Məhkəmə qərarları › İş №e-2(010)-2191/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2191/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2191/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh X2 nümayəndəsi (vəkili) Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 Şirkəti, X3 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 Şirkəti, X3 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı1 üzrlü səbəb göstərmədən, xx.xx.2024-cü il tarixdə saat 11:40-da, xx.xx.2024-cü il tarixdə saat 10:40-da, xx.xx.2024-cü il tarixdə saat 11:00-da, xx.xx.2024cü il tarixdə saat 09:30-da, xx.xx.2024-cü il tarixdə saat 10:30-da, xx.xx.2024-cü il tarixdə saat 11:40-da keçirilən məhkəmə hazırlıq iclasları, xx.xx.2024-cü il tarixdə saat 11:40-da və sonuncu xx.xx.2024-cü il tarixdə saat 11:40-da keçirilən məhkəmə baxış iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə işi baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı1 məhkəmənin çağırışlarına gəlmədiyindən və cavabdeh tərəf də ona münasibətdə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Şirkəti, X3 qarşı "pul" tələbinə dair iddia ərizəsi İddiaçı1 münasibətdə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 Şirkəti, X3 qarşı "pul" tələbinə dair iddia ərizəsi İddiaçı1 aid hissədə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar