Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-184/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qızına qarşı “qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilkin və İddiaçı Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qarşı “pul” tələbinə dair ikinci iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qarşı “qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəs. Nərimanov küç. Ev 11 yaşayan, AZE 0*******, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 60000 min manat pul və iddia ərizəsi rüsumu 270 manat,ümumilikdə 60270 manat tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1404/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı (Maraqlı şəxs1 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair 2(010)-1404/2025 nömrəli mülki iş İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair e-2(010)-184/2025 nömrəli mülki işə birləşdirilməsi və iddia tələblərinə bir icraatda baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini miras əmlak olaraq almışdır. Miras qalmış əmlakın digər hissələri üçüncü şəxs olaraq qeyd etdiyi qardaşı Maraqlı şəxs1 və bacısı X7 istifadəsindədir. Əmlakın bir hissəsi isə Cavabdeh istifadəsindədir. Belə ki, torpağın bir hissəsi onun tərəfindən zəbt edilərək ünvanda qeydiyyatsız yaşayır. Qeyd edilən səbəbdən hazırki iddia ərizəsi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən mülkiyyət hüquqlarının pozulduğu üçün onun tərəfindən torpaq sahəsi və tikili boşaldılaraq ona təhvil verilməlidir.
5. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində Gəncə şəhəri 3-cü mkr bina 5 mənzil 65 qeydiyyatda olan Şahidlər X14 və şahid X6 iştirakı ilə 22000 manata Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Telman Nərimanov küçəsi ev 11 yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evini almışdır. O həmin əmlakın çıxarışı olmadığı üçün rəsmi qaydada alqı-satqı edə bilməmiş, amma buna baxmayaraq, həmin torpaq sahəsinin və evin texniki pasportun əsli ondadır və həmin sənədlər ona evi satan R. Mehtiyeva tərəfindən verilmişdir. O da evi sonradan öz adına rəsmiləşdirilməsini fikirləşmiş, çünkü mülkiyyətçinin vərəsələrinin yəni X1 Tamara Malik qızının 1999-cu ildə evin X3 ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Suraxanı üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş qeyri rəsmi alqı-satqı aktı, onların razılıq qəbzləri və etibarnaməsi vardır. Hətta hal-hazırda onu məhkəməyə iddiaçı kimi vermiş olan İddiaçı, Maraqlı şəxs1 və X9 razılıq qəbzləri vardır. Lakin 1999-cu ildən 2024-cü ilə kimi onlar nə Rüstəm Mehtiyevi, nə də onu məhkəməyə verməyiblər, amma çıxarış alandan sonra onu məhkəməyə veriblər. O bu evi həyətlə birlikdə vicdanlı alıcı kimi almış və sübutları da vardır. 1999-cu ildə Yeni Suraxanı qəsəbə nümayəndəliyinin iştirakı ilə faktiki alqı-satqı baş vermişdir. Bundan sonra yəni 1999-cu ildən həmin evdə onlar faktiki yiyələnmiş və 2020 ilə qədər istifadə etmişlər. O da 2020 ilin mart ayından həmin evi alandan sonra orada əlavə təmir işləri və yenidən qurma işlərini aparıb həmin evə küllü miqdarda pul xərcləmişdir. 2020 ildə həmin təmirsiz ev 41500 qiymətləndirilib, amma halhazırda isə evi və həyəti 60000 manata qiymətləndirilir. Hal-hazırda isə onu istifadəsində olan evin qiyməti 60000 min manatdır .
Tərəflərin izahatı.
6. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının ulu babasına məxsus olmuş, illərlə həmin ərazi onlar tərəfindən istifadə edilmişdir. Onun nənəsi, babası və atası vəfat etmiş və vərəsəliyi bu yaxın zamanlarda rəsmiləşdirə bilmiş və bunun nəticəsində çıxarışmülkiyyət sənədi almışdır. İddiaçı vərəsəlik hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 1999-cu ildə həyətdə yerləşən “B” tikilisi Şahid icarəyə verilmiş, sonradan o həmin sahədən çıxmaqdan imtina etmişdir. İddiaçı nənəsi yaşlı olduğundan müvafiq sənədləşdirmə işi aparılmamış və hər hansı bir orqana müraciət etməmişdir. Bununla bağlı bir neçə dəfə ona şifahi şəkildə evi boşaltması ilə bağlı xəbərdarlıq edilsə də, o bundan imtina etmişdir. İddiaçı yalnız vərəsəlik hüququ ilə bağlı sənədləri əldə etdikdən sonra iddia qaldıra bilmişdir. Şahid 2020-ci ildə evi Cavabdeh satmışdır. Bununla bağlı hər hansı bir sənədləşdirmə, alqı-satqı aparılmamışdır. 2020-ci ildə Cavabdeh faktiki olaraq orada yaşadığı dövrdə iddiaçı tərəf dəfələrlə ona bildirmişdir ki, bu ev qanunsuz olaraq Şahid tərəfindən satılmış və orada tikinti-təmir işlərinin aparılmaması barədə məlumat verilmişdir. Cavabdeh ilə İddiaçı arasında hər hansı bir alqı-satqı müqaviləsi olmamış, fərdi yaşayış evinə və torpaq sahəsinə hüququ olmayan şəxslər tərəfindən şifahi razılaşma, yazılı əqdlər alqı-satqı kimi qəbul edilə bilməz. Belə ki, onlar əmlaka hüquq olmayan şəxslər tərəfindən verilmiş sənədlərdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və maddi sübutlarla təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini və ikinci iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh, bildirmişdir ki, o sözügedən evi 2020ci ildə Şahid 22000 manata almışdır. Evi aldığı zaman Malik və digər şəxslər də razılıq vermiş, bununla bağlı əlyazmaları mövcuddur. O, Rənaya 22 000 manat məbləğində pul ödənişi etmiş, 30 minə yaxın məbləğdə evdə yaxşılaşdırma işlərini həyata keçirmişdir. Hətta Malik orada elektrik işini görmək istəmiş, lakin bununla bağlı aralarında razılıq olmamışdır. O mülkün Malikə məxsus olmasını və onun da vərəsə olmasını bilməmişdir. O həmin evin Malikə məxsus olmasını bilsəydi, evin təmir olunması üçün əlavə xərclər çəkməzdi və evin alınması üçün Rənaya verdiyi pulu geri tələb edərdi. Lakin Malik həmin evin ona məxsus olması barədə ona heç bir məlumat verməmiş, o həmin evdə təmir-tikinti işləri aparmış və altı ildir ki, həmin ünvanda yaşamışdır. O həmin əmlakın çıxarışı olmadığı üçün rəsmi qaydada alqı-satqı edə bilməmiş, amma buna baxmayaraq, həmin torpaq sahəsinin və evin texniki pasportun əsli ondadır və həmin sənədlər evi satan Şahid tərəfindən ona verilmişdir. O da evi sonradan öz adına rəsmiləşdirilməsini fikirləşmiş, çünkü mülkiyyətçinin vərəsələrinin yəni X1 Tamara Malik qızının 1999-cu ildə evin X3 ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Suraxanı üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş qeyri rəsmi alqı-satqı aktı, onların razılıq qəbzləri və etibarnaməsi vardır. Hətta hal-hazırda onu məhkəməyə iddiaçı kimi vermiş olan İddiaçı, Maraqlı şəxs1 və X9 razılıq qəbzləri vardır. Lakin 1999-cu ildən 2024-cü ilə kimi iddiaçı nə Rüstəm Mehtiyevi, nə də onu məhkəməyə verməmişdir. Hal-hazırda isə ona zərər dəydiyi üçün pul tələb edir. Qeyd edilənlərə əsasən ikinci iddia tələbinin qəbul edilməsini xahiş etmişdir.
8. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızı izahat verərək bildirmişdir ki, həmin ev onun nənəsi tərəfindən kirayəyə verilmişdir. Ona məxsus olan ev isə ayrıdır. Əlyazmaları Rənanın onlara yazdırdığını bildirmişdir.
Şahid ifadəsi
9. Şahid əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, mübahisəli evi onun atası X31 1999-cu ildə İddiaçı nənəsi Tamaradan, 2500 ABŞ dollarına almışdır. Bununla bağlı olaraq X15 1999-cu ildə evin X3 ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Suraxanı üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş qeyri rəsmi alqı-satqı aktı, onların razılıq qəbzləri vardır. Bundan əlavə X30 tərəfindən həmin evlə bağlı X26 etibarnamə verilmişdir. O, 1999-cu ildən 2020-ci ilə kimi həmin evdə yaşamış və evə dair Azərişiq, Azəriqaz və Azərsu ilə bağlı müqavilələr onunla bağlanmış və bütün kommunal haqqlar onun tərəfindən ödənilmişdir. O evə köçdükdən sonra Sevinclə yola getmədiyindən orada hasar çəkilmiş və Tamara da hasarın çəkilməsinə etiraz etməmişdir. Həmin evə dair texniki pasport Tamara tərəfindən ona verilmiş və Tamara 2005-ci ildə ölmüşdür. Sonradan evin yaşayış sahəsi onun ailəsinə kifayət etmədiyindən satmaq qərarına gəlmiş və evi Sahibə satan zaman Malikin, Camalın və Nətəvanın hər üçünün əlyazma şəklində razılığını almışdır. Evin satılması ilə bağlı olaraq iddiaçının və digər şəxslərin məlumatı olmuşdur və bununla bağlı olaraq onlar öz razılıqlarını vermişlər.
İş materialları.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 11, Yeni qaydalarla: AZ 1050, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdən 1/3 hissə İddiaçı adına, xx.xx.2024-cü il tarixdən 1/3 hissə X12 adına, 1/3 hissə üzrə X10 adına qeydiyyatdan keçmişdir.
11. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il tarixdə vəfat etmiş- X36 vərəsələri; Bakı, Y/Suraxanı Qəs., T.Nərimanov Küç., Ev 11 ünvanında qeydiyyatda olan İddiaçı və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X16 verilmiş **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli vəfat etmiş şəxsə məxsus olmuş üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışa əsasən ümumi birgə mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 11. Yeni qaydalarla: AZ 1050, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85.3 kv/m olan fərdi yaşayış evindən və xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 11, Yeni qaydalarla: AZ 1050, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0477 ha olan torpaq sahəsindən ibarətdir.
12. Şahid tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında istifadəsində olan 0.02 ha torpaq sahəsində özü tikdiyi 3 otaqlı, 1 mərtəbəli 11 nömrəli fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh təyinatı üzrə istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddia və tələbi olmayacaq. Adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni digər tərəfidə xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürür. Lakin eyni zamanda da o, həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, basqa bir əmlaka iddia və tələbi olmayacaqdır.
13. xx.xx.2020-ci il tarixli Şahid və Cavabdeh tərəfindən imzalanmış aktın surətindən göstərilmişdir ki, “biz aşağıda imza edənlər Gəncə şəhər 8 Mik bina-5 mən-65-də qeydiyyatda olan Şahid və Cavabdeh və şahid qismində X14, X17 həqiqi aktı ona görə bağlayırıq ki, mənə məxsus X47 Nərimanov ev 11-də yerləşən 0.02 ha torpaq sahəsinin 3 otaqlı fərdi yaşayış evini 22 min manata satdım. Cavabdeh 22 min manata şahidlərin iştirakı ilə aldım.”
14. Əlyazmada göstərilmişdir ki, “Mən İddiaçı X13zı X4 torpaq payından heç bir təmannam və istəyim yoxdur. Öz imzamla təsdiq edirəm.”
15. Əlyazmada göstərilmişdir ki, “Mən Maraqlı şəxs1 oğ. X13. X4 torpaqdan heç bir istəyim və tələbim yoxdur”.
16. Əlyazmada göstərilmişdir ki, “X44 C. Qızı X43 M.qızı X4 torpaqdan heç bir istəyim və tələbim yoxdu.”
17. Azərbaycan Respublikası "xxxx" MMC Fiziki və X11 Olan Əmlakın Qiymətləndirilməsi və X2 Hesabat Cədvəlinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110 №-li; (11.07.02-ci il, № 110, 20.02.06-cı il.№ 55.09.09.06-cı il № 192 və xx.xx.2006-cı il № 275 əlavə dəyişikliklər) tarixli qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış obyektlərin inventar dəyəri (manatla) 41 500 manatdır.
18. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/5237 saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-23504/2025 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Qərardadın birinci sualı üzrə İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11, Yeni qaydalarla: AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan ev və torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, iddiaçı faktiki olaraq 1963-cü il tarixli texniki pasporta əsasən “A” yaşayış evinin 1,3,4, saylı sahələrindən (ümumi sahəsi 24.4 kv.m hissəsi) və 0.01136 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11, Yeni qaydalarla: AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsi istifadə edilmədiyi müəyyən edilmişdir. Ərazinin sənədlə 0.0477 ha torpaq sahəsi faktiki torpaq sahəsinə uyğundur. Qərardadın üçüncü sualı üzrə Cavabdeh 1963-cü il tarixli texniki pasporta əsasən qeydiyyatdan keçmiş “B” literli yaşayış evində məskunlaşmış və tikiliyə bitişik əlavə tikintialtı sahəsi 21.6 kv.m giriş, mətbəx sahələrindən və 0.01688 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən daşınmaz əmlak **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Ərazidə tikililər sıx yerləşdiyindən tikililər barədə ortofoto təsvirindən rəy bildirmək mümkün olmadığı müəyyən edilmişdir.
19. Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsi tərəfindən tərəfindən təsdiq edilmiş və Quliyeva T.M və Mehdiyev R. M tərəfindən imzalanmış Aktın surətindən görünür ki, “Mən ünvan 6 ünvanda yaşayan X32, həqiqətən Suraxanı r-nu Yeni Suraxanı qəsəbəsi Puşkin küçəsi ev İİ-də yaşayan X19 2 yaşayış otağından, açıq eyvandan, ayaqyolundan və həyət sahəsindən ibarət həyətyanı sahəsi aldığıma görə 2500 ABŞ dolları vermişəm və bunun doğruluğunu öz qolumuzla təsdiq edirik.”
20. xx.xx.1999-cu il tarixli Etibarnamənin surətindən müəyyən olunur ki, X30- ünvan 8 ünvanda yerləşən evinin yaşayış sahəsi 32,5 kv.m və yardımçı sahəsi 22.5 kv.m olan hissədən istifadə etmək, sərəncam vermək, satmaq və satışında əldə edilən pulun alınmasını X26 etibar etmişdir.
21. Mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, Sual 1: İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan ev və torpaq sahəsi üst-üstə düşürmü? Cavab: İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan ev və torpaq sahəsi üst-üstə düşür. Belə ki, iddiaçı faktiki olaraq 1963-cü il tarixli texniki pasporta əsasən “A” yaşayış evinin 1,3,4, saylı sahələrindən (ümumi sahəsi 24.4 kv.m hissəsi) və 0.01136 ha torpaq sahəsindən istifadə edir. Sual 2: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: (AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsindən istifadə edilirmi? Cavab: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: (AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsi istifadə edilmir. Ərazinin sənədlə 0.0477 ha torpaq sahəsi faktiki torpaq sahəsinə uyğundur. Sual 3: Cavabdeh yaşadığı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsinin koordinatları daxilində yerləşirmi? Yerləşirsə hansı hissədə yerləşir və sxemdə göstərilsin. Cavab: Cavabdeh 1963-cü il tarixli texniki pasporta əsasən qeydiyyatdan keçmiş “B” literli yaşayış evində məskunlaşmış və tikiliyə bitişik əlavə tikintialtı sahəsi 21.6 kv.m giriş, mətbəx sahələrindən və 0.01688 ha torpaq sahəsindən istifadə edir. Qeyd olunanlarla bağlı izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən daşınmaz əmlak **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Ərazidə tikililər sıx yerləşdiyindən tikililər barədə ortofoto təsvirindən rəy bildirmək mümkün olmadı.
22. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun surətindən görünür ki, Yeni ünvan 9 ünvanda yerləşən evin sahibi X23 və Kudryavtseva Olqadır.
23. xx.xx.2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə imzalanmışdır.
24. Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2006-ci il tarixli BOEO saylı qeydiyyata əsasən Şahid -0.02 manat borcu vardır.
25. xx.xx.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakşını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
26. Abonent kartından görünür ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Şahid suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadəyə görə - 0.62 manat borcu vardır.
27. Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” ilə”Abunəçi” (Cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Bu müqavilə “Telekommunikasiya operatoru” ilə ”Abunəçi” arasında “Telekommunikasiya” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Abunəçi” yə Müqavilədə göstərilən qaydada seçdiyi və telekommunikasiya xidmətlərinin göstərilməsi və “Abunəçi” tərəfindən bu xidmətin dəyərinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.
28. "xxxx" ASC tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Şahid borcu yoxdur.
29. xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli X20 Tədiyyə Bildirişindən müəyyən olunur ki, Cavabdeh 23,04 manat, 23,33 manat və 24,69 manat əmlak vergisi borcu mövcuddur.
30. xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli Mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən X24 23,33 manat, 23,04 manat və 25,05 manat məbləğində əmlak vergisi ödənişi edilmişdir.
İşin faktiki halları.
31. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportuna əsasən, Yeni ünvan 9 ünvanda yerləşən evin sahibi X23 və Kudryavtseva Olqadır.
32. Suraxanı rayonu İcra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Akta əsasən, X32, X19 2 yaşayış otağından, açıq eyvandan, ayaqyolundan və həyət sahəsindən ibarət həyətyanı sahəsi 2500 ABŞ dollarına almışdır.
33. xx.xx.1999-cu il tarixli etibarnaməyə əsasən X30- X26, ünvan 8 ünvanda yerləşən evinin yaşayış sahəsi 32,5 kv.m və yardımçı sahəsi 22.5 kv.m olan hissədən istifadə etmək, sərəncam vermək, satmaq və satışında əldə edilən pulun alınmasını etibar etmişdir.
34. xx.xx.2020-ci il tarixli akta əsasən, Şahid, Cavabdeh ona məxsus X47 Nərimanov ev 11-də yerləşən 0.02 ha torpaq sahəsinin 3 otaqlı fərdi yaşayış evini 22 000 manata satmış və Cavabdeh 22 000 manata şahidlərin iştirakı ilə almışdır.
35. İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş əlyazmalardan müəyyən olur ki, X15 X4 torpaqdan heç bir istək və tələbi yoxdur.
36. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ 1050, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdən 1/3 hissə İddiaçı adına, xx.xx.2024-cü il tarixdən 1/3 hissə X12 adına, 1/3 hissə üzrə X10 adına qeydiyyatdan keçmişdir.
37. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1961-ci il tarixdə vəfat etmiş- X36 vərəsələri; Bakı, Y/Suraxanı Qəs., T.Nərimanov Küç., Ev 11 ünvanında qeydiyyatda olan İddiaçı və o miras əmlakdan 1/3 hissədə pay almalıdır.
38. Azərbaycan Respublikası "xxxx" MMC Fiziki Və X11 Olan Əmlakın Qiymətləndirilməsi Və X2 Hesabat Cədvəlinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110 №-li; (11.07.02-ci il, № 110, 20.02.06-cı il.№ 55.09.09.06-cı il № 192 və xx.xx.2006-cı il № 275 əlavə dəyişikliklər) tarixli qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış obyektlərin inventar dəyəri (manatla) 41 500 manatdır.
39. Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/5237 saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-23504/2025 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Qərardadın birinci sualı üzrə İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan ev və torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, iddiaçı faktiki olaraq 1963-cü il tarixli texniki pasporta əsasən “A” yaşayış evinin 1,3,4, saylı sahələrindən (ümumi sahəsi 24.4 kv.m hissəsi) və 0.01136 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ1050, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsi istifadə edilmədiyi müəyyən edilmişdir. Ərazinin sənədlə 0.0477 ha torpaq sahəsi faktiki torpaq sahəsinə uyğundur. Qərardadın üçüncü sualı üzrə Cavabdeh 1963-cü il tarixli texniki pasporta əsasən qeydiyyatdan keçmiş “B” literli yaşayış evində məskunlaşmış və tikiliyə bitişik əlavə tikintialtı sahəsi 21.6 kv.m giriş, mətbəx sahələrindən və 0.01688 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən daşınmaz əmlak **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Ərazidə tikililər sıx yerləşdiyindən tikililər barədə ortofoto təsvirindən rəy bildirmək mümkün olmadığı müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
40. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 159. Əşyaya sahiblik. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə 164. Sahibliyin müdafiəsi. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165. Sahibliyin pozulması. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
Məhkəmənin mövqeyi.
44. İşin hallarından görünür ki, Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportuna əsasən, Yeni ünvan 9 ünvanda yerləşən evin sahibi X23 və Kudryavtseva Olqa olmuşdur. Daha sonra xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İddiaçı X36 vərəsəsi kimi miras əmlakdan 1/3 hissədə pay almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ 1050, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdən 1/3 hissə İddiaçı adına, xx.xx.2024-cü il tarixdən 1/3 hissə X12 adına, 1/3 hissə üzrə X10 adına qeydiyyatdan keçmişdir.
45. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının ulu babasına məxsus olmuş, illərlə həmin ərazi onlar tərəfindən istifadə edilmişdir. Onun nənəsi, babası və atası vəfat etdiyindən qanun üzrə vərəsə kimi həmin hissəni qəbul etmiş və bunun nəticəsində mülkiyyət sənədi almışdır. 1999-cu ildə həyətdə yerləşən “B” tikilisi Şahid adlı şəxsə kirayəyə verilmiş, sonradan o həmin sahədən çıxmaqdan imtina etmişdir. İddiaçı nənəsi yaşlı olduğundan müvafiq sənədləşdirmə işi aparılmamış və hər hansı bir orqana müraciət etməmişdir. Bununla bağlı bir neçə dəfə ona şifahi şəkildə evi boşaltması ilə bağlı xəbərdarlıq edilsə də, o bundan imtina etmişdir. Şahid 2020-ci ildə evi Cavabdeh satmışdır. Bununla bağlı hər hansı bir rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır.
46. Cavabdeh isə iddiaçının nənəsi X30 tərəfindən evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair 1999-cu ildə evin birinci sahibinə etibarnamə, texniki pasportun verildiyini və qarşılığında 2500 ABŞ dolları pul aldığını, iddiaçının həmin ev və həyətyanı torpaq sahəsi ilə bağlı ilə heç bir əlaqələrinin qalmadığını, Şahid 1999-cu ildən 2020-ci ilə kimi həmin fərdi yaşayış evində yaşadığını, bütün kommunal xidmətlərin onun adına rəsmiləşdirildiyini, daha sonra isə 2020-ci ildə həmin evi Şahid pul vəsaiti ödəyərək aldığını və iddiaçının və digərlərinin bununla bağlı olaraq əlyazma şəklində razılığının olmasını bildirmişdir.
47. Məhkəmə qeyd edir ki, həmin fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi iddiaçının nənəsinin verdiyi müvafiq etibarnamə əsasında qeyri-rəsmi olaraq satılmış və qarşılığında pul alınmışdır. İddiaçı həmin evin kirayəyə verilməsini bildirsə də, bununla bağlı olaraq hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəf əmlakın qeyri-rəsmi olaraq satılmasını sübut etmişdir. Bundan əlavə məhkəmə iddiaçıya məxsus olan fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən başqa bir şəxsin 20 il ərzində qeyri-rəsmi istifadəsini inandırıcı hesab etmir.
48. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Bu hüquqi konstruksiya hələ roma hüququ zamanından yaxşı məlumdur. Roma hüququnda həmin konstruksiyanın əsas ideyası belə ifadə olunur: hər bir hüququn həyata keçirilmə hüdudu olmalıdır, əks halda başqa şəxslərin hüquqları pozulur, bu da öz növbəsində mülki dövriyyə üçün vacib olan vicdanlılıq və məntiqilik prinsiplərinə əməl olunmasını qeyri-mümkün edir. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir.
49. Beləliklə, məhkəmə, yuxarıda qeyd edilənlər əsasında belə nəticəyə gəlir ki, İddiaçı nənəsi X30 tərəfindən mübahisəli ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi Şahid atasına satılmışdır. Lakin aralarında rəsmi alqı-satqı olmamış, “satış” etibarnamə əsasında baş tutmuşdur. Şahid həmin evdə uzun müddət yaşamış, evə dair bütün kommunal xidmətlər onun tərəfindən ödənilmişdir. Daha sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi qeyri-rəsmi qaydada hazırkı Cavabdeh satılmışdır. İddiaçı sonradan qanun üzrə vərəsə kimi miras əmlakdan pay alaraq və mülkiyyət hüququ əldə edərək fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin uzun müddət öncə satılması halı iddiaçıya məlum olduğu halda, “mülkiyyət hüququ”ndan suiistifadə edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mahiyyətcə hüquqdan sui-istifadə xarakteri daşıyan hazırkı iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia rədd edilməlidir.
50. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ikinci iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmamışdır. Belə ki, artıq məhkəmə torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin iddiaçıya təhvil verilməli olması hissəsində rədd olunmalı qənaətinə gəldiyindən, cavabdehin həmin fərdi yaşayış evinin dəyərini iddiaçıdan tələb etməsi halı da istisna edilməlidir.
Məhkəmə xərcləri.
51. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, ödənilməmiş – 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.
52. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qızına qarşı “qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin olunmamalıdır.
53. İddiaçı Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qızına qarşı “qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş – 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid olunsun. İddiaçı Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilməmiş – 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova