Məhkəmə qərarları › İş №e-2(010)-2122/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2122/2022

22.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2122/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Qəhrəman qızının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Qəhrəman qızının Cavabdeh qarşı müqavilənin və maliyə arayışının etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qəhrəman qızı Cavabdeh qarşı müqavilənin və maliyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma, Çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MTK arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasında yerləşən 3 otaqlı, 125.23 kv. m sahəsi olan 60 saylı mənzilə dair bağlanmış müqavilənin və sonuncunun adına olan maliyə arayışının etibarsız hesab edilməsi, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair verilmiş Çıxarışın ləğv edilməsi cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasında yerləşən 3 otaqlı, 125.23 kv. m sahəsi olan 60 saylı mənzilə dair DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi verilmiş Çıxarışın ləğv iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi məhkəmə aidiyyət ilə bağlı bir sıra qərarlarında bu məsələnin həllinin məhz mübahisənin mahiyyətindən (təbiətindən) asılı olmasını ön plana çəkir. 06 oktyabr 2012-ci il tarixli Qərarda göstərilir ki, “bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, “publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №-li qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” Yuxarıda göstərilən qərarlarda olan hüquqi mövqelərini ümumiləşdirsək, münasibətin publik hüquq münasibəti və həmin münasibətdən doğan mübahisənin publik hüquqi mübahisə olmasını iddia etmək üçün bir sıra meyarların mövcud olması tələb edilir: Münasibətlərin publik hüqunun nizamasalma predmetinə aid olması; Münasibətlərdə hakimiyyət-tabeçilik elementinin olması; Hakimiyyət daşıyıcısı olan subyektə həmin funksiyanın qanun əsasında həvalə edilməsi. Yuxarıda göstərilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı olaraq nəzərə almaq lazımdır ki, iddia tələbi mənzilin tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətinə keçməsi ilə əlaqədar sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. İddiaçı tələbini cavabdsehlə "xxxx" MTK arasında bağlanmış müqavilənin etibarsız olması ilə əlaqədar əsaslanmışdır. Göründüyü kimi yuxarıda göstərilən meyarlar baxımından təhlil aparıldıqda müəyyən olunur ki, ilk növbədə münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. Yəni, iddiaçı mənzilə dair ilkin qeydiyyatın qanunsuz aparıldığını bildirdiyi üçün mübahisələndirilən münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəaları əsasında qurulduğu şübhə doğurmur. Həmin qanun isə publik hüququnun nizamasalma predmetinə aid məsələlərin tənzimlənməsinə yönəlmişdir. Digər tərəfdən aydındır ki, qeyd edilən Qanunun müddəları əsasında mənzilin ilkin qeydiyyatını həyata keçirtmək istəyən şəxslərlə müvafiq səlahiyyət verilmiş dövlət orqanı (inzibati orqan) arasında yaranan münasibətlərdir. Bu münasibətlərdə ilkin qeydiyyatı həyata keçirən orqan qanunun ona verdiyi səlahiyyət əsasında hərəkət edir, onunla həmin qeydiyyatı həyata keçirmək istəyən şəxs arasındakı münasibətlərdə hakimiyyət-tabeçilik elementi mövcuddur. Hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarından da irəli gəlir. Həmin qərarda göstərilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən qərardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. İddiaçının sonuncu iddia tələbi ilə bağlı müəyyən olunan hal ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında deyil, inzibati orqanın aktı nəticəsində aparılmışdır. Bu isə yuxarıda qeyd olunduğu kimi mülki hüququn deyil, publik hüququn nizamasalma predmetinə aid məsələdir. Ona görə də, həmin hərəkətin qanunsuzluğunu və onun nəticəsində verilmiş çıxarışı yalnız inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək olar. Bu isə ona dəlalət edir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 60 saylı mənzilin Cavabdeh adına DƏDRX tərəfindən 23 iyun 2022-ci il tarixdə verilmiş RX seriyalı ********** nömrəli çıxarışın ləğv edilməsi barədə tələbi məhkəmə qaydasında baxılmalı olmayan tələb olduğuna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə məhkəmə bu nəticəyə gəlir ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasında yerləşən 3 otaqlı, 125.23 kv. m sahəsi olan 60 saylı mənzilə dair "xxxx" MTK tərəfindən verilmiş maliyə arayışının etibarsız hesab edilməsi hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, Azərbaycaan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1 maddəsinə əsasən məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan sənədin etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər. Baxılan iş üzrə iddia ərizəsində iddiaçı cavabdehə verilmiş maliyyə sənədi olan maliyyə arayışının etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin sənəd əslində hazırkı mübahisənin həlli üzrə sübutlardan biri olmaqla özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) hüquqi nəticələr doğurmur. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflərin öz tələblərini və ya etirazlarını təsdiq edən sübutlar qismində istinad etdiyi istənilən sənədin, o cümlədən özüözlüyündə hüquqi nəticələrə səbəb olmayan, şəxsin hüquqlarına və ya qanunla qorunan mənafelərinə təsir etməyən (ziyan vurmayan) sənədin etibarsızlığı barədə tələb müstəqil iddianın predmeti ola və məhkəmədə baxılmalı ayrıca tələb kimi qəbul edilə bilməz. Tərəflər həmin sənədləri öz tələblərini və ya etirazlarını təsdiq edən sübutlar kimi məhkəməyə təqdim etməli və məhkəmə həmin sübutları, yolverilənliyi, mümkünlüyü, aidiyyəti, mötəbərliyi və yetərliyi baxımından qiymətləndirməlidir. Belə olan halda isə cavabdehin adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi hissədə iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Qəhrəman qızının ünvan 2 ünvanında yerləşən 60 saylı mənzilin Cavabdeh adına DƏDRX tərəfindən 23 iyun 2022-ci il tarixdə verilmiş RX seriyalı ********** nömrəli çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında inşa edilən yaşayış binasında yerləşən 3 otaqlı, 125.23 kv. m sahəsi olan 60 saylı mənzilə dair "xxxx" MTK tərəfindən Cavabdeh verilmiş maliyə arayışının etibarsız hesab edilməsi barədə iddia tələblər üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar