Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1461/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin 2 otaqlı, ümumi sahəsi 23.11 m2 olan və Cavabdeh 3 otaqlı, ümumi sahəsi 44.8 m2 olan paylı mülkiyyətli mənzilin qeyd olunduğu şəkildə paylarına düşən sahələrin naturada mənzil şəklində ayrılması. İddia tələbinin dəlilləri ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən iddiaçıya məxsus mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 23.11 kv.m. təşkil edir. Digər pay 3 otaqdan ibarət ümumi sahəsi 44.8 kv.m. olan mənzil Cavabdeh paylı mülkiyyətindədir. Mənzillərin hər birinə daxil olmaq üçün giriş qapıları, həmçinin sanitar qovşaqları ayrıdır, yəni mülkiyyət paylı olsa belə, təsərrüfat baxımından bir-birindən asılacağı yoxdur, hər birinin mənzilindən sərbəst şəkildə istifadə edə bilir. Su, işıq və qaz sayğacları ayrı olmaqla, vergilərin, rüsumların ödənilməsində, habelə əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz paylarına uyğun surətdə bir-birindən azad surətdə iştirak edir, başqa sözlə öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, digər mülkiyyətçinin eyni hüquqlarının həyata keçirməsini çətinləşdirmir. Payların naturada ayrılması barədə Cavabdeh tələb etsə də, bu günə kimi razılıq əldə etmək mümkün olmamışdır. Paylı mülkiyyətdən öz payının naturada ayrılmasını, mənzilə dair adına Çıxarış və Texniki Pasportun alınmasını məhkəmə qaydasında mümkün hesab edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə həmin cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, iddianı qəbul edir. Çıxarışa əsasən payına düşən sahələrin naturada təcrid mənzil şəklində ayrılmasına etiraz etmir, hər birinin adına ayrıca Çıxarış və Texniki Pasportun verilməsinə razıdır. Səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 mənzil 24 xüsusi mülkiyyət hüququ ilə İddiaçı payı 2 otaq 23.11 m2 və Cavabdeh payı 3 otaq 44.8 m2 olmaqla xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilmişdir. “X2”nin xx.xx.2023-cü il tarixli 25 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzildə Cavabdeh - 3 otaq 44.8 m2 payının və İddiaçı - 2 otaq 23.11 m2 payının naturada ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89* tələblərinə və Məhkəmə Tikinti-X1 Metodlarına uyğundur. Təklif olunan bölgü variantı aşağıdakı kimidir: a) 24 saylı mənzilin sahibi - Cavabdeh istifadəsində olan mənzilin 1 saylı dəhlizi (10.7 m2), 2 saylı yaşayış otağı (14.3 m2), 3 saylı yaşayış otağı (17.8 m2), 4 saylı yaşayış otağı (11.1 m2), 5 saylı eyvanı (5.6 m2), 6 saylı mətbəxi -(10.4 m2) 7 saylı sanuzel qovşağı (2.7 m2) sahədən ibarətdir. b) İddiaçı istifadəsində olan mənzilin 1 saylı dəhlizi (9.4 m2), 2 saylı sanitar qovşağı (3.6 m2), 3 saylı yaşayış otağı (10.5 m2), 4 saylı yaşayış otağı (12.6 m2), 5 saylı açıq mətbəxi (2.6 m2) sahədən ibarətdir. Sözügedən mənzil mövcud vəziyyəti üzrə faktiki olaraq tikinti norma və qaydalarının tələblərinə əsasən paylara uyğun bölünmüş, ayrıca giriş-çıxış qapısı qoyulmuş, təcrid mənzil şəklində istifadə olunur. Hər bir mənzilə ayrıca qaz, su, işıq sayğacları quraşdırılmışdır. Payçıların istifadəsində olan mənzillər öz istifadələrində saxlanılmaqla paylarına uyğun tam şəkildə bölgü aparılmalıdır. Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, iddianı qəbul edir. Çıxarışa əsasən payına düşən sahələrin naturada təcrid mənzil şəklində ayrılmasına etiraz etmir, hər birinin adına ayrıca Çıxarış və Texniki Pasportun verilməsinə razıdır. Səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşin faktiki halları ünvan 3 ünvanında yerləşən 24 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı payı 2 otaq 23.11 m2 və Cavabdeh payı 3 otaq 44.8 m2 olmaqla onlara məxsusdur. İddiaçı paylı mülkiyyət hüququ ilə ona və Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən 24 saylı mənzilin faktiki istifadələrində olan hissələrə uyğun təcrid mənzil şəklində naturada bölünməsini istəyir. Cavabdeh də iddia tələbi ilə razılaşır. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.2 Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3 Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2 Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İşin faktiki halı ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109.21 m2 olan 24 saylı saylı mənzil İddiaçı payı 2 otaq 23.11 m2, Cavabdeh payı 3 otaq 44.8 m2 pay olmaqla onların xüsusi mülkiyyətindədir. İddiaçı paylı mülkiyyət hüququ ilə ona və Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən 24 saylı mənzilin faktiki istifadələrində olan hissələrə uyğun naturada təcrid mənzillər şəklində bölünməsini istəyir. Cavabdeh də iddia tələbi ilə razılaşır. “X2”nin xx.xx.2023-cü il tarixli 25 saylı mütəxəssis rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzildə Cavabdeh - 3 otaq 44.8 m2 payının və İddiaçı - 2 otaq 23.11 m2 payının naturada ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89* tələblərinə və Məhkəmə Tikinti-X1 Metodlarına uyğundur. Həmin rəyə əsasən müəyyən olunmuşdur ki, sahəsi 10.7 m2 dəhliz, 14.3 m2 yaşayış otağı, 17.8 m2 yaşayış otağı, 11.1 m2 yaşayış otağı, 5.6 m2 eyvanı, 10.4 m2 mətbəx, 2.7 m2 olan sanitar qovşağı Cavabdeh istifadəsində, sahəsi 9.4 m2 dəhliz, 3.6 m2 sanitar qovşağı, 10.5 m2 yaşayış otağı, 12.6 m2 yaşayış otağı, 2.6 m2 olan açıq mətbəx isə İddiaçı istifadəsindədir, mənzil mövcud vəziyyəti üzrə faktiki olaraq tikinti norma və qaydalarının tələblərinə əsasən paylara uyğun bölünmüş, ayrıca giriş-çıxış qapısı qoyulmuş, təcrid mənzil şəklində istifadə olunur. Beləliklə, məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlir.
Məhkəmənin gəldiyi nəticə Sadalanan qanunvericilik aktı normalarına əsasən, həmçinin mütəxəssis rəyini əsas götürərək məhkəmə hesab edir ki, ünvan 2, mənzil 24 tərəflərin paylarına uyğun (Cavabdeh payı 3 otaq, İddiaçı payı 2 otaq) təcrid mənzillər şəklində naturada bölünməlidir. Bölgü sxemi mütəxəssis rəyinə uyğun olaraq, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109.2 m2 olan mənzilin naturada ayrılması qaydası sahəsi 9.4 m2 dəhliz, 3.6 m2 sanitar qovşağı, 10.5 m2 yaşayış otağı, 18.4 m2 yaşayış otağı, 2.6 m2 olan açıq mətbəx İddiaçı istifadəsində, sahəsi 10.7 m2 dəhliz, 14.3 m2 yaşayış otağı, 17.8 m2 yaşayış otağı, 11.1 m2 yaşayış otağı, 5.6 m2 eyvan, 10.4 m2 mətbəx, 2.7 m2 olan sanitar qovşağı isə Cavabdeh istifadəsində qalmaqla aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2, ünvan 2, mənzil 24 tərəflərin paylarına uyğun (Cavabdeh payı 3 otaq, İddiaçı payı 2 otaq) təcrid mənzillər şəklində naturada bölünsün. Bölgü sxemi mütəxəssis rəyinə uyğun olaraq, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109.2 m2 olan mənzilin naturada ayrılması qaydası sahəsi 9.4 m2 dəhliz, 3.6 m2 sanitar qovşağı, 10.5 m2 yaşayış otağı, 18.4 m2 yaşayış otağı, 2.6 m2 olan açıq mətbəx İddiaçı istifadəsində, sahəsi 10.7 m2 dəhliz, 14.3 m2 yaşayış otağı, 17.8 m2 yaşayış otağı, 11.1 m2 yaşayış otağı, 5.6 m2 eyvan, 10.4 m2 mətbəx, 2.7 m2 olan sanitar qovşağı isə Cavabdeh istifadəsində qalmaqla aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova