Məhkəmə qərarları › İş №e-2(010)-2490/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2490/2025

24.06.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2490/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi Cəfərov Məhəmməd-Mustafa Nasir oğlu və X*6 qanuni nümayəndəsi Ərizəçi iştirakı ilə, Ərizəçi Cəfərov Məhəmməd-Mustafa Nasir oğlu və X*6 qanuni nümayəndəsi Ərizəçi şəxsin ölmüş elan olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, qəyyumluğu altında olan *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd- Mustafa Nasir oğlunun və 29.09.20*6-cı il təvəllüdlü X*3 ataları, 24.05.*976-cı ildə Tərtər rayonu, Qarağacı kəndində anadan olmuş X*7 20*7-ci ilin avqust ayının 20-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X8, Cəfərov Məhəmməd-Mustafa Nasir oğlu (onun adından qəyyumu X8), X25 (onun adından qəyyumu X8) məhkəməyə ərizə ünvanlayaraq, yetkinlik yaşına çatmayan *4.06.20*5-ci il təvəllüdlü Cəfərov Məhəmməd-Mustafa Nasir oğlu və 29.09.20*6-cı il təvəllüdlü X*6 ərizəçi kimi qeyd edilməsini və X4 və X*6 ataları, 24.05.*976-cı ildə Tərtər rayonu, Qarağacı kəndində anadan olmuş X*7 20*7-ci ilin avqust ayının 20-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun qızı *4.06.*99*-ci il təvəllüdlü X22 20*4cü ilin əvvələrində 24.05.*976-cı il təvəllüdlü X26 ilə faktiki nikah münasibətlərinə girməklə evlənmişdir. 20*4-cü ildə Cəfərov Nasir onların xəbəri olmadan qızı Xumar ilə birlikdə Türkiyə sərhəddini keçərək, Suriyaya, oradan da İraq Respublikasına getmişlər və X26 orada İŞİD terror təşkilatına qoşularaq döyüşlərə qatılmışdır. İraqda onların iki övladları – *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd-Mustafa Nasir oğlu və 29.09.20*6-cı il təvəllüdlü X23 doğulmuşdur. Onu da qeyd edir ki, X33ın əri X*7 anası X*9 da İraq Respublikasına getmiş və onlarla birlikdə orada qalmışdır. 20*7-ci ilin avqust ayının 20-də İraqın Təlafər şəhəri terror nəticəsində dağıdılmış, X26 vəfat etmişdir. X*0 və qayınanası X5 Təlafər şəhərində Kürd Pəşmərgə qüvvələrinə təslim olmuşlar. *3 sentyabr 20*7-ci il tarixində X*0 və qayınanası X6 polisi tərəfindən həbs edilmişlər. Qızı X7 Respublikası Bağdad Məhkəməsinin *4.03.20*8-ci il tarixli hökmü ilə edam cəzasına məhkum edilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, o, (X22) 20*4-cü ildə Türkiyə vasitəsilə İraqa qeyri-qanuni olaraq daxil olmuş və İŞİD onu qarşılamışdır. O, terror təşkilatının üzvü olan Azərbaycan vətəndaşı X37 ilə (X26) evlənmişdir. Əri təşkilatın sıralarına qoşulmuş və o və övladları təşkilatdan böyük miqdarda maliyyə məbləğləri almışdır. Əri təşkilatla birgə döyüşlərdə iştirak etmiş və İraq qüvvələri və İŞİD arasında olan Təlafərin azad olunması əməliyyatlarında öldürülmüşdür. Bildirir ki, X*0nın evliliyindən anadan olmuş övladları *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd-Mustafa Nasir oğlu və 29.09.20*6-cı il təvəllüdlü X23 2020-ci ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda onunla birgə yaşayırlar. Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının **.03.2020-ci il tarixli, 39 saylı Sərəncamı ilə o – X8 nəvələri *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd-Mustafa Nasir oğlunun və 29.09.20*6-cı il təvəllüdlü X*3 üzərində qəyyum təyin edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(0*0)-2700/2020 saylı qətnaməsi ilə X*0ndan dünyaya gəlmiş Qurbanov Məhəmməd-Mustafa Nasir oğlunun *4.06.20*5-ci il tarixdə və X*3 29.06.20*6-cı il tarixdə İraqda doğulmaları faktı müəyyən edilmiş və onların ata qrafasında adı Nasir, soyadı isə Qurbanov qeyd olunmuşdur. Suraxanı rayon Məhkəməsinin *0.02.2025-ci il tarixli 2(0*0)-36*/2025 saylı qətnaməsi ilə 24.05.*976-cı ildə Tərtər rayonu, Qarağacı kəndində anadan olmuş X*7 qəyyumluğu altında olan nəvələri - *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd-Mustafa Nasir oğlu və 29.09.20*6-cı il təvəllüdlü X*3 ataları olması faktı müəyyən edilmişdir. Bildirir ki, qızının övladları - *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd- Mustafa Nasir oğlu və 29.09.20*6-cı il təvəllüdlü X23 onun qəyyumluğu altındadır və onların bütün maddi və mənəvi tələbatları onun üzərindədir. Lakin maddi imkansızlıq ucbatından uşaqların tələbatını qarşılaya bilmir. Özü çox yaşlıdır və işləyə bilmir. Lakin, qəyyumluğu altında olan nəvələrinin ataları X*7 ölməsini təsdiq edən sənəd olmadığına görə uşaqlara ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Hesab edir ki, qəyyumluğu altında olan *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd-Mustafa Nasir oğlunun və 29.09.20*6-cı il təvəllüdlü X*3 ataları, X*7 20*7-ci ilin avqust ayının 20-də İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçinin mülahizəsi (ərizəsi). Ərizəçi X8, Cəfərov Məhəmməd-Mustafa Nasir oğlu (onun adından qəyyumu X8), X25 (onun adından qəyyumu X8) tərəfindən məhkəməyə ünvanlanmış mülahizədən görünür ki, ərizənin təmin edilməsi və Cəfərov Məhəmməd-Mustafa Nasir oğlunun və X*6 ataları, 24.05.*976-cı ildə Tərtər rayonu, Qarağacı kəndində anadan olmuş X*7 20*7-ci ilin avqust ayının 20-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, uşaqlara müavinat kəsilməsini istəyir. Ərizənin təmin edilməsini xahiş edir. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Nasirin ölümü ilə bağlı gəlmişdir. Nasirin yoldaşı onun bacısı ilə bərabər həbsxanadadır. Bacısına ömürlük veriblər, Xumarı deyə bilməz. 20*4-cü ildə gediblər, 20*5-20*6-cı illərdə telefon əlaqələri olub. Qeyd edir ki, onu şəxsən tanımır, ancaq telefonla danışmışdır. Bacısının yoldaşı, 4 övladı, qayının ailəsi və Nasir rəhmətə getdilər. Xumar xanım danışdı ki, təyyarə ilə bomba düşdü, 3* avqust 20*7-ci ildə bacısı xəbər verdi, əsir götürüldüyünü dedi. Telafer şəhərində idi, 28 avqustda əsir düşdüyünü dedi. Yoldaşını və uşaqlarını artıq öldürmüşdülər. Bacısının uşaqlarından öncə Nasir rəhmətə getmişdi. Bildirir ki, ancaq telefon əlaqəsi olub. Dediyinə görə, 28 avqustdan bir neçə gün əvvəl öldürülmüşdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, Xumar xanımın rəfiqəsidir, orada bir yerdə olmuşdurlar, yoldaşı dünyasına dəyişəndə də bir yerdə idilər. Bildirir ki, yoldaşının vasitəsi ilə getmişdir, yoldaşı *6.08.20*7-ci ildə dünyasını dəyişib. Qeyd edir ki, onlar Telaferdə idilər, 20.08.20*7-ci ildə Nasir rəhmətə getdi. Qadınları bir evə toplamışdılar, orada tanış oldular, həbs müddətində də bir yerdə idilər. Yaşı az olduğuna görə ona az cəza verdilər, 2 ildir qayıtmışdır. Yetkinlik yaşına çatmamış idi, baldızının yoldaşı sənədləri düzəltmişdi, Türkiyədən birbaşa Suriyaya keçdilər. İş materialları. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-36*/2025 saylı *0.02.2025-ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, 24.05.*976-cı ildə Tərtər rayonu, Qarağacı kəndində anadan olmuş X*7 Ərizəçi qəyyumluğu altında olan nəvələri - *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd-Mustafa Nasir oğlu və 29.09.20*6-cı il təvəllüdlü X*3 ataları olması faktının müəyyən edilməsi qət edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.08.*99*-ci il tarixli, XVİ-ЖГ seriyalı, 332749 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 (atası X28, anası Ərizəçi) *4.06.*99*-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.08.*99*-ci il tarixdə 365 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.**.2020-ci il tarixli arayışın surətindən görünür ki, X23 (atası Qurbanov Nasir, anası X22) 29.06.20*6-cı ildə doğulmuş, 03.**.2020-ci ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında X*3 doğumu 200 № ilə qeyd edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.**.2020-ci il tarixli arayışın surətindən görünür ki, Qurbanov Məhəmməd-Mustafa Nasir oğlu (atası Qurbanov Nasir, anası X22) *4.06.20*5-ci ildə doğulmuş, 03.**.2020-ci ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında Qurbanov Məhəmməd-Mustafa Nasir oğlunun doğumu *99 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının **.03.2020-ci il tarixli 39 saylı sərəncamı ilə vətəndaş Ərizəçi nəvələri Qurbanov Məhəmməd- Mustafa Nasir oğlu və X23 üzərində qəyyum təyin edilməsi (azyaşlıların mülkiyyət hüququ saxlanılmaq şərti ilə) qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2700/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, X*2 Qurbanov Məhəmməd-Mustafa Nasir oğlunun *4.06.20*5-ci il tarixdə və X*3 29.06.20*6-cı il tarixdə İraqda doğulmaları faktı müəyyən edilmişdir. İraq Respublikası Mərkəzi Cinayət Məhkəməsinin *32*/C*/20*8 saylı *4.03.20*8-ci il tarixli qərarı (hökmü) ilə, X22 terror qruplaşmasına öz cinayət əməllərini törətmək və İraq hərbi təhlükəsizlik qüvvələrinə hücum etməkdə kömək etdikdən və maddi-texniki dəstək verdikdən, 2005-ci il tarixli *3 saylı X*5 4/* maddəsinin müddəalarına və */3 maddəsinə uyğun olaraq *3.09.20*7-ci il tarixindən *3.03.20*8-ci il tarixədək həbsdə saxlanma müddətini hesablayaraq asılaraq edama məhkum edilmişdir. Qərardan görünür ki, o, terror təşkilatının üzvü olan Azərbaycan vətəndaşı X37 ilə evlənmişdir. Əri təşkilatın sıralarına qoşulmuş və o və övladları təşkilatdan böyük miqdarda maliyyə məbləğləri almışdır. Əri təşkilatla birgə döyüşlərdə iştirak etmiş və İraq qüvvələri və İŞİD arasında olan Talafarın azad olunması əməliyyatlarında öldürülmüşdür. AR Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, *4.06.*99*-ci il təvəllüdlü X*4 və 24.05.*976-cı il təvəllüdlü X* barədə "Giriş-çıxış və qeydiyyat" X3-Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışlar göndərilmişdir. (X22 – Tarix: 04.09.20*4, İstiqamət: çıxış, X26 – Tarix: 05.04.20*3, İstiqamət: çıxış) AR Dövlət Təhlükəsizliyi Xidmətinin *6.07.2024-cü il tarixli cavab məktubundan görünür ki, 24.05.*976-ci il təvəllüdlü, AR vətəndaşı X26 05.04.20*3-cü il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar daxil olmasına baxmayaraq, ölüm faktını təsdiq etmək mümkün olmamışdır. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-V seriyalı, 098746 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Məhəmməd-Mustafa Nasir oğlu (atası X26, anası X22) *4.06.20*5-ci ildə İraqda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03.**.2020-ci il tarixdə *99 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 4790*4 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X26 *4.06.20*5-ci il tarixdə X*2 doğulmuş Qurbanov Məhəmməd-Mustafa Nasir oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-V seriyalı, 098747 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 (atası X26, anası X22) 29.06.20*6-cı ildə İraqda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03.**.2020-ci il tarixdə 200 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 4790*5 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X26 29.06.20*6-cı il tarixdə X*2 doğulmuş X*8 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli 99 saylı sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 39 nömrəli, **.03.2020-ci il tarixli sərəncamına qismən dəyişiklik edilərək, yetkinlik yaşına çatmayan *4.06.20*5-ci il təvəllüdlü Qurbanov Məhəmməd-Mustafa Nasir oğlunun və 29.09.20*6-cı il təvəllüdlü X2 Cəfərov Məhəmməd-Mustafa Nasir oğlu və X** oxunması qərara alınmışdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, flash kartda məhkəməyə təqdim edilmiş whatsapp vasitəsilə göndərilən video müraciətin və əlyazmanın müəllifi, mərhum X*7 anası, İraq Respublikasının Bağdad həbsxanasında cəza cəkən X*9 0*.0*.*958-ci ildə Tərtər rayonu, Qarağacı rayonunda anadan olmuşdur və qeydiyyatdadır. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Mülki Məcəlləsi. Maddə 4*. Fiziki şəxsin ölmüş elan edilməsi 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 4*.4. Bu Məcəllənin 4*.* və 4*.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.*.2. Məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 3*3. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 3*5.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.

8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi Cəfərov Məhəmməd-Mustafa Nasir oğlu və X*6 adından qanuni nümayəndələri Ərizəçi ataları X*7 20.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X*7 uşaqları – *4.06.20*5-ci il təvəllüdlü Cəfərov Məhəmməd-Mustafa Nasir oğlunun və 29.09.20*6-cı il təvəllüdlü X*6 nənəsi və qəyyumu, uşaqlarının anası X*4 isə anasıdır. Mərhumun ölmüş elan edilməsi və onun ölməsini təsdiq edən sənədin əldə edilməsi ərizəçiyə qəyyumu olduğu uşaqların ailə başçısını itirməyə görə sosial müavinətin alınması üçün lazımdır. Belə ki, məhkəmə tərəfindən göndərilən sorğuya əsasən, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən göndərilmiş cavab məktubundan da görünür ki, AR vətəndaşı X26 05.04.20*3-cü il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar daxil olmasına baxmayaraq, ölüm faktını təsdiq etmək mümkün olmamışdır. Göründüyü kimi, X26 Azərbaycan Respublikasının dövlət sərhədindən çıxış etdiyi 20*3-cü ildən sonra bir daha ölkəyə qayıtmamışdır. X*4 (uşaqların anası) edam cəzasına məhkum edildiyi İraq Respublikasının səlahiyyətli məhkəməsinin hökmündə X*7 terror təşkilatının sıralarına qoşulması, övladları təşkilatdan böyük miqdarda maliyyə məbləğləri alması, təşkilatla birgə döyüşlərdə iştirak etməsi və İraq qüvvələri ilə İŞİD arasında olan Talafarın azad olunması əməliyyatlarında öldürülmüş olması qeyd edilmişdir. Bununla yanaşı, şahid qismində cəlb edilərək məhkəmə iclasında dindirilmiş şahidlər də X*7 20.08.20*7-ci il tarixdə İraqda ölməsini təsdiqləmişlər. Qeyd edilənlərə əsasən, İraq Respublikasının səlahiyyətli məhkəməsinin hökmü, şahid ifadələri, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilən məlumatlar və X*7 ölkədən 20*3-cü ildə getməsi və qayıtmaması – X*7 ölüm yerinin İraq Respublikası olmasının hesab edilməsinə əsas verir. Ölüm tarixinə gəlincə, ərizəçi öz ərizəsində həmin tarixin 20.08.20*7-ci il olaraq qeyd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi bu hissədə də haqlıdır. Belə ki, X*7 ərizəçinin qeyd etdiyi tarixdə ölməsi halı nə iş materialları, nə də şahid ifadələri ilə təkzib olunmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24.05.*976-cı ildə Tərtər rayonu, Qarağacı kəndində anadan olmuş X26 20.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 24.05.*976-cı ildə Tərtər rayonu, Qarağacı kəndində anadan olmuş X26 20.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar