Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1659/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İŞ № e-2(010)-1659/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ BAKİ ŞƏHƏRİ SURAXANİ RAYON MƏHKƏMƏSİ 13 iyun 2025-ci il Bakı şəhəri Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X36 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri, 18 saylı Dövlət Notariat ofisinə qarşı, müstəqil tələb irəli sürməyən X31 olmaqla, miras əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoruna qarşı miras əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4ndan miras qalmış əmlak – Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: Az1043, ünvan 1 və 2004-cü il buraxılışı olan «X46» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair (Ban nömrəsi: MALAB51HP5M548956, Qeydiyyat şəhadətnaməsi: AC342619, xx.xx.2015) Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 10 sentyabr 2024-cü il tarixli 2V-256 və 2V-257 qanun üzrə X30 şəhadətnamələrinin etibarsız hesab olunması və həmin şəhadətnamələrinin hüquqi nəticələrinin – Cavabdeh2 adına 1\3 paya dair Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X48 İdarəsində aparılmış dövlət qeydiyyatlarının ləğv olunması; 2. Mirasqoyan – 09 mart 2024cü il tarixdə vəfat etmiş X7 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evindən (Yeni qaydalarla:Az1043, ünvan 1 və 2004-cü il buraxılışı olan «HyundaiAtos Minik» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilindən miras qismində qalan əmlakına X44 hüquqmun müəyyən olunması və həmin mirsa əmlaka dair miras payının müəyyən olunması; 3. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: Az1043, ünvan 1 və 2004-cü il buraxılışı olan «HyundaiAtos Minik» markalı 99-FX186 dövlət qeydiyyat nişanlı avtomobilə dair onun miras payı da nəzərə alınmaqla X44 haqqında yeni şəhadətnamələrinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin həcminin artırılması
2. İddiaçı iddia tələbinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərhum X4ndan miras qalmış əmlak - Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: Az1043, ünvan 1 və 2004-cü il buraxılışı olan «X46» markalı 99- FX-186 dövlət qeydiyyat nişanlı avtomobilə dair (Ban nömrəsi: MALAB51HP5M548956, Qeydiyyat şəhadətnaməsi: AC342619, xx.xx.2015) cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 10 sentyabr 2024-cü il tarixli 2V-256 və 2V-257 qanun üzrə X30 şəhadətnamələrinin etibarsız hesab olunması və həmin şəhadətnamələrinin hüquqi nəticələrinin – Cavabdeh2 adına 1\3 paya dair Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X48 İdarəsində aparılmış dövlət qeydiyyatlarının ləğv olunması; Mirasqoyan - 09 mart 2024-cü il tarixdə vəfat etmiş X7 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evindən (Yeni qaydalarla: Az1043, ünvan 1 və 2004-cü il buraxılışı olan «X46» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilindən miras qismində qalan əmlakına onun, habelə qardaşları X12 və X21 X44 hüquqlarının müəyyən olunması və həmin miras əmlaklara dair miras paylarının müəyyən olunması; Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: Az1043, ünvan 1 və 2004-cü il buraxılışı olan «X46» markalı 99- FX-186 dövlət qeydiyyat nişanlı avtomobilə dair onun, X12 və X21 miras paylarının da nəzərə alınmaqla X44 haqqında yeni şəhadətnamələrinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
3. X4 09 mart 2024-cü il tarixdə vəfat etmişdir. Eldar Hüseynov sağlığında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evindən (Yeni qaydalarla: Az1043, ünvan 1 paylı mülkiyyət hüququna malik idi. Onun övladları və yaxud arvadı olmamış, valideynləri vəfat etmişlər. Qanunun müddəasına görə atası X23 daha əvvəl vəfat etdiyindən, o, habelə qardaşları Məhərrəm və Vüqar Hüseynovlar mərhum X13 ikinci növbə vərəsəsi hesab olunurlar. Bununla bağlı 08 iyun 2024-cü il tarixli ərizə ilə ərazi üzrə cavabdeh 35 saylı Notariat ofisinə müraciət edərək miras əmlaka dair X44 X15 ona təqdim olunmasını xahiş etmişdir. Ərizəsi üzrə notariat icraatdan aparılmasından imtina edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə şikayətləri göndərmiş, lakin şikayətləri ilə bağlı ona hələlik cavablar verilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, mübahisəli evin digər payçı – Cavabdeh2 miras əmlakın hesabına öz payını artırmış, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidməti tərəfindən 13 sentyabr 2024-cü il tarixdə miras əmlakdan Cavabdeh2 1\3 paya dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Sorğular nəticəsində əldə olunmuş notariat işin materiallarından məlum olmuşdur ki, mərhum X4ndan miras əmlakları qismində həm Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evi (Yeni qaydalarla: Az1043, ünvan 1, həm də 2004-cü il buraxılışı olan «X46» markalı **-FX- *** dövlət qeydiyyat nişanlı avtomobil (Ban nömrəsi: MALAB51HP5M548956, Qeydiyyat şəhadətnaməsi: AC342619, xx.xx.2015) qalmışlar. Cavabdeh2 isə Bakı şəhəri 18 saylı Notariat Ofisinə 07 sentyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərkən, digər vərəsələrinin mövcudluğunu gizlətmişdir. Bundan sonra Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən digər vərəsələrinin mövcud olub-olmadığını müəyyən etmək üçün zəruri tədbirləri görmədən həmin əmlaklara Cavabdeh2 adına 10 sentyabr 2024-cü il tarixli 2V- 256 və 2V-257 qanun üzrə X30 şəhadətnamələr verilmişdir.
Tərəflərin izahatları
4. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirdi ki, hazırki iddia tələbi əsaslı olduğundan onun təmin edilməsini xahiş edir.
6. Cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.
Şahid ifadələri
7. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində iştirak edən Şahid1 öz ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun yaxın rəfiqəsidir. X6 ikən onun qulluğunda Mehriban durmuşdur. İddiaçını Eldarın anasının yanında görmüş, lakin iddiaçı onun yanına gəlməmişdir.
8. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində iştirak edən Şahid2 öz ifadəsində bildirmişdir ki, Cavabdeh2 qonşusudur. X22 ilə də qonşu olmuş, ondan 7 yaş böyükdür. Samirə Mehribanın qardaşı qızıdır. Mehriban Eldarın bacısı qızıdır. Eldarla Samirə heç vaxt bir evdə yaşamamış və Samirənin Eldara baş çəkdiyini görməmişdir.
İş materialları
9. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli, 1 mk-24/2007 nömrəli qərardadının surətindən görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, tərəflərin aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmiş, cavabdehlər X23, X22 və üçüncü şəxs qismində cəlb edilmiş X16 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindənxx.xx.2006-cı il tarixli ******* saylı Daşınmaz əmlakın dövlət reyesterindən Çıxarışa əsasən onların paylı mülkiyyətində olan mübahisəli yəni Bakı şəhəri Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi 26 saylı evi satmağı və əldə edilən məbləği öz aralarında (X23, Hüseynov EldarMəhərrəm oğlu və X16) bərabər şəkildə bölməyi öhdələrinə götürmüşlər.
10. X17 və X27 tərəfindən X18 verilən etibarnamədən görünür ki, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək və ya onlardan imtina etmək, əmlakı və ya pulu almaq hüququ ilə bütün mühafizə orqanlarında, məhkəmə orqanlarında mənə aid olan mülki işləri və cinayət işlərini aparmağı, iddia ərizələri verməyi, imzá etməyi, AR prokurorluğunda, ümumi məhkəmə sisteminə aid olan bütün məhkəmələrdə, arbitraj məhkəməsində, apellyasiya, kassasiya, əlavə kassasiya və yeni açılmış hallar üzrə məhkəmə aktlarından şikayət verməyi, məhkəmə qətnamələrin icrasında iştirak etmək və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişlər.
11. ******* nömrəli, MH seriyalı Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməтi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, verilir X8 ondan ötrü ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində istifadədə olan 0.06773 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 89.6 kv.m yaşayış,- kv.m qeyri-yaşayış, 73.4 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X13-1/3hissə, X14-1/3hissə, X5-1/3hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1010 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. AZ-İİ seriyalı, 429899 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu barədə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 1016 nömrə ilə qeyd edilmişdir.
13. AZ-İ seriyalı, 612922 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bu barədə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbənin sində 489 nömrə ilə qeyd edilmişdir.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X47 Reyestri Publik Hüquqi Şəxsinin **********43-10301 reyestr nömrəli çıxarışından görünür ki, ünvan 3 (Yeni qaydalarla: Az1043, ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evi üzərində X13 (1/3 hissədə), X9 (1/3 hissədə), İddiaçı (1/12 hissədə), X12 (2/12 hissədə), X21 (1/12 hissədə) payları müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 342619 nömrəli X11 Şəhadətnaməsindən görünür ki, 2004-cü il buraxılışı olan «X46» markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X13 mülkiyyətindədir.
16. xx.xx.2024-cü il tarixli, mərhum X13 dostları Bülbülə kəndinin ağsaqqallar şurasının üzvləri tərəfindən verilən iltizamdan görünür ki, mərhum Eldar həmişə bacısı Sonanın ailəsinə mehriban və meyilli olub. Yaşlı vaxtlarında da Sonanın qızı Cavabdeh2 tərəfindən Eldara qulluq edilməsi və bütün ehtiyaclarının onun tərəfindən qarşılanmasının şahididirlər. Eyni zamanda Eldara məxsus olan miras mülkün Mehribana verdiyini bilirmiş və öz imzaları ilə təsdiq etmişlər.
17. X13 Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, X22 ünvan 3 ünvanında yerləşən evdən ona düşən vərəsəlik payından bacısı qızı Cavabdeh2 xeyrinə imtina etmişdir.
19. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin RX ******* nömrəli arayışından görünür ki, fərdi yaşayış evinə münasibətdə X13, X9, İddiaçı, X12, X21, xx.xx.2024-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.
20. xx.xx.2024-cü il tarixli X44 X15 surətindən görünür ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X32 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş – X10 vərəsəsi: Bakı şəhəri, Yasamal rayonu, X35 küçəsi, Dalan 4, Ev 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AA*******, xx.xx.2021 – Asan 3, Fin: xxxxxxx, d/t:xx.xx.1971) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: - AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC342619 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MALAB51HP5M548956 və buraxılış ili 2004-cü il olan X46 markalı, **-FX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
21. xx.xx.2024-cü il tarixli X44 X15 surətindən görünür ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X32 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş – X10 vərəsəsi: Bakı şəhəri, Yasamal rayonu, X35 küçəsi, Dalan 4, Ev 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AA*******, xx.xx.2021 – Asan 3, Fin: xxxxxxx, d/t:xx.xx.1971) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X18 verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 170.7 kv/m, yaşayış sahəsi 101.7 kv/m, yardımçı sahəsi 59.0 kv/m, 5 otaqlı olan fərdi yaşayış evinin mərhuma məxsus 1/3 hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024 tarixli qeydiyyat nömrəsi 241009103UH70902 olan arayışa əsasən X30 şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 18 Saylı Notariat Ofisinin İddiaçı ünvanladığı 13 dekabr 2024-cü il tarixli, X-2189 nömrəli məktubundan görünür ki, mərhum X22 xx.xx.2024-cü ildə vəfat etmişdir. "Elekrton notariat" X1 vasitəsilə mərhumun birinci növbəli vərəsələrinin olmadığı aşkar edilmişdir. Mərhumun ikinci növbəli digər vərəsələrinin olub olmaması barədə "Elektron notariat" X1 vasitəsilə aparılmış axtarış nəticəsində məlumat aşkar edilməmişdir. Vərəsə Cavabdeh2 ikinci növbəli vərəsə olduğunu təsdiq edən sənədlər əsasında onun adına qanun üzrə X30 şəhadətnamələr verilmişdir. Mərhumdan miras qalmış əmlaklarla bağlı vərəsə Cavabdeh2 adına verilmiş X30 şəhadətnamələri ləğv edilməsi və miras əmlaklardan pay almaq üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
24. Cavabdeh2 notariat ofisinə ünvanladığı ərizədən görünür ki, *08" Mart 2024-cü ildə onun Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 26-da yaşayan dayısı (xx.xx.2018-ci il tarixdə vəfat etmiş anam X19 qardaşı) X22 ölmüşdür. Mirasın tərkibi:Nəqliyyat vasitəsi və Fərdi yaşayış evidir. Ondan irs qalmış mirası qəbul etmişdir. Ondan başqa vərəsə:Yoxdur. Mirasın tərkibinə daxil olan bütün əmlakdan ona çatası hissəyə dair X44 şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh2 həqiqətən də S.Bəhlulzadə küçəsi ev 26 ünvanında qeydiyyatda olmuş vəfat edən X22 onun dayısıdır və mərhumun dəfn mərasimi xərcini çəkmişdir.
26. Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş, X3 qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.
İşin faktiki halları
29. İşin faktiki halları ondan ibarətdir ki, miras qoyan X2 Samirə Rəsul qızının əmisi, Cavabdeh2 isə dayısıdır. X22 xx.xx.2024-cü ildə vəfat etmişdir. Ondan miras qalan əmlak fərdi yaşayış evinin 1/3 hissəsinə olan mülkiyyət hüququ və minik avtomobilidir. X22 vəfat etdikdən sonra ondan miras qalan əmlaka dair Cavabdeh2 tərəfindən qanun üzrə X30 şəhadətnamə əldə edilmiş və həmin miras əmlak üzərində cavabdehin mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. İddiaçı hazırkı tələbdə ona əsaslanır ki, onun vərəsəlik hüquqları pozulmuş, miras əmlak ədalətsiz olaraq tam qaydada cavabdehin adına rəsmiləşdirirlmişdir. Halbuki, vərəsələr dörd nəfərdirlər. İşin hallarından müəyyən edilir ki, İddiaçı və Cavabdeh2 eyni dərəcəli vərəsələrdirlər, onlardan başqa iddiaçının qardaşları X25 və X31 da var, onlar hazırkı işə tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilmişlər və miras bölgüsü ilə bağlı məhkəməyə hər hansı iddia irəli sürməmişlər. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. X44 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar X44 zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.) Maddə 1273-1. Vərəsənin susması Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.) Maddə 1301. Vərəsənin gəlməməsinin nəticələri 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
31. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı. Qərarda qeyd edilmişdir ki, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Eyni zamanda o da qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Beləliklə qeyd olunan Qərarda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Qərarın tətbiq dairəsi ilə bağlı isə qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
33. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahtını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
34. Məhkəmə ilk öncə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). X44 zamanı qeyd olunan şəxslər bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar X44 zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Hazırkı işdə iddiaçı və cavabdeh miras qoyanın ikinci növbəli vərəsələridirlər. Ona görə ki, miras qoyan müvafiq olaraq onların dayısı və əmisidir, hər iki tərəfin valideynləri isə sağ deyil.
26. Məhkəmə iddiaçının mübahisə obyekti olan əmlaka hüquqlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün hazırkı işə Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarı baxımından yanaşmanı zəruri hesab edir. Həmin Qərarda hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilməlidirlər, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Bu işdə cavabdehin etirazının əsasını o təşkil edir ki, iddiaçının miras qoyanla münasibələri olmamış, miras qoyana qulluq etməmişdir. Əksinə, cavabdeh özü miras qoyanın qulluğunda durmuş, ona qayğı göstərmişdir. Miras qoyan 08 mart 2024-cü ildə vəfat etmiş, vərəsəlik münasibətləri də həmin dövrdən yaranmışdır. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarı isə 26 dekabr 2023-cü ildə qəbul edilmişdir. Deməli, hazırkı mübahisə də, həmin Qərarın təsir dairəsinə düşür. Beləliklə, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri hazırkı işə münasibətdə qüvvədən düşmüş hesab edilməlidirlər və həmin maddələrdə müəyyən edilmiş müddətlər bu mübahisəyə tətbiq edilə bilməz. Bunun davamı olaraq iş üzrə alınmış şahid ifadələrinin də sübut əhəmiyyəti yoxdur. Ona görə ki, şahid ifadələri mərhuma tərəflərdən daha çox kimin yaxın olması və qulluq göstərməsi ilə bağlıdır, hansı ki, hazırkı baxılan işdə bu məsələnin hüquqi əhəmiyyəti yoxdur. Belə olduğu halda, İddiaçı əmisindən miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: Az1043, ünvan 1 mərhuma məxsus 1/3 hissəsinə və 2004-cü il buraxılışı olan «X46» markalı 99- FX-186 dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsəlik hüququndan Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq imtina etmədiyinə görə, onun həmin əmlaka vərəsəlik hüquqları mövcud olmuşdur. Buna münasibətdə cavabdeh tərəfin iddia tələbinə etirazı ilə məhkəmə razılaşmır. Ona görə ki, həmin etirazın hüquqi əsası yoxdur. Bundan başqa, işin hallarından görünür ki, İddiaçı əmisinin vəfatından sonra 08 iyun 2024-cü il tarixində mirasın qəbulu ilə bağlı 35 saylı notariat ofisinə müraciət etmiş, lakin vərəsəlik işi açılmamışdır. Daha sonra isə məlum olmuşdur ki, Bakı şəhəri, 18 saylı notariat ofisində Cavabdeh2 adına 10.0.2024-cü il tarixində mərhum X7 miras qalmış əmlaklarla bağlı X30 şəhadətnamələr verilmişdir. Göründüyü kimi, cavabdehin adına X30 şəhadətnamələr verilərkən Mülki Məcəllənin 1301-ci maddəsinin tələbləri pozulmuş, eyni zamanda AR Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin adına verilmiş, mübahisələndirilən şəhadətnamələr etibarsız heab edilməli və həmin şəhadətnamələr əsasında aparılmış dövlət qeydiyyatları da ləğv edilməlidir. Miras əmlakın yenidən bölgüsü ilə bağlı məhkəmə qeyd edir ki, miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: Az1043, ünvan 1 mərhuma məxsus 1/3 hissəsi və 2004cü il buraxılışı olan «X46» markalı 99- FX-186 dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir. İddiaçı və Cavabdeh2 başqa, eyni dərəcəli vərəsə olan X25 və X31 da var. Lakin, onlar miras əmlakla bağlı hər hansı tələb irəli sürməmişlər. Məhkəmə hesab edir ki, nə qədər ki, Məhərrəm və Vüqar Hüseynovlar miras əmlakdan paylarının müəyyən edilməsi ilə bağlı tələb irəli sürməyibər, eyni zamanda mirasdan da imtina etməyiblər, onların payları saxlanılmaqla, miras əmlak İddiaçı və Cavabdeh2 arasında onların paylarına mütənasib şəkildə bölünməlidir. Beləliklə, miras qoyan X7 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: Az1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, giriş 164) mərhuma məxsus 1/3 hissəsindən 1/12 hissədə İddiaçı, 1/12 hissədə Cavabdeh2, eləcə də “Hyundai Atos” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ¼ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh2 payları müəyyən edilməlidir.
Məhkəmə xərcləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X7 miras qalmış əmlaklar – Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: Az1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, giriş 164) və 2004-cü il buraxılışı olan “Hyundai Atos” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair (Ban nömrəsi: MALAB51HP5M548956, Qeydiyyat Şəhadətnaməsi: AC342619, xx.xx.2015) Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 10 sentyabr 2024cü il tarixli 2V-256 və 2V-257 saylı qanun üzrə X30 şəhadətnamələr etibarsız hesab olunmalı və həmin şəhadətnamələr üzrə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X48 İdarəsində aparılmış dövlət qeydiyyatları ləğv olunmalı, Miras qoyan X7 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: Az1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, giriş 164) mərhuma məxsus 1/3 hissəsindən 1/12 hissədə İddiaçı, 1/12 hissədə Cavabdeh2, eləcə də “Hyundai Atos” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ¼ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh2 payları müəyyən edilməli və bu barədə İddiaçı və Cavabdeh2 vərəsəlik şəhadətnamələri verilməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontorundan müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. X7 miras qalmış əmlaklar – Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: Az1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, giriş 164) və 2004cü il buraxılışı olan “Hyundai Atos” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair (Ban nömrəsi: MALAB51HP5M548956, Qeydiyyat Şəhadətnaməsi: AC342619, xx.xx.2015) Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 10 sentyabr 2024-cü il tarixli 2V-256 və 2V-257 saylı qanun üzrə X30 şəhadətnamələr etibarsız hesab olunsun və həmin şəhadətnamələr üzrə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X48 İdarəsində aparılmış dövlət qeydiyyatları ləğv olunsun. Miras qoyan X7 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: Az1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, giriş 164) mərhuma məxsus 1/3 hissəsindən 1/12 hissədə İddiaçı, 1/12 hissədə Cavabdeh2, eləcə də “Hyundai Atos” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ¼ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh2 payları müəyyən edilsin və bu barədə İddiaçı və Cavabdeh2 vərəsəlik şəhadətnamələri verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontorundan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov