Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-150/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ümumi paylı mülkiyyətdə olan, ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzildəki payların 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh istifadəsində saxlanılmaqla naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi, göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin, ödənilmiş 60 manat mediasiya xərci və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil iddiaçı ilə cavabdehin birgə nikahı dövründə əldə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, İddiaçı Cavabdeh ilə birgə nikahı dövründə əldə edilmiş, ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilə 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, Cavabdeh birgə nikah dövründə əldə edilmiş və xx.xx.2022-ci il tarixdə 11.000 manata satılmış, “Mercedes Benz E 240” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı – 5.500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 55 manat, vəkil tərəfindən hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 300 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddia tələbinin ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilə 1/2 hissədə pay hüququnun müəyyən edilməsi və xx.xx.2022-ci il tarixində 11.000 manata satılmış, “Mercedes Benz E 240” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin yarısının 5.500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qətnamənin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2971/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-148/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərərk, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4259/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2971/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzil cavabdehin istifadəsində olduğundan və mənzildən istifadəyə maneələr yarandığından iddiaçı həmin mənzildən istifadə edə bilmir. Mübahisənin sülh yolu ilə həll edilməsi məqsədi ilə cavabdehə mübahisə edilən mənzilin qarşılıqlı razılaşma yolu ilə 1/2 hissəyə bölünməsi və satılıb paylara uyğun vəsaitin bölünməsi təklifi heç bir nəticə verməmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçının payını ödəməyə etiraz etmir. Bu gün də o, iddiaçının payının qarşılığını ödəyərək ala bilər. Amma istəyir ki, aralarında bununla bağlı rəsmi alqısatqı olsun və iddiaçı bundan sonra evdən pasport qeydiyyatından çıxsın. Mənzilin qiyməti 50000 manatdan yuxarı olmaz. Bu qiymətə uyğun cavabdehin 1/2 payını kompensasiya edə bilər. Ekspert rəyində müəyyən edilmiş qiymət isə real deyil. O evin qiyməti heç bir halda 68000 manat ola bilməz.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, **********26-05101-093093 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33 m2 olan, 46 nömrəli mənzil İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətindədir və həmin mənzil üzərində hər birinin 1/2 hissədə olmaqla payları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/6451 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, ünvan 1 ünvanında yerləşən 46 nömrəli orta təmirli mənzilin hazırkı (çıxarış əsasında 33 kv.metr) orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 68145 manat (33 kv.metr x 2065 manat) məbləğində müəyyən edilir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 10/6244 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33 kv.metrdən ibarət, 1 otaqlı, 46 nömrəli mənzildən Cavabdeh ½ hissə, İddiaçı isə 1/2 hissədə payların inşaat norma və qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərində göstərilənlərə və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 17000 manat təşkil edir.
İşin faktiki halları.
10. ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli qərardadı.
17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
Məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən mənzil iş üzrə tərəflərin paylı mülkiyyətindədir. Belə ki, həm iddiaçının, həm də cavabdehin mənzil üzərində 1/2 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda İddiaçı tələb edir ki, paylı mülkiyyətdə olan bu mənzil üzərində paylar naturada ayrılsın, bu mümkün deyilsə, mənzil açıq hərracdan satışa çıxarılsın və satışdan əldə edilmiş vəsait paylara uyğun bölünsün. Cavabdeh isə mənzilin hərraca çıxarılmasına etiraz etmir, əksinə, bildirir ki, iddiaçının mənzil üzərindəki payını hərracda özü almaq niyyətindədir. Lakin cavabdehə görə, mənzilin ilkin satış qiyməti ekspert rəyində müəyyən edilən məbləğdən (68145 manat) fərqli olaraq, 50000 manatdan yuxarı ola bilməz. Onun əksinə, iddiaçı tərəf isə hərrac üçün ilkin satış qiymətinin ekspert rəyinə uyğun müəyyən edilməsini tələb edir.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi paylı mülkiyyətdə olan əşyadan payın ayrılmasına yox, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsinə yönəlmişdir. Ona görə ki, əşya iki paydan ibarətdir və bu vəziyyətdə iddiaçının payının ayrılması cavabdehin payının tək qalmasına səbəb olacağından ümumiliyin davam etdirilməsi mümkün olmayacaqdır. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin yuxarıda istinad edilmiş qərardadında da müəyyən edildiyi kimi, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsi ...payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
16. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələyə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi qaydaları tətbiq edilməlidir. Üstəlik, bu zaman nəzərə alınmalıdır ki, məhkəmə bu qaydanı tətbiq etməkdə iddia tələbinə bağlı deyil. Belə ki, yuxarıda istinad edilmiş qərardadda da qeyd edildiyi kimi, məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir.
17. Odur ki, hazırkı işdə mübahisənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsində müəyyən edilmiş qaydada həll edilməli olduğu nəticəsinə gələn məhkəmə yenə yuxarıda göstərilmiş qərardada istinadla qeyd edir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
18. Hazırkı işdən görünür ki, ümumi paylı mülkiyyətdə olan mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada (fiziki) bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, keçirilmiş ekspertiza nəticəsində verilmiş rəydə naturada bölgünün mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə verilmiş ekspert rəyinin İnşaat Norma və Qaydaları, eləcə də məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq, bu sahədə xüsusi biliyə malik ekspert tərəfindən tərtib edildiyini və rəylə razılaşmamaq üçün heç bir əsasın müəyyən edilmədiyini nəzərə alaraq, keçirilmiş ekspertiza nəticəsində gəlinmiş nəticə ilə razılaşır. Bu baxımdan məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi üçün ikinci mərhələ - əşyanın məhkəmə qərarı ilə hərracdan satılması – tətbiq edilməlidir.
19. Bununla bağlı məhkəmə yenə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadına istinadla qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
20. Hazırkı iş üzrə cavabdehin məhkəmə iclasında verdiyi izahat əsasında onun paylı mülkiyyətdə olan əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, hərrac ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə keçirilməli, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır.
21. Hərraca çıxarılacaq mənzilin ilkin satış qiymətinə gəldikdə isə məhkəmə ilk növbədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadında ortaya qoyulmiş mövqeyə uyğun olaraq qeyd edir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli...
22. Hazırkı iş üzrə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəydən görünür ki, ekspert tərəfindən mənzilin bazar qiyməti 68145 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh ekspert rəyindəki bazar qiyməti ilə razılaşmamış, məhkəməyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayışı təqdim etmişdir ki, həmin arayışda mübahisəli mənzilin 1/2 hissəsinin xx.xx.2024-cü il tarixə bazar dəyərinin 17000 manat məbləğində olduğu qeyd edilmişdir. Cavabdeh elə həmin arayışı təqdim etdiyi məhkəmə iclasında bildirmişdir ki, həmin mənzilin qiyməti 40-50000 manat aralığındadır və heç bir halda 50000 manatdan yuxarı ola bilməz (video-audio yazısı aparılan xx.xx.2025-ci il tarixli hazırlıq iclası, dəq. 7:20- 7:40).
23. Məhkəmə müvafiq rəyin bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə verildiyini, rəyin verilməsinə gətirib çıxaran tədqiqat prosesinin rəydə geniş şəkildə təsvir edildiyini, rəyə tədqiqat obyekti olan mənzillə eyni ərazidə yerləşən təxminən eyni ölçüyə malik olan mənzillərin cari satış qiymətləri ilə bağlı internet resurslarından çıxarışlar əlavə edildiyini, bunun əksinə, cavabdeh tərəfindən təqdim edilmiş arayışın bu sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən tərtib edilibedilməməsinin, bu zaman tədqiqat obyektinə baxış keçirilib-keçirilməməsinin müəyyən olmadığını, həmçinin qiymət müəyyən edilərkən nəzərə alınan parametrlərin ətraflı təsvir olunmadığını, yəni konkret olaraq məhz hansı daşınmaz əmlakın dövlət kadastrı və reyestri məlumatlarının, rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş hansı daşınmaz əmlak məlumatlarının, həmçinin daşınmaz əmlak bazarını xarakterizə edən hansı operativ məlumatların istifadə edilməsi barədə arayışda heç bir məlumat verilmədiyini, eləcə də arayışı məhkəməyə təqdim edən cavabdehin özünün də mənzilin real satış qiymətinin arayışda göstəriləndən əhəmiyyətli dərəcədə yuxarı olduğuna istinad etdiyini və cavabdeh tərəfindən məhkəməyə ekspert rəyinin əsaslılığını və qanuniliyini şübhə altına alacaq hər hansı başqa dəlil təqdim edilmədiyini nəzərə alaraq, mübahisəli mənzilin ilkin satış qiymətinin ekspert rəyinə müvafiq olaraq 68145 manat məbləğində müəyyən edilməli olduğu nəticəsinə gəlir.
24. Bu zaman məhkəmə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərardadına uyğun olaraq izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPMin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
25. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan mənzil 68145 manat ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə - hərraca çıxarılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun bölünməlidir. Bu isə iddianın qismən təmin edilməsi deməkdir. Ona görə ki, iddia tələbi əmlakın birbaşa açıq hərracda satılmasına yönəlmişdir.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsi ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizələri ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
27. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları nəticəsində verilmiş ekspert rəylərinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış hər bir ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, cəmi 100 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
29. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iş üzrə vəkili Nümayəndə hüquqi yardım üçün 300 manat məbləğində xidmət haqqı ödənilmişdir.
30. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 300 manat məbləğində vəkil xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzil 68145 manat ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə - hərraca çıxarılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) bölünməli, iddia qalan hissədə təmin edilməməli, 100 manat məbləğində dövlət rüsumu, 300 manat məbləğində vəkil xərci cavabdehdən tutularaq iddiaçıya, cəmi 100 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
33. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzil 68145 (altmış səkkiz min yüz qırx beş manat) ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə (İddiaçı və Cavabdeh) - hərraca çıxarılsın. Mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) bölünsün. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu və 300 (üç yüz) manat məbləğində vəkil xərci tutularaq İddiaçı, 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva