Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1638/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X14 və X6) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Rzayeva llhamə Çingiz qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən Cavabdeh çıxarılması. İddia tələbinin dəlilləri İddiaçı1 ilə Cavabdeh 14 aprel 2006-cı il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində 297 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə rəsmi nikahından iki əkiz övladları - xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2012-c i il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qətnaməsi əsasında İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 122 nömrə ilə qeyd edilmişdir. Tərəflər hələ rəsmi nikahda olduqları dövrdə Cavabdeh iddiaçılar İddiaçı1 və Zenfira Babayevaya qarşı iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət edərək onun gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(010)-4130/2020 saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Daha sonra qeyd olunan iş üzrə cavabdeh qismində çıxış edən İddiaçı1 və X10 Rayon Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti verərək Suraxanı rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(010)- 4130/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6984/2021 saylı qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 noyabr 2020-c i il tarixli 2(010)-4130/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mübahisə predmeti olan mənzil 1932-ci ildə inşa edilmişdir. Mənzil X3 məxsus olmuş, 1991-ci ilədək həmin mənzildə yaşamış və 1991-ci ildə orada vəfat etmişdir. Mənzilə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasport verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. Belə ki, Cavabdeh hələ İddiaçı1 ilə birgə rəsmi nikahda olduqları dövrdə cavabdehin sözügedən mənzil sahəsinə köçürülməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Tərəflərin rəsmi nikahı məhkəmə qətnaməsi əsasında pozulmuş və hazırda cavabdehin sözügedən mənzil sahəsində yaşamaq hüququnun olması iddiaçıların mülkiyyət hüququnu keçirmələrini və həmin evdən istifadə etmələrini qeyri mümkün etmişdir. Cavabdeh sözügedən mənzil sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçılarla hər hansı notariat qaydasında təqsidlənən razılaşması yoxdur. Əgər belə bir razılaşma yoxdursa, yaşayış yerinin mülkiyyətçisi ilə ailə münsibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan əlavə, cavabdeh mübahisəli mənzilə iddiaçının ailə üzvü kimi köçdüyündən, onun mənzilə istifadə hüququ yaranmışdır. Lakin qohumluq münasibətinə cavabdehin İddiaçı1 ilə rəsmi nikahının pozulması ilə xitam verildiyindən onun həmin tarixdən etibarən iddiaçının keçmiş ailə üzvü kimi mənzilə istifadə hüququ itirilmişdir. Proses iştirakçılarının izahatları izahatları İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı2, İddiaçı1 və X1 nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə və iddiaçıların izahatına uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli evdə o, keçmiş həyat yoldaşı və uşaqları yaşayır. Evin digər hüquq sahibləri orada yaşamırlar. Onun həmin evə köçürülməsi barədə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli qətnaməsi vardır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsində mübahisələndirilsə də, qüvvədə saxlanılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı1 ilə Cavabdeh 14 aprel 2006cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə rəsmi nikahından iki əkiz övladları xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2012-c i il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qətnaməsi əsasında İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Tərəflər hələ rəsmi nikahda olduqları dövrdə Cavabdeh iddiaçılar İddiaçı1 və Zenfira Babayevaya qarşı iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət edərək, onun gəlin köçdüyü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi ev 9 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-4130/2020 saylı qətnaməsinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 Suraxanı rayon Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti verərək Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)- 4130/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6984/2021 saylı qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-c i il tarixli 2(010)-4130/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mübahisəli ünvan 1A 1/6 hissədə X4, 1/6 hissədə X7, 1/6 hissədə X5 və 3/6 hissədə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında gösərdi ki, o, həyət dədə-babadan qalmadır və bölünüb. Bu yaxınlarda çıxarış (kupça) alınıb. Mülkiyyyətçilərdən Babayeva Fidan onun bacısı, Kamilova Səidə isə onun anasıdır. Onların hərəsinə bir sot verilib. 3 sot isə əmisi qızı İddiaçı2 aiddir. Onların mübahisəli həyətə heç bir aidiyyatı yoxdur. Həyət ayrılmış və qapıları ayrıdır. O, iddiaçıların ailə məsələlərinə qarışmır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-4130/2020 saylı (hakim A.Qasımovun sədrliyi ilə) qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ünvan 4 ünvanına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6984/2021 saylı (hakim R.Eyvazovun sədrliyi ilə) qətnaməsindən görünür ki, İddiaçı Cavabdehlər İddiaçı1 və X2 qarşı “evə köçürülmə" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(010)- 4130/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(010)-4130/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında nikah xx.xx.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1A 1/6 hissədə X4, 1/6 hissədə X7, 1/6 hissədə X5 və 3/6 hissədə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. İşin faktiki halları İddiaçı1 ilə Cavabdeh rəsmi nikahda olmuş, həmin nikahdan iki övladı olmuşdur. Tərəflər arasında nikah 2021-ci ilin yanvar ayında pozulmuşdur. Hazırki iş üzrə cavabdeh məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə Cavabdeh ünvan 4 ünvanına köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə məhkəmə müəyyən etmişdir ki, Cavabdeh mübahisəli evin özbaşına tikili statusuna malik olmasına baxmayaraq həmin evə gəlin köçərək uzun müddət orada yaşayaraq cavabdehlərlə birgə təsərrüfat apardığından onun ünvan 1 ünvanında yerləşən həmin evə köçürülməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. ünvan 1A 1/6 hissədə X4, 1/6 hissədə X7, 1/6 hissədə X5 və 3/6 hissədə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia qaldıraraq iddiaçı Rzayeva llhamə Çingiz qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi ev 9 ünvanında yerləşən evdən Cavabdeh çıxarılmasını istəyirlər. Cavabdeh uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evində yaşayır. Cavabdeh iddia tələbi ilə razı deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: “......yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Müraciətdə qaldırılan məsələlər kontekstində qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz....” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququnun notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmadığını araşdırmalıdır. Hazırki iş materiallarından isə sözügedən hüquqla bağlı daşınmaz əmlakın dövlət reyestrində cavabdehin xeyrinə qeydin aparılması müəyyən edilmir. Eləcə də, Konstitusiya Məhkəməsinin yuxarıda sadalanan qərarında vurğulanır ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Bu aspektdən yanaşdıqda da, hazırki iş üzrə cavabdehin İddiaçı2 xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən istifadə etmək səlahiyyətinin olmadığı müəyyən edilir. Belə ki, cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçiləri ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçilərindən özünün saxlanılmasını tələb etmək hüququ mövcud deyil. Digər iddiaçılar İddiaçı1 və İddiaçı3 münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə iddiaçılar İddiaçı1 və Zenfira Babayevanın üzərində hər hansı bir hüququ tanınmayan fərdi yaşayış evi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüquqlarının olmadığı müəyyən edilir. Beləliklə, iddiaçılar İddiaçı1 və Zenfira Babayeva mübahisəli fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını tələb etməkdə haqlı deyillər.
Məhkəmənin gəldiyi nəticə Cavabdeh İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində yerləşən 9 saylı evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində yerləşən 9 saylı evdən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova