Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2243/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "müqavilə üzrə borcun ödənilməsi və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh MMC-dən 10.000 (on min) manat icarə haqqı ödənişinin, 43242.20 (qırx iki min iki yüz qırx iki manat iyirmi qəpik) manat əmlaka vurulmuş zivana görə maddi vəsaitin və 250 (iki yüz əlli) manat dövlət rüsumunun ümumilikdə 53492.2 (əlli üç min dörd yüz doxsan iki manat iyirmi qəpik) manatın İddiaçı Oktay qızı xeyrinə tutulması. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə X5 arasında xx.xx.2023 - cü il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********11-05301-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanılmışdır. İcarə müqaviləsinin 3 və 4-cü bəndinə əsasən, Cavabdeh MMC ilə icarə müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixdək yəni 5 il müddətinə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən, aylıq icarə haqqı 2500 (iki min beş yüz) manat, 6-cı bəndinə əsasən isə, icarə haqqı üzrə ödənişə xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən icarəyə götürülmüş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsində yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat istintaq idarəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda icarə obyektində quraşdırılmış kondisionerdə olan nasazlığın yanğının baş verməsinə səbəb kimi, eyni zamanda sözügedən kondisionerin də icarəçiyə məxsus olması müəyyən olunmuşdur. İcarə müqavilənin 13-cü bəndinə əsasən, icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. İcarəçi Cavabdeh MMC ilə icarə müqaviləsi birtərəfli qaydada ləğv edilməklə xx.xx.2024-cü il tarixdən "xxxx" MMC ilə yeni icarə müqaviləsi bağlamışdır. Hadisənin baş verməsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq icarəçi Cavabdeh MMC 2024-cü ilin may ayına kimi 4 aylıq icarə haqqı olaraq 10.000 (on min) manat, eyni zamanda xx.xx.2025 -ci il tarixli, 07-17/25 saylı mütəxəssis rəyinə əsasən, şirkətin əməkdaşlarının təhlükəsizlik qaydalarının pozması nəticəsində icarədə olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir və bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 43242.2 (qırx iki min iki yüz qırx iki, iki qəpik) manat müəyyən olunmuş və bu vəsaitin də şirkət tərəfindən ödənişi həyata keçirilməlidir. Həyat yoldaşı X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, 5 saylı Bakı ASAN XİDMƏT mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı və övladları X6, X7 ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********11-05301-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsinə dair mərhum yoldaşının qanuni vərəsələri qismində tanınmışlar. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********11-05301-083005 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsi 3/5 hissədə iddiaçının, 1/5 hissələrdə övladlarının hüquqlarının qeydiyyatı həyata keçirilmişdir. Eyni zamanda Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə övladları azyaşlı olduqları üçün ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsində onlara aid payların idarə edilməsi hüququ iddiaçıya verilmişdir. Hazırkı iddia tələbi üzrə cavabdehə qarşı iddia tələbimizin qaldırılmasında subyektiv hüququ mövcuddur. Tərəfindən Cavabdeh MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə borc öhdəliyini yerinə yetirərək X1 qanuni varisi İddiaçı Oktay qızına olan Cavabdeh MMC-nə aid 53242.20 (əlli üç min iki yüz qırx iki manat iki qəpik) manat icarə haqqı və vurulmuş zərər qismində maddi vəsaitin ödənişini icra edilməsi barədə xx.xx.2025-ci il tarixdə pritenziya məktubu göndərilsə də, cavabdeh şirkət öz üzərinə düşən öhdəliklərini icra etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsi icarəyə verilib. İcarə müqaviləsi 5 illik bağlanılıb. Aylıq icarə haqqı 2500 manat təşkil edir. Həmin icarə obyektində yanğın baş verib. İcarə obyektində quraşdırılmış kondisionerdə olan nasazlıq yanğının baş verməsinə səbəb olmuşdur. Bununla bağlı cinayət işin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar var. Hazırda obyekt yararsız vəziyyətdədir. Buna görə də, həmin obyektdən İddiaçı gəlir əldə edə bilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 14 aprel 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edərək bildirmişdir ki, o vaxt karqo işi ilə məşğul idi. Karqo işinə başqa bir şəxslə başlamışlar. İlk ayında yanğın baş verdi. Sonra həmin şəxs obyektin sahibi ilə razılaşdı ki, icarə haqqını artıq o ödəyəcək. Beləliklə, icarə haqqının ödənilməsini həmin şəxs öz üzərinə götürdü və buna görə də, icarə haqqının ödənilməsi ona aid deyil. İş materialları X5 (İcarəyə verən) və Cavabdeh MMC (İcarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus tam hissəsini icarəyə verir, “İcarəçi” isə bunun müqabilində “İcarəyə verən”ə 2500 manat icarə haqqı ödəyir. İcarə müddəti xx.xx.2028-ci il tarixədək müəyyən edilir və müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən, X2 məxsus, CavabdehMMC-nin direktoru Nümayəndə2 icarəyə verilmiş 194.3 kv/m olan qeyri yaşayış sahəsində baş vermiş yanğın faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. AZ İİ № 413758 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-ci ıl tarixdə vəfat etmiş-X1 vərəsələri: Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X14. EV 280D ünvanında qeydiyyatda olan arvadı-İddiaçıdır. O miras əmlakdan 3/5 hissədə pay almalıdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X14. 280D ünvanında qeydiyyatda olan oğlu-X12 Oğlu Baki Şəhəri, Sabunçu Rayonu, Bakıxanov qəsəbəsi. X14, EV 280D ünvanında qeydiyyatda olan qızı-X4r və onların hər bir miras əmlakdan 1/5 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nm yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə X3 verilmiş **********11-05301-083005 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 194.3 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. Qeydiyyat nömrəsi ********** saylı xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 3/5 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi tərəfindən CavabdehMMC-nin direktoru Nümayəndə2 pritenziya məktubu göndərilmişdir. "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın nəticəsi olaraq xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 43242,20 manat məbləğində müəyyən olunmuşdur. İşin faktiki halları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi əvvəllər İddiaçı mərhum əri Rəşad Kazımbəylinin mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçının mərhum əri Rəşad Kazımbəyli ilə Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi 5 il müddətinə Cavabdeh MMCyə icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixində sözügedən obyektdə yanğın baş vermişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 675. Əmlak kirayəsi müqaviləsi. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 690. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu. 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi əvvəllər İddiaçı mərhum əri Rəşad Kazımbəylinin mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçının mərhum əri Rəşad Kazımbəyli ilə Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi 5 il müddətinə Cavabdeh MMCyə icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixində sözügedən obyektdə yanğın baş vermişdir. Hazırda iddiaçı, Cavabdeh MMC-dən həmin yaşayış sahəsi üzrə ödənilməmiş icarə haqqına görə 10000 manat, yanğın nəticəsində əmlaka vurulmuş zərərə görə isə 43242,20 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh iddia tələbi ilə razılaşmamış və etirazını onunla əsaslandırmışdır ki, məsuliyyəti o yox, onun biznes partnyoru daşıyır. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus, Cavabdeh MMC-nin istifadəsində olan qeyri yaşayış sahəsində yanğın hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, sözügedən yanğın hadisəsi cavabdehə məxsus kondisionerdə yaranmış nasazlıq səbəbindən baş vermiş və həmin hadisə nəticəsində obyektə 43242,20 manat zərər dəymişdir. Cavabdehin bu faktları da mübahisələndirməsi iş materialları ilə müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC İddiaçı məxsus qeyriyaşayış sahəsinə vurduğu zərərə görə məsuliyyət daşımalıdır. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, o, icarəyə götürdüyü qeyri yaşayış sahəsinin təhlükəsizlik qaydalarına riayət etməmiş, nəticədə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə zərər vurmuşdur. Məhkəmə cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı bir daha qeyd edir ki, vurulmuş zərər 43242,20 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbinin “ödənilməmiş 10000 manat məbləğində icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, göründüyü kimi, hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi əvvəllər iddiaçının mərhum əri Rəşad Kazımbəylinin mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixində iddiaçının mərhum əri Rəşad Kazımbəyli ilə Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi 5 il müddətinə aylıq icarə haqqı 2500 manat olmaqla Cavabdeh MMC-yə icarəyə verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh sözügedən müqavilə üzrə 4 aylıq icarə haqqını ödəməmiş, cavabdeh isə bu faktı mübahisələndirməmişdir. Cavabdeh sadəcə etirazını haqsız olaraq onunla əsaslandırmışdır ki, həmin müqavilə üzrə o deyil, başqa şəxs məsuliyyət daşıyır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqı üzrə 10000 manat məbləğində pul vəsaiti tələb etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ödənilməmiş icarə haqqına görə 10.000 (on min) manat, yanğn hadisəsi nəticəsində qeyriyaşayış sahəsinə vurulmuş zərərə görə 43242.20 (qırx iki min iki yüz qırx iki manat iyirmi qəpik) manat, ümumilikdə 53242.20 (əlli üç min iki yüz qırx iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 250 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, ödənilmiş 250 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ödənilməmiş icarə haqqına görə 10.000 (on min) manat, yanğın hadisəsi nəticəsində qeyri-yaşayış sahəsinə vurulmuş zərərə görə 43242.20 (qırx iki min iki yüz qırx iki manat iyirmi qəpik) manat, ümumilikdə 53242.20 (əlli üç min iki yüz qırx iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2243/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2243/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver