Məhkəmə qərarları › İş №e-2(010)-2216/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2216/2025

12.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2216/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi mirasın qəbulu müddətinin uzadılması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbulu müddətinin uzadılması ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta və 1 saylı Bakı ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğlundan miras qalmış əmlakın xx.xx.2015-ci ildə vəfat etmiş oğlu Tofiq İbrahim oğlunun qızı Ərizəçi Tofiq qızı tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab olunmaqla uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi əlavəsi olmadığını bildirmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, Səkinə xanım etiraz edir. Qeyd edir ki, aralarında mübahisə olduğundan bu məsələ xüsusi icraat qaydasında baxıla bilməz. Bu səbəbdən işin baxılmamış saxlanılmasını xahiş edirlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.10-cu maddələrinin tələblərinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 Məmmədhüseyn oğlu tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Beləliklə, təsvir olunanlara əsasən, maraqlı şəxs tərəfindən əsaslı etiraz verildiyindən və hüquq barədə mübahisə olduğundan, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və əlavə olunmuş sənədlər və dövlət rüsumu ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi mirasın qəbulu müddətinin uzadılması barədə ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödəniş sistemində ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə məhkəməə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 Məmmədhüseyn oğluna büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar