Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1988/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6155,19 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, mülki iş üzrə İddiaçı X1 vərəsəsidir. ünvan 1 ünvanında qaz istehlakına görə mübahisə yaranıb. Göstərilən ünvandakı ev əvvəllər iddiaçının atasının xüsusi mülkiyyətində olub, o 2020-ci ildə vəfat etdikdən sonra qardaşı orada yaşayıb və qardaşı da 2020-ci ildə vəfat edib. Paylayıcı ilə istehlakçı arasında müqavilə mövcud olub və həmin müqavilənin 2.1.6-cı maddəsinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etməli, 2.1.7ci maddəyə əsasən istehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat verməlidir. Hazırda yeni sayğac gətirib quraşdırılıb və qazın verilməsi kəsilib, qazdan istifadə edilmir. Qazın kəsilməsinə səbəb olaraq İddiaçı bildiriblər ki, “əvvəlki borc ödənişlərini qəbul etdiyinə dair aktda imza et, həmin vaxtda qazın verilməsini təmin edək”. Bu hal isə borcları qəbul etməsi kimi qiymətləndirilir. Paylayıcı ilə istehlakçı arasında bağlanmış müqavilənin şərtləri paylayıcının özü tərəfindən pozulmuşdur. Belə ki, borc məbləğləri barədə daha əvvəl orada qardaşı, ondan əvvəl isə atası yaşayıb. Onlar yaşadığı vaxt heç bir tədbir görülməyib. Bugünkü tarixə qazın istifadəsi istehlakçıya qadağan edilirsə, daha əvvəldə qazın kəsilməsi kimi tədbirlər görülə bilərdi. İş materiallarından görünür ki, sonuncu akt 11.03.2022-ci ildə tərtib edilib və akt iddiaçı tərəfindən imzalanmayıb. Müqavilədə nəzərdə tutulur ki, vətəndaşa hər ay bildiriş verilir və vətəndaş bildiriş əsasında ödəniş edir. 2012-ci ildən sayğac olub, həmin vaxtdan bildiriş verilməli, borc bildirilməli, olan borc vətəndaşdan tələb edilməli, əgər borc ödənilmirsə müvafiq tədbirlər görülməli və ya qazın istehlakı dayandırılmalı idi. İddia tələbində qeyd olunan borc məbləğlərindən biri, hansıki abonent saldosundan da görünür ki, 151,20 manat qaz istehlakına yaranmış borc 2012-ci il tarixə təsadüf edir və həmin borc məbləği üzrə iddia müddəti ötmüşdür. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Belə ki, tərəfindən göndərilmiş etiraz, video yazı və subütlarla qeyd olunan faktlar təsdiqlənmişdir. Ümumi qazdan istifadəyə dair yaranmış borcların əsasları barədə etirazda qeyd olunub. Sonrakı dövrdə qaz sayğacı 5 dəfə dəyişilib və yenidən quraşdırılıb. İddiaçı hər dəfəsində yenidən sayğaca müdaxilə edib. 5 dəfə kiminsə eyni sayğaca müdaxilə etməsi mümkün deyil, bu səbəbdən iddiaçı sayğaca bilərək qoşulma edib. Qeyri-qanunu qoşulmaya görə 11 dəfə akt tərtib edilib və 1521 manat borc yazılıb. 2019-cu ildən 2020-ci ilin mart ayına kimi qoşulma aşkarlanıb. Fotoşəkillərdən görünür ki, ilin müxtəli fəsillərində qoşulmalar olub. Sayğac çıxarılaraq plastmas boru ilə birləşdirilərək işlədilib. Bundan əlavə, mexaniki sayğac istifadə olunanda 1873 manat istifadə edilib. Ödənişləri və smart sayğac üzrə aparılmış tutma çıxdıqdan sora 6155,19 manat borc qalmışdır. İddiaçı tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə isə münasibətdə bildirdi ki, borcdan tutmalar olub və bu səbəbdən iddia müddəti ötməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Cavabdeh İB-nin Bakı RQSD-nin rəisi X4 (Paylayıcı) ilə X3 (İstehlakçı) arasında Bakı şəhəri, ünvan 2 dair bağlanmış 12.08.2017-ci il tarixli AK-2/5430 №-li qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı”isə aldığı qazın dəyərini qaz sayğacının göstərişinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (bənd 1). Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir (bənd 2.3.1). Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən 29.09.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 118318 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19.09.2020-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən 01.04.2022-ci il tarixdə verilmiş X-142 №-li arayışdan görünür ki, 19.09.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsi, bacısı İddiaçı, qanun üzrə vərəsə kimi tanınmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 2 dair tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” ******* saylı 07.11.2017-ci il tarixli aktından görünür ki, sayğacın plastmas borusunun istehlakçı tərəfindən deşildiyi üçün 404.80 manat sərfıyyat itkisi müəyyən edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 2 dair tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” ******* saylı 29.11.2017-ci il tarixli aktından görünür ki, sayğacın plastmas borusunun istehlakçı tərəfindən deşildiyi, aşağı təzyiqdə keçən qazın həcmini qeyd etmədiyi üçün 149.00 manat sərfıyyat itkisi müəyyən edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 2 dair tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” ******* saylı 24.05.2018-ci il tarixli aktından görünür ki, sayğac hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmədiyi, mexaniki hesablama mexanizmini hərəkətə gətirən dişli çarx oxundan çıxarıldığı üçün 1814.40 manat sərfiyyat itkisi muəyyən edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 2 dair tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” ******* saylı 30.07.2019-cu il tarixli aktından görünür ki, sayğac hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmədiyi, sayğacda ALARM-1 aşkarlandığı uçun 486.00 manat sərfıyyat itkisi müəyyən edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 2 dair tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” ******* saylı 30.07.2019-cu il tarixli aktından görünür ki, 32,40 manat sərfıyyat itkisi müəyyən edilmişdir. Bundan əlavə, qaz xəttindən kənar qanunsuz olaraq qaz xəttinə qoşulduğu üçün iddiaçı tərəfindən 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 28.02.2020-ci il tarixli 02725502 saylı akt əsasında 194,40 manat, 04.03.2020-ci il tarixli ******* saylı akt əsasında 50,90 manat, ümumilikdə 1521,50 manat dəymiş zərər hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X5”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır və “Təbii X5nın pozulması haqqında” aktlara əsasən hesablanmış 2886,60 manat məbləğində borc ləğv olunmalıdır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilmiş və Cavabdeh İB əməkdaşları tərəfindən ümumilikdə 1521,50 manat məbləğində borc yazılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə aşkar olunmuş kənar xətt Cavabdeh İB-nin əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı cavabdehin kənar xətti təkrar aşkar etməsi halında iddiaçını bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Halbuki, “X5”nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qeyd olunan tədbirlər görülmədiyindən, hazırki vəziyyətdə iddiaçıdan bütün aktlara əsasən yazılmış pulun tutulması yolverilən hesab edilə bilməz. Eynilə də, qeyd olunan aktlara əsasən yazılmış bütün borcun silinməsi də qeyri-mümkündür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdən isə görünür ki, qeyd olunan videogörüntü 25.05.2022-ci ildə çəkilmişdir və həmin videogörüntüdə əvvəlki sayğacın dəyişdirildiyi, kənar qoşulmanın əvvəlki sayğaca münasibətdə quraşdırıldığı və hazırda yeni sayğacın kartının aktiv olmadığı və qazdan istifadə edilmədiyi müşahidə olunur. Belə olan halda məhkəmə hesab edir ki, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat dəymiş zərər istisna olmaqla, digər aktlara əsasən yazılmış ümumilikdə 862,7 manat borcun silinməsi hissəsində iddia təmin edilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçının ünvanına 2012-ci ilin sentyabr ayıına 151,20 manat qalıq borc hesablanmışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizədən görünür ki, 151,20 manat qaz istehlakına yaranmış borc 2012-ci il tarixə təsadüf etdiyindən və həmin borc məbləği üzrə iddia müddəti ötdüyündən həmin hissədə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qanunvericiliyin məzmunundan da göründüyü kimi vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil etdiyindən həmin tələb üzrə də iddia müddəti ötmüşdür və iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən silinməlidir. Həmçinin, cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, mexaniki qaz sayğacının göstəricilərinə görə 1873 manat borc yazılmışdır. Halbuki qaydalara əsasən qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Göründüyü kimi cavabdeh tərəfindən qazın verilməlisinin dayandırılması barədə yazılı bildiriş göndərilməmiş və borc ödənilmədiyi halda qazın verilməsi davam etdirilmişdir. Həmçinin, qanunvericiliyə əsasən qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz və həmin hissədə borc ləğv olunmalıdır. İddia tələbi digər hissələrdə əsassız olduğundan limitdən artıq istifadəyə görə yaranmış 84,10 manat, 1, 80 manat mənfiyə getmə ilə əlaqədar yaranmış borc və 53 manat borcdan tutma silinə bilməz və iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanına hesablanmış 2886,60 manat, 862,70 manat, 151,20 manat və 1873 manat olmaqla, ümumilikdə 5773,5 manat məbləğində borc ləğv olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 77,73 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 77,73 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, ünvan 2 hesablanmış (abonent kodu: **********00094) 5773,50 (beş min yeddi yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində borc ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 77,73 (yetmiş yeddi manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-1988/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1988/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver