Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1954/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2, 3-cü şəxs X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evindən X22, uşağı və anası Səidə qızının çıxarılaraq boşaldıb ona təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdeh X7 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evindən X29, uşağı və anası Səidə qızının çıxarılaraq yaşayış evini boşaldıb ona təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdeh X14 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə (dəqiqləşmə) verərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinin İddiaçı faktiki nikah dövründə birgə təsərrüfatla əldə olunması faktın tanınması, X29, uşağı və anası Səidə qızının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evindən çıxarılaraq yaşayış evini boşaldıb İddiaçı təhvil verilməsi və 100 manat dövlət rüsumun cavabdeh X14 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evi var. Həmin ev alaraq orada yaşayır. Bütün kommunal xidmətlər onun adınadır. Lakin Cavabdeh Yusif qızı, uşağı və anası Səidə mənim evdə olmadığı vaxt fərdi yaşadığı mənzilə girərək çıxmırlar. xx.xx.2024-cü il tarixli əlavə (dəqiqləşmə) ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə 2017-ci il tarixində nikaha daxil olsalar da, 2011-ci il tarixinin əvvəlindən evlənərək faktiki birgə yaşayıb birgə təsərrüfatla məşğul olaraq X4nun evi olan ünvan 1 ünvanında ikisi birgə yaşamışlar. Bunu təsdiqləyən iddiaçı X9 ilə X4nun birgə toy şənliyində çəkdirdiyi şəkillər və Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-812/2023 nömrəli qanuni qüvvəsini almış qətnaməsində Şahid və İddiaçı məhkəmə iclasında verdiyi ifadə ilə təsdiq olunur. ünvan 1 ünvanı 2013-cü il tarixində plana düşüb söküldüyündən mənzilə dair 54000 manat pul verilmişdir. X4 həmin puldan 27000 manat oğlu X17 verərək ona ev almışdır. Digər yerdə qalan 27000 manat pulla xx.xx.2013-cü il tarixində X4 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X15 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evini alaraq, İddiaçı və X4 birgə təsərrüfatdan əldə olunan qazancları ilə əlavə 13000 manat xərcləyərək mənzili təmir edib, ikisi birgə yaşamağa başlamışlar. xx.xx.2021-ci il tarixində X4 xəstələnərək vəfat etmişdir. X3 ölən bir vaxtadək İddiaçı tək özü ona baxaraq diqqət qayğı göstərmişdir. Mənzilə aid komunal xidmətlər İddiaçı adınadır. X8 qırx mərasimindən sonra qızı Şahid mənzilə köçüb yaşamaq istəmişdir. Buna görə də Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-812/2023 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə Şahid Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə köçrülməsi təmin olunmuşdur. Şahid mübahisəli evə köçürülsə də, hal-hazıradək həmin evdə yaşamır, özünə məxsus evdə öz ailəsi ilə birgə yaşayır. Bunu təsdiq edən hal isə mübahisəli mənzilə baxış keçirən vaxtı Şahid mənzildə şəxsi əşyaların və yatacaq yerinin olmamasıdır. Şahid mənzilə köçüldükdən bir müddət sonra, cavabdeh X29, uşağı və anası mənzilə köçərək yaşamağa başlamışlar. Cavabdeh X29, uşağı və anası mənzilə köçdükdən sonra İddiaçı faktiki nikah dövründə alınmış evinin kuxnasından, sanuzeldən və digər köməkçi sahələrdən istifadə etməsinə maneə olurlar. Cavabdeh X18 həyat yoldaşı X25 mübahisəli mənzilə heç vaxt köçməyib, orada heç vaxt olmayıb. Çünki, X19 mərhum X2 27000 manata ev almış həmin mənzilə X1. Bunu təsdiq edən Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(010)- 812/2023 nömrəli qanuni qüvvəsini almış qətnaməsində Şahid və İddiaçı məhkəmə iclasında verdiyi ifadələrdir. Bir daha qeyd edir ki, cavabdeh X29 həyat yoldaşı X25 olmadan mübahisəli mənzilə köçərək yaşayır. Cavabdeh X29 ilə X25 ayrılaraq ayrı yaşayırlar. Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-812/2023 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə əmlak qeydiyyatında çıxarışı olmayan, öz başına tikili olaraq qeyd edilən fərdi yaşayış evinə yaşayış və istifadə hüququ tanınaraq Şahid köçürüldüyü halda, İddiaçı da faktiki nikah dövründə birgə təsərrüfatla əladə olunmuş pulla alınmış evə hüququ tanınaraq X29, uşağı və anası Səidə qızının çıxarılaraq yaşayış evini boşaldıb cavabdeh İddiaçı təhvil verilməsi təmin olunmalıdır. İddiaçının etiraz ərizəsi xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndəsinin xx.xx.2024-cü il tarixli ərizəsinə etiraz edərək bildirir ki, X26 heç bir vaxt mübahisəli mənzilə köçərək yaşamamışdır. Çünki, X17 evin satılmasından verilən pula mənzil alaraq oraya köçüb yaşayır. Onlarda olan məlumata əsasən X26 Cavabdeh ilə birgə yaşamır, Cavabdeh özü, uşağı və anası köçərək mübahisəli mənzildə yaşayır. Ona görə də, cavabdeh qismində Cavabdeh uşağı və anası qeyd olunmuşdur. Cavabdehin etiraz ərizəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz vərərək, cavabdehin ata adının yanlış qeyd olunaraq göndərilməsi barədə məsələnin dəqiqləşdirilməsini və iddiaçının hər hansı hüququ olmadan verdiyi iddia ərizəsinin də rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, X5 iddia ərizəsində qeyd olun fərdi yaşayış evinə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, həmin qeyd olunan ev ona həyat yoldaşından miras qalmışdır. Eynilə iddiaçı iddia ərizəsində həmin qeyd olunan fərdi yaşayış evini aldığını və kommunal xidmətlərin onun adına olduğunu bildirir. Lakin, qeyd etdikləri ilə bağlı hər hansı hüquq müəyyənedici sənədlər iddia ərizəsinə əlavə edilməyib. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində də həmin qeyd olunan fərdi yaşayış evinin X5 olması ilə bağlıda heç bir sənəd yoxdur. Həmçinin qeyd edərək bildirir ki, cavabdeh olaraq onun ata adı iddia ərizəsində Yusif, məhkəmə bildirişində isə Rafiq olaraq qeyd edilib və ona məhkəmənin hazırlıq iclası barədə məlumat verilərək məhkəməyə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə eyni məzmunlu etiraz ərizəsini göndərmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, X13 hazırki mülki iş üzrə cavabdeh tərəfindən maraqlarına toxunan üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında 3-cü şəxs X26 bildirmişdir ki, o Bosnia Herseqovinadan bu məhkəməyə görə gəlmişdir. O, o qadını ilk gündən qəbul etməmişdir. O evi də o bacısının pulu ilə almışdır, atasının adına keçirmişdir. Bu xanımla yaşadılar. Nikahın olmayacağını demişdi. Valideynləri boşananda atası anasına ev payı vermişdi. Onlar atası ilə qalmışdılar. Atası sonra başqa xanımla evləndi. Həmin xanım rəhmətə getdi. Daha sonra başqa xanımlarla yaşadı. Atasına görə bu xanıma da dözdülər. Bacısı iddia qaldıranda, o Türkiyədə idi. Yoxsa o da müraciət edərdi. Onun guya boşandığını deyirlər. O o qadına görə həmin evə getmir. Atasının bütün xərclərini çəkmişdirlər. Əsas yük bacısına düşüb, indiyə kimi borcu var. Hətta evi satışa çıxarıb, 3 yerə bölməyi təklif etmişdir. Razılaşmışdı. 3-4 gün sonra dedi ki, ev onundur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 bildirmişdir ki, iş ətraflı araşdırılmışdır. İşin hallarından görünür ki, iddiaçının subyektiv hüququ yoxdur. Əmlak nikahdan əvvəl əldə olunub. Fidan xanımım vəsaiti hesabına alınıb. Əmlak Dövlət Reuestr Xidmətində qeydiyyatdan keçməyib. Fidan xanımın həmin evə köçürülməsi ilə bağlı qətanmə qəbul olunmuşdur. Həmin qətnamədən də görünür ki, ev Fidan xanımın vəsaitinə alınıb. İddiaçı yüngül həyat tərzi yaşayıb və məhz atalarına görə xanım o evdə yaşamağa başlayıb. İddianın rədd olunmasını xahiş edir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının onu iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, iddiaçı analığıdır. Ev 2013-cü ildə atasının evi olub. Rəhmətə getməzdən əvvəl onun adına olub. Məhkəmə qətnaməsi ilə ona orada yaşamaq hüququ verilib. Ağ şəhərdə evini satıb bunu almışdılar. Pulu o vermişdi. Ev alınanda anası sağ idi. Valideynləri boşananda onun 8-9 yaşı var idi. Qaragöz xanımla nikaha 2017-ci ildə giriblər. 2015-2016-cı ildən görüşürdülər. 2012-2013cü illərdə evi plana düşmüşdü. 45000-47000 manata satmışdılar. Evi qardaşıgil almışdı. Atası həyət evi istəyirdi. O da pul verdi, onlar aldılar. Onlar Bülbülədə kirayədə qalırdılar. Bayramlaşmağa getdi. Gördü ki, balaca bir evdir. Atasının o şəraitdə yaşamağını istəmədi. Kürdəxanıda kirayə qalır. Qardaşı da orada qalırdı. Sonra Qaragöz xanıma görə getdi. 2015-2016-cı illərdə onları çağırmışdı. Demək olar ki, Qaragöz xanım orada yaşamır. Gecə gəlir, bir az qalır, sonra gedir. Xanımın öz evi yoxdur. Atasının 3-cü nikahı idi. Anası 1-ci nikahı olub. Anasından sonra da evlənmişdi, o xanım da rəhmətə gedib. Hazırda o evdə Ülviyyəgil qalır. O da gedib qalır. Xanım 1-2 gün qalır, gedir. Dekabrda atası rəhmətə getdi. 40 günündən sonra ev üstündə mübahisə başladı. Atası xərçəng xəstəsi idi. Borc edib, onu müalicə edirdi. Qardaşı da o vaxt işsiz idi. 40 gündən sonra bir gün işdən qayıtdı, onları evə buraxmadı. 31-ci Polis Bölməsi şahiddir. Atasının ilini bibisigildə verməli oldu. Qıraqdan adamlar gətirirdi. O atası ilə evi təmir etmişdi. Evi pis günə qoymuşdular. Kommunal ödənişləri bölürlər. Atasının ölüm kağızını oğurlamışdı. Kommunalları öz adına keçirdi. Atasının pensiya pulunu da aldı. Nə yasa, nə qəbirə pul xərcləmədi. İş materialları. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ № 241351 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, Baba-zadə Namiq Ələsgər oğlu 19 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1337 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin qəbzinin çıxarışından görünür ki, Bakı şəhəri, Yeni Suraxanı, Yuxar qes., ev(bina):0065, mənzil:0003 ünvanında yaşayan **********50003 kodlu abonent İddiaçı 7.36 manat borc yazılmışdır. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 174636 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Baba-zadə Namiq Ələsgər oğlu və X11 arasında 05 aprel 2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 46 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Baba-zadə soyadı verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-812/2023 saylı qətnaməsi ilə iddiaçı Şahid Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Orconikidze Rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş, XİV-JQ seriyalı, 303441 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 (ata Baba-zadə Namiq Ələsgər oğlu, ana Baba-zadə Məlahət Gülsen qızı) 09 aprel 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 1438 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş, AZ-İ seriyalı, 629306 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və X30 arasında 20 noyabr 2010-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1915 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Babazadə soyadı verilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 08 may 2012-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 883674 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 (ata X26, ana Cavabdeh) 17 yanvar 2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1343 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 20 sentyabr 2013-cü il tarixli, 396875 nömrəli etibarnamənin surətindən görünür ki, X31 xx.xx.2014-cü il tarixədək onun əmlakı üzrə sərəncam vermək hüquqlarını X17 etibar etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli sənəddən görünür ki, Baba-zadə X21 Cəfər Əhməd oğluna 27000 ABŞ dolları verdiyini, evi boşaltdıqdan sonra X23 1000 ABŞ dolları verəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti MMC-nin xx.xx.2024-cü il tarixli hesabat cədvəlinin surətindən görünür ki, tikintinin sahibi - X12r, ünvan - Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllə ünvanında yerləşən obyektin inventar dəyəri 28896 manat təşkil edir, plan əlavə olunur. X31 tərəfindən Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti MMC-yə ünvanlanmış ərizədə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllə ünvanında yerləşən 292 kv.m torpaq sahəsində öz vəsaiti hesabına tikdirdiyi 80 kv.m olan fərdi yaşayış evinə "xxxx" MMC tərəfindən xx.xx.2008-ci il tarixli 18 saylı Daşınmaz əmlakın X6 rəyi hazırlanmışdır. Hal – hazırda ona məxsus fərdi yaşayış evini vətəndaş Baba-zadə Namiq Ələsgər oğluna satmışdır. Onun adına olan xx.xx.2008-ci il tarixli 18 saylı Daşınmaz əmlakın X6 rəyinin ləğv edilərək, bələdiyyəyə yeni vergi ödəyicisi kimi uçota durması məqsədi ilə həmin əmlakı yenidən Baba-zadə Namiq Ələsgər oğlunun adına qiymətləndirilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, daşınmaz əmlakla bağlı heç bir mübahisə yoxdur və gələcəkdə o və yaxın qohumları tərəfindən heç bir iddia olmayacaq. X31 tərəfindən Yeni Suraxanı bələdiyyəsinə ünvanlanan ərizədə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllə ünvanında yerləşən 292 kv.m torpaq sahəsində öz vəsaiti hesabına tikdirdiyi 80 kv.m olan fərdi yaşayış evinə "xxxx" MMC tərəfindən xx.xx.2008-ci il tarixli 18 saylı Daşınmaz əmlakın X6 rəyi hazırlanmışdır və o vergi ödəyicisi kimi bələdiyyədə uçota alınmışdır. Hal – hazırda ona məxsus fərdi yaşayış evini vətəndaş Baba-zadə Namiq Ələsgər oğluna satmışdır. Bələdiyyənin vergi ödəyicisi kimi uçotundan çıxarılması məqsədi ilə onun adına olan xx.xx.2008-ci il tarixli 18 saylı Daşınmaz əmlakın X6 rəyinin ləğv edilməsi və həmin əmlak üzrə Baba-zadə Namiq Ələsgər oğlunun bələdiyyəyə yeni vergi ödəyicisi kimi uçota durması üçün tədbir görülməsini xahiş etmişdir. Qeyd etmişdir ki, daşınmaz əmlakla bağlı heç bir mübahisə yoxdur və gələcəkdə o və yaxın qohumları tərəfindən heç bir iddia olmayacaq. İş materiallarında olan tikintinin təsviri planından çıxarışdan görünür ki, 2004-cü il tarixdə tikilən ümumi sahəsi 80 kv.m olan yaşayış evinin ilkin qiyməti 30100 manat, hazırkı inventar dəyəri 28896 manat təşkil edir. Bakı şəhəri Orconikidze Rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş, XİV-JQ seriyalı, 303440 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid Namiq qızı (ata Baba-zadə Namiq Ələsgər oğlu, ana Baba-zadə Məlahət Gülsen qızı) xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə 1014 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli, 440243 nömrəli etibarnamənin surətindən görünür ki, Baba-zadə Namik Ələsgər oğlu xx.xx.2022-ci il tarixədək səlahiyyətlərini Şahid etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli su borcunun ödənilməsinə dair sənəddən görünür ki, Baba-zadə Namik Ələsgər oğluna 179.24 manat borc yazılmışdır. "xxxx" MMC-nin xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın X6 rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllə ünvanında tikinti sahibi olan X23 məxsus yaşayış evinin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, 292 kv.m torpaq sahəsində 2004-cü ildə tikilmiş ümumi sahəsi 80 kv.m olan yaşayış evinin inventar dəyəri 28800 təşkil edir. İş materiallarına əlavə edilmiş yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən fərdi yaşayış evinə 20 iyun 2024-cü il tarixdə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ev 1 mərtəbəlidir, 2 otaqdan, mətbəxdən, hamam-tualetdən ibarətdir. Balaca həyətyanı sahəsi vardır. İddiaçı qaldığını bildirdiyi otaqda 1 servant, 1 balaca stol, güzgü stolu və yük var. Cavabdeh oğlu və baldızı ilə qaldığını bildirdiyi otaqda 1 çarpayı, 1 divan və şkaf var. Yerli baxış nəticəsində fərdi yaşayış evi ilə bağlı foto şəkillər iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ...82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir... Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə son olaraq xx.xx.2024-cü il tarixdə verilmiş və əlavə olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinin İddiaçı faktiki nikah dövründə birgə təsərrüfatla əldə olunması faktının tanınması tələb edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin artırılması ilə bağlı ərizə məhkəmənin baxış iclasına kimi verilə bilərdi. Bu xüsusatla iddiaçının xx.xx.2024-cü il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi və artırılması ilə bağlı ərizəsi qəbul edilmir. Məhkəmə hesab edir ki, mülki işə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi üzrə baxılmalıdır. Belə ki, iddiaçı ərizəsində Cavabdeh, uşağı və anası Səidə qızının fərdi yaşayış evindən çıxarılmasını tələb etsə də, iddia tələbinin “anası Səidə qızının” hissəsinə münasibətdə hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, həmin tikintiyə dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, e-2(010)-812/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı qeyd olunan yaşayış evinin Şahid ödədiyi kompensasiya hesabına alındığını qəbul etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə istinadən qeyd edir ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisələndirilən faktlar artıq sübut edildiyindən onların yenidən araşdırılması və mübahisələndirilməsinə ehtiyac qalmır. Həmçinin, qeyd edilir ki, hazırki iş üzrə İddiaçı mərhum əri Baba-zadə Namiq Ələsgər oğlu ilə nikahları 2017-ci ildə bağlanmışdır. Lakin, işə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, əmlakla bağlı 2013-cü ildə X31 tərəfindən Cavabdeh əri X13 adına etibarnamə verilmiş, fərdi yaşayış evi üçün vəsait isə iddiaçının əri və Cavabdeh qayınatası Baba-zadə Namiq Ələsgər oğlu tərəfindən ödənilmişdir. Ev özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması, evin kimin vəsaiti hesabına alınmasının müəyyən edilməsindən birbaşa asılıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, öz hərəkətlərinə hüquqi ixtiyar - subyektiv hüquq üç elemenlərdən birincidir və bu element bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) cavabdehdən həmin yaşayış evindən çıxarılmasını tələb etmə hüququ yoxdur. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarda yaşayış evinin dəqiq ünvanı yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübutlar evə kommunal xidmətlərin göstərilməsinə dair sənədlərdə istehlakçı kimi iddiaçının adının qeyd edilməsi ilə bağlıdır və bu sənədlər əsasında məhkəmə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olduğu nəticəsinə gələ bilməz. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evindən X29, uşağı və anası Səidə qızının çıxarılaraq yaşayış evinin boşaldılıb İddiaçı təhvil verilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evindən X29, uşağı və anası Səidə qızının çıxarılaraq yaşayış evinin boşaldılıb İddiaçı təhvil verilməsinə dair iddia tələbi təmin edilməməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1954/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1954/2024
02.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver