Məhkəmə qərarları › İş №e-2(010)-1735/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1735/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1735/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Alıev (Əliyev) Elvin Qəşəm oğlunun və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğluna qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Alıev (Əliyev) Elvin Qəşəm oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğluna qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən övladları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D" yaşayış massivi, ev 6, mənzil 49-a köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi. Cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlu İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi, İddiaçı məxsus stol-stul, komod, yataq dəsti, paltar dolabı və digər mebel əşyaları, yorğan-döşək, xalça, qab-qaşıq və digər cehiz əşyaları, pal-paltar, ayaqqabı və digər iddiaçının şəxsi istifadəsində olan əşyaların X7 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı tərəfindən çıxarılması, X7 məxsus məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə həyatı qurmuş və nikahları 16 aprel 2013-cü il tarixində Suraxanı rayon Qeydiyyat şöbəsində 479 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təxəllüdlü X5 dünyaya gəlmişdir.Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 291/2022 saylı xx.xx.2022-ci il larixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nigah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 6,49 saylı mənzildə pasport qeydiyyatındadır və ona aid geyim əşyaları, uşaqların əşyaları, geyimləri və iddaçıya məxsus cehizləri vardır. Nigahın pozulması ilə bağlı cavabdeh məhkəmədə iddia ərizəsi verdikdən sonra əsassız olaraq həmin mənzilə onu yaşamağa buraxmır və əsasız olaraq yaşamaq hüququndan qanunsuz məhrum etmişdir. Nikah pozulduqdan sonra isə nə özü, nə də övladları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 qeydiyyatda olduqları və yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D“ yaşayış massivi, ev 6, 49 saylı mənzilə buraxmır. Bu səbəbdən o, övladları ilə birlikdə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçının özünü və övladlarını daimi yaxud da müvəqqəti yaşayş yeri ilə təmin etməyə maddi imkanı çatmır. Cavabdeh şəxs Gürcüstan Respublikası vətəndaşıdır və istədiyi zaman öz ölkəsinə qayıda bilər. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin oktyabr ayında boşanma və əmlak tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə ekspertizanın təyin edilməsindən sonra, Sailə uşaq ilə atanın yaxınlaşmasının qarşısını almaq üçün övladları ilə birlikdə mənzili təməlli şəkildə tərk etmişdir. İlkin iddiaçı mənzili 2022-ci ilin avqust ayından bəri könüllü olaraq tərk etmişdir. İddiaçı ərizədə qeyd etdiyi kimi, “kirayələrdə qalmırdı”, əksinə öz atasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsinə yerləşən “D” massivi, bina 12, mənzil 2-yə köçmüşdür. İddiaçı Sailə xanımın mənzili 2022-ci ilin avqust ayından etibarən könüllü tərk etməsini həmin binada yaşayan yaxın qonşular (Səmədov İlham, Tağıyev Adil, Səfərəliyev Teyyub, Səmədov Zamiq, Rzayev Rüstəm) tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2023 tarixli akt və Bakı şəhəri 157 saylı MTK tərəfindən verilmiş arayış təsdiq edir. Həmin sənədlərdən göründüyü kimi, birincisi, iddiaçı mənzili 2022-ci ili avqust ayından bəri tərk etmiş və yalnız bir dəfə 2022-ci ilin dekabr ayında əşyalarını götürmək üçün gəlmişdir. İkincisi, iddiaçının yaşayış yeri var, o, hazırda övladları ilə birlikdə öz seçiminə uyğun olaraq, atasına məxsus evdə yaşayır. Ali məhkəməyə qədər heç bir məhkəmə instansiyası iddiaçının mənzildə pay hüququnu tanımamışdır. Beləliklə, iddiaçının mənzil üzərində heç bir pay hüququnun olmaması məhkəmə qətnamələrində öz təsdiqni tapmışdır. Belə olan halda, isə iddiaçının mübahisəli mənzilə köçürülməsi absurd olardı. İddiaçinin mənzilə dair istifadə hüququ itirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(010)-291/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mənzil üzərində nikah dövründə olan istifadə hüququ artıq yoxdur, itirilmişdir. Belə olan halda, iddiaçının cavabdehin mənzilinə köçürülməsi yolverilməzdir. Cavabdeh iddiaçını maddi cəhətdən saxlamaq vəzifəsini daşımır, ona görə də, iddiaçının mənzildən istifadə etmə səlahiyyəti də yoxdur. İddiaçı mənzili tərk edib atasına məxsus mənzilə köçdükdən sonra cəmi 1 dəfə, 2022-ci ilin dekabr ayında mənzilə daxil olmuş və əşyalarının bir qismini mənzildən çıxarmışdır. Bununla belə, iddiaçının əşyalarının digər qismi, stol-stul, komod, yataq dəsti, paltar dolabı və digər mebel əşyaları, yorğan-döşək, xalça, qab-qaşıq və digər cehiz əşyaları, pal-paltar, ayaqqabı və iddiaçının şəxsi istifadəsində olan digər əşyalar hazırda cavabdehin mənzilindədir. İddiaçı həmin mənzildə çoxdan yaşamasa belə, əşyalarını gəlib götürmür. Əşyaların cavabdehin evində qalması cavabdehi ciddi şəkildə narahat edir, onlara görə cavabdehlik daşımalı olur. Eyni zamanda, cavabdeh hazırda mənzilini təmir etmək və mənzilə yeni əşyalar almaq istəyir. Belə olan halda, isə, iddiaçının əşyaları cavabdehin evindən mütləq çıxarılmalıdır kl, cavabdeh öz mənzilindən istədiyi kimi istifadə edə bilsin. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlu və onun nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək bildirdilər ki, məhkəmə iclaslarında ilkin iddia üzrə iddiaçı özü də 2022-ci ilin avqust ayında kondisionerin işləmədiyinə görə mübahisəli mənzili tərk etdiyini etiraf etmişdir. Həmçinin Kostitusiya Məhkəməsinin qərarlarına əsasən iddiaçının oğlu ilə cavabdehin nikahı artıq pozulmuşdur və ilkin iddia üzrə iddiaçı keçmiş ailə üzvü olduğuna görə onun həmin mənzilə köçürülməsi qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını pozur. Bu səbəbdən də ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edirlər. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 bildirmişlər ki, İddiaçı mübahisəli mənzildən könüllü şəkildə çıxmamışdır. Yay aylarında həmin mənzildə istidən yaşamaq mümkün olmadığından qısa müddətli anasıgilə getmişdir. Geri qayıtdıqda isə artıq mənzilin kilidi dəyişmişdir. Bununla bağlı o, polisə də müraciət etmişdir. O, uşaqları ilə birlikdə yaşadığı evə köçmək istəsə də, qarşı tərəf onları evə buraxmamışdır. O, sadəcə qış aylarında vacib əşyaları götürmək üçün evə daxil ola bilmişdir. İş materialları. 5 saylı Bakı Asan Xidmət X6 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı, 287748 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Əliyev Elvin, anası İddiaçı) 10 may 2019-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 3041 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı Asan Xidmət X6 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 289853 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Əliyev Elvin, anası İddiaçı) 11 mart 2014-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cu il tarixdə 1052 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-37/2-43xx-xx/2023 nömrəli məktubdan görünür ki, Gürcüstan vətəndaşı xx.xx.1986-cı il təvəllüdlü Aliev Elvin sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı və X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-291/2022 nömrəli qətnaməsinə əsasən, İddiaçı ilə Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlu arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 479 sayla qeydə alınmış xx.xx.2013cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlundan Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-MTT(010)-100/2022 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 60 manat olmaqla cəmi 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Elvin Alievə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 6 ünvanında qonşular (AZE ********) İlham Səmədov, (AZE ********) Adil Tağıyev, (AZE ********) Teyyub Səfərdiyev, (AZE ********) Zamiq Səmədov və (AZE ********) Rüstəm Rzayev tərəfindən tərtib edilmiş aktdan görünür ki, Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlunun keçmiş həyat yoldaşı İddiaçı uşaqları ilə birlikdə 2022-ci ilin avqust ayından etibarən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 6 ünvanında yerləşən 49 saylı mənzildən köçmüş və qayıtmamışdır. Hazırda da həmin mənzildə yaşamır. 157 saylı MTK tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05 saylı arayışdan görünür ki, Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlu ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 6 ünvanında yerləşən 49 saylı mənzildə qeydiyyatdadır və hazırda tək yaşayır. Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlunun keçmiş həyat yoldaşı İddiaçı həmin mənzildə 2022-ci ilin avqust ayından etibarən yaşamır. Mənzilin kommunal ödənişlərini Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlu ödəyir. mənzilin kommunal borcları yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Alıev Elvin, İddiaçı və X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri, Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 440499 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Elvin Alıev ilə İddiaçı arasında olan nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(010)-1382/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Alıev Elvinə qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 4033/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(010)-1382/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5245/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4033/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 11/279 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı və Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlunun fərdipsixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur, X3 hazırda anası İddiaçı və atası Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğluna bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 ünvan 4 ünvanında qeydiyyatdadır. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-13-54-4/2-3461/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 6 ünvanında yerləışən 49 saylı mənzildə qeydiyyatda olan İddiaçı qeyd olunan ünvana buraxımaması ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumata əsasən Suraxanı RPİnin 33-cü PB-də baxılmış və sonuncu ilə həmin ünvana gedilmiş, lakin onun evə buraxılmaması faktı öz təsdiqini tapmamışdır. Tətbiq edilən hüquq. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.... 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 255. Servitut anlayışı ...255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Maddə 262. Servituta xitam verilməsi 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər.... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil ilkin iddia üzrə cavabdehin mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçı 2013cü ildə ilkin iddia üzrə cavabdehlə ailə həyatı qurmuş və bu nikahlarından iki uşağı dünyaya gəlmişdir. Onlar arasında rəsmi nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 2(010)-291/2022 saylı qətnaməsi ilə pozulmuş və bigə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılmış və hazırda onunla birlikdə yaşayırlar. İlkin iddia üzrə iddiaçı cavabdehlə rəsmi nikah pozulduqdan əvvəl mənzili tərk edib getsə də mənzildə qeydiyyatda qalmışdır. Məhkəmə ilkin iddia üzrə qeyd edir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alına bilən yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçi ilə ilkin iddia üzrə iddiaçının nikahları 2013-cü ildə bağlanıbdır. Bu səbbədən də, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Hazırkı işdə ilkin iddia üzrə iddiaçının köçürülməsini tələb etdiyi mənzil iş materiallarına əlavə edilmiş məhkəmə aktları ilə tərəflərin birgə nikah dövründə əldə edilmiş mülkiyyət hesab edilməmişdir. İlkin iddia üzrə iddiaçı cavabdehin ailə üzvü olaraq 2017-ci ildən cavabdehə məxsus mənzilə köçmüş və ordan onun istifadə hüququ yaranmışdır. İş materialları ilə ilkin iddia üzrə iddiaçının həmin mənzildə bir müddət yaşaması təsdiq edilsə də, sonradan özü evi tərk edərək yaşamaq üçün başqa yerə köçmüşdür. Araşdırılmış sübutlarla müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı öz valideynlərinə məxsus mənzildə uşaqları ilə yaşayır. İlkin iddia üzrə iddiaçı nə kirayədə yaşamasına, nə də ki qohumlarının evində yaşadığına dair məhkəməyə heç bir sübut təqdim etməmiş və ya məhkəməyə şahid gətirməmişdir. Bununla əlaqədar olaraq qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı və cavabdeh arasında yaşayış sahəsindən istifadəsinə dair razılaşma mövcud deyil. İlkin cavabdeh ilə nikahı pozulduqdan, ilkin iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verilmişdir. Uşaqların mübahisəli evə köçürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-291/2022 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 nikah pozulduqdan sonra İddiaçı yanında qalması müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən isə yetkinlik yaşına çatmayan fiziki şəxslər öz valideyinləri və ya qəyyumları (himayəçiləri) ilə birlikdə yaşamalıdırlar. Məhkəmə qətnaməsi ilə uşaqların analarının yanında qalması müəyyən olunduğundan, uşaqlar ondan ayrı yaşaya bilməzlər. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulmuş hallarda, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilərdi. Lakin, məhkəməyə buna əsas ola bilən hər hansı bir sübüt təqdim edilməmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı mübahisəli yaşayış yerinə köçürülməsini tələb etsə də, bu tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı bir də qeyd edir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qarşılıqlı iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı arasında yaşayış sahəsindən istifadəsinə dair razılaşma mövcud deyil. Tərəflərin nikahı pozulduqdan, onların ailə münasibətlərinə xitam verilmişdir. Buna görə də, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətində olan mənzildən qarşılıqlı iddia üzrə cavabdehin istifadə hüquqlarına xitam verilməsində tam haqlı olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə məxsus əşyaların mübahisəli evdən çıxarılması tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin əşyalar qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan evə onun razılığı ilə yerləşdirilsə də, sonradan onlar arasındakı ailə münasibətlərinin aradan qalxması və onun iradəsinə zidd olaraq həmin evdə saxlanılması iddianın əsaslı olması qənaətinə gəlməyə əsas verir. Belə ki, əgər mülkiyyətə başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətində olan evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilərək, İddiaçı məxsus stol-stul, komod, yataq dəsti, paltar dolabı və digər mebel əşyaları, yorğan-döşək, xalça, qab-qaşıq və digər cehiz əşyaları, pal-paltar, ayaqqabı və digər iddiaçının şəxsi istifadəsində olan əşyaların X7 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı tərəfindən çıxarılmalı, X7 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğluna qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı məxsus stol-stul, komod, yataq dəsti, paltar dolabı və digər mebel əşyaları, yorğan-döşək, xalça, qab-qaşıq və digər cehiz əşyaları, pal-paltar, ayaqqabı və digər iddiaçının şəxsi istifadəsində olan əşyaların X7 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı tərəfindən çıxarılsın. X7 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar