Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1844/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı (maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) “mənzildən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, X2 və Cavabdeh4 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırdığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 45 saylı binanın 3 otaqlı, 46 saylı mənzili ona məxsusdur. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həmin mənzilə dair ona xx.xx.1994cü il tarixli, 012774 saylı order verilmişdir. Orderdə 4 nəfərin – onun, həyat yoldaşı İddiaçı2, oğlu İddiaçı3 və qızı İddiaçı4 adı yazılmışdır. ünvan 2 ünvanında yerləşən mənzil orderlə ona məxsus olsa da, Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, X7, Cavabdeh4 tərəfindən 1996-cı ildən zəbt edilərək, orada məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri, Suraxanı rayonu üzrə bölməsinin xx.xx.2024-cü il tarixli, 577 saylı arayışına əsasən, Zəngilan rayonundan məcburi köçkün Cavabdeh1 ünvan 1 ünvanında 1996-cı ildən müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, X7, Cavabdeh4. Bakı şəhəri, ünvan 4 ünvanı dəyişmiş, hal-hazırda 15 saylı evdir. Bununla əlaqədar ünvan 5mmunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 118 saylı arayışını iddia ərizəsinə əlavə etmişdir. İstifadəsinə verilmiş mənzil məcburi köçkünlər tərəfindən zəbt edildiyi üçün onun iradəsindən asılı olmayan səbəblərdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada pulsuz olaraq özəlləşdirə bilməmişdir və mənzil üzərində mülkiyyət hüququnu rəsmiləşdirə bilməmişdir. Məcburi köçkünlər heç bir hüquqi əsas olmadan həmin mənzildə yaşayırlar. Beləliklə, cavabdehlərin mübahisəli mənzildə məskunlaşması nəticəsində onun mənzil hüququ pozulmuşdur. Hazırda o, qanunla onun istifadəsinə verilmiş mənzildən sahiblik və istifadə edə bilmir, məcburi köçkünlərin maraqları naminə onun mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. O, Cavabdeh1 və onun ailəsinin vəziyyətini nəzərə alaraq uzun illər onun evində yaşamalarına mane olmamışdır. Lakin hazırda torpaqlarımız, o cümlədən Zəngilan rayonu düşmən işğalından azad edilmişdir. Məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Ona görə də indi məhkəməyə müraciət edir. Onun oğlu da birinci Qarabağ müharibəsində şəhid olmuşdur.
İddia tələbinin dəqiqləşdirilməsi
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmə tərəfindən yerli baxış keçirildikdən sonra cavabdehlər barədə əldə olunmuş əlavə məlumatları nəzərə alaraq, iddia ərizəsinin dəqiqləşdirilməsi zərurətinin yarandığını, iddiaçılara məxsus ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehlər Cavabdeh3, onun həyat yoldaşı Cavabdeh4 və onların azyaşlı övladı X5 yaşadığını bildirmişlər və məhkəmədən cavabdehlər xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 və azyaşlı uşaqları xx.xx.2022-ci il təvəllüdlü X5 iddiaçılara məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
Tərəflərin izahatı.
4. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər iddiaçılar və cavabdehlər və maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Yasamal Rayon Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş 012774 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 46.79 kv.metr olan mənzil İddiaçı1 verilmişdir və ailə tərkibi – İddiaçı2, İddiaçı3 və İddiaçı4 ibarətdir.
7. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 63 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 118 nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanı orderdə göstərilən 4042, 4060, ev 45, mənzil 46 ünvanı ilə eynilik təşkil edir.
8. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 577 nömrəli arayışdan görünür ki, məcburi köçkün Cavabdeh1 ünvan 1 ünvanında 1996-cı il tarixdən müvəqqəti məskunlaşmışdır (Ailə tərkibi – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, X7, Cavabdeh4 Novrzu qızı).
Yerində müayinə
9. ünvan 1 ünvanında yerləşən mənzilə yerli baxış zamanı həmin ünvanda cavabdehlər Cavabdeh3, onun həyat yoldaşı Cavabdeh4 və azyaşlı övladları X5 müvəqqəti məskunlaşdığı müəyyən edilmişdir.
İşin faktiki halları.
10. ünvan 1 ünvanında yerləşən mənzil Yasamal Rayon Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş 012774 nömrəli orderə əsasən İddiaçı1 istifadəsinə verilmişdir.
11. İddia tələbinin yönəldiyi şəxslər qismində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 və Cavabdeh4 çıxış etsə də, məhkəmə tərəfindən sözügedən ünvana yerli baxış keçirilmiş və həmin ünvanda Cavabdeh3, onun həyat yoldaşı Cavabdeh4 və azyaşlı övladları X5 müvəqqəti məskunlaşdığı müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür). Azərbaycan vətəndaşları icarə müqaviləsinin şərtləri ilə dövlət və ya digər ictimai orqanların mülkiyyətində olan mənzillərdən istifadə hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr). Mənzilin verilməsi haqqında qərar vətəndaşı yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi orderi ilə təmin etməklə həyata keçirilir (48-ci maddə). Order orada göstərilən mənzilə sahib olmaq (48-ci maddə) və kirayəçi ilə mənzil istismar təşkilatı arasında yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlamaq (51-ci maddə) üçün yeganə hüquqi əsasdır. Mənzildən istifadə etmək hüququ müddətsiz verilir (10-cu maddə). Kirayəçi ailə üzvlərinin razılığı ilə istənilən vaxt kirayə müqaviləsinə xitam verə bilər (87-ci maddə). Kirayəyə verən (mənzil istismar təşkilatı) müqaviləyə yalnız qanunla nəzərdə tutulmuş əsaslarla və məhkəmə qərarı əsasında xitam verə bilər (88-89-cu maddələr). Əgər müqaviləyə mənzilin daha yaşayış üçün yararlı olmaması səbəbindən xitam verilirsə, kirayəçi və ailəsi onun əvəzində tam şəraiti olan digər mənzillə təmin edilməlidirlər (90 və 96-cı maddələr). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. (maddə 53)
15. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununu
21. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). Dövlət mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər (7-ci maddə).
16. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası.
4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli Qərarı
“ Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi.
22. Məhkəmə, ilk növbədə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur.
23. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir.
24. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
25. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
26. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır.
27. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
28. Azyaşlı uşağa münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 uşaqları xx.xx.2022-ci il təvəllüdlü X9 da iddiaçıya məxsus mənzildə valideynləri ilə birlikdə yaşayır. Bu uşağın yaşı etibarilə cavabdeh kimi prosessual statusa malik olması istisna edilsə də nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda istinad olunmuş normasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır. Belə olan halda həmin uşağın valideynlərinin mənzildən çıxarılmasının qət edilməsi ilə faktiki olaraq uşağın da yaşayış yerini dəyişdiyi nəzərə alınmalıdır.
Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən dövlət rüsumu ödənilməmişdir. Cavabdehlər məcburi köçkün olduğundan qaununla dövlət rüsumu ödəməkdən azad olunurlar. Lakin iddiaçılardan yalnız İddiaçı1 və İddiaçı2 şəhid ailə üzvləri (şəhidin valideynləri kimi) hesab olunduğundan məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilməkdən azad olmuş, digər iddiaçılar İddiaçı3 və İddiaçı4 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhidin bacı və qardaşları (uşaq evlərində tərbiyə olunanlar istisna olmaqla) şəhid ailə üzvləri hesab olunmadığı üçün dövlət rüsumu ödəməkdən azad edlimirlər. Odur ki, ödənilməmiş dövlət rüsumu iddiaçılar İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh3 və Cavabdeh4 azyaşylı uşaqları X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmalı, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.
31. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiа təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 azyaşlı uşaqları X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva