Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-197/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, İlkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia üzə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddia tələbi. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürmə tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddia tələbinin əsaslandırıldığı hallar. İlkin iddia onunla əsaslandırmışdır ki, İddiaçı1 keçmiş həyat yoldaşı Cavabdeh ilə 2000-ci ildə ailə münasibətini ləğv edib evi tərk etmişdir. Buna səbəb Cavabdeh ona xəyanət etməsi olmuşdur. Ev İddiaçı1 mərhum atası və anası X1 miras qalmışdır. Keçmiş həyat yoldaşı ilə əlaqəni kəsdiyi gündən bu vaxta qədər İddiaçı1 kirayədə yaşayır. Sonradan səhətində yaranan nasazlığa görə işləyə bilməmiş və hazırda qalmağa yeri yoxdur. O, şəkər xəstəsidir və buna görə sağ ayaq barmaqları amputasiya olunub. Buna görə də, o və ailə üzvləi mərhum validenlərindən qalan ünvan 2 ünvanına köçmək məcburiyyətindədirlər. Lakin, Cavabdeh onları evə buraxmır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qarşılıqlı iddia üzrə iddia tələbi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia üzə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 8, mənzil 24 ünvanında yerləşən mənzildən istifadə hüququ itirlmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildə Cavabdeh və İddiaçı1 aralarında ailə münasibətlərinə faktiki xitam verildikdən sonra, Cavabdeh İddiaçı1 aliment almaq üçün icra şöbəsinə müraciət etməyəcəyi əvəzində, İddiaçı1 evin ona qalmasına etiraz etməyəcəyi barədə şifahi razılığa gəlmişdilər. Bundan sonra İddiaçı1 evdən çıxıb getmiş və uzun illər ərzində başqa qadınla yaşamışdır. Hazırda həmin qadınla münasibətləri pozulduğu üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məlumat üçün bildir ki, İddiaçı1 onun keçmiş həyat yoldaşı olmuşdur. O, onunla 1994-cü ildə ailə qurmuşdur. Onların bu nikahdan xx.xx.1995-ci il təvəllüdlü X13 və xx.xx.1997-ci il təvəllüdlü X5 doğulmuşdur. İddiaçı1lə ailə münasibətləri özünün də qeyd etdiyi kimi 2000-ci ildən faktiki olaraq pozulmuşdur. Lakin nikahları rəsmi olaraq xx.xx.2007-ci il tarixdə pozulmuşdur. İddiaçı2 isə onun keçmiş həyat yoldaşının qardaşı oğludur. Cavabdeh İddiaçı1 və İddiaçı2 köçürülmək istədiyi mənzildə 1994-cü ildən yaşayır. Həmin vaxtdan İddiaçı2 valideynlərinə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evdə yaşamışdır. Otuz ilə yaxın müddət ərzində köçürülmə tələbi irəli sürdüyü mənzildə ümumiyyətlə yaşamamışdır. Cavabdeh iki azyaşlı uşaqlarının maddi tələbatını ödəyə bilmədiyi üçün, həmçinin İddiaçı1 anası X2 da onların yanında qaldığından maddi cəhətdən çətinlik çəkirdi. İddiaçı1 anasının təkidi ilə o aliment tələb etmişdir. Lakin, məhkəmə qətnaməsi ilə qət edilən aliment məbləğini aralarında olan şifahi razılığa əsasən İddiaçı1 almamışdır. İlkin iddia üzrə cavabdehin ərizəsi və etirazı. xx.xx.2023-cü il tarixdə ilkin Cavabdeh məhkəməyə etiraz ərizəsini göndərərək, iddiaçının ərizədə qeyd etdikləri tamamilə əsasız olduğunu bildirmişdir. İddiaçı1lə ailə münasibətləri özünün də qeyd etdiyi kimi 2000-ci ildən faktiki olaraq pozulmuşdur. Lakin, aralarında olan nikaha xx.xx.2007-ci ildə rəsmi olaraq xitam verildikdən sonra İddiaçı1 məhkəmə qərarı əsasında tutulan aliment almaq üçün icra şöbəsinə müraciət etməyəcəyi əvəzində onun evin ona qalmasına etiraz etməcəyi barədə şifahi razılığa gəlmişdilər. Bundan sonra iddiaçı evdən çıxıb getmiş və uzun illər ərzində başqa qadınla yaşamışdır. Hazırda həmin qadınla münasibətləri pozulduğu üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər İddiaçı2 isə onun keçmiş həyat yoldaşının qardaşı oğludur. O, hazırkı mənzildə 1994-cü ildən yaşayır. Həmin vaxtdan İddiaçı2 valideyinlərinə məxsus Hövsan qəsəbəsində yerləşən evdə yaşamışdır. Otuz ilə yaxın müddət ərzində köçürülmə tələbi irəli sürdüyü mənzildə ümumiyyətlə yaşamamışdır. Həmçinin, ev İddiaçı1 mərhum atasına orderlə verildiyi üçün qanunvericiliyin tələbləri baxımından miras əmlak sayıla bilməz. İddiaçı1 onunla boşandıqdan sonra öz anası və uşaqları ilə maraqlanmamış və onun qayğısına qalmamışdır. İddiaçı1 anası vəfat edən günə qədər mübahisəli evdə onunla birgə yaşamışdır və ona o baxmışdır. Qanunvericiliyin normalarından müəyyən edilir ki, əmlakın miras əmlak hesab edilməsi üçün həmin əmlak miras qoyanın öldüyü məqamda ona məxsus olmalıdır.Vərəsə isə həmin əmlakı qəbul etmək üçün ya mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməli, ya da əmlakı idarə etməyə başlamamaq mirası qəbul etdiyi şəksiz nümayiş etdirməlidir. Hazırkı halda isə mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı1 anasının vəfat etdiyi məqamda ona məxsus olmadığı üçün İddiaçı1 iddia ərizəsində qeyd etdiyi kimi, ona məxsus olan əmlak hesab edilmir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372 və 373-cü maddələrinin tələbləri baxımından İddiaçı1 tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisə predmeti olan mənzil 2001ci ildən əvvəl order əsasında İddiaçı1 anası mərhum X.Ağayevaya verildiyi üçün hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsini normaları tətbiq edilməlidir. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 oktyabr 2009-cü il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Hazırkı vəziyyətdə İddiaçı1 daimi yaşamaq üçün başqa yerə getdiyi, 2000-ci ildən bu günə qədər başqa mənzildə daimi yaşadığı və yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun mübahisə predmeti olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 8, mənzil 24 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd edilənlərlə yanaşı İddiaçı1 onun mənzilə buraxmadığını, məhz bu səbəbdən yaşayış sahəsindən məcburən çıxdığını bildirsə də, qeyd edilən hallara dair heç bir mötəbər sübutu iddia ərizəsinə əlavə etməmişdir. Hazırkı halda 2000-ci ildən indiyə kimi onu mübahisəli mənzilə buraxmamağını təsdiq edən halı özü üçün əlverişli olan halı bilavasitə iddiaçı sübut etməlidir. Lakin, İddiaçı1 həmin halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, qeyd edilən halları nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçıların İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsini, qarşılıqlı iddianı təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirmişdir. Vaqifin özünün də evi olmasını və orada yaşadığını, Rəhmanın evli və ailəsi olduğunu qeyd etmişdir. Uşaqlarını tək oxutdurduğunu, qaynanasına tək baxdığını demişdir. İş materialları. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X3 iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında mediasiya MŞB/2- 3260/2023 nömrəli işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X3 İddiaçı1, İddiaçı2 iştirak etmiş Cavabdeh Tahir qızına isə ilkin mediasiya sessiyası barədə sifarişli bildirişin göndərilməsinə baxmayaraq, o sessiyada iştirak etməkdən imtina etmişdir . İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı1, İddiaçı2 tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin icraiyyə komitəsi, Yaşayış sahəsinin uçotu və bölgüsü Şöbəsi tərəfindən X8 verilmiş 30 yanvar 1965-ci il tarixli, 24882 saylı orderdən görünür ki, onunla yaşayan 9 nəfərin ünvan 4 ünvanında yerləşən yaşayış sahəsini əldə etmək hüququ vardır: 1. X14, 2. X22., 3. İddiaçı2 Fərman oğlu, 4. X15, 5. X16, 6. X11, 7. X4, 8. X26, 9. X12,
10. İddiaçı1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynəlabdın Tağıyev küçəsi ev 8, mənzil 24-də X24, X5, X15, X28, X17, İddiaçı1, Cavabdeh, X9, X18, X13 qeydiyyatdadırlar. Suraxanı rayon BBAF şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş, Vİİ-ЖГ seriyalı, 340252 nömrəli nikah bağlanmasi haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı1 və Cavabdeh arasında 30 aprel 1997-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 194 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cü il tarixli AZ-İ 092733 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və Cavabdeh arasında nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 120 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 808789 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı1 və X10 arasında 07 noyabr 2012-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1589 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-ci il tarixli, AZ-İİ seriyalı 363795 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası İddiaçı1, anası X10) xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 2872 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 182854 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı2 və X19 arasında 19 fevral 2019-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 324 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz... Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir... Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. SSRİ və ittifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarının təsdiq edilməsi haqqında SSRİ Qanunu (xx.xx.1961 – xx.xx.1965) Sovet Sosialist Respublikaları X27 qərara alır: Maddə 1. “SSRİ və müttəfiq respublikaların mülki qanunvericiliyinin əsasları” təsdiq edilsin və 1962-ci il mayın 1-dən qüvvəyə minsin. Maddə 2. SSRİ X31 Heyətinə tapşırılsın ki, SSRİ və ittifaq respublikalarının mülki qanunvericiliyinin Əsaslarının qüvvəyə minməsi qaydasını müəyyən etsin və SSRİ-n qanunvericiliyini Əsaslara uyğunlaşdırsın. Maddə 3. İttifaq respublikalarının Ali Sovetlərinə tapşırılsın ki, ittifaq respublikalarının qanunvericiliyini SSRİ və ittifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarına uyğunlaşdırsınlar. Maddə 301. Kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış sahəsinin kirayəçisi ilə yanaşı, onunla birlikdə yaşayan kirayəçinin ailə üzvləri də kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələr əldə edirlər. Kirayəçinin yetkinlik yaşına şatmış ailə üzvləri bu müqavilədən irəli gələn öhdəliklərə görə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Kirayəçinin ailə üzvlərinə kirayəçinin arvadı, uşaqları və valideynləri daxildir. Digər qohumlar, habelə əmək qabiliyyəti olmayan himayəsində olan şəxslər kirayəçi ilə birlikdə yaşadıqda və onunla ümumi təsərrüfat apardıqda kirayəçinin ailə üzvləri kimi tanına bilərlər. Bu maddədə göstərilən vətəndaşlar kirayəçinin ailə üzvü olmaqdan çıxdıqda, lakin kirayədə olan yaşayış sahədə yaşamağa davam etdikdə, onlar kirayəçinin və onun ailə üzvləri ilə eyni hüquq və vəzifələrə malikdirlər. Maddə 302. Kirayəçinin başqa vətəndaşları yaşayış sahəsinə köçürmək hüququ Kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri və himayədə olan əmək qabiliyyətsizləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Maddə 306. Müvəqqəti olmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması Kirayəçi, onun ailə üzvü və ya bütün bu vətəndaşlar müvəqqəti olmadıqda, yaşayış sahədən istifadə hüququ altı ay müddətinə saxlanılır.... Kirayəçi və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan çox olmadıqda, bu müddət kirayəçinin və ya onun ailə üzvlərinin xahişi ilə kirayəyə verən tərəfindən, olmayanın yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisə yarandıqda isə məhkəmə uzadıla bilər. Azərbaycan Respublikasının 1964-cü il tarixli Mülki Məcəlləsi (qüvvədən düşüb) - 01 mart 1965-ci il tarixində qüvvəyə minmişdir. Maddə 305. Kirayəçinin ailə üzvlərini mənzilə köçürmək hüququ — 1986-cı il 17 noyabr tarixli fərmanla çıxarılmışdır. Maddə 306. Kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələri — 1986-cı il 17 noyabr tarixli fərmanla çıxarılmışdır. Maddə 307. Müvəqqəti olaraq başqa yerə gedənlərin mənzil sahəsinə olan hüquqlarının saxlanması — 1986-cı il 17 noyabr tarixli fərmanla çıxarılmışdır. Maddə 308. Kirayəçi başqa yerə getdikdə ailə üzvlərinin mənzilindən istifadə hüququ — 1986-cı il 17 noyabr tarixli fərmanla çıxarılmışdır. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsi (qüvvədən düşüb) Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri ...Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir.... Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.... Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur.... İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 85. Ailənin digər üzvünün icarədar hesab edilməsi nəticəsində yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddibuluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır... Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi üzrə iddia təmin edilməli, qarşılıqlı iddia tələbi üzrə iddia isə təmin edilməməlidir. Belə ki, İddiaçı1 30 yanvar 1965-ci ildən atası Fərman Ağayevə verilmiş mübahisəli evə istifadə hüququna malikdir. İddiaçı1 və Cavabdeh arasında rəsmi nikah 1997-ci ildə bağlanmış, Cavabdeh mübahisəli evə köçürülmüş, 2010-cu ildə isə onların arasında olan nikah pozulmuşdur. Tərəflərin hər ikisinin ifadəsi ilə, İddiaçı1 2000-ci ildə mübahisəli evi tərk etmiş, lakin orda qeydiyyatda qalmışdır, Cavabdeh isə övladları ilə həmin evdə indiyənə kimi yaşayır. Nəzərə alaraq ki, İddiaçı1 istifadə hüququ 30 yanvar 1965-ci il tarixində yaranmışdır, onun barəsində həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Belə ki, yuxarıda göstərildiyi kimi, 30 yanvar 1965-ci il tarixində “SSRİ və ittifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarının təsdiq edilməsi haqqında” xx.xx.1961-ci il tarixli SSRİ Qanunu qüvvədə idi, Azərbaycan Respublikasının 1964-cü il tarixli Mülki Məcəlləsi isə 01 mart 1965-ci il tarixində qüvvəyə minmişdir. Həmin Qanunun 306-cı maddəsinə əsasən, kirayəçinin, onun ailə üzvünün və ya bütün bu vətəndaşların müvəqqəti olmadıqda, yaşayış sahəsindən istifadə hüququ altı ay müddətinə saxlanılırdı. Qeyd etmək zəruridir ki, eyni müddəa sonra 1964-cü ilin Mülki Məcəlləsində və 1982-ci ilin Mənzil Məcəlləsində öz əksini tapmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il qərarına əsasən, ... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə hesab edir ki, sözügedən qərarın “SSRİ və ittifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarının təsdiq edilməsi haqqında” xx.xx.1961-ci il tarixli SSRİ Qanunu qüvvədən düşəndən xeyli sonra qəbul edilməsinə baxmayaraq, şərh edilən münasibətlərin tənzimi bütün bu müddət ərzində dəyişilməz olaraq qalmışdır. Buna görə də, nəzərə alınmalıdır ki, İddiaçı1 hal-hazırda başqa yaşayış yeri yoxdur, onun nə mövcud kirayə müqaviləsi, nə də ki mülkiyyət hüququ üzrə yaşayış sahəsi vardır. Odur ki, başqa əsaslar müəyyən edilmədikdən, İddiaçı1 ona məxsus istifadə hüquqlardan məhrum edilə bilməz və bununla da mübahisəli evə köçürülməlidir. Nəzərə alınmalıdır ki, kirayəçinin ailə üzvü olaraq, İddiaçı1 kirayəçi ilə eyni hüquq və vəzifələrə malikdir və bununla da, özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını və uşaqlarını sahəyə köçürmək ixtiyarına malikdir. Mübahisəli evdə yaşayan digər ailə üzvləri razılıq vermədiyindən, məhkəmə hesab edir ki, bu kimi hüquq təmin olunmalı, ailə üzvləri köçürülməlidir, həmçinin, yetkinlik çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İş materiallarından göründüyü kimi, İddiaçı2 1989-cu ildə Bakı şəhərində doğulmuş və həmin vaxtdan mübahisəli evdə qeydiyyatdadır. Mübahisəli ev orderlə onun babası, Fərman Ağayevə verilmişdir. İddiaçı2 atası X6 həmin evdən istifadə hüququ 1965-ci ildən yaranmış, bunun əsasında da o, öz ovladını - İddiaçı2 həmin evə qeydiyyata salmışdır. 2007-ci ildən İddiaçı2 yetkinlik yaşına çatmış, lakin həmin evdə qeydiyyatda olaraq qalmışdır. Məhkəmə qeyd edir ki, bu hissədə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları, yəni 1982-ci tarixli Azərbaycan SSR-in Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılırdı. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Eynilə, İddiaçı2 hal-hazırda başqa yaşayış yeri yoxdur, onun nə mövcud kirayə müqaviləsi, nə də ki mülkiyyət hüququ üzrə yaşayış sahəsi vardır. Odur ki, başqa əsaslar müəyyən edilmədikdən, İddiaçı2 ona müddətsiz verilmiş istifadə hüquqlardan məhrum edilə bilməz və mübahisəli evə köçürülməlidir. Nəzərə alınmalıdır ki, kirayəçinin ailə üzvü olaraq, İddiaçı2 kirayəçi ilə eyni hüquq və vəzifələrə malikdir və bununla da, özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını və valideynləri sahəyə köçürmək ixtiyarına malikdir. Mübahisəli evdə yaşayan digər ailə üzvləri razılıq vermədiyindən, məhkəmə hesab edir ki, bu kimi hüquq təmin olunmalı, ailə üzvləri köçürülməlidir, həmçinin, İddiaçı2 atası həmin evdə qeydiyyatdadır, yetkinlik yaşına çatmamış uşaqların isə öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.
Cavabdeh İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbi üzrə məhkəmə aşağıdakıları qeyd etməyə zəruri hesab edir. İddiaçı1 və Cavabdeh arasında rəsmi nikah 1997-ci ildə bağlanmış, sonuncu mübahisəli evə köçmüş və onun istifadə hüququ yaranmışdır. Həmin dövrdə qüvvədə olmuş 1982-ci tarixli Azərbaycan SSR-in Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 və 5-ci bəndinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılırdı.... şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Yəni, bu halda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə tələbinə subyektiv hüququ vardır. Lakin, o, öz ifadələrində onların 2000-ci ildən bu günə kimi başqa mənzildə daimi yaşadığı və yaşayış sahəsinə ehtiyacı aradan qalxdığını qeyd etsə də, İddiaçı1 və İddiaçı2 başqa yaşayış sahəsinə hüquqların olmasını sübut etməli olduğu halda, bunları sübut edə bilməmiş, məhkəməyə buna dair heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi münasibətdə məhkəmə qeyd edir ki, ərizədə hazırda qüvvədə olan və 2000-ci il sentyabr ayının 01-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad edilmişdir. İddiaçı1 evi 2000-ci ildə tərk etmişdir. Lakin, ərizəçi nəzərə almayıb ki, həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri üzrə iddia müddəti şamil edilmir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia təmin olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia üzə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İlkin iddia təmin edilsin. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanındakı mənzilə köçürülsün. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia üzə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva