Məhkəmə qərarları › İş №e-2(010)-151/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-151/2025

22.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-151/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Səttarova (Əliyeva) Səadət Arif qızı və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Səttarova (Əliyeva) Səadət Arif qızı və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, mülkiyyətində olan 915 metr uzunluqda hasardan xaricdə hasar boyu eni 0,40 m olan, qalan qonşu sərhədlərdə isə hasardan xaricdə hasar boyu eni 0,20 m torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılması, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində olan hasarına bitişik inşa edilmiş və bitişik olmayan vəziyyətdə inşa edilmiş digər tikililərin, çəkilmiş naqillərin Cavabdeh1 hesabına sökülməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulması və hazırki mülki işlə bağlı ödədiyi 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödədiyi 900 manat məbləği Cavabdeh1 tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müaciət edərək, ünvan 2 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsində iddiaçının mülkiyyətində olan hasarına Cavabdeh1 mülkiyyətindəki torpaq sahəsində bitişik olaraq yerləşən tikililərin, həmin hasarın üzərində çəkilmiş naqillərin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 hesabına sökülməsi vəzifəsi cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 üzərinə qoyulması, iddiaçının mülkiyyətində olan hasarına bitişik tikililərin inşa edilməsi, həmin hasarın üzərində və ya ona bitişik kommunikasiyaların, naqillərin çəkilməsi və hasara Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi istiqamətindən hər hansı bir şəkildə müdaxilə edilməsi cavabdehlər Cavabdeh1, X4,Cavabdeh3 qadağan edilməsi və hazırki mülki işlə bağlı iddiaçının ödədiyi 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödədiyi 900 manat məbləği cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan hasarına bitişik tikililərin inşa edilməsi, həmin hasarın üzərində və ya ona bitişik kommunikasiyaların, naqillərin çəkilməsi, hasarın üzərinə əşyaların, tikinti daşlarının qoyulması və düzülməsi və hasara Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi istiqamətindən hər hansı bir şəkildə müdaxilə edilməsi cavabdehlər Cavabdeh1, X4,Cavabdeh3 qadağan edilsin və hazırki mülki işlə bağlı iddiaçının ödədiyi 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödədiyi 900 manat məbləği cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 (köhnə adı Caparidze küçəsi, ev 9) və yaşayış evinin yerləşdiyi 0,014150 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsi 4 tərəfdən hasarla hasarlanmışdır. Cavabdehlə sərhəd istiqamətində inşa edilmiş hasar da onun mülkiyyətində olan torpaq sahəsində yerləşir və ona məxsusdur. Hasardan xaricdə 915 metr uzunluqda hasar boyu 0,40 m, qalan qonşu sərhədlərdə isə hasardan xaricdə bütün hasar boyu 0,20 m torpaq sahəsi də onun mülkiyyətindədir, lakin cavabdeh onun razılığı olmadan həmin torpaq sahələrindən istifadə edir, orada tikililər inşa etmişdir, hansısa məqsədlər üçün naqillər çəkmişdir. onun etirazlarına baxmayaraq mülkiyyətində olan torpaq sahəsinə daxil olaraq hasarda öz tərəfindən - xarici tərəfdən malalatdırdı, həmin hasarın üzərinə daşları düzdü (hansı məqsədlə ona aydın deyildir), cavabdehin işlətdiyi işçilər onun mülkiyyətində olan hasarın üzərinə dırmaşırlar. Cavabdeh onun mülkiyyətində olan hasar boyu (hasardan xaricdə yerləşən) torpaq sahələsindən onun icazəsi olmadan istifadə edir, mülkiyyətində olan torpaq sahəsindən onun istifadə etməyinə maneçilik törədir. Hazırda isə cavabdehin apardığı işlər nəticəsində mülkiyyətində olan hasarda çatlar əmələ gəlmişdir. Etiraz ərizəsi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh iddia tələbi ilə razı deyil, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, cavabdehlə iddiaçı qohumluq əlaqələrindədir (iddiaçı cavabdehin baldızıdır), vaxtı ilə mübahisəli torpaq ümumi mülkiyyət olub, cavabdeh həmin yerə gəlin gəlib. Cavabdehin əri vəfat etməmişdən əvvəl iddiaçı ilə cavabdehin əri arasında torpağa dair vərəsəliklə bağlı bölgü olmuş, cavabdehin əri iddiaçıya əlavə olaraq da öz aralarında razılaşmaqla ödəniş etmişdir. Cavabdeh öz hissəsinə aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, həm evə, həm də torpağın mülkiyyəti tanınmış və texniki pasport təqdim edilmişdir. Həmin texniki pasporta əsasən evin yerləşdiyi torpaq sahəsi ilə iddiaçının mübahisə etdiyi hasar hissə də daxil olmaqla cavabdehə aiddir. İddiaçı iddia edir ki, ona məlum olmayan səbəblərdən naqillər çəkir. Cavabdeh kommunal xətlərdən istifadə etmək üçün naqillərin çəkilişini edir ki, bu da cavabdehin öz mülkiyyətində edə biləcəyi hüquqdur. Həmçinin, iddiaçının iddia etdiyi kimi cavabdeh öz tərəfindən hasarı malalatdırır - yəni ki, özünə aid hissədə abadlıq işləri aparır. İddiaçı iddia edir ki, cavabdeh hasarın üzərinə daşlar yığıb. Cavabdeh tərəfindən qoyulmuş üç daş malanın bərkidilməsi üçün qoyulmuş, sonradan həmin daşlar götürülmüşdür. iddiaçı mülkiyyətində olan evdə yaşamır. Cavabdehin mülkiyyətində olan və öz tərəfindən etdiyi abadlıq işlərinin iddiaçının hansı hüquqlarını pozması aydın deyildir (əsaslandırılmamışdır). Bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, hasarın ətrafında olan ev bir mülk olub. Sonra vərəsəlik üzrə bölünüb. Hasar da həmişə olub, sonradan Səbirə xanım onu tikməyib. Qonşu hasar olub. Sadəcə ayrılandan sonra ola bilsin ki, hasar onun sahəsinə düşüb. Hasarın üzərində heçnə tikilmir. Yeni hasar inşa edilsə belə fəhlə köhnə hasarın üstünə basacaqdır. Üç daş qoyulmuşdur sadəcə. O da suvaxın oturması üçün qoyulmuşdu. Hasar da həmişə olub. Bölgüyə qədər cavabdehlərin də həmin hasardan istifadə hüququ var idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, hasar tam olaraq iddiaçının torpaq sahəsində yerləşir. Yəni həmin hasar cavabdehin torpaq sahəsində yerləşmir. Mülki Məcəllənin 135.4-cü maddəsinə də əsasən hasar iddiaçının mülkiyyətindədir. Hasara hər hansı müdaxilə edilməsinin, bitişik nəsə inşa edilməsinin qadağan olunmasını xahiş edir. Tikinti işlərinin görülməsi, naqillərin çəkilməsini istəmirlər. Öz torpaq sahələrində nə istəsələr edə bilərlər. Mübahisə ondan başladı ki, cavabdeh tərəfin fəhlələri hasarın üstünə çıxırdı, naqillər, daşlar qoyulmuşdu. Hüquqlarını müdafiə etdiyi şəxs bunun qarşısının alınmasını tələb edəndə qarşısı alınmadı, deyildi ki, hasar həm də onlarındır. Onlar da məhkəməyə müraciət etməyə məcbur qalmışlar. İş materialları. İş materiallarına əlavə edilmiş Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X1 vəfatına kimi (xx.xx.2021) – ci il tarixə qədər Yeni ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Onun ailə tərkibi belədir. 1. Həyat yoldaşı – Cavabdeh1 Vasilevna – xx.xx.1949-cu il təvəllüdlü həmin ünvanda qeydiyyatdadır. 2. Qızı – X7 – xx.xx.1973-cü il təvəllüdlü həmin ünvanda qeydiyyatdadır. 3. Qızı – Cavabdeh3 – xx.xx.1979-cu il təvəllüdlü həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan foto-şəkillərdən görünür ki, mübahisə predmeti olan hasarın fotoşəkilləri çəkilmişdir. Hasarın üstünə daşlar qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, **********81-10301 reyestr nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Məmmədəli Əsgərov küçəsi ünvanında yerləşən ümumi sahəsi 59 kv.m olan ev 35 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncunun adına xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, **********780-10301 reyestr nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Məmmədəli Əsgərov küçəsi ünvanında yerləşən 11 (yeni qaydalarla 39) nömrəli fərdi yaşayış ev və torpaq sahəsi Cavabdeh1 və X6 paylı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmış məlumata əsasən, Cavabdeh1 qızının mülkiyyətində olan hissə: fərdi ev A tik-dən 93.3 kv.m və 0.043 ha torpaq sahəsi. İş materiallarına əlavə edilmiş “CD” diskdən görünür ki, həmin diskin içərisinə yerləşdirilən fotoşəkildən və videogörüntülərdən mübahisə predmeti olan hasarın üzərində hər hansı təmir-tikinti işlərin görülmədiyi, həmçinin hasarır üzərindən hər hansı nəqllərin keçdiyi də müəyyən edilmədi. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7551 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi 59.0 kv.m olan (yaşayış sahəsi 19.8 kv.m köməkçi sahə 39.2 kv.m) fərdi yaşayış evi mövcuddur. Qeyd olunan torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayş evi **********81-10301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin sərhədləri təyin edimişdir. İddiaçı və Cavabdeh1 Vasileyvanın mülkiyyətində olan torpaq sahələri əvvəllər paylı mülkiyyət olmuşdur. Sonradan onların müraciətinə əsasən tərtib olunmuş bölgü sxemində hasarın yerləşdiyi torpaq sahəsi İddiaçı məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Həmin torpaq sahəsində inşa edilmiş hasardan xaricdə hasar boyu eni 0.4 m olan qalan qonşu sərhədlərdə isə hasardan xaricdə hasar boyu eni 0.2 m torpaq sahəsi bölgü sxeminə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. Sözügedən torpaq sahəsi Cavabdeh1 Vasileyavanın mülkiyyətində olan torpaq sahəsidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş BPM**********89 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 900 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, hasar ilə ayıran 2 torpaq sahəsi mövcuddur. Hasarın bir tərəfi (cavabdeh tərəfindən) sarı rənglə malalatdırıb. Hasarın digər tərəfi (iddiaçı tərəfindən) isə sement ilə suvaq vurulmuşdur. İddiaçı tərəfindən hasarın üzərində çatlar görünmür. Torpaq sahələrə giriş ayrıdır. Hasarın üzərində cavabdeh tərəf məxsus tiklinin damı var. İddiaçıya sual verildikdə həmin damın sökülməsini tələb etmədiyini bildirmişdi, sadəcə hasarın üzərində tikinti işlərinin aparılmamasını istədiyini qeyd etmişdi. İddiaçı tərəfdən hasarın üzrəində çat yoxdur, malalanmış vəziyyətdədir. İddiaçı etiraz etdikdən sonra cavabdehin ustaları tərəfindən çatların aradan qalxdığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.... Maddə 172. Mülkiyyətçinin qazıntılar və tikinti işləri ilə vurduğu ziyan 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Maddə 1098. Zərər vurulmasının qarşısının alınması 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.... Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi. Maddə 73. Hasarların tikintisinə dair tələblər 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,014150 ha torpaq sahəsi İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Məmmədəli Əsgərov küçəsi 11 (yeni qaydalarla 39) 0.043 ha torpaq sahəsi isə Cavabdeh1 mülkiyyətindədir. Torpaq sahələri qonşuluqda yerləşir. İddia tələbi ondan ibarətdir ki, iddiaçı öz mülkiyyətində olan hasarına bitişik tikililərin inşa edilməsi, həmin hasarın üzərində və ya ona bitişik kommunikasiyaların, nəqilərin çəkilməsi, hasarın üzərinə əşyaların, tikinti daşlarının qoyulması və düzülməsi və hasara Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi istiqamətindən hər hansı bir şəkildə müdaxilə edilməsi cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qadağan edilsin və hazırki mülki işlə bağlı iddiaçının ödədiyi 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödədiyi 900 manat məbləği cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 tutularaq iddiaçıya ödənilsin. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinin cavabdehlər X7 və Cavabdeh3 münasibətdə əsassızdır, çünki həmin şəxslər nə torpaq sahəsinin nə də ki orda yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləridir. Bu şəxslər Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus evdə qeydiyyatdadırlar. Onlar tərəfindən iddiaçıya hər hansı bir zərərin vurulması iş materialları ilə müəyyən edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus torpaq sahəsində təmir işləri apararkən iddiaçı ilə torpaq sahələrini ayıran hasarın üzərinə daşlar düzmüşdür. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh öz tərəfindən hasarı malalatdırmış və öz sahəsində abadlıq işləri aparmışdır. Mülki iş məhkəmənin icraatında olan zaman aparılan təmir işləri yekunlaşdırılıb və daşlar hasardan götürülmüşdür. İddiaçının irəli sürdüyü tələbin hasarına bitişik tikililərin inşa edilməsi qadağan edilməsi hissəsində məhkəmə qeyd edir ki, hazırda hasara hər hansı bitişik tikililərin inşası həyata keçirilmir. Eyni zamanda mövcud tikili ilə bağlı iddiaçının tələbləri yoxdur. Gələcəkdə isə belə tikililərin inşası nə formada iddiaçıya maneə (təhlükə) yarada bilməsi iddiaçı tərəfindən sübut olunmadığından, təmin edilə bilməz. İddiaçının irəli sürdüyü tələbin həmin hasarın üzərində və ya ona bitişik kommunikasiyaların və nəqllərin çəkilməsi hissəsində məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarından da müəyyən olunur ki, torpaq sahəsinin mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən bəzi amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Hətta, mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə də əsassızdır, çünki bu növ kommunikasıyaların gələcəkdə çəkilməsi onun hansı hüquqların və nə dərəcədə əhəmiyyətli pozacağı hazırda sübut edilmir. İddiaçının irəli sürdüyü tələbin hasarın üzərinə əşyaların və tikinti daşlarının qoyulması və düzülməsi hissəsində, qeyd edilir ki, “əşya” şahəli anlayışdır və onların qoyulması (düzülməsi) nə kimi təhlükə yarada bilməsini müəyyən etmək mümkün deyil. Lakin, tikinti daşlarına münasibətdə, onların təmir zamanı hasara düzülməsini, sonradan götürülməsini və onların hasara qoyulması təhlükə yarada biləcəyini nəzərə alaraq, daşların hasarın üzərinə qoyulması və düzülməsi cavabdehə qadağan edilməlidir. İddia tələbinin hasara Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi istiqamətindən hər hansı bir şəkildə müdaxilə edilməsi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, hasarın digər tərəfindəki torpaq sahəsi cavabdehə məxsusdur. “Hər hansı bir şəkildə müdaxilə edilməsi” ifadəsi mücərrad xarakter daşıdığından, onun təmin edilməsi əsaslı görünmür. Bu səbəbdən iddianın bu hissədə təmin edilməsi cavabdehin mülkiyyət hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olar. Ona görə də, bu hissədə iddia tələbi təmin edilə bilməz. Hər bir halda, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Nəzərə alınmalıdır ki, iki torpaq sahəsi arasında sərhəd kimi istifadə edilən qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onlar qurğudan elə istifadə etməlidir ki, qonşuya maneçilik yaranmasın. Hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş haqqın tələbi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 9 saylı Vəkil bürosunun hesabına 900 manat ödəmidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildikdən, bu hissəsinə münasibətdə də qismən təmin edilməli və 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməklə, İddiaçı mülkiyyətində olan torpaq sahəsini və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini ayıran hasarın üzərinə tikinti daşlarının qoyulması və düzülməsi Cavabdeh1 qadağan edilməlidir və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərci. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan və iddia tələbi qismən təmin edildikdən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcindən 50 manat iddiaçıdan və 50 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsini və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini ayıran hasarın üzərinə tikinti daşlarının qoyulması və düzülməsi Cavabdeh1 qadağan edilsin. Hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 manat xərcindən 50 manat İddiaçı və 50 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar