Məhkəmə qərarları › İş №e-2(010)-1605/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1605/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1605/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi X5 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə üzrə təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat; X3 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə üzrə təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat; X4 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə üzrə nəqliyyat xidmətləri üçün 600 manat; X2 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə üzrə təhsil haqqı üzrə 7700 manat və nəqliyyat xidmətləri üçün 600 manat; xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə üzrə təhsil haqqı üzrə 3300 AZN və nəqliyyat xidmətləri üçün 600 AZN borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 3900*4.90/100=) 191.10 manat; xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə üzrə təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 3900*4.90/100) 191.10 manat; xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə üzrə nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 600*4.90/100) 29.40 manat; xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə üzrə təhsil haqqı üzrə 7700 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 8300*4.90/100=) 406.70 manat; Ödənilmiş dövlət rüsumuna görə 144,90 manat; Hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 850 manat; Cəmi 18513,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbinin xeyrinə ödənilməsi. İddia tələbinin dəlliləri Cavabdehin övladları X16, X17, X11 və X13 məktəbdə 2022- 2023-cü tədris illində təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə əsasında təhsil alıblar. Buna dair cavabdeh Məktəblə müvafiq müqavilələr bağlamışdır. Bundan başqa, şagirdlərin Məktəbə gediş-gəlişini təmin etmək üçün avtobus (nəqliyyat) xidmətlərinə dair müqavilə də bağlanmışdır. xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə üzrə təhsil haqqı 4 bərabər hissələrə bölünməklə 2022/2023 təhsil ili üçün 14000 manat təşkil edib. Bu məbləğdən 3000 manat avans şəkilində, xx.xx.2022 tarixədək 3300 manat, xx.xx.2022 tarixədək 4400 manat və xx.xx.2023 tarixədək 3300 manat ödənilməli idi. Müqavilənin əlavəsinə əsasən, iddiaçı nəqliyyat xidmətləri üçün 1200 manat ödəməyi öhdəsinə götürmüşdü. xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə üzrə təhsil haqqı 4 bərabər hissələrə bölünməklə 2022/2023 təhsil ili üçün 14000 manat təşkil edib. Bu məbləğdən 3000 manat avans şəkilində, xx.xx.2022 tarixədək 3300 manat, xx.xx.2022 tarixədək 4400 manat və xx.xx.2023 tarixədək 3300 manat ödənilməli idi. Müqavilənin əlavəsinə əsasən, iddiaçı nəqliyyat xidmətləri üçün 1200 manat ödəməyi öhdəsinə götürmüşdü. xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə üzrə təhsil haqqı 4 bərabər hissələrə bölünməklə 2022/2023 təhsil ili üçün 7000 manat təşkil edib. Bu məbləğdən 2000 manat avans şəklində, xx.xx.2022 tarixədək 1500 manat, xx.xx.2022 tarixədək 2000 manat və xx.xx.2023 tarixədək 1500 manat ödənilməli idi. Müqavilənin əlavəsinə əsasən, iddiaçı nəqliyyat xidmətləri üçün 1200 manat ödəməyi öhdəsinə götürmüşdü. xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə üzrə təhsil haqqı 4 bərabər hissələrə bölünməklə 2022/2023 təhsil ili üçün 14000 manat təşkil edib. Bu məbləğdən 3000 manat avans şəkilində, xx.xx.2022 tarixədək 3300 manat, xx.xx.2022 tarixədək 4400 manat və xx.xx.2023 tarixədək 3300 manat ödənilməli idi. Müqavilənin əlavəsinə əsasən, iddiaçı nəqliyyat xidmətləri üçün 1200 manat ödəməyi öhdəsinə götürmüşdü. Hazırda cavabdehin xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə üzrə Məktəbə təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcu vardır. xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə üzrə Məktəbə təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcu vardır. xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə üzrə Məktəbə nəqliyyat xidmətləri üçün 600 manat borcu vardır. xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə üzrə Məktəbə təhsil haqqı üzrə 7700 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcu vardır. Davamlı xatırlatmalara baxmayaraq, cavabdeh öz öhdəliyini hələ də yerinə yetirməyib. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Təhsil xidmətlərinin göstərilməsi barədə xx.xx.2022-ci il tarixli OXF01493 saylı müqaviləsindən görünür ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbinin X1 ilə valideyn Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü şağird X12 xeyrinə təhsil xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışlar və həmin müqaviləyə əsasən Məktəb Şagirdi 2022/2023 tədris ilində Grade 2 sinfinə qəbul edir; Məktəb Şagirdə beynəlxalq təhsil proqramlarının seçimini təklif edir və təhsil üzrə buraxılış imtahanlarını uğurla başa vuranlara Orta təhsil haqqında Beynəlxalq Sertifikatı (Kembric Universiteti, İGCSE); Orta təhsili bitirmək barədə Azərbaycan Respublikasının dövlət attestatını; Tam Orta təhsili bitirmək barədə Azərbaycan Respublikasının dövlət şəhadətnaməsini; Orta təhsili bitirmək barədə Məktəbin diplomunu sənədləri təqdim edir. Təmsilçi öz növbəsində şagird təhsili ilə bağlı olaraq Müqavilənin 4-cü maddəsində göstərilən qaydada onun təhsil haqqını vaxtlıvaxtında Məktəbə ödəməyi öz öhdəsinə götürür. Təhsil haqqı 4 (dörd) bərabər hissələrə bölünməklə həyata keçirilir və 2022/2023 təhsil ili üçün 14 000 (On dörd min) AZN təşkil edir. Müqavilə bağlanarkən avans qismində 3 000 AZN ödənilir. Təhsil haqqı üzrə avans məbləğ 3 000 AZN, 1 oktyabradək -3 300 AZN, 1 dekabradək 4 400 AZN və 1 fevraladək 3 300 AZN tarixlərində ödənilir. Məktəb tərəfindən ödəniş sənədləri müvafiq tarixlər üçün təqdim edildikdən sonra Məktəbin bank hesabına köçürülmə vasitəsilə 3 (üç) iş günü ərzində həyata keçirilir. X20 və Təmsilçi tərəfindən xitam verildikdə, ödənilmiş məbləğ geri qaytarılmır. Təhsil xidmətlərinin göstərilməsi barədə müqaviləyə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, hazırki əlavədə göstərilən xidmət üçün və Tərəflərin razılaşmasına əsasən, “Təmsilçi” Bakı şəhər daxili, şəhərkənarı yalnız evdən məktəbə / və geri istiqamət üçün illik 1200 AZN ödəniş edir. Təhsil xidmətlərinin göstərilməsi barədə xx.xx.2022-ci il tarixli OXF01495 saylı müqaviləsindən görünür ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbinin X1 ilə valideyn Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü şağird X10 xeyrinə təhsil xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışlar və həmin müqaviləyə əsasən Məktəb Şagirdi 2022/2023 tədris ilində Grade 1 sinfinə qəbul edir; Məktəb Şagirdə beynəlxalq təhsil proqramlarının seçimini təklif edir və təhsil üzrə buraxılış imtahanlarını uğurla başa vuranlara Orta təhsil haqqında Beynəlxalq Sertifikatı (Kembric Universiteti, İGCSE); Orta təhsili bitirmək barədə Azərbaycan Respublikasının dövlət attestatını; Tam Orta təhsili bitirmək barədə Azərbaycan Respublikasının dövlət şəhadətnaməsini; Orta təhsili bitirmək barədə Məktəbin diplomunu sənədləri təqdim edir. Təmsilçi öz növbəsində şagird təhsili ilə bağlı olaraq Müqavilənin 4-cü maddəsində göstərilən qaydada onun təhsil haqqını vaxtlıvaxtında Məktəbə ödəməyi öz öhdəsinə götürür. Təhsil haqqı 4 (dörd) bərabər hissələrə bölünməklə həyata keçirilir və 2022/2023 təhsil ili üçün 7 000 (yeddi min) AZN təşkil edir. Müqavilə bağlanarkən avans qismində 2 000 AZN ödənilir. Təhsil haqqı üzrə avans məbləğ 2 000 AZN, 1 oktyabradək -1500 AZN, 1 dekabradək - 2000 AZN və 1 fevraladək - 1500 AZN tarixlərində ödənilir. Məktəb tərəfindən ödəniş sənədləri müvafiq tarixlər üçün təqdim edildikdən sonra Məktəbin bank hesabına köçürülmə vasitəsilə 3 (üç) iş günü ərzində həyata keçirilir. X20 və Təmsilçi tərəfindən xitam verildikdə, ödənilmiş məbləğ geri qaytarılmasına səbəb ola bilməz. Təhsil xidmətlərinin göstərilməsi barədə müqaviləyə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, hazırki əlavədə göstərilən xidmət üçün və Tərəflərin razılaşmasına əsasən, “Təmsilçi” Bakı şəhər daxili, şəhərkənarı yalnız evdən məktəbə / və geri istiqamət üçün illik 1200 AZN ödəniş edir. Təhsil xidmətlərinin göstərilməsi barədə xx.xx.2023-cü il tarixli OXF01494 saylı müqaviləsindən görünür ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbinin X1 ilə valideyn Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü şağird X8 xeyrinə təhsil xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışlar və həmin müqaviləyə əsasən Məktəb Şagirdi 2022/2023 tədris ilində Grade 2 sinfinə qəbul edir; Məktəb Şagirdə beynəlxalq təhsil proqramlarının seçimini təklif edir və təhsil üzrə buraxılış imtahanlarını uğurla başa vuranlara Orta təhsil haqqında Beynəlxalq Sertifikatı (Kembric Universiteti, İGCSE); Orta təhsili bitirmək barədə Azərbaycan Respublikasının dövlət attestatını; Tam Orta təhsili bitirmək barədə Azərbaycan Respublikasının dövlət şəhadətnaməsini; Orta təhsili bitirmək barədə Məktəbin diplomunu sənədləri təqdim edir. Təmsilçi öz növbəsində şagird təhsili ilə bağlı olaraq Müqavilənin 4-cü maddəsində göstərilən qaydada onun təhsil haqqını vaxtlıvaxtında Məktəbə ödəməyi öz öhdəsinə götürür. Təhsil haqqı 4 (dörd) bərabər hissələrə bölünməklə həyata keçirilir və 2022/2023 təhsil ili üçün 14 000 (on dörd min) AZN təşkil edir. Müqavilə bağlanarkən avans qismində 3 000 AZN ödənilir. Təhsil haqqı üzrə avans məbləğ 3 000 AZN, 1 oktyabradək -3300 AZN, 1 dekabradək - 4000 AZN və 1 fevraladək - 3300 AZN tarixlərində ödənilir. Məktəb tərəfindən ödəniş sənədləri müvafiq tarixlər üçün təqdim edildikdən sonra Məktəbin bank hesabına köçürülmə vasitəsilə 3 (üç) iş günü ərzində həyata keçirilir. X20 və Təmsilçi tərəfindən xitam verildikdə, ödənilmiş məbləğ geri qaytarılmasına səbəb ola bilməz. Təhsil xidmətlərinin göstərilməsi barədə müqaviləyə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, hazırki əlavədə göstərilən xidmət üçün və Tərəflərin razılaşmasına əsasən, “Təmsilçi” Bakı şəhər daxili, şəhərkənarı yalnız evdən məktəbə / və geri istiqamət üçün illik 1200 AZN ödəniş edir. xx.xx.2024-cü il tarixli 2040PX********** saylı «A» payment orderindən görünür ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi tərəfindən Vəkil Bürosunun xeyrinə 850 manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1 Fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 40.3 Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. 40.4 Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi və Cavabdeh arasında bağlanılmış ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2022 tarixli OXF01493 saylı, xx.xx.2022 tarixli OXF01494 saylı, xx.xx.2022 tarixli OXF01495 saylı, xx.xx.2022 tarixli OXF01496 saylı müqavilələrə əsasən Məktəb cavabdehin qanuni nümayəndəsi olduğu X17, X14, X16 və X7 ümumi təhsil xidmətləri göstərməyi, cavabdeh isə göstərilən xidmət müqabilində Məktəbə müqaviləyə uyğun olaraq xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı Məktəb müvafiq təhsil xidmətlərini göstərmiş, lakin Cavabdeh müqavilə öhdəliklərini pozaraq ödəməli olduğu xidmət haqqını nəzərdə tutulmuş müddətdə və qaydada ödəməmişdir. Bundan başqa iddiaçı ilə cavabdeh arasında cavabdehin qanuni nümayəndəsi olduğu Emin, Nigar, Turan və Nilüfərin məktəbə gediş-gəlişi üçün nəqliyyat xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən də iddiaçı məktəb müvafiq nəqliyyat xidmətlərini göstərmiş, lakin Cavabdeh müqavilə öhdəliklərini pozaraq ödəməli olduğu xidmət haqqını nəzərdə tutulmuş müddətdə və qaydada ödəməmişdir. Məhkəmə müəyyən edir ki, övladı Eminin xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat, övladı Nigarın xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat; övladı Turanın xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə və ona əlavəyə əsasən nəqliyyat xidmətləri üçün 600 manat; övladı Nilüfərin xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 7700 manat və nəqliyyat xidmətləri üçün 600 manat məbləğində borcu vardır. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək qalıq təhsil və nəqliyyat xidmətləri haqqı borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur və bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məktəb tərəflər arasında bağlanmış müqavilələrə əsasən Azərbaycan Respublikası AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il (ödəniş üçün nəzərdə tutulmuş son tarix) tarixdən xx.xx.2024-cü il (məhkəməyə müraciət edilən tarix) tarixinə qədər hesablanmış borcu da tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 144.90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur. Bundan əlavə, məhkəmə müəyyən edir ki, hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna 850 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 144.90 manat məbləğində dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 850 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Cavabdeh: X5 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat; X3 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat; X4 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə və ona əlavəyə əsasən nəqliyyat xidmətləri üçün 600 manat; X2 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 7700 manat və nəqliyyat xidmətləri üçün 600 manat; xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 AZN və nəqliyyat xidmətləri üçün 600 AZN borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 358 gün üçün (365=5%*358- X=4,90%; 3900*4.90/100) 191.10 manat; xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 358 gün üçün (365=5%*358- X=4,90%; 3900*4.90/100) 191.10 manat; xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə və ona əlavəyə əsasən nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 600*4.90/100) 29.40 manat; xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 7700 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 358 gün üçün (365=5%*358- X=4,90%; 8300*4.90/100) 406.70 manat; Ödənilmiş dövlət rüsumuna görə 144.90 manat; Hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 850 manat olmaqla, cəmi 18513.2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilsin. Cavabdeh: X5 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat; X3 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat; X4 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə və ona əlavəyə əsasən nəqliyyat xidmətləri üçün 600 manat; X2 xeyrinə bağlanmış xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 7700 manat və nəqliyyat xidmətləri üçün 600 manat; xx.xx.2022 tarixli OXF01493 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 AZN və nəqliyyat xidmətləri üçün 600 AZN borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024 tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 3900*4.90/100) 191.10 manat; xx.xx.2022 tarixli OXF01494 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 3300 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024 tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 3900*4.90/100) 191.10 manat; xx.xx.2022 tarixli OXF01495 saylı müqavilə və ona əlavəyə əsasən nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024 tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 600*4.90/100) 29.40 manat; xx.xx.2022 tarixli OXF01496 saylı müqavilə və ona əlavəyə əsasən təhsil haqqı üzrə 7700 manat və nəqliyyat xidmətləri üçün 600 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024 tarixinə qədər 358 gün üçün (365=5%*358-X=4,90%; 8300*4.90/100) 406.70 manat; Ödənilmiş dövlət rüsumuna görə 144.90 manat; Hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 850 manat olmaqla, cəmi 18513.2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar