 pasport qeydiyyatındadır. Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1974-cü ildə doğulmuş və valideynləri İddiaçı və X3r. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3907/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. İşin faktiki halları İddiaçı ailəsi birlikdə 1980-ci ildə order əsasında Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, 3 saylı evdə yerləşən 19 saylı mənzilə köçürülmüş, həmin vaxtdan sözügedən mənzildə yaşamış, həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ 1994-cü ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçı Cavabdeh atasıdır. Lakin Cavabdeh 2007-ci ildən ölkədən getdiyini və bir daha geri qayıtmadığını iddia edən iddiaçı cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmişdir. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi İddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, 3 saylı evdə yerləşən 19 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı mənzil üzərindəki hüququ xx.xx.1994-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iş materiallarından görünən odur ki, bu mənzil hələ 1980-ci ildən müvafiq icra hakimiyyəti orqanının orderinə əsasən özü və 4 nəfər ailə üzvü qeyd edilməklə iddiaçıya verilmişdir. Beləliklə, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri (cavabdehinevdən istifadə hüququ) 2000-ci ildən əvvəl yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, yəni Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009cu il tarixdə isə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin müvafiq normalarından (§ 14), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından (§ 15) görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir. Hazırkı iş üzrə iddia tələbinin əsaslandırıcı hissəsindən, eləcə də iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlardan belə görünür ki, iddiaçı cavabdehin mənzildən istifadə hüququnun itirilməsinə dair tələbini cavabdehin 2007-ci ildən daimi yaşamaq üçün başqa ölkəyə getməsi ilə əsaslandırmışlar. Şahid ifadəsi ilə də cavabdehin 2007-ci ildən ölkəni tərk etməsi və heç vaxt iddiaçının mülkiyyətində olan mənzilə qayıtmaması təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazıkı işdə müəyyən edildiyindən Cavabdeh iddiaçının mülkiyyətindəki mənzildə olan yaşayış sahəsini itirmişdir. Odur ki, iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşlar. Son olaraq o da qeyd edilməlidir ki, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 9). Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun itirildiyini təsdiq edən bu qətnamə də Cavabdeh Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, 3 saylı evdə yerləşən 19 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, 3 saylı evdə yerləşən 19 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, 3 saylı evdə yerləşən 19 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1373/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-1373/2023
02.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver