Məhkəmə qərarları › İş №e-2(010)-1456/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-1456/2023

15.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1456/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında olan fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, ünvan 2 ünvanında yerləşən mənzili qanunvericiliyin tələblərinə əməl etməklə atasının vərəsəsi olduğu üçün vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirmişdir. Həmin ev onun mülkiyyətindədir və həmin evdə qeydiyyatda olan cavabdeh onun övladıdır. Cavabdeh başqa yerdə ailəsi ilə birlikdə yaşayır və ona məxsus evə dair heçbir əlaqələri yoxdur. Onun evindən istifadə etmir. Cavabdeh artıq uzun müddətdir ki, Hövsan qəsəbəsində özünə məxsus evdə yaşayır. Buna baxmayaraq ona məxsus evdə qeydiyyatda qalmaqla onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. O, mülkiyyəti üzərində sərancam vermək istəyir, lakin cavabdeh məhdudiyyət yaradır. Mülkiyyəti üzərində sərancam vermək üçün digər qeydiyyatda olanlar notarial ərizə versələrdə cavabdeh bundan imtina edir və ya müxtəlif bəhanələrlə ərizə verməkdən yayınır. Cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materialları.

5. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 73.4 kv.m fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

6. ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X4, İddiaçı, X2, X6, X1, X5, Cavabdeh, X14, X10, X3, X17, X7 qeydiyyatdadırlar.

7. xx.xx.2023-cü il tarixli, 8İ-1698 reyestr nömrəli ərizədən görünür ki, X14 qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etirazının olmadığını bildirmişdir.

8. xx.xx.2023-cü il tarixli, 8İ-1695 reyestr nömrəli ərizədən görünür ki, X10 qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etirazının olmadığını bildirmişdir.

9. xx.xx.2023-cü il tarixli, 8İ-1700 reyestr nömrəli ərizədən görünür ki, X5 qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etirazının olmadığını bildirmişdir.

10. xx.xx.2023-cü il tarixli, 8İ-1697 reyestr nömrəli ərizədən görünür ki, X1 qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etirazının olmadığını bildirmişdir.

11. xx.xx.2023-cü il tarixli, 8İ-1699 reyestr nömrəli ərizədən görünür ki, X17 qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etirazının olmadığını bildirmişdir.

12. xx.xx.2023-cü il tarixli, 8İ-2047 reyestr nömrəli ərizədən görünür ki, X6 qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etirazının olmadığını bildirmişdir.

13. xx.xx.2023-cü il tarixli, 8İ-2337 reyestr nömrəli ərizədən görünür ki, X4 qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etirazının olmadığını bildirmişdir.

14. xx.xx.2023-cü il tarixli, 8İ-2340 reyestr nömrəli ərizədən görünür ki, X2 qeydiyyatda olduğu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etirazının olmadığını bildirmişdir.

İşin faktiki halları.

15. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı, oğlu - hazırkı iş üzrə Cavabdeh ona məxsus fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edildiyini hesab edir. Tələbini onunla əsaslandırır ki, cavabdeh uzun illər əvvəl ailə qurub və ona məxsus evdən köçüb getmişdir. Cavabdeh tərəfə məhkəmə iclasları barədə məlumat verilsə də, o tələblə bağlı etiraz və ya mülahizə irəli sürməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.....

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

19. AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Məhkəmənin mövqeyi

20. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qiyabi təmin edilməlidir.

21. Məhkəmə ilk öncə cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olub-olmaması məsələsini araşdırır. İşin halları ondan ibarətdir ki, cavabdeh iddiaçının oğludur və anadan olandan ailə qurana kimi mübahisə obyekti olan evdə yaşamışdır. Məhkəmə istifadə hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdehin həmin evə istifadə hüququ yaranmışdır və bu hüququn yaranmasına səbəb iddiaçı ilə arasında olan ailə münasibətləridir. Başqa sözlə, istifadə hüququ ailə münasibətlərinə əsaslanır. Hazırkı tələb istifadə hüququnun itirilmiş hesab edilməsi tələbidir. İddiaçı hesab edir ki, cavabdeh ailə qurub evi tərk etməklə istifadə hüququnu da itirmişdir. İddiaçı mülkiyyətindədir və iddiaçı tərəfin izahatı zamanı məlum olmuşdur ki, cavabdeh qeyd olunan fərdi yaşayış evində uzun müddətdir ki yaşamır və ailə qurduqdan sonra öz ailəsi ilə birlikdə ayrı yaşayır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddiaçı tərəfin dəlillərini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hazırkı işdə cavabdehin mübahisə obyekti olan evi özünün daimi yaşayış sahəsi kimi qəbul etməsi, həmin evdən mütəmadi və ya vaxt aşırı istifadə etməsi halı müəyyən edilmir. Eyni zamanda, cavabdehin mübahisə obyekti olan evi öz iradəsinin ziddinə tərk etməsi halı da müəyyən edilmir. Yuxarıda sadalanan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh Nəcməddı̇ n oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun həyata keçirilməsi ilə bağlı ehtiyac aradan qalxdığından, yəni artıq cavabdeh uzun müddətdir ki ayrı yaşadığından və həmin yaşayış sahəsinə istifadə hüququ üçün zərurət qalmadığından istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evə formal olan istifadə hüququnun saxlanılması iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur.

Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Nəcməddı̇ n oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir.

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh Nəcməddı̇ n oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar