Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-161/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh (4 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh (4 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4008/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “miras əmlaka pay hüququnun tanınması, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə və qüvvəyə minənədək mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş məktuba cavaba əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5067/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1876/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsi qəbul edilmiş və həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən, qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən 10 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin, qeyd olunan mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1876/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən 06 aprel 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-161/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və növbəti məhkəmə hazırlıq iclası 30 may 2023-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəflərə SMS bildiriş və elektron kabinet vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 №-li, 24 dekabr 2021-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh (4 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-161/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-161/2023
30.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver