Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-170/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh3 iştirakları ilə, İddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 44552.27 ABŞ dolları – bundan 32865.44 ABŞ dolları əsas, 7090.35 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 4596.48 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 317.22 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1ndə yerləşən 0.06 ha torpaq sahəsindəki 5 otaqlı, 63A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq fillialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 24% olmaqla 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə xx.xx.2016-cı il tarixdə imzalanmış əlavə razılaşmaya əsasən, xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılır, kreditin faizi isə 24%-dən 14%-dək aşağı salınır. Cavabdeh2 kredit verilərkən bank və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən, zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1ndə yerləşən 0.06 ha torpaq sahəsindəki 5 otaqlı, 63A nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipotekaya qoyulması barədə bank ilə borcalan Cavabdeh2 və ipotekaya qoyan Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əlavə razılaşma müqaviləsi bağlanmışdır. Bu razılaşma dövlət notariat kontoru tərəfindən təsdiq edildikdə fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə dəfələrlə borcun ödənilməsi barədə şifahi müraciətlər olunmasına, xx.xx.2024-cü il tarixli, **********525 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 44552.27 ABŞ dolları təşkil edir. Bundan 32865.44 ABŞ dolları əsas, 7090.35 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 4596.48 ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişləri edilməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixində 1000 ABŞ dolları məbləğində ödəniş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək bildirdi ki, ümumi borc məbləğinin tutulmasına etiraz etməsə də, həmin borcu birdəfəlik ödəməyə maddi imkanı çatmır. Mülkiyyətində olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra əldə edilən vəsait hesabına borcunu ödəyə bilər.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) və Cavabdeh2 (Borcalan) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 364/E nömrəli kredit müqaviləsindən görünür ki, “Bank” “Borcalan”a qeyri-yaşayış sahəsinin tikintisi məqsədi ilə, 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 80000 ABŞ dolları məbləğində kredit verir, “Borcalan” isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri “Bank”a ödəməyə dair pul öhdəliyi götürür.
7. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 iddiaçı bankın kassasından 80000 ABŞ dolları məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank), Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (Zamin) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 364/EZ nömrəli zaminlik müqaviləsindən görünür ki, “Zamin” “Bank” qarşısında “Borcalan”ın xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İpoteka saxlayan), Cavabdeh3 (İpoteka qoyan) və Cavabdeh2 (Borcalan) arasında xx.xx.2015-ci il tarixdə notarial qaydada bağlanmış 3M-319 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, bu sonrakı ipoteka müqaviləsi “İpoteka saxlayan”la “İpoteka qoyan” şəxsində digər tərəfdən, “Borcalan” arasında Bakı şəhərində bağlanmış xx.xx.2015-ci il tarixli, 364/e saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etməklə bağlanır. “İpoteka qoyan” müvafiq öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərin, ipotekaya verilmiş əşyanın saxlanılması və salamatlığı üçün “İpoteka saxlayan”ın zəruri xərclərinin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinə təminat verir və bu öhdəliklərin icrasını təmin etmək üçün aşağıdakı əmlakı ipotekaya verir – ünvan 1ndə mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, tam mülkiyyət hüququ üzrə “İpoteka qoyan”ın adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 9790 nömrəli vərəqində qeydiyyata alınmış 84.6 kv.m yaşayış, 217.86 yardımçı sahədən ibarət, 5 otaqlı, 63A nömrəli fərdi yaşayış evi.
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İpoteka saxlayan), Cavabdeh3 (İpoteka qoyan) və Cavabdeh2 (Borcalan) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 364/eg nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 278/eg nömrəli ipoteka müqaviləsinin davamı kimi bu sonrakı ipoteka müqaviləsi “İpoteka saxlayan”la “İpoteka qoyan” şəxsində digər tərəfdən, “Borcalan” arasında Bakı şəhərində bağlanmış xx.xx.2015-ci il tarixli, 364/e saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etməklə bağlanır. “İpoteka qoyan” müvafiq öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərin, ipotekaya verilmiş əşyanın saxlanılması və salamatlığı üçün “İpoteka saxlayan”ın zəruri xərclərinin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinə təminat verir və bu öhdəliklərin icrasını təmin etmək üçün aşağıdakı əmlakı ipotekaya verir – ünvan 1ndə mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, tam mülkiyyət hüququ üzrə “İpoteka qoyan”ın adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 9790 nömrəli vərəqində qeydiyyata alınmış 84.6 kv.m yaşayış, 217.86 yardımçı sahədən ibarət, 5 otaqlı, 63A nömrəli fərdi yaşayış evi.
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İpoteka saxlayan), Cavabdeh3 (İpoteka qoyan) və Cavabdeh2 (Borcalan) arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış 3M-138 reyestr nömrəli ipoteka müqaviləsinə əlavə razılaşma müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsinin müddəti bundan sonra 60 ay, krediti 24%-dən 14%-ə endirilmiş, kreditin bitmə müddəti xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixinədək uzadılmışdır.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) və Cavabdeh2 (Borcalan) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsinə əlavə razılaşmadan görünür ki, xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2021-ci ilədək uzadılır, kreditin faizi 24%-dən 14%-dək aşağı salınır, cərimə faizləri standart faiz dərəcəsinə qədər azaldılır, aylıq ödəniş 3141 USD məbləğdən 1839 USD məbləğə qədər azaldılır.
13. Həmin razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əlavə razılaşma üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2016 – xx.xx.2021-ci il tarixləri arasında hər ay 1837.75 ABŞ dolları (birinci ay 215.05 ABŞ dolları, ikinci ay 1868.47 ABŞ dolları və sonuncu ay 1848.91 ABŞ dolları) məbləğində olmaqla ödənilməsi təsdiq edilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus **********93-10301 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən 63A nömrəli fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli həmin müqaviləyə əlavə razılaşmaya əsasən İddiaçı ASC-nin “Azadlıq” fillialının xeyrinə 60 ay müddətinə ipoteka hüququ ilə yüklü edilmişdir.
15. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 63A nömrəli fərdi yaşayış evinə tutmanın yönədilməsi barədə bildirişin qeydiyyata alınması xahiş edilmişdir.
16. xx.xx.2024-cü il tarixli elektron çıxarışlardan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün iddiaçı tərəfindən ümumilikdə 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 32865.44 ABŞ dolları əsas, 7090.35 ABŞ dolları faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 4596.48 ABŞ dolları faiz, cəmi 44552.27 ABŞ dolları məbləğində borcu vardır.
18. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış borc məbləği barədə (32865.44 ABŞ dolları əsas, 7090.35 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 4596.48 ABŞ dolları faiz, cəmi 44552.27 ABŞ dolları) məlumat verilmiş, ipoteka predmetinə tutmanın yönədilməsi üçün notarial qaydada razılaşmanın təsdiq edilməsi təklif edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/7416 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə - 30026.86 USD, faiz borcu üzrə - 45753.74 USD, əldən çıxmış fayda borcu (5%-lə) – 6200.28 USD, xx.xx.2024-cü il tarixə əsas borc üzrə - 30026.86 USD, faiz borcu üzrə - 45753.74 USD, əldən çıxmış fayda borcu (5%-lə) – 6229.48 USD.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/7089 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1ndə yerləşən 63A nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 262158.19 manat (217.86 kv.m x 1203.33 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 235942.37 manat (262158.19 – 10%) məbləğində müəyyən edilir. Qeyd edilir ki, qiymətləndirmə zamanı fərdi yaşayış evinin torpaq sahəsi də nəzərə alınmışdır.
21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 402/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 63A nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 320000 manat, likvid dəyəri isə 288000 manat təşkil edir.
22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş UNİ/A 73-511/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 63A nömrəli fərdi yaşayış evinin tikililər və qurğularla birlikdə bazar dəyəri 294000 manat, likvid qiyməti 264600 manat təşkil edir. İşin faktiki halları.
23. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank borcalana qeyri-yaşayış sahəsinin tikintisi məqsədi ilə, 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 80000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyə dair pul öhdəliyi götürmüşdür. xx.xx.2016-cı il tarixli əlavə razılaşma ilə kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.
24. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, zamin (Cavabdeh1) bank qarşısında borcalanın xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.
25. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə notarial qaydada ipoteka müqaviləsi də bağlanmışdır. Bu müqaviləyə əsasən, İpoteka qoyan (Cavabdeh3) xx.xx.2015-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək üçün ünvan 1ndə 0.06 ha torpaq sahəsində yerləşən, tam mülkiyyət hüququ üzrə “İpoteka qoyan”ın adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 9790 nömrəli vərəqində qeydiyyata alınmış 84.6 kv.m yaşayış, 217.86 yardımçı sahədən ibarət, 5 otaqlı, 63A nömrəli fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əlavə razılaşma ilə təminat verilən kredit müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixə qədər uzadıldığı təsdiq edilmişdir.
Tətbiq edilən hüquq.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477. Zaminliyə xitam verilməsi. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
29. İlk növbədə qeyd edilməlidir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliklərini lazımınca icra etməmiş, nəticədə iddiaçı banka borcu yaranmışdır ki, iddiaçı bank da haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
30. Lakin məhkəmə iddiaçı bank tərəfindən cavabdehdən tələb edilən borcun məbləği ilə qismən razılaşmır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı bank cavabdehlərdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan (maliyyə arayışının verildiyi tarix) borc kimi 32865.44 ABŞ dolları əsas borc, 7090.35 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 4596.48 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 44552.27 ABŞ dolları məbləğində pul tələb edir.
31. Lakin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş ekspert rəyindən görünür ki, həmin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borc əsas borc üzrə 30026.86 ABŞ dolları, faiz borcu üzrə 45753.74 ABŞ dolları, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan faiz borcu 6200.28 ABŞ dolları həcmindədir.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, müvafiq ekspert rəyi iddiaçı bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla bu sahədə xüsusi biliyə malik mühasib-ekspert tərəfindən tərtib edilmiş, rəyin tədqiqat prosesinin təsviri hissəsində müvafiq kredit müqaviləsi üzrə borclu tərəfindən edilmiş bütün kredit ödənişləri, bu ödənişlərin hansı hissəsinin əsas, hansı hissəsinin faiz borcuna çıxıldığı və yekunda nə qədər qalıq əsas və faiz borcu qaldığı cədvəl şəklində təsvir edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur.
33. Müvafiq ekspert rəyində kredit müqaviləsi üzrə əsas borc 30026.86 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hansı ki, bu məbləğ iddia tələbində qeyd edilən məbləğdən aşağıdır. Məhkəmə, yuxarıda qeyd edilənlərə əsasən, ekspert rəyi ilə razılaşdığından cavabdehdən tutulmalı olan əsas borcun həmin rəydə müəyyən edilmiş məbləğə uyğun müəyyən edilməsi nəticəsinə gəlir. Lakin rəyin faiz borcu və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan faiz borcuna dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, rəydə göstərilən məbləğlər iddia tələbində cavabdehdən tutulması xahiş olunan məbləğlərdən kifayət qədər artıqdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən müvafiq rəyə istinad edilməklə, iddia tələbinin həcmi artırılmamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Baxılan iş üzrə iddia tələbindən kənara çıxmağa qanunla haqq qazandıran hər hansı müstəsna hal müəyyən edilmədiyindən, məhkəmə iddia tələbi ilə yuxarıda qeyd edilən hissələrdə razılaşır və faiz borcunun 7090.35 ABŞ dolları həcmində, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan faiz borcunun isə 4596.48 ABŞ dolları həcmində təmin edilməli olduğu qənaətinə gəlir.
34. Müvafiq borcun həm də zamindən tutulmasına dair tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə zamin-Cavabdeh1 arasında qanunvericiliyin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və zamin borclunun kreditor qarşısındakı öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət götürmüşdür. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi halında banka bu öhdəliyin icrasını həm də zamindən tələb etmək hüququnu vermişdir.
35. Qeyd olunmalıdır ki, zamin, bir qayda olaraq kreditor qarşısında əvəzsiz şəkildə öhdəlik götürür, kreditor zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən də qanunverici zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də qanunla müəyyən edilmiş müddət keçdiyi halda zaminliyin xitam olunmasıdır.
36. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir
37. Göründüyü kimi, bir qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun bunun göstərilməməsi imkanını da nəzərdə tutaraq, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.
38. Hazırkı işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti sonradan xx.xx.2021-ci il tarixədək uzadılsa da bununla bağlı zaminlə əlavə razılaşma bağlanmamış, zaminin uzadılmış öhdəliyə təminat verməsi ilə bağlı iradəsi nəzərə alınmamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 zamin olduğu öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə (uzadılmadan əvvəlki tarix) bitmişdir. Əsas öhdəliyin icra vaxtının həmin tarixdən başa çatdığı nəzərə alındıqda iddiaçı zaminə qarşı tələb irəli sürmək üçün müddəti buraxmışdır. Bu isə o deməkdir ki, zaminliyə xitam verilmişdir. Məhkəmə onu da qeyd edir ki, kredit müqaviləsinin müddətinin uzadılması zaminə münasibətdə nəzərə alınsa idi belə uzadılmış müddət xx.xx.2021-ci il tarixdə bitdiyindən xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən zaminliyə istənilən halda xitam verilmiş olardı.
39. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən və Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən 63A nömrəli fərdi yaşayış evi müqavilə üzrə öhdəliklərin təminatı kimi cavabdeh tərəfindən iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən iddiaçı bank tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
40. Belə olan halda məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan əmlaka yönəldilməli, həmçinin, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalıdır.
41. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti 120000 manat məbləğində qiymətləndirilsə də müqavilənin bağlanmasından on il keçdiyini və bu müddətdə daşınmaz əmlak bazarında qiymətlərin əhəmiyyətli dərəcədə dəyişdiyini nəzərə alan məhkəmə tərəfindən iki müxtəlif qiymətləndirici mütəxəssisin rəyi, eləcə də məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi alınmışdır.
42. Üstəlik, bu zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edildiyi kimi ipoteka predmeti olan evin həm bazar, həm də likvid qiymətinin müəyyən edilməsi tələb edilmişdir.
43. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş mütəxəssis rəyi ilə ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 63A nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyərinin 320000 manat, likvid dəyərinin isə 288000 manat təşkil etməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş mütəxəssis rəyi ilə isə ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 63A nömrəli fərdi yaşayış evinin tikililər və qurğularla birlikdə bazar dəyərinin 294000 manat, likvid qiymətinin 264600 manat təşkil etməsi müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ekspert rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1ndə yerləşən 63A nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 262158.19 manat (217.86 kv.m x 1203.33 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 235942.37 manat (262158.19 – 10%) məbləğində müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, qiymətləndirmə zamanı fərdi yaşayış evinin torpaq sahəsi də nəzərə alınmışdır.
44. Məhkəmə hər üç rəyi əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, bu rəylərlə müəyyən edilmiş likvid qiymətlər arasında 50000 manatlıq fərq olduğundan əmlakın ilkin satış qiyməti bu rəylərdə müəyyən edilmiş orta məbləğ – 264600 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir.
45. Məhkəmə fərdi yaşayış evi boşaldıqdan sonra həmin evin iddiaçıya təhvil verilməsi ilə bağlı hissədə iddia tələbi ilə razılaşmır. Belə ki, fərdi yaşayış evinin hərracdan satılmasından sonra hərracın nəticələri üzrə alıcının bank olacağı mütləq olmadığından boşaldılan evin birbaşa banka təhvil verilməsi müəyyən edilə bilməz. Bu səbəbdən məhkəmə fərdi yaşayış evi boşaldıldıqdan sonra evin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi nəticəsinə gəlir.
Məhkəmə xərcləri.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı 317.22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
48. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (41713.69 ABŞ dolları) mütənasib olan 302.74 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumu da eyni qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
49. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları nəticəsində verilmiş ekspert rəylərinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 200 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına köçürülməlidir.
50. Bundan əlavə, iş üzrə yazılı mütəxəssis rəylərinin verilməsi üçün "xxxx" MMC tərəfindən 400 manat məbləğində qiymətləndirmə xərci çəkilmişdir. İddia tələbi qismən təmin edildiyindən həmin qiymətləndirmə xərci də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq qiymətləndirmə fəaliyyətini həyata keçirən hüquqi şəxsin hesabına köçürülməlidir. "xxxx" MMC-yə ödədiyi 500 manat xidmət haqqını isə məhkəmə elə xidmət haqqını ödəyən Cavabdeh3 aid edir.
Məhkəmənin gəldiyi nəticə.
51. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsi üzrə 30026.86 ABŞ dolları məbləğində əsas borc, 7090.35 ABŞ dolları məbləğində faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 4596.48 ABŞ dolları faiz borcu olmaqla, cəmi 41713.69 ABŞ dolları məbləğində borc (qətnamənin icra edildiyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Cavabdeh3 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 63A nömrəli fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 264600 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalı, fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra ev boşaldılmalı və iddia qalan hissədə təmin edilməməlidir.
52. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsi üzrə 30026.86 ABŞ dolları (otuz min iyirmi altı dollar, səksən altı sent) məbləğində əsas borc, 7090.35 ABŞ dolları (yeddi min doxsan dollar, otuz beş sent) məbləğində faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 4596.48 ABŞ dolları (dörd min beş yüz doxsan altı dollar, qırx səkkiz sent) faiz borcu olmaqla, cəmi 41713.69 ABŞ dolları (qırx bir min yeddi yüz on üç dollar, altmış doqquz sent) məbləğində borc (qətnamənin icra edildiyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh3 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 63A nömrəli fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 264600 (iki yüz altmış dörd min altı yüz manat) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına xx.xx.2015-ci il tarixli, 364/E nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc həcmində ödəniş edilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra ev boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 302.74 manat (üç yüz iki manat yetmiş dörd qəpik) məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulаrаq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 200 (iki yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulаrаq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinаdаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesab) ödənilsin. 400 (dörd yüz) manat məbləğində mütəxəssis xidməti haqqı cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulаrаq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 fillialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, fillialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.