Məhkəmə qərarları › İş №e-2(010)-2162/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2162/2025

26.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2162/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının və dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunma, xx.xx.2025-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxmaya aylıq əmək haqqının ödənilməsi, əmək münasibətlərində olduğu 10 il müddəti üçün istifadə etmədiyi ödənişli əmək məzuniyyətinə görə 6000 manat məbləğində kompensassiyanın və hər ay üçün 300 manat məbləğində normadan artıq, bayram və digər qeyri-iş günlərinə görə əmək haqqının ona dəymiş 5000 manat məbləğində maddi və 50 000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim edərək həmin barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iddiaçı ilə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflər arasından bağlanmış barışıq sazişinin şərtlərinə görə, 2.1. Tərəflər təsdiq edirlər ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, 2.2. cavabdeh öhdəlik götürür ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmri ləğv edir, 2.3. İddiaçı öhdəlik götürür ki, öz xahişi ilə xx.xx.2025-ci il tarixindən Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) ilə bağlı ərizəsini cavabdehə təqdim edir, 2.4. Cavabdeh iddiaçının ərizəsi əsasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə əmr verilməsi barədə öhdəlik götürür, 2.5. Saziş məhkəmə qərarı ilə təsdiq olunduqdan sonra 10 gün ərzində Sazişin 2.4-cü bəndində qeyd olunan yeni əmrin icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət edilməsi barədə cavabdeh öhdəlik götürür, 2.6. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında yazılmış qeydə müvafiq düzəliş edilərək İddiaçı ilə “X2” MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı qeyd yazılması barədə cavabdeh öhdəlik götürür, 2.7. Tərəflər təsdiq edirlər ki, iddiaçının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-2162/2025 saylı mülki iş üzrə iddia tələbi əsasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə ona ödənilməmiş əmək haqqı və hesablanmış məzuniyyət günləri üçün kompensassiya məbləği, dəymiş maddi və mənəvi ziyanın məbləği və məhkəməyə müraciət olunması üçün iddiaçının çəkdiyi mediasiya və vəkil xidməti xərcləri üçün ümumilikdə 3250 (üç min iki yüz əlli) manat cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə ödəniş edilmişdir, 2.8. Tərəflər təsdiq edirlər ki, Sazişin 2.7-ci bəndində qeyd olunan 3250 (üç min iki yüz əlli) manat məbləğ İddiaçının vəkili Vəkil1 (Vəkillik vəsiqəsi № VK- 1779) aşağıdakı bank hesabına ödənilir: Bankın adı: Kapital Bank OJSC, Kapital Bank bas ofisi Filialın kodu: 200004 Valyuta: AZN VÖEN: ********** SWİFT: AİİBAZ2X Hesablaşma hesabı: AZ97AİİB******************** Müştərinin adı: Vəkil1, 2.9. İddiaçı bu Sazişin imzalanması ilə əlaqədar olaraq artıq heç bir maddi və ya mənəvi tələbi qalmadığını, Cavabdehdən əlavə ödəniş, təzminat və ya kompensasiya istəməyəcəyini bir daha təsdiq edir, 2.10.Tərəflər təsdiq edir və öhdəlik götürür ki, bu sazişin predmetinə dair və ya əmək münasibətləri dövründə yaranmış hallarla bağlı, eyni zamanda tərəflər arasındakı istənilən münasibət və ya mübahisə ilə bağlı ictimaiyyətə açıq məkanlarda (mətbuat, sosial media, bloq və digər kütləvi informasiya vasitələri daxil olmaqla) hər hansı mənfi, təhqiredici, nüfuzu ləkələyən və ya tərəflərin işgüzar nüfuzuna xələl gətirə biləcək məlumat, fikir, paylaşım və ya şərh yaymayacaqlar, 2.11. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)- 2162/2025 saylı mülki iş üzrə iddia tələbindən tamamilə imtina etməyi və hazırki barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdim etməyi öhdəsinə götürür, 2.12. Hazırki barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, saziş üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırki barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaqdır, 2.13.Tərəflər bu Sazişin müddəalarını məhkəmədənkənar heç bir yerdə müzakirə etməyəcəyini və məlumatları açıqlamayacağını öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən,tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilməlidir. Bu Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək, onların ərizələrini, təqdim olunmuş barışıq sazişini və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barışıq sazişi işçi və işəğötürən arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və iddiaçının çəkdiyi xərclərin tutulması ilə bağlı olduğundan qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin; 2.2. Cavabdeh öhdəlik götürür ki, İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmri ləğv etsin. 2.3. İddiaçı öhdəlik götürür ki, öz xahişi ilə xx.xx.2025-ci il tarixindən Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) ilə bağlı ərizəsini cavabdehə təqdim etsin. 2.4. Cavabdeh öhdəlik götürür ki, İddiaçı ərizəsi əsasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə əmr verilsin. 2.5. Cavabdeh öhdəlik götürür ki, Saziş məhkəmə qərarı ilə təsdiq olunduqdan sonra 10 gün ərzində Sazişin 2.4-cü bəndində qeyd olunan yeni əmrin icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etsin. 2.6. Cavabdeh öhdəlik götürür ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında yazılmış qeydə müvafiq düzəliş edilərək İddiaçı ilə “X2” MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı qeyd yazılsın. 2.7. Tərəflər təsdiq edirlər ki, iddiaçının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-2162/2025 saylı mülki iş üzrə iddia tələbi əsasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə ona ödənilməmiş əmək haqqı və hesablanmış məzuniyyət günləri üçün kompensassiya məbləği, dəymiş maddi və mənəvi ziyanın məbləği və məhkəməyə müraciət olunması üçün iddiaçının çəkdiyi mediasiya və vəkil xidməti xərcləri üçün ümumilikdə 3250 (üç min iki yüz əlli) manat cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə ödəniş edilsin. 2.8. Tərəflər təsdiq edirlər ki, Sazişin 2.7-ci bəndində qeyd olunan 3250 (üç min iki yüz əlli) manat məbləğ iddiaçının vəkili Vəkil1 (Vəkillik vəsiqəsi № VK- 1779) aşağıdakı bank hesabına ödənilsin. Bankın adı: Kapital Bank OJSC, Kapital Bank baş ofisi Filialın kodu: 200004 Valyuta: AZN VÖEN: ********** SWİFT: AİİBAZ2X Hesablaşma hesabı: AZ97AİİB******************** Müştərinin adı: Vəkil1 2.9. İddiaçı bu Sazişin imzalanması ilə əlaqədar olaraq artıq heç bir maddi və ya mənəvi tələbi qalmadığını, cavabdehdən əlavə ödəniş, təzminat və ya kompensasiya istəməyəcəyini bir daha təsdiq etsin. 2.10.Tərəflər bu sazişin predmetinə dair və ya əmək münasibətləri dövründə yaranmış hallarla bağlı, eyni zamanda tərəflər arasındakı istənilən münasibət və ya mübahisə ilə bağlı ictimaiyyətə açıq məkanlarda (mətbuat, sosial media, bloq və digər kütləvi informasiya vasitələri daxil olmaqla) hər hansı mənfi, təhqiredici, nüfuzu ləkələyən və ya tərəflərin işgüzar nüfuzuna xələl gətirə biləcək məlumat, fikir, paylaşım və ya şərh yaymayacaqlarını təsdiq etsin və öhdəlik götürsün. 2.11. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)- 2162/2025 saylı mülki iş üzrə iddia tələbindən tamamilə imtina etməyi və hazırki barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdim etməsini öhdəsinə götürsün. 2.12. Hazırki barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə saziş üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırki barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazının olmamasını və olmayacağını təsdiq etsinlər. 2.13.Tərəflər bu Sazişin müddəalarını məhkəmədən kənar heç bir yerdə müzakirə etməyəcəklərini və məlumatları açıqlamayacaqlarını öz öhdəsinə götürsün. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar