Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2145/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia Tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və iddiaçıya olan 181.16 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbin dəlilləri.
2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra “Bank") ilə Müştəri arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi" dair 06 aprel 2021-ci il tarixli ******************** müqavilə (bundan sonra “Müqavilə") bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixli RRN **********43 nömrəli kredit müvafiq bank tərəfindən təsdiqinə (“presentment") dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 181.16 manat həcmində ziyan dəymişdir.
Tərəflərin izahatları.
3. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat veməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirişdir ki, kartına daxil olan məbləği istifadə etmiş, bankla əlaqə saxladığı zaman xx.xx.2022-ci il tarixdə kredit bank tərəfindən təsdiqinə dair Banka məlumat daxil olmadığından qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Hesab edir ki, qeyd etdikləri ilə bağlı bankın səhvi olduğundan o heç bir ödəniş etməli deyil. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları.
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə" dair 06 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ******************** nömrəli “MC World” kart növü 3 il müddətinə verilmişdir.
6. xx.xx.2022-xx.xx.2024-cü il müddəti aralığında olan Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh ona təqdim edilən plastik kart üzrə pul vəsaitindən istifadə etmiş və istifadə olunub qaytarılmayan qalıq məbləğ -181.16 manat təşkil edir.
7. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli RRN **********43 nömrəli kredit müvafiq bank tərəfindən təsdiqinə (“presentment") dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 181.16 manat həcmində ziyan dəymişdir.
8. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 5 iş günü müddətində 181.16 manat pul vəsaitinin Banka geri qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
9. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, cavabdeh iddiaçı banka məxsus plastik kart istifadəçisidir. İddiaçı tələbində ona əsaslanır ki, kredit müvafiq bank tərəfindən təsdiqinə (“presentment") dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 181.16 manat həcmində ziyan dəymişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, həmin pul vəsaitinin istifadəsi ilə bağlı hər hansı bir yanlışlıq baş vermişsə də, bankın təqsiri nəticəsində olmuşdur.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə" dair 06 aprel 2021-ci il tarixli müqavilə imzalanmış və Cavabdeh ******************** nömrəli “MC World” kart növü 3 il müddətinə verilmişdir. xx.xx.2022-ci il tarixli RRN **********43 nömrəli kredit müvafiq bank tərəfindən təsdiqinə (“presentment") dair Banka məlumat təqdim olunmadığından qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Eyni zamanda iş materiallarından o da müəyyən edilir ki, cavabdeh ona təqdim edilən plastik kart üzrə pul vəsaitindən istifadə etmiş və istifadə olunub qaytarılmayan qalıq məbləğ 181.16 manat təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən kart üzrə əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkildikdən sonra istifadə edilmiş qalıq 181.16 manat geri qaytarılmayan məbləğ qalmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğin cavabdehdə qalması onun əsassız varlanması halı kimi qiymətləndirilməlidir və bu hal iddia tələbinin əsaslı olmasına dəlalət edir. Ona görə ki, həmin məbləğin cavabdehdə qalmasının hüquqi əsası yoxdur. Məhkəmə cavabdehin etirazına münasibətdə isə bildirir ki, cavabdeh qeyd olunan halın bankın təqsiri nəticəsində baş verdiyini bildirsə də, bu hal işin araşdırılan halları ilə təsdiqini tapmır. Digər tərəfdən, iş üzrə iddiaçı tərəfindən təqdim edilən dəlillərin əsassızlığına dəlalət edən hər hansı bir sübut da cavabdeh tərəfindən təqdim etməmişdir.
Məhkəmə xərcləri.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. “AR Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur və hazırda qeyd edilən məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İddia tələbi tam təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Mı̇ rzəyev İlqar Adıgözəl oğlundan 181.16 manat pul vəsaiti və iş üzrə 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh Mı̇ rzəyev İlqar Adıgözəl oğlundan 181.16 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh Mı̇ rzəyev İlqar Adıgözəl oğlundan 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.